20
aşağıdakı mühafizə tədbirləri görülməlidir:
a) xüsusi qurluşların köməyilə mənbənin şüalanmasını
azaltmaq (antenna, açıq tipli dalğa ötürmələri);
b) şüalanma mənbəyini ekranlaşdırmaq;
v)elektromaqnit enerjisi mənbəyinin yaxınlığındakı iş
yerini ekranlaşdırmaq və ya mənbəni uzaqlaşdırmaq;
q) fərdi mühafizə vasitələrindən istifadə etməli.
Texnoloji şəraitə görə bütöv metal ekranlardan istifadə
etmək mümkün olmadıqda tor şəkilli ekranlar tətbiq oluna
bilər. Kameraların pəncərələrini, kabinaları və otaqları
ekranlaşdırmaq üçün şüaları əks etdirən qatla örtülmüş xüsusi
şüşədən istifadə olunur.
Dostları ilə paylaş: