44- Özlərinə kitabdan bir pay verilənləri görmürsənmü? Onlar pozğunluğu satın alırlar və sizin də yoldan çıxmanızı istəyirlər.
45- Allah sizin düşmənlərinizi daha yaxşı bilər. Dost olaraq Allah yetər. Köməkçi olaraq da Allah yetər.
46- Yəhudilərdən bir qisimi, sözləri yerlərindən dəyişdirərlər və (Peyğəmbərə qarşı) "eşitdik və qarşı gəldik", "dinlə dinləməz ola biləcək" və dillərini əyib bükərək və dini tənqid edərək "raina" deyərlər. Əgər onlar "eşitdik, itaət etdik", "dinlə" və "bizi güd" desədilər, şübhəsiz özləri üçün daha xeyirli və daha doğru olacaqdı. Lakin, küfrləri (gerçəyi qəbul etməmələri) səbəbiylə Allah onlara lənət etmişdir. Artıq çox az bir qisimi xaric, inanmazlar.