EcoVision


azərbaycan və türkiyə hərbi sahədə əlaqələri



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə20/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   16   17   18   19   20   21   22   23   ...   95
azərbaycan və türkiyə hərbi sahədə əlaqələri 

daha da genişləndirmək niyyətindədirlər

Martın 4-də Azərbaycan Respublikasının Müdafiə 

naziri  general-polkovnik  zakir  Həsənov  ölkəmizdə 

rəsmi  səfərdə  olan  Türkiyə  Respublikasının  Hərbi 

Hava  Qüvvələri  komandanı,  ordu  generalı  Akın 

Öztürklə görüşüb.

Müdafiə  Nazirliyinin  mətbuat  xidmətindən 

AzƏRTAC-a  bildiriblər  ki,  ordu  generalı  A.Öztürkün 

Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi ke-

çirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri 

komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən 

görüşündə  müdafiə  naziri  general-polkovnik  za-

kir  Həsənov  qonaqları  salamlayaraq,  Azərbaycanla 

Türkiyə  arasında  əməkdaşlığın  dostluq-qardaşlıq 

münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin 

daim inkişaf etdiyini qeyd edib.

Müdafiə  naziri  ölkələrimiz  arasında  hərbi 

əməkdaşlıq planına əsasən ötən il Azərbaycanda, ha-

zırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin 

birgə  təlimlərinin  təcrübə  toplanılması  baxımından 

əhəmiyyətini qeyd edərək bu sahədə əlaqələrin daha 

da genişləndirilməsini xüsusi vurğulayıb.

Ordu  generalı  A.Öztürk  də  dövlətlərimizin 

əlaqələrinin  qədim  tarixi  köklərə,  mehriban  dost-

luq  münasibətlərinə  əsaslandığını  və  Türkiyənin 

Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan–Türkiyə hərbi əlaqələri və qar-

şılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri 

ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin 

ölkəmizdəki səfiri İsmail Alper Coşqun iştirak edib.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin