YUVANA DÖNMÜRSƏN NİYƏ,
QARANQUŞ
Yazından xəbərsiz qalıbdır çinar,
Nazından çox uzaq olubdu çinar,
İyini keçmişdən alıbdı çinar,
Yuvana dönmürsən niyə, qaranquş?
İnsanlar müjdənə çəpərmi çəkib,
Yuvanda qarğışmı, zəhərmi əkib?
Sənin taleyinə qəriblik çöküb...
Yuvana dönmürsən niyə, qaranquş?
Yaz ağzı yolunu səməni gözlər,
Həsrətlə çinara dikilib gözlər,
Sənə ünvanlanıb yanıqlı sözlər,
Yuvana dönmürsən niyə, qaranquş?
Qoyma Azadəni çətində, darda,
Qoruyar şərq səni boranda, qarda,
Desənə, izini axtarım harda?
... Yuvana dönmürsən niyə, qaranquş?
189
ULDUZLAR
Qaranlıq gecədə bir nura dönüb,
Göylərdə çiçək tək açan, ulduzlar!
Mən sizə vurğunam, sizə heyranam,
Yollarıma işıq saçan ulduzlar!
Qərib gecələrin bəzəyisiniz,
Duyan ürəyimin özəyisiniz.
Könlümün, gözümün istəyisiniz,
Mən sizi görərəm haçan, ulduzlar!
Azadə Talehin ümidlərisiz,
Ömrümün mənalı, xoş günlərisiz,
Parlaq arzuların dəyərisiniz,
Ay yanar ulduzlar, qaçan ulduzlar!
SAZIM
Sehrlənib, mehrlənib,
Sinəm üstə dinən sazım.
İlmə-ilmə, naxış-naxış,
Pərdələrə enən sazım.
Nələr duydum harayında, –
Könül adlı sarayında.
Məhəbbəti ürəyimdə,
İçin-için yanan sazım.
190
Eldən-elə gəzəcəksən,
Sinən sipər, – dözəcəksən...
Hələ nələr görəcəksən,
Ürəklərə dolan sazım.
Azadə sənə bağlandı,
Nə yoruldu, nə usandı.
Ömrün ömrümə həyandı,
Mənə sadiq qalan sazım.
2004
Dostları ilə paylaş: |