Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə32/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   28   29   30   31   32   33   34   35   ...   140
Azf-286777

Siyasət və hadisələr  
 (fəlsəfi baxış)  
 
Burada  siyasətin,  dövlət  fəaliyyətinin    forma  (forma-məkanda  olan 
elementlər  strukturunu  meydana  gətirir.  Forma  obrazlanmanı  yaradır)    və 
məzmunu  (formanın,  strukturun  nəticələrdən  meydana  gələn  mənası)    fəlsəfi 
baxımdan  izah  olunur.  Yəni,  tərkibin  forma  və  mahiyyəti  açılır.  Siyasəti  əks 
etdirən  hadisələrin  mahiyyəti  fəlsəfi  düşüncələr  yolu  ilə  işıqlandırılır. 
Hadisələrdə  mənalar  axtarılır.  Fəlsəfə  (filosof)  hadisələrin  başlanğıc 
səbəblərini,  gedişat  əsaslarını  və  nəticələrini    düşünür.  Hadisələri  təşkil  edən 
tərkib elementlər axtarılır. Düşüncələr əsnasında hadisələrin səbəb və nəticələri 


31 
 
arasında trayektorik bağlılıq meydana gəlir. Səbəb və nəticə arasında kompleks 
yanaşmalar ortaya çıxır.  
Hadisələrin  fəlsəfi  mahiyyəti  onların  məkanını  müəyyən  edir.  Bu 
baxımdan hadisələr şəraitdən doğur, eyni zamanda öz ardınca digər  hadisələri 
meydana gətirir. Hərəkətlər digər hərəkətləri özündə ehtiva edir, başlanğıcları 
cəmləşdirir    və  təsir  nəticələri  digər  hadisələri  ortaya  çıxarır.  Bu  zaman 
məkanlardan-məkanlara  keçidlər  baş  verir  və  hadisələr  ardıcıllığı  meydana 
gəlir.  Hadisələr  ardıcıllığı  da  hadisələr  müstəvisini  yaradır.  Hərəkətlər  bir 
formadan  digər  formaların  yaranmasını  özündə  ehtiva  edir.      Bu  aspektdə 
siyasət  hadisələrdən,  hadisələr  cəmindən  ibarət  olan  fəaliyyətdir.  Siyasət 
həyata  keçirilərkən  məkanda  mövcud  olan  struktur  elementləri  hərəkətə 
gətirilir.  Vasitələr  hərəkətə  gətirilir.      Siyasət  bir  istiqamətdə  müəyyən 
sərhədlər  çərçivəsində  (məsələn,  dövlət  sərhədləri  daxilində)    baş  verən 
proseslərdir, onların cəmidir. Dövlət daxilində obyektlər üzrəində olan təsir də 
siyasətin meydana gəlməsini özündə ehtiva edir.  Siyasət çoxistiqamətlidir  və 
demək  olar  ki,  insanların  bütün  sahələrdə  maraqlarına  söykənən  və  maraqları 
üzərində formalaşan hadisələr toplusudur.   Siyasət həmçinin dövlət sərhədləri 
kənarında  olan  fəaliyyətdir,  aktlar  toplusudur.  Siyasət  zamanı  fəaliyyət  bütün 
aidiyyatı  məkanlarda  formalaşır.  Siyasət  maraqlar  üzərində  qurulan  və 
maraqlara xidmət edən bir fəaliyyətdir. Siyasət hərəkətlərin tənzimlənməsi ilə 
xassələnən fəaliyyətdir.    Buradan da siyasətin məzmunu, tərzi meydana gəlir.  
Hadisələr
 -müəyyən məkanda baş verən  ardıcıl proseslərin, hərəkətlərin 
ə
lamətləri –başlanğıcları və sonluqları ilə, forma baxımından əks olunmasıdır. 
Hadisələr  müəyyən  həcmi  və  kəmiyyəti  olan  zərrəciklər  axınıdır.    Bu  axın 
ə
ksolunma ilə obrazlanır. Axın zamanı məkandan məkanlara keçmə baş  verir. 
Bu  anda  hadisələr  böyüyür.  Bu  baxımdan  da  siyasət  hadisələr  şəbəkəsindən, 
ardıcıllığından  və  silsiləsindən    ibarətdir.    Siyasət  hadisələrin  tərkibi 
elementlərinin    hərəkətləridir,  hərəkətlərin  subyektləridir.  Deməli,  siyasət 
maraqlara bağlı olan bir fenomendir.  Elementlər arasında olan əlaqələr məhz  
siyasətin forma və məzmununu meydana gətirir. 
Hadisələr orada iştirak edən elementlərin və təsir edən ətraf elementlərin 
hesabına müxtəlif tərkibli və məkanlı olur. Hadisələr maraqlara müvafiq olaraq 
subyektlər  tərəfindən  törədilir.  Müəyyən  bir  məkanda  çoxlu  sayda  hadisələr 
baş verir. Bir hadisə universal olaraq bütün insanların maraqlarına cavab verir. 
Məsələn,  dövlət qanun qəbul edir və qanunla universal təminat siyasəti həyata 
keçirilir. Eyni zamanda ayrı-ayrı sahələrin tənzimlənməsi prosesləri baş verir.  
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin