Ə. Q. Abbasov



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə8/11
tarix19.12.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

3.
 
ELEKTRİK QURĞULARININ TƏHLÜKƏSİZ 
İSTİSMARININ TƏŞKİLİ 
 
3.1 İşləyən elektrik qurğularına operativ xidmət olunması 
 
İşləyən elektrik qurğularının  texniki istismarı aşağıdakı 
elektrotexniki işçilər tərəfindən  yerinə yetirilir: 
a) müəssisələrin baş energetikləri, sexlərin energetikləri, 
sexlərin  rəisləri,  istismar  xidmətinin  mühəndis  və  ustaları, 
elektrosexlərin  rəisləri,  elektrik  laboratoriyasının  rəhbəri 
vəzifəsində işləyən mühəndis və texniklər. 
b)  operativ  və  operativ-təmir  işçilərinə  xidmət  edən 
şəxslər  –  ustalar,  baş  elektromantyorlar,  elektrik  quraşdırma 
işlərinin 
briqadirləri, 
elektrik 
təsərrüfatı, 
sex 
və 
yarımstansiyaların  məsul  növbətçiləri,  elektrik  şəbəkələrinin 
növbətçi  rəisləri,  elektrik-montyorları,  onların  köməkçiləri  və 
təhlükəsizlik  texnikası  üzrə  II-V  qrup  kvalifikasiyası  olan 
şəxslər. 
Elektrik  qurğularının  operativ  xidməti,  yerli  operativ 
elektrotexniki işçilər tərəfindən yerinə yetirilir. 
Müxtəlif  işlər  görmək  və  operativ  xidmət  üçün 
elektrotexniki  işçilərə  təhlükəsizlik  texnikası  üzrə  beş 
kvalifikasiya qrupu müəyyən edilmişdir. 
Elektrik  təsərrüfatı  işçilərinə  kvalifikasiya  qrupunu, 
onların  işləri  ilə  əlaqədar  təhlükəsizlik  texnikası  üzrə  biliyini 

121 
 
yoxladıqdan sonra verilir. 
İşləyən  elektrik  qurğularının  təhlükəsiz  istismarı 
aşağıdakı  tələbləri  yerinə  yetirməklə  aparılır  –  işi  yerinə 
yetirmək  üçün  verilən  göstəriş  aydın  (dəqiq),  kvalifikasiyalı, 
texniki  və  təşgilati  cəhətdən  düzgün  olmalıdır.  Ona  görə 
1000V-a qədər və ondan yuxarı gərginliklərdə işləyən elektrik 
qurğularında  əməliyyat  işlərini  aparmaq  üçün  göstəriş  verən 
şəxs, baş energetikin xüsusi sərəncamı ilə təyin olunur. 
Sex  elektrik  avadanlıqlarına  baxış  zamanı  hər  hansı  bir 
əməliyyatın  aparılması  (qəzanın  və  bədbəxt  hadisələrin 
qarşısını  almaq  tədbirlərindən  başqa)  qadağandır.  Həmçinin 
çəpərlərin  götürülməsi  (cərəyan  keçirən  və  fırlanan 
hissələrdən),  çəpərin  içərisinə  daxil  olmaq,  cərəyan  keçirən 
hissələrə yaxınlaşmaq və toxunmaq qadağan olunur. 
Növbətçi  elektrikə  (elektrotexnoloji  avadanlıqlara 
xidmət  edən)  tələb  olunduqda  şitlərin  və  işəburaxıcı 
quruluşların  qapılarını,  baxmaq  üçün  açmağa  icazə  verilir 
(xüsusi ehtiyatla). Baxışın nəticələri əməliyyat jurnalında qeyd 
edilir.  
Ayrı-ayrı elektrik işlədicilərini şəbəkəyə birləşirmək və 
açmaq, onlara xidmət edən I qrup kvalifikasiyası olan fəhlələr 
tərəfinən yerinə yetirilə bilər. 
1000V-dan yuxarı  gərginlikli elektrik  qurğularına  baxış 
zamanı  III  qrup  kvalifikasiyası  olan  bir  nəfərə  çəpərin 
içərisinə  daxil  olmaq  və  paylaşdırıcı  qurğuları  açmağa  ucazə 
verilmir. Paylaşdırıcı kameraya çöldən baxmağa icazə verilir. 
IV  və  V  qrup  kvalifikasiyaya  malik  işçiyə  lazım 
gəldikdə paylaşdırıcının kamerasına daxil olmağa icazə verilir, 
ancaq  bir  şərtlə  -  kameraya  yaxın  keçidlərdə  transformator 

122 
 
izolyatorlarının aşağı flanesindən yerə qədər olan məsafə 2m-
dən  az  olmamalıdır,  çəpərlənmiş  cərəyan  keçirən  hissələrinə 
qədər  olan  məsafə  isə  3,5kV-a  qədər  2,75m,  110kV 
gərginlikdə  isə  3,5m-dən  az  olmamalıdır.  Əgər  bu  məsafələr 
göstərilən qiymətlərdən az olduqda çəpərin içərisinə ancaq III 
qrup  kvalifikasiyası  olan  ikinci  şəxslə  daxil  olmağa  icazə 
verilir.  İkinci şəxsin vəzifəsi birincinin gördüyü əməliyyatlara 
nəzarət  etmək,  lazım  gəldikdə  (yəni  cərəyanla  zədə  aldıqda) 
ona kömək etməkdir.  
Baxış  zamanı  elektrik  qurğusunun  hər  hansı  cərəyan 
keçirən  hissəsinin  yerlə  birləşməsi  müşahidə  olunduqda 
gərginlik  tam  açılana  qədər  həmin  yerə  4-5m  (qapalı  otaqda) 
və  8-10m  (açıq  yarımstansiyada)  qalana  qədər  yaxınlaşmağa 
icazə verilmir. 
Bu  tədbirdə  məqsəd  “addım”  gərginliyindən  zədə 
almağının  qarşısını  almaqdır.  Əgər  yerə  qapanma  sahəsinə 
yaxınlaşmaq  vacibdirsə  (məsələn,  gərginlik  altına  düşmüş 
işçiyə kömək etmək və ya kommutasiya aparatları ilə əməliyat 
aparmaq  lazım  gəlirsə),  onda  izoləedici  ştanqa,  qaloş  və 
botulardan istifadə etmək lazımdır. 
 
Əməliyyat dəyişdirilməsi 
 
1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğularında 
elektrik  avadanlıqlarının  açılması  və  şəbəkəyə  birləşdirilməsi 
(hava  və  eləcə  də  hava  və  kabel  xətlərinin)  açarların  (hava, 
yağ),  yük  açarlarının  və  ayırıcılarının  köməyi  ilə  yerinə 
yetirilir.  
Yarımstansiyaların 
paylaşdırıcı 
quruluşlarında 

123 
 
əməliyyatı  dəyişən  yüksək  vəzifəli  növbətçi  şəxsin 
(elektrosexin rəisi və ya baş elektrikin) iştirakı və ya göstərişi 
ilə  yerinə  yetirilir.  Göstəriş  şifahi  və  ya  telefonla  (əməliyyat 
jurnalında qeyd olunmaqla) verilə bilər. Qəzanı təxirə salmaq 
mümkün olmadıqda (yanğın, adamın gərginlik altında qalması 
və  s.)  yuxarıda  (vəzifəcə)  duran  növbətçinin  iştirakı  və 
sərəncamı  olmadan  əməliyyat  (dəyişdirmə)  aparmağa  icazə 
verilir,  sonradan  növbətçi  şəxsi  məlumatlandırmaq  və 
əməliyyat jurnalında qeydiyyat aparmaq lazımdır. 
1000V-dan  yuxarı  gərginlikli  paylaşdırıcı  quruluşlarda  
bir  neçə  birləşmədə  mürəkkəb  dəyişdirmələr,  mütləq  iki  işçi 
(vəzifəcə  böyük  olan  işçi,  ikincinin  işinə  nəzarət  etməlidir) 
tərəfinən yerinə yetirilməlidir. 
Növbədə  olan  növbətçilərin  (adamların)  sayını,  yerli 
şəraitdən 
asılı 
olaraq, 
sxemin 
mürəkkəbliyini 
və 
blokirovkalarını  nəzərə  almaqla  elektrik  təsərrüfatına 
cavabdeh olan şəxs tərəfindən təyin edilir. 
Əgər 1000V-dan yuxarı gərginlikli qurğulara ayrıcılarla 
qeyri-düzgün (normal olmayan) əməliyyatlardan blokirovkalar 
yoxdursa, onda belə halda dəyişdirmələr, dəyişdirmə blankları 
üzrə  yerinə  yetirilir.  Blank,  sadə  sənəd  olub,  harada  nəzərdə 
tutula bilən dəyişdirmələr (məsələn, yarımstansiyanın qidasını 
başqa  xəttə  keçirmək,  güc  transformatorunun  təmirə 
çıxarılması  və  s.)  və  komutasiya  aparatlarla  əməliyyat 
ardıcıllığı  (səyyar  torpaqlayıcılarından  istifadə  etməklə) 
yazılır.  Blank,  dəyişdirmələr  haqda  göstəriş  olan  şəxs 
tərəfindən  doldurulur  və  əməliyyatları  yerinə  yetirən  və  ona 
nəzarət  edən  şəxs  tərəfindən  imzalanır.  Əgər  dəyişdirmə 
əməliyyatı  bir  nəfər  yerinə  yetirirsə,  o  blankı  doldurduqdan 

124 
 
sonra onun məzmununu telefonla göstəriş verən şəxsə oxuyur 
və blankda həmin şəxsin soyadını nəzarətçi kimi qeyd edir. 
Ayrıcıları  düzgün  olmayan  əməliyyatlardan  qorumaq 
üçün bloklayıcılarla təchiz olunmuş elektrik qurğularında sadə 
və  mürəkkəb  dəyişdirmələr  blanksız,  ancaq  əməliyyat 
jurnalında qeydiyyat aparmaqla yerinə yetirilir.  
Əgər hər hansı səbəbdən iş yerində adamlar olduqda və 
ya  müvəqqəti  torpaqlayıcı-qısaqapayıcılar  götürülməyibsə, 
təmirdən  və  sınaqdan  sonra  qurğunu  işə  səhv  buraxdıqda 
böyük təhlükə yarana bilər. Bu cür təhlükənin baş verməməsi 
üçün  elektrik  avadanlığını  təmir  və  sınaqdan  sonra,  növbətçi 
şəxs tərəfindən məsuliyyətli rəhbərdən qəbul edilməlidir. 
 
3.2 İşləyən elektrik qurğularında iş aparılması 
 
Elektrik  qurğularının  istismarı  zamanı  planlı  surətdə 
profilaktik  təmirini,  eləcə  də  elektrik  maşın  və  aparatlarının, 
kabellərinin  və  daxili  elektrik  şəbəkələrinin  izolyasiyasının 
sınağının aparılması vacibdir. Bundan başqa qəzaların ləğvi və 
xəbərdarlığı  üzrə,  həmçinin  xırda  nasazlıqlara  görə  həcmcə 
böyük olmayan müəyyən işlər görülməlidir. 
Təhlükəsizlik  texnikasının  qaydalarına  (TTQ)  əsasən 
işləyən  elektrik  qurğularında  aparılan  işlər  təhlükəsizlik 
nöqteyi-nəzərindən aşağıdakılara ayrılır: 
a)
 
Gərginlik  tam  götürüldükdən  sonra  (bütün  cərəyan 
keçirən 
hissələrdən 
və 
girişlərdən 
gərginlik 
götürüldükdən)  elektrik  qurğularında  görülən  işlər. 
Bundan  başqa  baxılan  halda  gərginlik  altında  olan 
qonşu elektrik qurğularına qadağan edilməmiş girişlər 

125 
 
olmamalıdır. 
b)
 
Qismən 
gərginlik 
götürüldükdə  açıq  elektrik 
qurğularında  və  ya  ayrı-ayrı  otaqlarda  quraşdırılmış 
elektrik  avadanlıqlarında  aparılan  işlər.  Bu  halda 
gərginlik  altında  olan  və  qonşu  otaqda  yerləşdirilmiş 
qurğuya qadağan edilməmiş giriş ola bilər.  
c)
 
Cərəyan  keçirən  hissələrə  və  onlara  yaxın  gərginlik 
altında  olan  qurğularda  aparılan  işlər.  Bu  halda  iş 
görən  adamların  gərginlik  altında  olan  hissələrə 
yaxınlaşmanın (və ya onların istifadə etdiyi alətlərin) 
qarşısının alınması üçün müəyyən texniki və təşkilati 
tədbirlərin görülməsi tələb olunur. 
d)
 
Gərginlik  açılmadan  cərəyan  keçirən  hissələrdən 
uzaqda  görülən  işlər.  Bu  halda  iş  icraçılarının 
gərginlik  altında  olan  hissələrə  yaxınlaşmasının 
qarşısını  almaq  üçün  texniki  və  təşkilati  tədbirlərin 
görülməsi tələb olunmur. 
“a”, “b” və “c” bəndlərində göstərilmiş təmir və sazlama 
işlərinə  başlamazdan  əvvəl  iş  icraçılarının  təhlükəsizliyini 
təmin edən texniki və təşkilatı tədbirlər görülməlidir. 
 
İşin təhlükəsizliyini təmin edən texniki tədbirlər 
 
Elektrotexniki  qurğularda  təhlükəsiz  işi  təmin  edən 
texniki tədbirlər aşağıdakılardır: 
a)
 
İşlər  görmək  üçün  ayrılmış  sahədə  gərginliyin 
açılması  və  onun  səhvən  qoşulmasının  qarşısını  alan 
təbirlər. 
b)
 
Müvəqqəti  çəpərlərin  qoyulması  və  xəbərdarlıq 

126 
 
plakatlarının asılması. 
c)
 
Torpaqlayıcı 
şinə 
müvəqqəti 
torpaqlayıcıları  
birləşdirmək. 
Torpaqlanacaq 
cərəyan 
keçirən 
hissələrdə gərginliyin olub-olmamsını yoxlamaq. 
d)
 
Gərginliyin  olmamasını  yəqin  etdikdən  sonra  dərhal 
torpaqlayıcıları  xəttə  birləşdirməli  və  ya  paylaşdırıcı 
quruluşa olan torpaqlayıcı “bıçaqlar” qapamalı. 
e)
 
İş  yerinin  çəpərə  alınması  və  “Burada  işləməli” 
sözləri yazılmış plakatı asmalı. 
Bu  texniki  tədbirləri  əməliyyat  işçiləri  tərəfindən  biri 
yerinə yetirir.  
 
Elektrik avadanlıqlarının açılması 
 
Təmir  olunacaq  elektrik  avadanlıqları,  gərginlıik  verilə 
biləcək  bütün  tərəflərdən  açılmalıdır.  Bunun  üçün  ayrıcıları, 
yük aparatlarını açmalı, qoruyucular yuvalardan çıxarılmalıdır 
(bu halda açılmalar görünməlidir). Kommutasiya aparatlarının 
təsadüfi  birləşdirilmələrdən  (qapanmalardan)  qorunmaq  üçün, 
onların  intiqalları  mexaniki  yolla  bağlanmalı,  uzaqdan  idarə 
olunan (distansion) intiqallarda isə işəsalma elektromaqnitlərin 
qoruyucularını çıxartmaq lazımdır. 
Təkcə  təmir  aparılacaq  cərəyan  keçirən  hissələr  yox, 
həmçinin  onun  yaxınlığında  olan  və  gərginlik  altında  olan 
avadanlıqlar şəbəkədən açılmalıdır. Bu zaman minimal məsafə 
15kV-a  qədər  0,7m;  15-dən  35kV-a  qədər  1m;  35kV-dan 
yuxarı  110kV-a  qədər  1,5m;  154kv  üçün  2m  və  220kV 
gərginlikdə  2,5m  olmalıdır.  Gərginlik  altında  qalmalı  olan 
cərəyan keçirən hissələr çəpərlənməlidir. 

127 
 
1000V-a  qədər  gərginlikli  elektrik  avadanlıqlarının 
açılması  rubilniklə,  avtomatik  açarlarla  və  kontaktorlarla 
həyata 
keçirilir. 
Əgər 
təmir 
zamanı 
müvəqqəti 
torpaqlayıcılardan  istifadə  olunmursa,  ona  təmir  işçilərini 
səhvən  qoşulmalardan  mühafizə  etmək  üçün  əlavə  təbirlər 
görülməlidir.  Belə  tədbirlərə  misal  olaraq,  kommutasiya 
aparatının  kontaktları  arasına  dielektrikdən  araqatının 
qoyulması,  intiqalın  bağlanması  və  naqillərin  açılmasını 
göstərmək olar. 
 
Xəbərdarlıq plakatlarının asılması və iş yerlərinin 
çəpərlənməsi 
 
“Qoşmayın  –  adamlar  işləyir”    məzmunlu  plakatlar 
(açıcıların  və  ayrıcıların  inteqallarının  dəstəklərindən 
hansıların  köməyilə  gərginlik  verilə  bilər)  asılmalıdır. 
Əməliyyat  ştanqası  ilə  idarə  olunan  birqütblü  ayrıcılarda 
plakat onların çəpərindən asılır. 
Əgər  elektrik  verilişi  xətti  təmir  edilirsə,  onun 
açılmasından sonra xətti ayrıcının inteqalından “Qoşma xətdə 
iş gedir” plakatı asılmalıdır. 
Təsadüfən  toxuna  biləcək  və  gərginlikdən  açılmamış 
cərəyan  keçirən  hissələr  iş  zamanı  müvəqqəti  çəpərlənir  və 
onlardan  “Dayan-həyat  üçün  təhlükəlidir”  (1000V-a  qədər 
gərginlikli  qurğular  üçün)  və  “Dayan-yüksək  gərginlik” 
(1000V-dan  yuxarı  gərginlikli  qurğular  üçün)  plakatları 
asılmalıdır. 
Əgər  təmir  işləri  paylaşdırıcı  qurluşlarının  metal-
konstruksiyalarının yuxarı hissələrində aparılırsa, onda həmin 

128 
 
hündürlüyə qalxmaq yeri “Burdan qalx” plakatı ilə göstərilir. 
Fəhlələrin  girişi  nəzərə  alınmış  və  çəpərlənmiş  fəzaya 
daxil olmaq üçün keçidlər saxlanılır. 
Gərginliyin 
olmamasının 
yoxlanması
Lazımi 
xəbərdarlıq  plakatlarını  asdıqdan,  avadanlıqlarının  cərəyan 
keçirən  hissələrini  şəbəkədən  açdıqdan  sonra,  onlarda 
gərginliyin olmamasını yoxlayırlar. 
1000V-a 
qədər 
gərginlikli 
elektrik  qurğularında 
gərginliyinin  olmamasını  cərəyanaxtarıcı  və  ya  yerdəyişməyi 
mümkün  olan  (səyyar)  voltmetrlə,  1000V-dan  yuxarı  və 
110kV-a 
qədər 
gərginlikli 
qurğularda  isə  gərginlik 
göstəriciləri  ilə  yoxlanılır.  Yoxlamaya  başlamazdan  öncə, 
cərəyan  axtarıcısının  və  gərginlik  göstəricisinin  normal 
işləməsini  dəqiqləşdirmək  lazımdır  (buna  yaxınlıqdakı 
gərginlikli qurğularda yoxlamaqla nail olurlar). İstifadə edilən 
voltmetr 
və 
gərginlik 
göstəricisi  qurğunun  nominal 
gərginliyinə uyğun olmalıdır. 
Stasionar  cihazların  və  siqnalizasiya  qurluşlarının 
göstəricilərinə  görə  qurğuda  gərginliyin  olmaması  haqqında 
nəticə  çıxarmaq  düzgün  deyil,  çünki,  onlar  ola  bilər  nasaz 
olsun.  Əgər  bu  cihazlar  gərginliyin  olmasını  göstərirsə, 
qurğunun  elektrik  cərəyanı  keçirən  hissələrə  yaxınlaşmaq 
qadağandır. 
 
Müvəqqəti torpaqlayıcılarının qoyulması 
 
Bağlı 
paylaşdırıcı 
quruluşlarda 
torpaqlayıcılar, 
gərginlikdən  açılmış  cərəyan  keçirən  hissələrdə  onlar  üçün 
nəzərdə tutulmuş (məsələn, şinlər) yerlərə qoyulur. Bu yerlər, 

129 
 
boyaq  maddələrdən  təmizlənir  və  qara  zolaqlarla  işarə  edilir. 
Bütün  paylaşdırıcı  qurğularda  müvəqqəti  torpaqlayıcıları 
ümumi  torpaqlayıcı  naqillə  birləşmə  yeri  boyaq  maddələrdən 
təmizlənməli və müvəqqəti torpaqlayıcının məngənəsini (vintli 
sıxac) 
bərkitmək 
və 
ya 
bolt 
birləşməsi 
üçün 
uyğunlaşdırılmalıdır.  
Səhvən,  gərginlikdən  açılmamış  üçfazlı  xətti  müvəqqəti 
torpaqlayıcı  ilə  eyni  vaxtda  torpaqladıqda,  əməliyyat  işçisi 
üçün  təhlükə  yarada  bilər.  Bu  halda  əməliyyat  işçisi  elektrik 
cərəyanının təsirindən xəsarət və elektrik qövsünün təsirindən 
isə  yanıq  ala  bilər.  Ona  görə  müvəqqəti  torpaqlama 
əməliyyatını  kvalifikasiya  qrupu  IV-dən  aşağı  olmayan  şəxsə 
icazə  verilir  (bu  halda  kvalifikasiya  qrupu  III  aşağı  olmayan 
ikinci  şəxs  də  iştirak    etməlidir).  Elektrik  qurğusuna 
birnəfərlik  əməliyyat  ximətində  1000V-a  qədər  gərginlikli 
elektrik qurğusunda müvəqqəti torpaqlayıcısının qoyulması və 
götürülməsi bir şəxs tərəfindən yerinə yetirə bilər. 1000V-dan 
yuxarı  gərginlikli  paylaşdırıcı  quruluşlarda  torpaqlayıcı 
bıçaqların  qapanması  və  açılması,eləcə  də  35kV-a  qədər 
gərginlikli 
açılmış  xətlərə  müvəqqəti  torpaqlayıcının 
qoyulması  əməliyyatlarını    bir  nəfərə  həvalə  oluna  bilər. 
Torpaqlama  əməliyyatı  yerdən  xüsusi  ştanqa  vasitəsilə  yerinə 
yetirilir. 
Bütün  hallarda  torpaqlayıcını,  xətlərdə  gərginliyin 
olmamasını  yoxladıqdan  sonra  fasilə  vermədən  (yəni  birdən) 
qoyulur.  Müvəqqəti  torpaqlayıcının  ucu  yoxlamadan  öncə 
torpaqlayıcı naqillə birləşməlidir. 
Müvəqqəti  torpaqlayıcıların  xətlərdən  götürülməsi 
əməliyyatı  əks  ardıcıllıqla  aparılır,  yəni  öncə  dielektriki 

130 
 
əlcəklərdən və ştanqadan istifadə etməklə torpaqlığının ucları 
xətdən  götürülür,  sonra  əllə  torpaqlayıcı  naqildən  açılır. 
1000V-a 
qədər 
gərginlikli 
qurğularda  torpaqlayıcının 
qoyulması  və  götürülməsi  dielektrik  əlcəkli  əllə  yerinə 
yetirmək olar. 
 
Təşgilati tədbirlər 
 
Elektrotexniki  qurğularda  təhlükəsiz  işi  təmin  edən 
təşkilati tədbirlərə aşağıdakılar aiddir: görüləcək işlərin naryad 
və  sərəncamlarla  verilməsi;  işə  buraxılışın  tərtib  edilməsi;  iş 
vaxtı  nəzarət;  işdə  fasilələrin  və  başqa  iş  yerlərinə 
keçmələrinin tərtibi; işin qurtarmasının tərtib edilməsi. 
Elektrotexniki  qurğulara  bütün  işlər  bir  qayda  olaraq, 
naryad üzrə yerinə yetirilir. Naryad elkektrotexniki qurğularda 
iş  görmək  üçün  tərtib  olunan  yazılı  sərəncam  olub,  harada  iş 
yeri, işin başlanması və sonu, onun təhlükəsiz yerinə yetirmə 
şəraiti,  briqadanın  tərkibi  və  işin  təhlükəsiz  yerinə 
yetirilməsinə cavabdeh şəxs göstərilir. 
İşin  təhlükəsiz  yerinə  yetirilməsinə  cavabdeh  olanlar: 
naryad  və  ya  sərəncam  verən  şəxs;  işin  məsul  rəhbəri;  işə 
buraxılan əməliyyat işçisi; iş icraçısı; nəzarət edən; briqadaya 
daxil olan işçilər. 
Elektrik  qurğularında  işləmək  üçün  naryadlar  verilməsi 
müəssisənin  elektrotexniki  işçilər  (elektrosexin  rəisi,  istismar 
xidmətinin  rəisi,  usta)  tərəfindən  həyata  keçirilir.  Bu  şəxslərə 
müəssisənin  baş energetiki  tərəfindən xüsusi  sərəncam verilir 
və  onların  V  qrup  kvalifikasiyası  (1000V-a  qədər  qurğularda 
IV  qrupdan  aşağı  olmamalıdır)  olmalıdır.  Müəssisənin  baş 

131 
 
energetiki  tərəfindən  müəyyənləşdirilmiş  bəzi  işlərin  yerinə 
yetirilməsinə  (sərəncamın  verilməsi  hüququ,  əməliyyat 
işçilərdən  birinə,  IV  kvalifikasiya  qrupundan  az  olmayan) 
verilir. 
1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğularında 
ancaq  məsuliyyətli  işlərə  təyin  olunan  cavabdeh  rəhbər 
(kvalifikasiya  qrupu  V-dən  aşağı  olmayan)  briqadanın 
tərkibini  seçir  və  işçilərin  kvalifikasiyasının  lazımi  dərəcədə 
olmasına təminat verir. Əməliyyatları yerinə  yetirmək üçün iş 
yerini qəbul edən cavabdeh rəhbər təhlükəsizliyi təmin etmək 
üçün lazımi tədbirlər görməlidir. Gərginliyi tam və ya qismən 
götürülmüş  elektrik  qurğularda  müəyyən  sadə  işləri  yerinə 
yetirmək  üçün  cavabdeh  rəhbərin  olması  vacib  deyil.  Belə 
hallarda briqadanın tərkibi naryad və ya sərəncam verən şəxs 
tərəfindən  təyin  edilir,  cavabdeh  rəhbər  funksiyasını  isə  iş 
icraçısı görür. 
İş  icraçısı  (kvalifikasiya  qrupu  IV-dən  aşağı  olmayan, 
1000V-a  qədər  gərginlik  qurğularda  isə  III  qrupdan  aşağı 
olmayan)  iş  yerini  qəbul  edir,  onun  hazır  olmasına  və  işin 
yerinə  yetirilməsi üçün tələb olunan təhlükəsizlik tədbirlərinin 
düzgünlüyünə cavab verir. 
Əgər  elektrotexniki  qurğuda  işlər  qeyri-elektrik  şəxslər 
tərəfindən görülürsə (məsələn, tikinti işləri və s.) onda naryad 
müşahidəçinin  adına  yazılır  (ancaq  işçilərin  elektrik 
təhlükəsizliyə cavabdeh olan şəxs).  
Təhlükəsizlik  texnikasının  qaydalarına  görə  məsul 
işçilərdən    birinə  (Cavabdeh  rəhbərə  və  iş  icraçısına  naryad 
verən)  iki  nəfərin  vəzifəsini  yerinə  yetirməyə  icazə  verilir. 
Məsələn, naryad verən cavabdeh rəhbərin, o, isə iş icraçısının 

132 
 
vəzifəsini görə bilər. 
İşləyən  elektrotexniki  qurğularda  əməliyyat  işlərini 
aparmaq  üçün  iki  nüsxədə  naryad  yazılır  (biri  iş  icraçısında, 
ikincisi  isə  qurğunun  növbətçisində  qalır).  Əməliyyat 
jurnalında  naryadın  nömrəsini  qeyd  etməklə  işin  başlanması 
və qurtarması vaxtları göstərilir. 
Daimi  növbətçi  olmayan  (məsələn,  yarımstansiya) 
elektriki qurğularda iş aparıldıqda, naryadın ikinci nüsxəsi onu 
yazanın özündə qalır. 
İş icraçısına, bir briqada və bir birləşmə üçün ancaq bir 
naryad verilə bilər. 
Təmir  briqadasında  dəyişiklik,  ancaq  cavabdeh  rəhbər 
və  ya  naryad  verən  şəxs  tərəfindən  aparıla  bilər.    Naryadın 
təsir müddəti 5 gündən çox olmamalıdır. Əgər iş bir neçə günə 
hesablanıbsa,  onda  hər  gün  briqadanın  işə  buraxılması 
naryadın qrafasında qeyd edilir. 
İşin  tam  qurtarması  tarixi  və  vaxtı  naryadın  sonunda 
qeyd edilir və işə cavabdeh rəhbər tərəfindən imzalanır.  
Təmir 
briqadasını  işə  buraxmazdan  əvvəl,  işə 
icazəverən,  cavabdeh  rəhbər  və  iş  icraçısı  birlikdə  iş  yerinin 
hazırlığı ilə bağlı texniki tədbirlərin görülməsini yoxlayırlar. 
İşin  yerinə  yetirilməsi  prosesində  nəzarət,  briqada  ilə 
həmişə  bir  yerdə  olan  iş  icraçısı  tərəfindən  yerinə  yetirilir.  İş 
yerində  bir  nəfərin  qalmasına  və  bir  nəfərin  işləməsinə  icazə 
verilmir. 
İşçilərə nəzarət edən şəxs müəyyən səbəblərdən iş yerini 
tərk etməli olsa və onu əvəz edə bilən cavabdeh rəhbər və ya 
naryad  verən  şəxs  yoxdursa,  onda  briqadanı  elektrik  qurğusu  
yerləşən  otaqdan  çıxarıb  oranı  qıfıllayırlar.  Bütün  hallarda 

133 
 
nəzarətçiyə    briqada  ilə  birlikdə  işləməyə  icazə  verilmir.  O, 
ancaq adamların işinə nəzarət etməli və elektrik təhlükəsizliyi  
qaydalarının pozulmasına imkan verməməlidir. 
Naryad  üzrə  bütün  işlər  qurtardıqdan  sonra  iş  yeri 
yığışdırılır  (briqada  tərəfindən)  işin  qurtarılması  barəsində 
naryada  imza  çəkir  və  onu  əməliyyat  işçisinə  təhvil  verir. 
Əməliyyat  işçisi,  təmir  olunmuş  elektrik  qurğusuna 
baxdıqdan,  iş  yerində  adamların  olmadığını    yəqin  etdikdən, 
kənar  əşyaların,  alətlərin  olmamasını  yoxladıqdan  və 
yığışdırılmış  iş  yerinin  təmizliyinə  fikir    verdikdən  sonra 
naryadda  qeydiyyatlar  aparmaqla  onu  bağlayır.  Naryadın 
bağlanmasından  öncə  müvəqqəti  torpaqlayıcılar  və  çəpərlər 
götürülüür,  daimi  çəpərlər  öz  yerlərinə  qoyulur,  işdən  əvvəl 
qoyulmuş  bütün  plakatlar  götürülür.  Qurğunun  işə 
buraxılmasına,  naryadı  bağladıqdan  sonra  izacə  verilir. 
Bağlanmış  naryadlar,  nəzarət  yoxlanması  üçün  bir  ay 
müddətində saxlanılır. 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə