Elşən Misir oğlu Nəsibov


Futurologiya  haqqında  bu  kimi  ümumiləşdirilmiş    fikirlər    bildirmək



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə110/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   106   107   108   109   110   111   112   113   ...   140
Azf-286777

Futurologiya  haqqında  bu  kimi  ümumiləşdirilmiş    fikirlər    bildirmək 
olar: 
 
-futurologiya gələcəyin konsepsiyasını  müəyyən edən elmdir; 
-futurologiya  mövcud  forma  üzərində     gələcəyin   formasını təsvir edən, 
xəyala  çevirən,  onun  obrazını  canlandıran  və  eskizə  çevirən    bir  təlimdir. 
Çevirmə proseslərini universal və fərdi yollarla müəyyən edən elmi təlimdir; 
-futurologiya mövcud və gələcək zaman arasında xəyali körpü yaradan və 
onun reallaşmasını müəyyən edən, tərkib hissələrin gələcək rekonstruksiyasını 
ə
saslandıran  bir  təlimdir.  Burada  yeni  formaların  alınmasını  təmin  edə  bilən 
metod tətbiq olunur; 
-futurologiya  gələcəyin  yeni  ruhunu  yarada  bilən  və  bu  yöndə  ayrı-ayrı 
sahələr  üzrə  yeni-yeni  ideyalar  ortaya  qoyan  təlimlər  məcmusunu  özündə 
ehtiva edən bir ümumiləşmiş təlimdir; 
-futurologiya  mövcud  zamanla  gələcək  zaman  arasındakı  müstəvidə  baş 
verəcək  dəyişiklikləri,  bu  baxımdan  da  hər  iki  zaman  arasındakı  müstəvidə 
tərkib elementlərin həcmini müəyyən edə biləcək bir təlimdir; 
-futurologiya  inkişaf  strategiyasını,  bu  baxımdan  sistem  daxilində  və 
sistemlərarası  əlaqələr  şəbəkəsində  inkişaf  xətlərini  paralellik  və  kəsişən 
formalı əsaslarla öyrənən bir elmi təlimdir; 
-futurologiya  gələcək  dəyişikliklər  fonunda  yeni  kəşfləri  və  ixtiraları 
hədəf kimi müəyyən edən  bir strateji-taktki təlimdir; 
-futurologiya  gələcək  statistik  göstəriciləri  şərh  edə  biləcək  bir  elm 
sahəsidir; 
-futurologiya  özündə  ehtimalları,  gümanları,  təxminləri,  həmçinin 
gözləntiləri birləşdirə biləcək bir elm sahəsidir və s.   
Bu  baxımdan  da  hər  bir  yaradıcı,  qurucu  insan  öz-özlüyündə  bir 
futuroloqdur.    Ən  əsası  isə  yeni  kəşflər  olunsun,  ixtiralar  meydana  gəlsin, 
inkişaf  üçün  yeni  ideyalar  meydana  gətirilsin.  Futurologiyanın  bir  elm  kimi 
ə
sas obyektində ardıcıl öyrənmə əsas yeri tutur.  
Futurologiyanın 
başlıca 
məqsədi 
cəmiyyətdə, 
insan 
həyatında, 
bəşəriyyətdə  gəlcək  yeni dəyərləri öyrənməkdən, aşılamaqdan ibarətdir. Buna 


82 
 
görə  də  tərəqqi,  təkmilləşmə  bu  elmin  başlıca  pozitiv  məqsədidir. 
Futurologiyanın  əsas  obyekti  xəyali  olaraq    gələcək  komplekslər, 
komponentlər vəhdəti hesab olunur.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin