Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 10,42 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix31.01.2017
ölçüsü10,42 Mb.
#7099
  1   2   3   4   5   6   7   8

Musa Quliyev
Naxçıvan xanlığının
Qafqazda hərbi-siyasi
mövqeyi və əlaqələri
Naхçıvan - 2013

AMEA Naxçivan Bolməsinin 31 may 2012-ci il tarixli
8/12 №-li qərarı (protokol №8) ilə çapa təqdim olunur.
Elmi məsləhətçi:                        İsa Həbibbəyli
                                                  AMEA-nın həqiqi üzvi
Elmi redaktor və
Ön sozün müəllifi:                     İsmayıl Hacıyev 
                                                  AMEA-nın həqiqi üzvi 
Rəyçilər:                                    Tofiq Mustafazadə
                                                  tarix elmləri doktoru,
                                                   professor, Dövlət Mükafatı laureatı
                                                  Camal Mustafayev 
                                                  tarix elmləri doktoru, professor
                                                  İbrahim Kazımbəyli 
                                                  Tarix üzrə fəlsəfə doktoru
                                                  dosent
Monoqrafiyada XVIII-XIX əsrlər Azərbaycan tarixində
orijinal rol oynamış bir dövlətin - NAXÇIVAN xanlığının
tarixi yeni arxiv materialları və tədqiqat əsərlərinin müqa -
yisəsi əsasında ilk dəfə kompleks şəkildə tədqiq olunur. 
Əsərdən geniş oxucu kütləsi, xüsusilə, magistrant, aspi-
rant, dissertant və dövrün tarixi ilə məşğul olan tədqi qat -
çılar istifadə edə bilərlər 
Musa Quliyev, Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və
əlaqələri. Íàõ÷ûâàí-2013,Яжями” Няшриййат-Полиграфийа Бирлийи, 184 сÿù.
4700000000
053-2013
ã “ßæÿìè” 2013.

-3-
MÜNDƏRİCAT
“Xan Sarayы” Dюvlяt Tarиx-Memarlыq Muzeyиnиn
yaradыlmasы haqqыnda Нaxчыvan Muxtar Respublиkasы
Alи Mяclиsи Sяdrиnиn Sяrяncamы.............................................. 5
Ön söz……………………………………………...……….... 7
GİRİŞ ……………………………………………...……….... 12
I FƏSİL. NAХÇIVAN ХANLIĞININ
SİYASİ VƏZİYYƏTİ VƏ ƏLAQƏLƏRİ 
1.1. ХVIII əsrin II yarısında Qafqazda siyasi vəziyyət və 
Naхçıvan хanlığı …................................................................. 15
1.2. Naхçıvan хanlığının siyasi-inzibati vahidləri və 
idarəçilik sistеmi ……............................................................ 24
1.3. Naхçıvan хanlığında ordu quruculuğu.............................. 38
1.4. Naхçıvan хanlığının qonşu хanlıqlarla siyasi əlaqələri..... 46
II FƏSİL. NAХÇIVAN ХANLIĞININ QAFQAZ 
RЕGİONUNDA HƏRBİ MÖVQЕYİ
2.1. Kəngərli хanları və Naхçıvan ……………………….... 75
2.2. Naхçıvan хanlığının Kartli-Kaxetiya çarlığı və
qonşu dövlətlərlə hərbi-siyasi münasibətləri…...…................ 95
2.3. Çar Rusiyasının işğalçılıq siyasəti və 
Naхçıvan хanlığı …………………....................................... 116
Nəticə  ……...…………………………….………………..  150
İstifadə edilmiş ədəbiyyat ................................………….....157
Əlavələr ….......………………………………........………..170

-4-
Məsələn, mən daha çox istərdim ki, Naxçıvan
xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan
xanlığının  çox  böyük  tarixi  var.  Bu  xanlıq  nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur?
Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var.
Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə
çox  bağlı  idi.  İndi  ermənilər  deyirlər  ki,  yox
orada ermənilər olubdur. Amma həqiqətən İrəvan
xanlığıdır.  Naxçıvan  xanlığını  siz  dərindən
öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxa-
caqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız  materialları  Rusiyanın  arxiv -
lərində,  Sankt-Peterburqda,  rus  imperiyasının
arxivlərində  tapacaqsınız  və  görəcəksiniz  ki,
dünyada nələr var.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının
ümummilli lideri

-5-
“Xan Sarayы” Dюvlяt tarиX-MeMarlыq
Muzeyиnиn yaraDыlMaSы haqqыnDa 
НaXЧыvan MuXtar reSPuBlиKaSы 
alи MяClиSи SяDrиnиn 
SяrяnCaMы
Azяrbaycan  яrazиsиndя  1747-cи  иldяn  yaranmыш  18  feodal
dюvlяtdяn bиrи olan Naxчыvan xanlыьы mиllи dюvlяtчиlиk tarиxиmиzdя
mцhцm  mяrhяlя  tяшkиl  etmиш,  bюlgяnиn  иnkишafыnda,  mцdafия
qabиlиyyяtиnиn gцclяndиrиlmяsиndя, sяrhяdlяrиn qorunub saxlan-
masыnda vя иnzиbatи иdarячиlиyиn formalaшmasыnda vacиb tarиxи
mиssиyanы yerиnя yetиrmишdиr. Иnzиbatи яrazи baxыmыndan 2 daиrяdяn
vя 9 mahaldan иbarяt olan Naxчыvan xanlыьы Zяngяzur daьlarыndan
baшlayaraq  Araz  чayы  vadиsиnя  qяdяr  9429  kvadratkиlometr
яrazиnи яhatя edиrdи.
Юz  яrazиsи,  qoшunu,  dюvlяt  rяmzlяrи  –  bayraьы  vя  gerbи
olan Naxчыvan xanlыьыnda bиtkиn иdarячиlиk mexanиzmlяrи for-
malaшmыш, иqtиsadиyyatыn яsas sahяlяrи иnkишaf etmиш, genиш abad-
lыq-quruculuq ишlяrи aparыlmышdыr. Bu xanlыqda Heydяrqulu xan,
Nяzяrяlи xan, Kяrиm xan, Ehsan xan kиmи nцfuzlu dюvlяt vя
hяrb xadиmlяrи yetишmиш, 30 иl Naxчыvan xanlыьыnыn rяhbяrи olan
Kalbalы  xan  mahиr  dюvlяt  xadиmи  vя  dиplomat  kиmи  tarиxя
dцшmцшdцr.
80 иldяn artыq bиr dюvr яrzиndя fяalиyyяt gюstяrяn Naxчыvan
xanlыьы mиllи dюvlяtчиlиk tarиxиmиzdя sиlиnmяz иzlяr qoymuшdur.
Naxчыvan xanlыьыnыn sиyasи tarиxиmиzdя oynadыьы mцhцm rolu
yцksяk qиymяtlяndиrяn цmummиllи lиder Heydяr Яlиyev demишdиr:
“azяrbaycanыn xanlыqlara bюlцnяn dюvrцndя... naxчыvan xanlыьы
yaranыbdыr.  naxчыvan  xanlыьы  da  atabяylяr  dюvlяtчиlиyиnиn
davamы kиmи юzцnц gюstяrиbdиr. naxчыvan xanlыьы, azяrbaycanыn
baшqa bюlgяlяrиnиn xanlыqlarы azяrbaycan dюvlяtчиlиyиnи tяmsиl
edиblяr, azяrbaycanы qoruyub yaшadыblar”.

-6-
Azяrbaycanыn mиllи dюvlяtчиlиk tarиxиndя Naxчыvan xan-
lыьыnыn  tutduьu  xцsusи  mюvqeyиnи  nяzяrя  alaraq  qяrara  alы-
ram:
1. “Xan Sarayы” Dюvlяt Tarиx-Memarlыq Muzeyи yaradыlsыn. 
2.  Naxчыvan  Muxtar  Respublиkasыnыn  Nazиrlяr  Kabиnetи
Mяdяnиyyяt  vя  Turиzm  Nazиrlиyи  иlя  bиrlиkdя  bu  Sяrяncamdan
иrяlи gяlяn mяsяlяlяrи hяll etsиn.
3. Bu Sяrяncam иmzalandыьы gцndяn qцvvяyя mиnиr. 
Нахчыван Мухтар Республикасы 
Али Мяжлисинин Сядри 
ВАСиФ ТАЛыБОВ
Нахчыван шящяри, 23 oktyabr 2010-жu ил
№ 249-03/С

-7-
NAXÇIVAN XANLIĞININ ŞANLI 
TARİXİNƏ LAYİQLİ TÖHFƏ
Musa Quliyevin “Naxçıvan xanlığının Qafqazda
hərbi-siyasi mövqeyi və əlaqələri” monoqrafiyasına
ÖN SÖZ
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra tariximizin bir sıra problemlərinin daha obyektiv, əhatəli
öyrənilməsinə şərait yaranmış, müxtəlif arxivlərdəki məxfi qrifi
ilə  saxlanılan  materialların  dövriyyəyə  cəlb  edilməsi  üçün
tədqiqatçılara imkan vermişdir. 
Xanlıqlar dövrünün, həmin dövrün müstəqil və yarımmüstəqil
feodal  dövlətlərinin  tarixinin  öyrənilməsi  çox  əhəmiyyətlidir.
Çünki bu dövr Azərbaycan tarixinin dramatik hadisələrlə dolu
olan ən çətin, ən mürəkkəb dövrü olmaqla yanaşı, həm də yerli
dövlətçilik ənənələrimizin dirçəlişi dövrüdür. Xanlıqlar – Azər-
baycan  dövlətləri  öz  müstəqilliklərini  qorumaq  üçün  çətin
mübarizə aparmışlar. Azərbaycan xanları arasında vahid Azərbaycan
dövləti yaratmaq uğrunda mübarizə aparılsa da bu mümkün ol-
mamışdır.  Bir  sıra  xanların  ümumi  mənafeyi  nəzərə  almaması
üzündən  Azərbaycan  o  zaman  vahid  dövlət  halında  birləşə
bilmədi, bundan isə Rusiya imperiyası öz xeyrinə istifadə etdi.
Azərbaycanın şimal xanlıqları Rusiya imperiyası tərəfindən işğal
edildi. Faciələrimiz təkcə bununla qurtarmadı. Azərbaycan xan-
lıqlarının işğal edilməsində Rusiya imperiyasına bütün vasitələrlə
kömək  edən  məkrli  ermənilərin  bunun  qarşılığında  müəyyən
niyyətləri vardı. Onlar Cənubi Qafqazda erməni dövlətini yaratmaq
üçün hər cür vasitələrə əl atır, dəridən-qabıqdan çıxırdılar. Çar
Rusiyası gələcəkdə erməni dövlətinin yaradılmasına yönəldilmiş
“erməni  vilayəti”ni  yaratdı.  Lakin  bu  hələlik  erməni  dövləti

-8-
deyildi. Çar Rusiyası erməniləri kütləvi surətdə Azərbaycan tor-
paqlarında yerləşdirdi, bolşevik Rusiyası isə ermənilərin arzularını
reallaşdırdı, Ermənistan Respublikasının yaratdı.
Müstəqillik illərində Azərbaycan tarixşünaslığında ən çox
müraciət  olunan  problemlərdən  biri  Azərbaycan  xanlıqlarıdır.
Bu problemə aid onlarla kitab və monoqrafiya yazılmış, disser-
tasiyalar müdafiə edilmişdir. Naxçıvan və İrəvan xanlıqlarının
tarixi  haqqında  keçən  əsrin  90-cı  illərində  ilk  monoqrafiyalar
yazılsa  da,  həmin  xanlıqların  hərtərəfli  araşdırılmasına  ciddi
ehtiyac  olmuşdur.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  xalqının
ümummilli lideri Heydər Əliyev 2002-ci ildə çıxışlarının birində
demişdir:  “...  mən  daha  çox  istərdim  ki,  Naxçıvan  xanlığının
tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi
var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur?
Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı
ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi... Naxçıvan xanlığını
siz  dərindən  öyrənəndə,  mütləq  İrəvan  xanlığına  gedib  çıxa-
caqsınız...”.
Bu  baxımdan  son  illərdə  aparılan  tədqiqatlar  içərisində
istedadlı  tədqiqatçı  Musa  Quliyevin  “Naxçıvan  xanlığının
Qafqazda  hərbi-siyasi  mövqeyi  və  əlaqələri”  əsəri  xüsusilə
diqqəti cəlb edir.
Musa  Quliyevin  oxucuların  diqqətinə  təqdim  olunan  bu
monoqrafiyasında Naxçıvan xanlığının siyasi vəziyyəti və əlaqələri
fonunda XVIII əsrin II yarısında Qafqazda siyasi vəziyyət təhlil
edilir  və  Naxçıvan  xanlığının  bu  proseslərdə  iştirakı,  xanlığın
siyasi-inzibati vahidləri və idarəçilik sistemi, ordu quruculuğu
və  xanlığın  qonşu  xanlıqlarla  siyasi  əlaqələri  tədqiqata  cəlb
edilir.
Naxçıvan xanlığında Kəngərli xanlarının oynadığı rol faktik
materiallara və geniş arxiv sənədlərinə əsaslanaraq təhlil edilir.
Müəllif haqlı olaraq bəzi tədqiqatçıların yanlış olaraq Naxçıvan
xanlarının Kəngərli olmaması fikrinə münasibətinin bildirir və

-9-
buna obyektiv cavab verir. Monoqrafiyada Naxçıvan xanlığının
Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə hərbi-siyasi müna-
sibətləri  araşdırılır  və  məsələnin  obyektiv  mənzərəsi  yaradılır.
Əsərdə Naxçıvan xanlığının meydana gəlməsindən çar Rusiyası
tərəfindən  ləğv  edilməsinədək  bütün  dövrü  ətraflı  şəkildə  öz
əksini tapır.
Musa Quliyev rəsmi sənədlərə üstünlük verən, arxiv mate-
riallarına istinad edən, bir sıra xarici ölkələrin kitabxanalarında,
arxivlərində, muzeylərində illərlə işləmiş tarixçi alimlərimizdəndir.
Bu əsərin yazılmasında da müəllifin aşkar etdiyi zəngin faktlar,
apardığı ümumiləşdirmələr, çıxardığı əsas nəticələr, başlıca elmi
uğurlar tarix elmimiz üçün çox əhəmiyyətlidir.
Hər şeydən əvvəl, müəllif Rusiyanın Cənubi Qafqaza sahib
olmaq  üçün  İranla  apardığı  müharibələrə  toxunur,  Şimali
Qafqazdan türk qoşunlarının sıxışdırılmasının Rusiyanın cənuba
doğru  hərəkətinin  xeyli  dərəcədə  asanlaşdırdığını  göstərir.
Tədqiqatçı Rusiya tərəfindən Cənubi Qafqazın işğal etməsi ilə
əlaqədar gördüyü hazırlıq işlərini faktlarla izah edir. Qafqazda
siyasi  vəziyyətin  mürəkkəbliyi  təhlil  edilir  və  bu  hadisələri
diqqətlə izləyən Naxçıvan xanlığının tutduğu mövqe, yaratdığı
əlaqələr əsaslandırılır. Cənubi Qafqazda baş verən hadisələrdən
Naxçıvan xanlarının çıxış yolları axtarmaları, burada I Kalbalı
xanın ağıllı siyasəti genişliyi ilə təqdim olunur. Müəllifin fikirləri,
başqa  tədqiqatçıların  araşdırmalarına  hörmətlə  yanaşması  ilə
bərabər, onlarla polemikaya girməsi, bəzi tarixi fakt və hadisələr
haqqında  irəli  sürdüyü  mülahizələr  inandırıcıdır  və  müəllifin
qənaətləri oxucunu razı salır. Naxçıvan xanlığının tarixinin dövr-
ləşdirilməsi, onun ərazisinin müəyyənləşdirilməsi, siyasi-inzibati
quruluşu  və  idarəçilik  sistemi  haqqındakı  mülahizələri  onun
tədqiqatçı kimi yüksək keyfiyyətlərindən xəbər verir. Çox yaxşı
haldır  ki,  Naxçıvan  xanlığındakı  idarə  sistemini  Azərbaycan
xanlıqlarındakı  idarə  sistemi  ilə  müqayisə  edir  oxşar  və  fərqli
cəhətlərini göstərməklə yekun nəticələr çıxarır.

-10-
Əsərdə xanlıqda aparılan ordu quruculuğuna xüsusi əhəmiyyət
verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, hələ xanlıq mövcud
olana qədər Naxçıvan hərbçiləri “Naxçıvan süvariləri” adı altında
məşhur  idi.  Mənbələrdə  və  tədqiqat  əsərlərində  Naxçıvan
xanlığının  hərbi  potensialı  haqqında  müxtəlif  fikirlər  olsa  da,
müəllif buna da aydınlıq gətirir.
Monoqrafiya müəllifi Naxçıvan xanlığının qonşu xanlıqlar
və  dövlətlərlə  yaratdığı  əlaqələrə  geniş  yer  vermişdir.  Tarixi
mənbələrə istinad edən tədqiqatçı qeyd edir ki, hələ Heydərqulu
Kəngərlinin  vaxtından  Naxçıvan  xanlığının  Qarabağ,  İrəvan,
Xoy, Maku, Qaradağ və Gəncə xanlığı ilə dostluq münasibətləri
olmuşdur. Tədqiqatçı M.Quliyev xanlıqlar və dövlətlər arasında
yaranan əlaqələrdə məktublaşmanın əhəmiyyətini önə çəkir və
çox maraqlıdır ki, bu məktublaşmalar haqqında K.Smirnov ilk
dəfə məlumat versə də, onlar haqqında ilk təhlilləri və araşdırmaları
müəllif  aparmışdır.  Tədqiqatçı  diplomatiya  tarixində  I  Kalbalı
xanın  və  I  Ehsan  xanın  xüsusi  xidmətlərinə  diqqət  yetirir  və
bununla  əlaqədar  xeyli  nümunələr  gətirir.  Xüsusilə,  I  Kalbalı
xanın Sisianovla, Yermolovla, Zubovla, Fətəli şahla və başqaları
ilə  məktublaşması  və  danışıqlar  aparması  onun  diplomatik
bacarığından xəbər verir.
Naxçıvan  xanlığının  Qafqaz  regionunda  hərbi  mövqeyinə
aydınlıq gətirən müəllif ilk növbədə Naxçıvan xanlığının idarə
edilməsində Kəngərli tayfasının nümayəndələrinin – Heydərqulu
xan, Hacı Məhəmməd xan, Rəhim xan, Şükrullah xan, Əliqulu
xan, Abbasqulu xan, Cəfərqulu xan, I Kalbalı xan, Nəzərəli xan,
I Ehsan xanın rol və fəaliyyətlərinə geniş yer vermişdir. Xüsusilə,
Naxçıvan xanlığının Kartli-Kaxetiya çarlığı və qonşu dövlətlərlə
(Rusiya,  Türkiyə  və  İranla)  hərbi-siyasi  münasibətləri  onun
Qafqazdakı hərbi mövqeyinə aydınlıq gətirir. Müəllifin qeydlərindən
aydın  olur  ki,  Qarabağ  xanlığının  vasitəçiliyi  ilə  Naxçıvanla
Gürcüstanın  siyasi,  iqtisadi  və  hərbi  əlaqələri  yaranmışdır.  II
Teymurazın vaxtında bu əlaqələr yaranmış, II İraklinin hakimiyyəti

-11-
dövründə  isə  genişlənmişdir.  Tədqiqatlardan  aydın  olur  ki,
sonrakı mərhələlərdə Kartli-Kaxetiya çarlığı dolayı yolla Azər-
baycan xanlıqlarının daxili işlərinə qarışdığından münasibətlər
kəskinləşmişdir. II İraklinin ikiüzlü siyasəti, Rusiya imperiyası
tərəfindən Azərbaycanın işğalı və burada Kartli-Kaxetiya çarlığının
maraqları faktlarla təqdim edilir. Əsərdə çar Rusiyasının işğalçılıq
siyasəti və Naxçıvan xanlığının işğal edilməsi və bunun nəticələri
yeni sənəd və materiallar əsasında izah edilmişdir.
Musa  Quliyevin  “Naxçıvan  xanlığının  Qafqazda  hərbi-
siyasi  mövqeyi  və  əlaqələri”  monoqrafiyası  çox  geniş  mənbə
bazasına  malik  olmaqla  mükəmməl  işlənilmiş  və  orjinal  əsər
təsiri  bağışlayır.  Müəllif  uzun  illərdir  ki,  Naxçıvan  xanlığı,
Kəngərlilərlə bağlı araşdırmalar aparır, əldə etdiyi sənəd və ma-
terialları  burada  reallaşdırmış  və  çox  orjinal  və  oxunaqlı  bir
əsəri  oxucuların  mühakiməsinə  vermişdir.  Qətiyyətlə  inanırıq
ki, tədqiqatçı Musa Quliyevin bu monoqrafiyası fakt zənginliyi,
geniş sənəd və materialları əhatə etməsi, maraqlı müqayisələr və
təhlillərlə  diqqəti  cəlb  etdiyindən,  tarixçilərin  və  geniş  oxucu
kütləsinin ciddi marağına səbəb olacaqdır
                                           
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin 
sədri, akademik

-12-
GİRİŞ
1747-ci  ildə  Nadir  şahın  imperiyası  dağıldıqdan  sonra
ölkəmizdə baş verən sosial-siyasi, hərbi münasibətlərin hərtərəfli
araşdırılması Azərbaycan tarixşünaslığının qarşısında duran ciddi
problemlərdən biridir.
Tarixin  müəyyən  mərhələlərində  bu  problem  bir  sıra
araşdırıcılar  tərəfindən  tədqiqata  cəlb  edilsə  də,  elə  məsələlər
var ki, dövrün sosial-siyasi münasibətlərindən asılı olaraq dərindən
araşdırılmamışdır.
XVIII əsrin ortalarından başlayaraq Qafqaz Rusiya, Türkiyə
və  İran  arasında  münaqişə,  müharibə  meydanına  çevrilmişdi.
Nadir şahın qurduğu hakimiyyət dağıldıqdan sonra ziddiyyətlər
daha da dərinləşdi. 
1747-ci ildən sonra Azərbaycan ərazisində yaranan feodal
dövlətlərdən biri də Naxçıvan xanlığıdır. Digər xanlıqlar kimi,
onun da tarixinin dərindən və hərtərəfli araşdırılması çox zəruridir.
Azərbaycan  ərazisində  yaranmış  xanlıqların  yuxarıda  adları
çəkilən  dövlətlərlə  münasibətləri  vacib  məsələ  olaraq  ortalığa
çıxdı. 
Naxçıvan və İrəvan xanlıqları isə bu aramsız müharibələrin
hamısının dəhşətlərini yaşamış, amma həmişə müstəqil, həmçinin
azad yaşamaları üçün ölüm-dirim savaşları aparmışlar. Ona görə
də Vətən tarixinin ən mühüm vəzifələrindən biri 1747-ci ildən
müstəqil  xanlıq  kimi  tanınan  Naxçıvan  xanlığının  qazandığı
böyük  dövlətçilik  təcrübəsinə  malik  olduğunu  araşdırmaqdan
ibarət olub. Bu təcrübənin Atabəylər hakimiyyəti illərində «intibah
dövrünü» yaşadığını, istər indiki, istərsə də ötüb-keçən yüzilliklərin
tarixi  sənədləri  Naxçıvan  tarixinin  həmişə  diqqət  mərkəzində
olduğunu sübuta yetirir. Azərbaycan, rus, qərb və şərq tarixçilərinin
bir çox nəsilləri bu haqda xeyli tədqiqat əsərləri, monoqrafiyalar
yazmışlar. 

-13-
Naxçıvan xanlığının qonşu dövlətlərlə yaratdığı hərbi, sosial-
siyasi və digər diplomatik münasibətlərinin əhəmiyyətini nəzərə
alan  ümummilli  lider  Heydər  Əliyev  12  avqust  2002-ci  ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
yaradılmasına  həsr  olunmuş  müşavirədə  demişdir:  «Məsələn,
mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl
yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə
vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı
idarə  ediblər.  İrəvan  xanlığı  var.  Naxçıvan  xanlığı  ilə  İrəvan
xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox
orada  ermənilər  olubdur.  Amma  həqiqətən  İrəvan  xanlığıdır.
Naxçıvan  xanlığını  siz  dərindən  öyrənəndə,  mütləq  İrəvan
xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda
tapmadığınız  materialları  Rusiyanın  arxivlərində,  Sankt-Peter-
burqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz
ki, dünyada nələr var» (1, s. 27-28).
Azərbaycan  tarixini  vərəqləsək  görərik  ki,  erməni  etnosu
Azərbaycan torpağında XIX əsrin birinci yarısında peyda olub.
İki  Rusiya-İran  və  Rusiya-Türkiyə  (osmanlı)  müharibələrinin,
həmçinin 1828-ci ildə İran və Rusiya arasında bağlanan Türk-
mənçay müqaviləsinin, eləcə də 1829-cu ildə Rusiya ilə Osmanlı
Türkiyəsi arasında bağlanan Adrianopol (Ədirnə) sülh müqav-
iləsinin şərtləri əsasında ermənilər İrandan, Türkiyədən Azərbaycan,
o  cümlədən  Naxçıvan  ərazilərinə  köçürülmüşlər.  Bu  ərazilərə
gələn ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə,
«böyük Ermənistan» yaratmaq xülyasına düşmüşlər. Ona görə
də ermənilərin Naxçıvan iddialarına da cavab verilməlidir.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azər-
baycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2004-cü  il
fevralın  9-da  «Naxçıvan  Muxtar  Respublikasının  80  illik
yubileyinin  keçirilməsi  haqqında»  imzaladığı  sərəncamda
bütövlükdə  Naxçıvan  tarixinin  daha  dərin,  obyektiv  olaraq
araşdırılmasının  zəruri  olduğunu  bildirmişdir:  «Ermənistanın

-14-
apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən
təcrid  olunmuş  vəziyyətdə,  blokada  şəraitində  yaşamaq
məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları
obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə
ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin
tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik
olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə
dünya  ictimaiyyətinə  olduğu  kimi  çatdırılmalı,  erməni
siyasətçilərinin  tarixi  saxtalaşdırmaq  cəhdlərinə  tutarlı  cavab
verilməlidir» (43).
Təbii  ki,  Naxçıvan  xanlığının  apardığı  daxili  və  xarici
siyasətinin  hərtərəfli  araşdırılması  dövlətçilik  ənənələrinin
öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Problemin ciddiliyini
nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Azərbaycan Respublikasının diplomatik xidmətinin
90 illiyi münasibəti ilə keçirilən konfransda Naxçıvan xanlığının
apardığı xarici siyasət haqqında demişdir: «Naxçıvan xanlarından
Heydərqulu  xan,  Abbasqulu  xan  və  Cəfərqulu  xan  xanlığın
xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, birinci Kalbalı xan
isə  on  səkkizinci  əsrin  nüfuzlu  siyasi  lideri  və  diplomatı  kimi
məşhurlaşmışdır» (44).
Naxçıvan xanlığının tarixi-mədəni əlaqələrinin araşdırılması,
ona  aid  sənəd  və  materialların  toplanması,  dövlətçilik  irsinin
qorunub  saxlanılması  və  inkişafı  sahəsində  bir  sıra  tarixi
əhəmiyyətli  işlər  görülmüşdür.  Naxçıvan  Muxtar  Respublikası
Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  2010-cu  il  23  oktyabr
tarixli  sərəncamı  ilə  «Xan  Sarayı»  Dövlət  Tarix-Memarlıq
Muzeyinin  yaradılması  (45)  milli  dövlətçilik  tariximizə  olan
yüksək qayğının bariz nümunəsidir.
Təqdim olunan dissertasiyanın aktuallığı Naxçıvan xanlığının
Qafqazda hərbi-siyasi əlaqələrinin və mövqeyinin ilk dəfə sistemli
öyrənilməsindən ibarətdir.

-15-

Yüklə 10,42 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin