F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5.04 Kb.

səhifə7/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 
IV FƏSİL 
 
SOSİAL-ƏRAZİ BİRLİKLƏRİ 
 
1. İlkin sosial-ərazi birlikləri anlayışı 
 
İlkin sosial-ərazi birlikləri (məskunlaşma üzrə birliklər)  şəhər, kənd, qəsəbə  və ya digər daimi yaşayış 
məskənlərinin əhalisindən ibarət olan spesifık sosial qrupdur
1

Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır. Bu halda iki məqama xüsusi diqqət 
yetirilməlidir: 
a)  Əmək bölgüsü, işçilərin bu və ya digər  əmək növü üzrə bölüşdürülməsi.  Əmək növləri həmişə  ərazi 
baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin 
həyat fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini  şərtləndirir. Həmin mühit hüdudlarında  əhali öz gündəlik 
tələbatlarını ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür. 
b) Müxtəlif məskənlərdə (məsələn,  şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı 
şəhər məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi. 
Məhz bu amillər  əsasında konkret məskənin  əhalisində qrupyaradıcı sosial əlamətlər formalaşır, ümumi 
mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır. Bunun 
sayəsində konkret məskənin  əhalisi demoqrafık xarakterli ümumiliklə yanaşı  həm də sosial birliyə çevrilir. 
Məskunlaşma üzrə birliklərdə formalaşan sosial əlaqələrin tipi mövcud ictimai münasibətlərin 
[79 - 80] 
xarakterini 
əks etdirir. Lakin ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış  məskənindəki həyat fəaliyyəti 
şərtlərinin xüsusiyyətlərindən asılıdır. 
Məskunlaşma üzrə birliklər sosial münasibətlərin  ərazi baxımından təzahüründə onların subyektləridir. 
Onların formalaşmasında məskənlərdəki həyat fəaliyyəti  şərtlərinə xas olan fərqlər dərin iz buraxır.  İlkin sosial-
ərazi birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm 
məsələlərdən biri olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji 
bilik sahələri təşəkkül tapıb inkişaf etmişdir. 
İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktını sosiologiya XIX əsrin sonu - 
XX əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. Byuxer, R. Makkenzi ərazi birliyini başlıca 
olaraq bu və ya digər ərazidə insanların birgə yaşaması prizmasından nəzərdən keçirmişlər. Bu halda cəmiyyətdən 
fərqli olaraq birliyin «lokallığı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi 
mənsubiyyəti» ön plana çəkilmişdir. 
Sosial-ərazi birlikləri sosiologiyanın mühüm kateqoriyalarından biridir. Bu kateqoriya əhalinin sosial 
diferensiasiyasının müəyyən kəsimidir; elə  kəsimi ki, o, cəmiyyətin tarixən  şərtlənmiş  ərazi-məskunlaşma 
baxımından təşkili əsasında təşəkkül tapmışdır. 
Sosial-ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi  şəxsi qan qohumluğuna  əsaslanan ibtidai 
icma quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu 
olmuşdur ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. 
Məhz bu vaxtdan etibarən insanın yaşayış yeri, eləcə  də bütövlükdə  əhalinin yerləşməsi sosial determinasiya 
həlqəsi, eyni zamanda sosial inkişaf amili və mühiti olur. 
[80 - 81]
 
Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini 
daimi yaşayış yeri hadisəsində tapır. Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanların məskunlaşması 
istehsala «bağlanmışdır», onların yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir. 
Yuxarıda qeyd etdik ki, sosial-ərazi birliklərinin formalaşması ilk növbədə əmək bölgüsü, onun növləri ilə 
şərtlənmişdir. Bu baxımdan tamamilə  təbiidir ki, adamların bu və ya digər  əmək növlərinə görə bölüşdürülməsi 
məskənlər səviyyəsində də mövcuddur. Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir: 
1) işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur; 
2) texnikanın və texnologiyanın inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu 
proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir; 
3) işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət 
baxımından yerini dəyişməsi imkanlarını məhdudlaşdırır. 
Deməli, məskunlaşma məsələsinə  bəsit yanaşmaq olmaz. Əslində o, insanın həyat fəaliyyətinin bilavasitə 
mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan o deməkdir ki, birliklərin və  şəxsiyyətin sosial 
                                                 
1
 Росийская социологическая энциклопедия. Москва, 1998, с.480. 

35 
 
inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil, 
həm də müəyyən məskən səviyyəsində yerinə yetirir, çünki insan (və bütövlükdə  əhali) məhz orada əməyin 
subyekti, istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanların həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə 
birləşməsi formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onların sosial 
inkişafının faktiki əsası funksiyasını yerinə yetirir. 
Lakin insanların məskənlərə təkcə bağlanması və məskənlərin onların həyat fəaliyyətinin bilavasitə mühitinə 
çevrilməsi 
[81 - 82]
 sosial-ərazi birliyinin əmələ  gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalnız elə bir 
əsasda təşəkkül tapa bilər ki, müəyyən yerdə insanların həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun 
və bu əsasda ümumi mənafelər formalaşsın. Məskənlərdə  həyat  şəraitində mövcud olan fərqlər bu və ya digər 
ərazinin, regionun iqtisadi və sosial inkişafındakı  bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar 
qüvvələrin inkişaf səviyyəsindəki fərqlərlə,  ərazilərin təsərrüfat baxımından mənimsənilməsindəki fərqlərlə 
şərtlənir. Məhz bu əsasda məskənlərdə  həyat  şəraitindəki fərqlər təkcə iqtisadi sahədə yox, həm də sosial həyat 
sferasında mövcud olur. Öz ictimai mənasına görə həmin fərqlər sosial-ərazi fərqləri kimi özünü göstərir. Şəhərlə 
kənd arasındakı fərqlər belə fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd 
məskənləri arasında təzahür edir. 
Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanın, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb ərazi-
inzibati təşəkküllərinə (rayon, vilayət, respublika) qoşulmuşlar. Belə  təşəkküllər də iqtisadi və sosial inkişafın 
spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: 
istənilən inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasında həmişə yaşayış məskənlərində həyat şəraitinin 
vəziyyəti dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafın bilavasitə əsası olur. Buna görə də ayrıca məskənin 
əhalisi ilkin sosial-ərazi birliyi kimi çıxış edir. İlkin sosial-ərazi birliklərinin məcmusu isə obyektiv surətdə sosial-
ərazi strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir. 
Sosial-ərazi strukturu nədir? 
Sosial-ərazi strukturu insanların sabit birliklərinin və bu birliklər arasındakı münasibətlərin məcmusudur; 
belə birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik 
əsasında formalaşırlar. Sosial-ərazi strukturu cəmiyyətin sosial strukturunun 
[82 - 83]
 təzahürlərindən biridir. Bu 
struktur insanların müxtəlif məskənlərə  və  ərazi-inzibati təşəkküllərinə  mənsubiyyətinin sosial nəticələrini qeydə 
alır, cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir. 
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə  məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, 
müəyyən tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və  kənd), bir regionun digərindən (mərkəz və 
əyalət) üstün inkişafının labüdlüyünü şərtləndirir.  İstehsalın yerləşdirilməsində  və  əhalinin məskunlaşmasında 
iqtisadi meyarların hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğurur. Bu və ya digər ölkə hüdudlarında 
regionların və  ərazilərin iqtisadi inkişafının qeyri-bərabərliyi bunun təzahürlərindən biridir. Bu əsasda regional 
kəsimdə  həyat fəaliyyəti  şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi 
fərqləri formalaşır. İnsanların iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl 
onların məskənlərə özünəməxsus bağlılığı (daimi yaşayış yeri) sosial-ərazi birliklərinin formalaşması ilə 
nəticələnir; bu birliklər spesifik sosial təşəkküllərdir. 
Cəmiyyətin sosial-ərazi strukturu öz ünsürlərinin - sosial-ərazi birliklərinin sosial inkişaf səviyyəsində 
irəliləyişin müxtəlif dərəcədə olması ilə  səciyyələnir. Həmin birliklərə  mənsubiyyət isə sosial diferensiasiya 
amillərindən biri kimi çıxış edir. 
Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətləri aşağıdakılardır: 
- aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi; 
- şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi; 
- kəndin sosial baxımdan yenidən qurulması; 
- müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafına dair diferensiallaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş 
siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, 
[83 - 84]
 onların profılinin 
dəyişdirilməsi, kiçik və orta şəhərlərin inkişafının stimullaşdırılması; 
- məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdırılması; 
- bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdırılması; 
- ölkənin inzibati-ərazi quruluşuna dair islahatların həyata keçirilməsi; 
- inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və  mədəni inkişafının respublika ilə tarazlı olmasının  əməli 
surətdə reallaşdırılması və s. 
Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və  fəaliyyətinin optimallaşdırılması ciddi məsələ olaraq 
qalır. Bu birliklərin inkişafının  ən ümumi istiqaməti sosial baxımdan  ədalətli cəmiyyət quruculuğunun  əsas 
komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu 

36 
 
prosesin idarə olunması sosial-ərazi birliklərinin hər bir növünün inkişaf mexanizmlərini, onların qarşılıqlı 
fəaliyyətinin qanunauyğunluqlarını dərindən bilməyi tələb edir
1

Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin 
sosial təkraristehsalının səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial 
norma və dəyərlər sisteminin təkamülü prosesidir. Bu proses ictimai inkişafın konkret mərhələsinə xas olan sosial 
sistemin dəyişilməsi meyllərini təcəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm 
funksiyası kimi səciyyələndirmək olar. Belə təkraristehsal əhalinin ictimai həyatda normal iştirakı üçün zəruri olan 
müəyyən sosial keyfıyyətlərin məcmu halında təkraristehsalını  nəzərdə tutur. Başqa sözlə, sosial təkraristehsalda 
kəmiyyət aspekti (bu, fərdlərin fıziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial 
keyfiyyətlərin qazanılmasını 
[84 - 85]
  nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni 
nəsillər mütərəqqi sosial keyfıyyətlərin daha yüksək səviyyəsinə yüksəlməyə  səy göstərirlər. Lakin bu proses 
müəyyən çətinliklərlə, ziddiyyətlərlə müşayiət olunur. 
 
2. Şəhərin sosiologiyası 
 
Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən 
çox zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır. 
Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosial-
ərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və  nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb  ərazi 
təşəkkülləri olub, təbii və maddi-əşyavi kompleksləri, habelə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bu komplekslər 
əsasında istehsal, bölgü, mübadilə  və istehlak prosesində  təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf 
edən insanların məcmusunu birləşdirirlər»
2

Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır. Şəhər əhalisi əsasən qeyri-kənd 
təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial 
və peşə baxımından qeyri-yekcinslik, spesifık həyat tərzi xarakterikdir. Müasir şəhər  ən  əvvəl sənaye, nəqliyyat, 
xidmət sahəsində istehsal funksiyalarının təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların 
inkişafı üçün adətən müxtəlif funksiyaların (istehsal, ticarət, inzibati, hərbi, elmi, dini və s.) baza təşkil etməsi, 
yaxud əlaqələndirilməsi xarakterik cəhətdir. 
Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı 
cəhətlər 
[85 - 86] 
tamamlayır: 
Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə 
bağlı məskunlaşma xüsusiyyətləri; 
İkincisi,  şəhərin siması ilə, spesifık  şəhər mühiti ilə  şərtlənən arxitektura-planlaşdırma xüsusiyyətləri; 
tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar. 
Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər; 
Dördüncüsü, hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir
3

Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına xas olan aşağıdakı 
əsas cəhətləri qeyd etmək olar: 
1. Şəhərlərin böyüməsi. Bu böyümə müxtəlif istiqamətlidir. Şəhərlərin böyüməsinə bazar münasibətlərinin 
qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir. 
2. İri çoxfunksional şəhərlərin, xüsusən Bakının tərkibinin genişlənməsi və şəbəkəsinin inkişafı. 
3. Xüsusən iri şəhərlər zonasında şəhər aqlomerasiyalarının yaranması. 
4. Şəhər məskən tipinin əhalinin əksəriyyəti üçün xarakterik olması. Statistika göstərir ki, 1970-ci ilə qədər 
respublikada şəhər əhalisi kənd əhalisi ilə müqayisədə azlıq təşkil etmişdir. 1970-ci ildə əhalinin şəhər və kənd üzrə 
bölgüsündə tarazlıq yaranmışdır. Həmin ildən etibarən  şəhər  əhalisinin sayca artması kiçik istisnalar nəzərə 
alınmazsa, sabit meylə çevrilmişdir. Aşağıdakı cədvəl ayrı-ayrı illərdə  şəhər və  kənd əhalisinin nisbəti barəsində 
aydın təsəvvür yaradır
4

Müasir  şəhərin özünəməxsus problemləri vardır.  İri  şəhərlərin qeyri-mükəmməlliyi, istehsalın 
yerləşdirilməsində və genişləndirilməsində yol verilən nöqsanlar, miqrasiya və demoqrafıq proseslərin kortəbiiliyi, 
şəhərsalma xarakterli qüsurlar 
[86 - 87]
 ekologiyadakı pozuntular, monosənaye  şəhərlərində  əhalinin cins-yaş 
strukturundakı müəyyən disproporsıyalar, xidmət sahəsınin  ən ciddi müasir tələblərə cavab verməməsı, bir sıra 
                                                 
1
 Социология. M., 1990, c. 197. 
2
 Социология. M., 1990, c. 198.
 
3
 Росийская социологическая энциклопедия. M., 1998, c. 96. 
4
 Azərbaycan əhalisi 2006. B., 2006, s. 113. 

37 
 
hallarda cəmiyyətəzidd halların geniş yayılması aılə-nikah münasibətlərindəki nizamsızlıqlar və s. bu qəbildəndir 
Bunlar xeyli dərəcədə səhərin spesifikası ilə bağlıdır. 
İllər Bütün 
əhali  
(min nəfər) 
O cümlədən şəhərdə  
Bütün əhaliyə 
nisbətən (faizlə) 
 
 
şəhərdə 
kənddə 
şəhərdə 
kənddə 
1959 3.698 
1.769 1.931  48  52 
1970 5.117 
2.564 2.553  50  50 
1979 6.028 
3.200 2.828  53  47 
1989 7.021 
3.806 3.215  54  46 
1990 7.131.9 
3.847,3 
3.284,6 53,9  48,1 
1995 7.643,5 
4.005,6 
3.637,9 52,4  47,6 
1999 7.953,4 
4.053,5 
3.899,9 51,0  49,0 
2000 8.016,2 
4.086,4 
3.929,8 51,0  49,0 
2001 8.081,0 
4.107,5 
3.973,5 50,8  49,2 
2002 8.141,4 
4.130,1 
4.011,3 50,7  49,3 
2003 8.202,5 
4.154,3 
4.048,2 50,7  49,3 
2004 8.265,7 
4.254,3 
4011,4 51,5  48,5 
2005 8.347,3 
4.298,3 
4.298,3 51,5  48,5 
2006 8.436,4 
4.366,8 
4.079,8 51,6  48,4 
2007 8.532,7 
4.397,6 
4.136,1 51,5  48,5 
Azərbaycanın statistik göstəriciləri. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 
Bakı, 2007. 
 
Qeyd olunan problemlərin həlli  şəhərin inkişafının meyllərini, qanunauyğunluqlarını obyektiv surətdə 
nəzərə almağı, mərkəzi dövlət idarəçiliyi ilə yerli təşəbbüskarlığı, fəaliyyəti düzgün əlaqələndirməyi, elmi sosial 
siyasət işləyib hazırlamağı  və  həyata keçirməyi tələb edir. Şəhərin tələbatları bütün cəmiyyətin tələbatları ilə 
optimal şəkildə əlaqələndirilməlidir. 
Şəhərin təkmilləşdirilməsi elə bir istiqamətdə getməlidir ki, əhali üçün daha sağlam və münasib şərait 
yaradılsın. İri şəhərlərin böyüməsini məhdudlaşdırmaq imkanları axtarılmalı, yeni sənaye komplekslərinin bunlarda 
yerləşdirilməsinə yol verilməməlidir. Sənaye mərkəzlərində həm qadın, həm də kişi əməyindən səmərəli istifadəyə 
optimal  şərait yaradılmalı, 
[87 - 88]
  şəhər təsərrüfatı  və müasir xidmət sahələri inkişaf etdirilməlidir. Kiçik 
şəhərlərdə  və  qəsəbələrdə onların inkişafını sürətləndirmək imkanları axtarılmalıdır (məsələn, ixtisaslaşdırılmış 
müəssisələrini, fılialların yaradılması).  Şəhərlərin arxitekturasına, estetik tərtibatına, abadlığına diqqət 
artırılmalıdır. 
Şəhərin təkmilləşdirilməsinə bu yaşayış  məskəninə dair sosioloji tədqiqatlar da müəyyən kömək göstərə 
bilər. Belə ki, bu tədqiqatlar şəhərin sosial strukturunun dinamikasını, həyat tərzinin xarakter cəhətlərini öyrənmək, 
sosial planlaşdırma məsələlərini həll etmək və s. baxımdan əhəmiyyətlidir. 
Etiraf etməliyik ki, bu vaxta qədər  şəhərlərin inkişafı  əsasən sənayeləşmə prosesi ilə  şərtlənmişdir. Bu, 
sənaye mərkəzlərində  əhalinin təmərküzləşməsinə, adamların həyat tərzinin  əhəmiyyətli dərəcədə  dəyişilməsinə 
gətirib çıxarmışdır. Hazırda elmi-texniki tərəqqinin nailiyyətlərini, sənayeləşmənin gələcək meyllərini və mövcud 
ekoloji vəziyyəti nəzərə almaqla məskunlaşma sistemini inkişaf etdirməyə  səy göstərilir. Bu, cəmiyyətin 
keyfıyyətcə yeni ərazi təşkilinə imkan yaradır. 
Son vaxtlara qədər şəhərlərin inkişafı əsasən ekstensiv xarakter daşımışdır; şəhərlərin sayı, ölçüləri, əhalisi 
artmışdır. Lakin şəhər həyat tərzinin reallaşdırılmasının məkan formaları nisbətən zəif inkişaf etmişdir. İndi vəzifə 
yeni  şəhərlər salmaqdan daha çox artıq mövcud olan şəhərlərin məkan və sosial-təşkilati xarakteristikalarını 
yaxşılaşdırmaqdan ibarətdir.  Şəhərlərdə yeni çevik strukturlar yaradılmalı, layihələndirmənin və planlaşdırmanın 
kompleks xarakteri təmin olunmalı, cəmiyyətin sosial inkişaf məqsədləri region, şəhər səviyyəsində 
konkretləşdirilməlidir. 
Elmi cəhətdən əsaslandırılmış planlaşdırma üçün şəhərlərin inkişafının ənənəvi meyllərindən daha çox elmi-
texniki tərəqqinin, insan amilinin imkanlarına istinad etmək, məskunlaşma sisteminin formalaşması üçün gələcək 
ehtiyatları nəzərə almaq lazımdır. Ehtiyatların (maddi, insan, 
[88 - 89]
 informasiya, təşkilati) dürüst proqnozunun 
hazırlanmasına ehtiyac vardır. 
Şəhər həyat tərzinin inkişafı da çox mühüm məsələdir. Bu halda iki cür problem qarşıya çıxır. Birincisi, 
istehsalda və onun hüdudlarından kənarda yeni sosial münasibətlər nümunələrinin yaradılması mexanizmlərinin 
öyrənilməsi və formalaşması ilə, sosial-mədəni istehlak formalarının, normalarının inkişafı ilə, mədəniyyətin və 

38 
 
sosial münasibətlərin müxtəlif normalarının varisliyi mexanizmlərinin təmin edilməsi ilə  əlaqədardır.  İkincisi, 
həmin proseslərin inkişafını sürətləndirmək üçün mövcud ehtiyatların yenidən bölüşdürülməsi və əlavə ehtiyatlar 
axtarılmasıdır. 
Sənayenin əsasən ekstensiv inkişafı, daha geniş miqyasda eyni iş yerləri olan strukturun (özü də səmərəli 
olmayan strukturun) təkrar istehsalı  kənardan iş qüvvəsinin  şəhərə axınını stimullaşdırır ki, bu da şəhərin hədsiz 
böyüməsinə  gətirib çıxarır. Bu problem kiçik və orta şəhərlərdə, xüsusən sənayenin bir sahəsini  əsas götürən 
şəhərlərdə daha kəskin  şəkildə qarşıya çıxır. Ümumiyyətlə, gənc  şəhərin monofunksiyalılığı bir sıra çətinliklər 
(məsələn, peşə seçiminin, əməyi dəyişdirmək imkanının az olması, gənclərin miqrasiyasının güclənməsi və s.) 
doğurur. 
İndiki şəhər məskənlərinin xarakterik xüsusiyyətlərindən biri məskunlarının bir qisminin başqa rayonlardan, 
kəndlərdən gəlməsidir. Başqa sözlə desək,  şəhərlər bir sıra hallarda şəhər həyat tərzinə  bələd olmayan, əvvəllər 
sənaye-də  işləməyən kənd sakinləri hesabına formalaşır ki, bu da həmin  şəhərlərin inkişafına təsirsiz qalmır. 
Əhalinin işə düzəlməsi ilə bağlı problemlərin kəskinliyi şəhər mühitində, bütövlükdə cəmiyyətdə sosial gərginliyi 
xeyli dərəcədə gücləndirir. 
Keçən əsrin 80-ci illərinin sonundan etibarən özünü göstərən bir meyli də qeyd etməliyik. Belə ki, SSRİ-nin 
iflası, sonra isə məlum transformasiya prosesləri ilə əlaqədar olaraq, hasiledici və emaledici sənayedə çalışanların 
xüsusi 
[89 - 90]
 çəkisi tədricən azalmış, xidmət, idarəetmə, ticarət sahələrin-də çalışanların sayı artmışdır. 
Hazırda  şəhərin sosial strukturu dinamikasını  nəzərə almaqla onun inkişaf edən istehsal və  mədəniyyət 
sahələrinin optimal seçilməsi problemi meydana çıxır. Bu problemə müxtəlif qəbildən olan digər problemlər qrupu 
da qovuşur. Bunlar əsasən aşağıdakılardan ibarətdir: 
a) müxtəlif şəhərlərdə əmək ehtiyatlarının dürüst öyrənilməsi və onlardan səmərəli istifadə olunması; 
b) idarəetmənin optimallaşdırılması və demokratikləşdirilməsi, həm mərkəzi, həm də yerli orqanların hüquq 
və məsuliyyətinin artırılması; 
c) xüsusi demoqrafik problemlər; 
ç) xidmət sistemində və mənzillə təminatda mütənasibliyin olmaması; 
d) ekoloji problemlər (təbii mühitin mühafızəsi və süni mühitin nəzarət olunan inkişafı). 
Mütəxəssislərin fıkrincə, məskunlaşmanın inkişafının ümumi meyli belə ifadə oluna bilər: istehsalın sonrakı 
təmərküzləşməsi və onun xarakterinin dəyişilməsi bir tərəfdən iri şəhərlərə yaxın zonalarda əhalinin cəmləşməsinə 
səbəb olacaqdır, digər tərəfdən isə  əhalinin miqdarını  həmin  şəhərlərin hüdudlarında məhdudlaşdırmağa imkan 
verəcəkdir (onların  ərazilərində geniş  şəhər təşəkküllərinin-aqlomerasiyaların meydana gəlməsi hesabına). 
Aqlomerasiyalar müxtəlif məhdud funksional məskənlərin diferensial şəbəkəsini  əhatə edəcəkdir. Bu halda 
urbanizasiya şəhər hüdudlarından kənara çıxır və aqlomerasiyanın bütün ərazisinə, o cümlədən də kəndə yayılır. 
Müasir Azərbaycan  şəhəri bütövlükdə özünün mürəkkəb bir dövrünü yaşayır. Bu mürəkkəblik bir sıra 
səbəblərlə bağlıdır. Həmin səbəblər aşağıdakılardır: 
a) Azərbaycanın işğal olunmuş rayonlarından başqa ərazilərə, o cümlədən şəhərlərə məcburi qaçqınların və 
köçkünlərin gəlməsi bu məskənlərdə  ənənəvi nizamı, tərtibi xeyli 
[90 - 91]
  dərəcədə pozmuş, müəyyən bir 
gərginlik yaratmışdır. Təkcə Bakı  şəhərində kortəbii surətdə  qərarlaşmış «kiçik bazarları», qanunsuz tikilmiş 
obyektləri və s. xatırlamaq kifayətdir. Bu sahədə müəyyən bir nizam, qaydaqanun yaratmaq üçün xeyli iş 
görülmüşdür və görülməkdədir. 
b) Müasir Azərbaycan  şəhəri kəndə  əvvəlki köməyi göstərə bilmir, şəhərin kəndə hamilik fəaliyyəti xeyli 
zəifləmişdir.  Şəhərlərarası  əlaqələr də  qənaətləndirici deyildir. Şəhərlərin keçmiş SSRİ  məkanındakı  əlaqələri 
pozulduğundan yeni əlaqələr yaratmaq imkanları axtarılır. Bu sahədə artıq müəyyən uğurlar qazanılmışdır. 
c) 80-ci illərin sonu - 90-cı illərin  əvvəllərində  şəhər həyatının öz simasını itirməsi təhlükəsi yaranmış, 
müxtəlif cinayətkar ünsürlərin fəallaşması  aşkar surətdə ciddi narahatlıq yaratmış,  şəhərlərin abadlaşdırılması 
unudulmuş,  şəhərsalma siyasətində ciddi əyintilərə yol verilmişdir. Bundan əlavə,  şəhərlərdə  həyata keçirilən 
islahatlar bir sıra hallarda hərtərəfii götür-qoy edilməmiş, elmi cəhətdən kifayət qədər əsaslaşdırılmamış, müvafıq 
proqramların işlənib hazırlanması və reallaşdırılması, əhalinin imkansız və azimkanlı təbəqələrinin sosial müdafiəsi 
tədbirlərinin həyata keçirilməsi sistemli xarakterdə olmamışdır. Lakin bu o demək deyildir ki, şəhərlərimizdə 
uğurlu addımlar atılmamışdır. Faktlar təsdiq edir ki, son illərdə sosial problemlərin həllinə kömək edə biləcək 
iqtisadi bünövrə yaratmaq istiqamətində ciddi nailiyyətlər qazanılmışdır. Bunu ondan görmək olar ki, bir sıra 
çətinliklərə baxmayaraq, ölkənin sənaye həyatında müəyyən canlanma baş verməkdədir. İqtisadi və sosial inkişafı 
xarakterizə edən  əsas makroiqtisadi göstəricilər  əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikamız öz inkişaf 
sürətinə görə dünyada öncül mövqelərə çıxmışdır. Qazanılan nailiyyətlərə şəhərlərimiz öz töhfəsini getdikcə artırır. 
[91 - 92]
 


1   2   3   4   5   6   7   8   9   10   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə