Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə32/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   28   29   30   31   32   33   34   35   ...   111
 
 


55 
 
KİMİ 
   
Hey çalış, hey vuruş mənası yoxdur, 
Öz bəxtin üzünə gülənə kimi. 
Qismətin nədirsə, qazancın odur, 
Ondan artıq olmaz ölənə kimi. 
   
Tənəzzüldə hər kəs yüyürər, yortar, 
Görməz bəhrəsini cəhd – çarıq yırtar. 
Baxarsan yüz azar artar, hey artar 
Bir dərdi qəlbindən silənə kimi. 
   
Kasıbın hər günü günündən betər
Ölüncə ümidlə inləyər, ötər. 
Bəylə dən əkənin çiynində bitər... 
Haqq divan yerinə gələnə kimi. 
   
Əgər olsa, Nadir, dərya kamalın, 
Nadansan, yoxdursa bir xoş iqbalın. 
Göylərə uçsa da tərlan xəyalın, 
Şikarın qərq olar alana kimi. 
   
DEYƏRLƏR 
   
Olsa cəsarətin Koroğlu qədər, 
Bəxtin gətirməsə, yasar deyərlər. 
Elm dəryasının qəvvası olsan, 
Cibi boş olanda susar, deyərlər. 


56 
 
   
Bədöy köhlən gərək gələ cövlana
Yoxsa yabı deyər görənlər ona. 
Şikarı olmayan qoca qartala 
Ya qarğa deyərlər, ya sar deyərlər. 
   
Adam var sözünü söyləyər qəti
Soyulsa dərisi, kəsilsə əti. 
Nadir, boşboğazın gopdu sənəti, 
Xəlvətdə özündən “basar” deyərlər. 
   
OLASAN 
   
Ağası olunca dilqanmaz kəsin
Gedib bir qananın qulu olasan. 
Namərdin başında papaq olunca, 
Bir mərdin atının çulu olasan. 
   
Ağac var kölgəsi, ağac var barı, 
Ağac var gülündə oturmaz arı. 
Nəyə gərək barsız ağac kolları, 
Bir barlı ağacın kolu olasan. 
   
Nadir, bir mənbədən gəlməsə suyu,- 
Müdam su tökəsən, su verməz quyu. 
Gur yağışın olar ani səs küyü, 
Tükənməz çayların gölü olasan. 
   


57 
 
OLANDA 
   
Könül yaxşı tanı dostu, tanışı 
Əldə şeş gətirən zərin olanda. 
Nə təkəbbür olub alma qarğışı, 
Nə də yanma, iki birin olanda. 
   
Eşidib yaltağın min cür gopunu
Bir gün alar zaman onun köpünü. 
Axıtma selində saman çöpünü, 
Arazın olanda, Kürün olanda. 
   
Fitnə olub demə qəlbin sezilməz
Hamı bilir mardan şərbət süzülməz. 
Haqqı tutsan, Nadir, qəti üzülməz, 
Böhtanın olanda, şərin olanda. 
   
 
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin