Şəkil 2. Adamın müqavimətinin prinsipial sxemi.
r
d
– dərinin müqaviməti; c
d
– elektrodla, bədənin daxili hissəsi
arasında yaranan tutum; r
dax
– daxili üzvlərin və toxumaların
müqavimətidir.
Adamların daxili müqaviməti dəyişən olub, dərinin və
ətraf mühitin vəziyyətindən asılıdır.
Dərinin üst səthi zədələndikdə (cızıldıqda, kəsildikdə və
s.), adamın elektrik müqavimətinin qiyməti birdən azalır və
ona görə də orqanizmdən axan cərəyanın qiyməti artır. İnsan
bədəninə təsir edən gərginliyin qiyməti artdıqda dərinin üst
səthinin deşilməsi baş verir, müqaviməti ani olaraq azalır və
bədəndən axan cərəyanın qiyməti çoxalır.
Beləliklə görürük ki, adamın elektrik cərəyanı təsirindən
aldığı xəsarət, çox faktorlardan asılıdır. Bunlardan ən
təhlükəlisi, adamların yaş əllə isti və nəm otaqda elektrik
cərəyanı keçirən hissələrlə təmasda olduqda baş verir.
Elektrik cərəyanının zərbəsindən adamın aldığı xəsarət,
onun təhlükəsindən asılı olaraq müxtəlif olur. Xəsarətin
təhlükə dərəcəsinə müxtəlif faktorlar təsir göstərə bilər:
cərəyanın qiyməti, onun bədəndən keçmə müddəti, cərəyanın
bədəndən keçmə yolu və nəhayət gərginlik altına düşən
adamın fərdi xassələrindən (sağlamlığı, yaşı və s.) asılıdır.
32
Bunlardan əsas faktor, insan bədənində yaranan cərəyandır.
Adətən,
adam
dəyişən
cərəyanının
təsirindən
qıcıqlandırmanı 1-1,5mA , sabit cərəyanda isə 5-7mA hiss
edir. Bu cərəyanlar, qıcıqlandırmanı hiss edən sərhəd
cərəyanları adlanır.
5-10mA
dəyişən
cərəyanlarda,
qıcıqlandırıcı
cərəyanların təsirləri güclənir, əzələlərdə ağrılar yaranır və
onları iflic halına gətirib çıxarır. 10-15 mA cərəyanlarda
ağrılar dözülməz olur, ayaq və əl əzələləri qıclaşması o qədər
güclənir ki, adam özü müstəqil olaraq cərəyanın təsirindən
azad ola bilmir (əllərini aça, özündən naqili tullaya və
gərginliyin təsir zonasından uzaqlaşa bilmir).
10-15mA və yuxarı dəyişən, 50-80mA və yuxarı sabit
cərəyanlar daha təhlükəli cərəyanlar adlanır.
Sənaye tezlikli dəyişən cərəyanın (25mA və yuxarı)
təsirindən təkcə adamın əl və qol əzələlərində yox, həmçinin
döş qəfəsinin əzələlərinə də təsiri olur. ona görə baxılan halda
nəfəsin iflici və ölüm halı baş verə bilər. 50Hs tezlikdə 50mA
cərəyan nəfəs orqanlarının işini sürətlə pozur, 50Hs tezlikdə
100mA və yuxarı qiymətli cərəyanlar və sabit gərginlikdə
300mA cərəyan qısa zamanda (1-2s) ürəyin əzələlərini
zədələyir və ürəyin fəaliyyətini dayandırır. 500mA-dən çox
cərəyanın təsirindən ürəyin və nəfəsin iflici baş verir. Adam
bədənindən axan cərəyanın təsir müddəti çoxaldıqca, alınan
xəsarət daha ağır olur və ölümlə nəticələnmə ehtimalı artır.
Elektrik cərəyanının təsirindən alınan zədənin təhlükəsi insan
bədənindən cərəyanın keçmə yolunun istiqamətindən də
asılıdır. Cərəyan ürək, döş qəfəsi, baş və bel iliyindən keçərsə,
onda alınan zədə daha təhlükəli olur. Cərəyanın yolundan (əl-
33
əl, əl-ayaq, ayaq-ayaq, boyun-ayaqlar və s.) asılı olaraq
bədənin müqaviməti müxtəlif qiymətlərə malik olduğundan,
orqanizmdən axan cərəyanın təsiri eyni olmayacaqdır.
Ən təhlükəli, (adamın orqanizmindən keçən) əl-ayaq, əl-
əl, nisbətən təhlükəsizi isə “ayaq-ayaq” cərəyan yoludur.
Dostları ilə paylaş: |