Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə76/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   72   73   74   75   76   77   78   79   ...   111
 
 


143 
 
ÜRƏYİ ALDATMAQ OLMUR 
 
Axtarırıqsa gümanı, 
Çəkilmir qəmin dumanı. 
Həkim, yığışdır dərmanı, – 
Ürəyi aldatmaq olmur. 
 
Göy biçənəklər yuxudu, 
Salxım söyüdlər qurudu... 
Bu payızın işi budu, – 
Küləyi aldatmaq olmur. 
 
Çəmən dönüb ah yerinə, 
Darayan yox meh yerinə... 
Yaş ələnir şeh yerinə, 
Çiçəyi aldatmaq olmur. 
 
Ömür tilsim, arzu düyün; – 
Açsan, nə din, nə də öyün! 
Bircə gün qazanmaq üçün 
Fələyi aldatmaq olmur. 
 
Axtarırıqsa gümanı, 
Çəkilmir qəmin dumanı. 
Həkim, yığışdır dərmanı, 
Ürəyi aldatmaq olmur. 
   
 


144 
 
TORPAQ BİZNƏN HESAB ÇƏKİR 
 
Yalanmış, bu sevgi yalan! 
Ölmədi gözləri dolan. 
Yadların əlində qalan 
Torpaq biznən hesab çəkir. 
   
Biri qəmli, beşi gülən... 
Hara getdi dərdi bilən? 
Vaxtsız saralıb tökülən 
Yarpaq biznən hesab çəkir. 
   
Bilmədik ulduz neçədi, – 
Ölüb dirilmək necədi. 
Göz-gözü görməz gecədi, 
Çıraq biznən hesab çəkir. 
   
Eniş, yoxuş, qaya, gədik 
Baxır yolumuza dik-dik. 
Gəzdirə bildik... bilmədik?! – 
Papaq biznən hesab çəkir. 
   
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin