1.3.
Neft layihələrinin həyata keçirilməsinin normativ-hüquqi əsasları.
Dünya təcrübəsi göstərir ki, bazar şəraitində dövlət neft-qaz sənayesində
mühüm funksiya olan elmi-texniki siyasətin təyinatı, normativ hüquqi baza ilə
təminat, fiskal koordinasiya, özəl sektorun energetik sahəyə cəlb edilməsi və digər bu
kimi əhəmiyyətli məsələləri həll edir. Respublikamızda iqtisadiyyatın aparıcı və çox
mühüm hissəsini neft-qaz kompleksi və onunla bağlı sahələr təşkil etdiyindən neft
strategiyasının dövlətin milli iqtisadi kursunda əsas yer alması da təbiidir. Neft
strategiyasının daha uğurlu spektrdə gerçəkləşməsi isə mükəmməl, təkmil normativ-
hüquqi bazanın möhkəmliyi ilə bağlıdır. [5.s 91]
Azərbaycanın neft strategiyasını təməli və özəyi olan ―Hasilatin Pay Bölgüsü‖
sazişidir ki, bu saziş 1994-cü il sentyabr ayının 20-də ölkəmizin ―Gülüstan‖ sarayında
ilk neft müqaviləsi olaraq imzalandı. Azəri-Çıraq-Günəşli yataqlarından neft hasilatı
işlənməsi üzrə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,
Türkiyə, Norveç, Yaponiya Səyudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP,
Amoko, MakDermott, Yunokal, SOCAR, Lukoyl, Statoyl, Ekson, Türkiyə petrolları,
Penzoyl, İtoçu, Remko, Delta) ilə "Məhsulun Pay Bölgüsü" sazişinə əsasən neft
yataqlarının birgə işlənməsi 30 il müddətinə nəzərdə tutulmuşdur. 400-səhifədən
ibarət olan və 4 dildə tərcümə olunmuş ―Məhsulun Pay Bölgüsü‖ sazişi öz
möhtəşəmliyinə və əhəmiyyətinə görə ―Əsrin Müqaviləsi‖də adlandırılır. Müqavilə
1994-cü ilin 12 dekabrında Azərbaycan Respublikasının Milli Məclisi təfəfindən
radifikasiya edildikdən sonra qüvvəyə minmiş oldu. 12 noyabr 1997-ci il Xəzər
dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərin hissəsinin birgə işlənməsi haqqında SOCAR ilə 11 xarici neft şirkəti
arasında 20 sentyabr 1994-cü ildə Bakıda imzalanmış "Əsrin müqaviləsi" üzrə ilkin
neft hasilatına başlandı. Bu münasibətlə "Çıraq-1" platformasında təntənəli mərasim
keçirildi. ―Əsrin müqaviləsi‖ xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin
imzalanması üçün geniş yol açdı. "Əsrin müqaviləsi‖ imzalanandan yəni, 1994-cü
ildən bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında karbohidrogenlərin
kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 19 ölkənin və 41 neft
şirkətinin iştirak etdiyi 26 saziş imzalanmasına da şərait yaratdı. Onu da qeyd edək
ki, BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabatına görə 1997-ci ildə ilk neft
hasilatından başlayaraq 2014-cü ilin sonunadək Azəri-Çıraq-Günəşlidən 2,6 milyard
ton barel neft hasil edilib.
―Hasilatin Pay Bölgüsü‖ sazişinə əsasən, mənfəət neftinin gəlirləri Azərbaycan
və şirkətlər arasında bölünür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
də bu sazişdə iştirak edir. Xərclərin (əməliyyat və kapital) hesablanması və mənfəət
neftinin bölüşdürülməsi rüblük əsaslarla aparılır. Mənfəət neftinin həcmi müəyyən
olunduqdan sonra əvvəlki rübün sonunda podratçı üçün əhəmiyyətli olan maliyyə
27
göstəricisi - real gəlirlilik dərəcəsi (Real Rate of Return (RROR)) hesablanır. Əgər
ilkin neft planı reallaşarsa və ümumi nəqliyyat xərcləri neftin 1 bareli üçün 3 $-dan
artıq olmazsa, bu halda mənfəət nefti real gəlirlilik dərəcəsindən asılı olaraq
aşağıdakı cədvəl əsasında bölünür. 2008-ci ilin birinci rübünə kimi mənfəət neftinin
bölgüsü Cədvəl 1-in birinci sətrinə (30/70), 2008-ci ilin birinci rübündən ilin birinci
yarısına qədər ikinci sətrinə (55/45) uyğun olaraq aparılıb. 2008-ci ilin birinci
yarısından isə neft gəlirləri onun xərclərini qarşıladığına və ―sıfır səviyyəsi‖nə
çatdığına görə bölgünün hesablanması üçün bu cədvəlin son sətri (80/20) əsas
götürülüb və hazırda bu nisbətdən istifadə olunur. Lakin bizim apardığımız təhlillərə
görə, bu nisbət 80/20 əvəzinə 75/25 olmalıdır. Çünki hesablamalar göstərir ki,
nəqliyyat xərcləri 3 ABŞ dollarından çoxdur, təxminən 6 dollar təşkil edir.[7.s 94 ]
Cədvəl 1. Mənfəət neftinin real gəlirlik dərəcəsi (RROR) əsasında bölgüsü
Real Gəlirlik Dərəcəsi
Mənfəət neftində
Mənfəət neftində
podratçının
(RROR)
Azərbaycanın payı payı (faizlə)
Real Rate of Return
RROR<16,75%
30
70
16,75%<=RROR<22,75
%
55
45
22,75%<=RROR
80
20
Azərbaycan neft strategiyasınada Əsrin Müqaviləsindən sonra önəmli layihələrdən
biri də Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı normativ-hüquqi
əsaslarla həyata keçirilmiş boru kəməri marşrutlarıdır.
Bakı – Qroznı – Novorossiysk (Şimal marşrutu) ilə bağlı 1996-cı il yanvarın
18-də Moskvada Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin
Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. ABƏŞ,
SOCAR və Transneft arasında imzalanan üçtərəfli sazişdə neftin Novorossiysk
limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini
tapmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 29 yanvar 1996-
cı il müqavilənin təsdiq edilməsi barədə ―Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən tranziti
haqqında‖ sərancam imzalamışdır. Müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci
28
il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına
çıxmış oldu. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 km,
Azərbaycan ərazisindəki uzunluğu isə 231 km, kəmərin diametri Diametri:
Səngəcaldan Sumqayıtadək olan hissə (57 kilometr)—21 duyum/530 millimetr.
Sumqayıtdan Şirvanovkayadək olan hissə (174 kilometr)-28 duyum/720mm-dir.
Azərbaycan hissəsinin operatoru - ABƏŞ, Rusiya hissəsinin operatoru isə Rusiyanın
―Transneft‖ şirkətidir ki, o həm də mövcud obyektlərin təmir və yenidən
qurulmasına, eləcə də yeni obyektlərin tikintisinə sərf olunan xərcləri öz üzərinə
götürür. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. SOCAR-ın
məlumatına əsasən son üç ildə 2015-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,2
mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-
cı ildə isə bu kəmərlə 1,5 mln. ton neft nəqli nəzərdə tutulub.
1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan
Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə
razılığa gəldilər. Bakı – Tbilisi – Supsa (Qərb marşrutu)-nun normativ hüquqi əsasları
kimi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 7 mart 1996-cı il
tarixində Xəzər dənizinin Azərbaycan sektorunda ―Azəri‖, ―Çıraq‖ yataqlarının və
―Günəşli‖ yatağının dərinlikdə yerləşən hissəsindən çıxarılan ilkin neftin Qərb
Marşrutu ilə ixracına aid sənədlərin təsdiq olunması və bəyənilməsi haqqında № 288
sərəncam və həmçinin Tbilisi şəhəri, 1996-cı il 8 mart tarixində ―Karbohidrogenləri
nəqletmənin bəzi mövcud Obyektlərinin (Vasitələrinin) təkmilləşdirilməsi və
modernləşdirilməsi, yeni nəqletmə Obyektlərinin (Vasitələrinin) işlənib hazırlanması
və bu cür Obyektlərin (Vasitələrin) köməyi ilə Karbohidrogenlərin Gürcüstan
ərazisindən kənara nəql olunması haqqında‖ Azərbaycan Respublikası ilə Gürcüstan
arasında Saziş imzalamışdır. Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan
sektorunda hasil edilən xam neft Gürcüstanın Supsa terminalında tankerlərə
yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Kəmər
1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci
ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk
dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir. Bu marşrutun ən böyük
üstünlüyü Azərbaycan neftinin təmiz halda ―Azəri light‖ markasılı ilə Gürcüstanın
Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa
bazarlarına çıxarılmasıdır. Bununla yanaşı kəmərin digər üstünlüyü neftin Supsaya
Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə
nəqlinin tonu 15,67 ABŞ Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlir. Qərb
istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-
dir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin normativ-hüquqi bazasını
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 sentyabr 1997-ci ildə
29
imzaladığı ―Əsas ixrac neft kəməri marşrutunun seçilməsi ilə əlaqədar işçi qrupunun
yaradılması haqqında‖ sərəncamı, 29 oktyabr 1998-ci ilində Türkiyədə Azərbaycan,
Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan Respublikasının prerzidentləri və şahid
qismində ABŞ-ın Energetika üzrə Katibi Bill Ricardson tərəfindən ―Ankara
Bəyannaməsi‖ və 18 noyabr 1999-cu ildə ATƏT-in İstanbul Sammitində ―Bakı-
Tbilisi-Ceyhan‖ əsas ixrac boru kəmərinin müdafiəsi üçün dövlətlərarası razılaşması
təşkil edir. 18 noyabr 1999-cu ildə İstanbulun ―Çırağan sarayı‖nda ―Xam neftin
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-
Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan
Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında sazişin, Bakı-Tbilisi-
Ceyhan əsas ixrac boru kəmərinin layihəsini dəstəkləmək, Qazaxıstanın neft
həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan
Respublikası, Türkiyə Respublikası, Gürcüstan və Qazaxıstan Respublikası arasında
―İstanbul bəyannaməsi‖nin, Transxəzər qaz kəməri barədə Azərbaycan Respublikası,
Türkiyə Respublikası, Gürcüstan və Türkmənistan arasında ―Hökumətlərarası
bəyannamənin, Azərbaycan qaz layihələrinin inkişafını və Azərbaycan qazının
Türkiyə Respublikasına və digər beynəlxalq bazarlara satışını dəstəkləyən sənəd kimi
Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında ―Qarşılıqlı
anlaşma memorandumu‖nun imzalanması mərasimi oldu. 29 dekabr 1999-cu il
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ―Bakı-Tbilisi-Ceyhan Əsas
İxrac Boru Kəmərinin tikilməsi və istismara verilməsi tədbirləri haqqında‖ sərəncam
imzalamışdır. Kəmərin tikintisinə 2003-cü ilin aprelində, onun neftlə doldurulmasına
2005-ci il mayın 18-də başlanmışdır. Neft kəmərin Gürcüstan hissəsinə 2005-ci il
avqustun 10-da, Türkiyə hissəsinə 2005-ci il noyabrın 18-də daxil olmuş, Ceyhan
terminalına 2006-cı il mayın 28-də çatmışdır. Bakı-Tbilisi-Ceyhan (BTC) boru
kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil
olunan kondensatı və Qazaxıstan neftini nəql edir. Kəmər Bakı yaxınlığındakı
Səngəçal terminalından başlayıb Gürcüstandan və Türkiyədən keçərək Aralıq
dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Boru kəmərinin
uzunluğu 1768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstandan və 1076
km-i Türkiyədən keçir. Boru kəmərinin Azərbaycan hissəsində diametri 42 düymdür.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Kəmərin istismar
müddəti 40 il dəyərləndirilir. Xam neft boru kəmərinin bir başından o biri başına 10
günə çatır. 2013-cü ilin oktyabr ayından etibarən BTC boru kəməri ilə yenidən
müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb. 11
avqust 2014-cü il tarixinə olan məlumatlara görə artıq 2 milyard barel neft BTC
kəməri vasitəsilə yola salınıb. 2015-ci ilin ilk üç rübünədək istismara verildiyi 2006-
cı ildən etibarən BTC vasitəsilə təqribən 26,3 milyon ton (198 milyon barel) xam
neft ixrac olunub.
30
Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan
terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar
vəsait xərclənmişdir. Layihənin operatoru BP şirkətidir. Kəmərin tikintisi və istismarı
üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), SOCAR (25 %), Şevron
(8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %),
İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.
Qrafik 3. Bakı-Tbilisi-Ceyhan Layihəsinin iştirakçıları.
Mənbə:
http://www.oilfund.az/az_AZ/layiheler/baki-tbilisi-ceyhan-esas-ixrac-
boru-kemeri.asp
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri olmaqla
yanaşı həm də regionda sülhün, əminamanlığın və təhlükəsizliyin qarantıdır.
Azərbaycanın siyasi və iqtisadi mənafeyinin təmin edilməsi və genişmiqyası
beynəlxalq əməkdaşlığın həyata keçiliməsinin təminatçısıdır. Enerji ixracı marşurtları
Azərbaycanın geoiqtisadi potensialının artmasına səbəb olmuşdur.
Neft layihələri 1999-cü ilin may ayında ―Şahdəniz‖ qaz yatağını kəşfi ilə daha
da genişlənmişdir. 15 may 2001-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən ―Azəri-Çıraq-Günəşli‖
və Şahdəniz yataqlarının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və
―Şahdəniz‖ yatağından təbii qazın ixrac boru kəmərinin layihələrinin həyata
31
keçirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında sərəncam
imzalamışdır.
Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz"
yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. Təqiqatçılar müəyyən etdilər
ki, geniş potensial imkanlara malik olan bu yataq daxili tələbatı ödəməklə yanaşı həm
də ixrac imkanları da yaradır. Qeyd edək ki, Şahdəniz qaz yatağı Xəzər dənizinin
şelfində kəşf edilmişdir. Kollektorda 40 trilyon kub fut -1 trilyon kub metr qaz
ehtiyatı ilə bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir.
Beləliklə, XXI əsrdə Azərbaycanın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsi
məqsədi ilə 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə
rəsmi səfəri etmişdi və səfər zamanı "Azərbaycanın təbii qazının Türkiyə
Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları
arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdır. 2001-ci il
sentyabrın 29-da Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin
Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql
edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş"
imzalanmışdır. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz»
qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru
kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Beləliklə Azərbaycan Qərb
üçün qlobal enerji təklükəsizliyinin təminatçısına çevrildi. Əraf mühitə və sosial
sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində
əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC
neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru
kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri
Gürcüstandadır. Diametri isə 42 düymdür. Onu da qeyd edək ki, 2015-ci ilin birinci
üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 17,8 milyon kubmetr qaz
olmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin texniki-iqtisadi
əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-
Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyəni, xalqlarımızı bir-
birinə daha da yaxınlaşdırmış, bölgəyə sülh, sabitlik gətirmişdir və ölkələrimizin
dünyada mövqeyini möhkəndirməsinə təkan vermişdir.
Şahdəniz qaz yatağının istisamarı iki mərhələni əhatə edir: Şahdəniz Mərhələ-1
və Şahdəniz Mərhələ-2 . Şahdəniz Mərhələ-1 üzrə əməliyyatlara 2006-cı ildə
başlanılıb və Azərbaycan ancaq Türkiyəyə və Gürcüstana qaz ixrac edirdi. Mərhələ 1
üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz (mlrd.km/il) və gündə
50000 barel kondensat təşkil edir.
Şahdəniz Mərhələ-2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi daha
nəhəng bir layihədir. 2015-ci il yanvar-sentyabr ayları ərzində Şahdəniz Mərhələ 2
irəliləyişə davam edərək bir sıra hədəflərə nəzərdə tutulmuş qrafikdən əvvəl nail
32
oldu. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil
olmaqla ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi nəzərdə
tutulub.
Şahdəniz qaz yatağı Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə şərit yaradır.
Aşağıda qeyd etdiyimiz 4 layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır:
1.
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBK)
2.
Şahdəniz -2 layihəsi
3.
Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi
boyunca nəql edərək
4.
Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən
keçməklə İtaliyaya nəql edəcək
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji
əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu memorandum TANAP və TAP
layihələrinin reallaşdırılmasına təkan verdi. 2012-ci il iyunun 26-da ―Azərbaycan
Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu
təbii qaz boru kəməri sisteminə dair‖ Saziş imzalanmış və hər iki dövlətin
qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər. 30 iyun 2013-cü ildə isə
TAP
layihəsi üzrə
beynəlxalq saziş imzalanmışdı. TAP
və Şahdəniz
konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa
bazarına birbaşa çıxış əldə etdi. Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan
TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində
Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. Trans-Anadolu Qaz
Kəməri(TANAP) təkcə ―Şahdəniz‖ layihəsi çərçivəsində hasil olunan qazı deyil,
Azərbaycanın digər yataqlarından(Abşeron, Ümid, Şəfəq-Asiman və.s) hasil edilən
təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və
iqtisadi əhəmiyyət daşıyır. 29 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası
Prezidentini―Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə
nəqli ilə əlaqədar tədbirlər haqqında‖ Sərəncam imzalamışdır.
Sərəncamda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz
Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə ―Şahdəniz‖ qaz-kondensat yatağının
tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi,
Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP)
layihələrinin həyata keçirilməsi üzrə icra olunmalı tədbirlər öz əksini tapmışdır. Dörd
mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlk
dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10
mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.
33
Şəkil 1. TANAP və TAP layihəsi
2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd, 2023-cü ildə 23 mlrd,
2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. TANAP və TAP layihəsi
çərçivəsində Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-
Yunanıstan sərhəddində təhvil veriləcək.
İstehsalçı ölkələrin TANAP layihəsinin
ümumi büdcəsi 7 mlrd olacaq. Layihənin 80%-i
SOCAR
, 15%- i BOTAŞ, 5%-i isə
TPOA konsorsimumuna məxsusdur. TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20
faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz) pay
sahibidirlər.
TANAP və TAP layihəsi üzrə ölkələr nəzədə tutuluş öhdəlikləri vaxtında
yerinə yetirsələrsə, və Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə
Avropaya çatdırılması reallaşacaqdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə
vəsaiti qoyulacağı nəzərdə tutulub.
Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə
layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi
üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Onu da qeyd edək ki, ―Şahdəniz‖ qaz-kondensat yatağının istismarının ikinci
mərhələsi və ―Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi
tədbirlər haqqında‖ Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il
tarixli 287 saylı Sərəncamının (Sərəncam) icrasına uyğun olaraq ―Şahdəniz‖ qaz-
kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri
layihələrinin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları
məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft
Şirkətinə məxsus olan ―Cənub Qaz Dəhlizi‖ qapalı səhmdar cəmiyyəti (Cəmiyyət)
təsis edilmişdir.
34
Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə
Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. Neft Fondunun
Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434
nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Fondun yaradılmasında məqsəd neft
strategiyası sayəsində neftdən gələn gəlirlərin toplanaraq səmərəli idarə edilməsi,
həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm
əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil etmək,
xalqın sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsilərin rifahına xidmət etməsini
təmin etməkdir.
Fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında
hesablaşma və digər hesablara, üzərində Azərbaycan Republikası Dövlət Gerbinin
əksi və öz adı olan möhür, müvafiq ştamp və blanklara malikdir. Neft Fondunun gəlir
və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun
ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub və ölkədə vahid
makroiqtisadi siyasətin yürüdülməsi məqsədini güdür. Fondun vəsaitləri dövlət
hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə, eləcə
də hər hansı bir subyektin öhdəliklərinin təmin edilməsinə istifadə oluna bilməz.
Bununla yanaşı ―Normativ hüquqi aktlar haqqında‖ Azərbaycan Respublikasının
Konstitusiya Qanununa əsasən Neft Fondunun normayaratma hüququ yoxdur. [8.s91]
Fondun fəaliyyəti aşağıdakı məsələlərin həllinə yönəlmişdir:
1.
Respublikamızın sosial-iqtisadi yüksəlişi, tərəqqisi naminə mühüm
layihələrin maliyyələşdirilməsi;
2.
Neft və qaz məhsullarından əldə olunan gəlirlərin gələcək nəsillər arasında
bərabər bölgüsünə və ehtiyat vəsitlərin toplanmasına nail olmaq;
3.
Ölkəmizin makroiqtisadi sabitliyinin qorunması, maliyyə-vergi intizamının
təmin edilməsi, neft gəlirlərindən asılığın azaldılması və qeyri-neft
sektorunun inkişafına nail olmaq.
Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə
Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması,
yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir.
Azərbaycan Dövlət Neft Fondu 2001-ci ildə Dünya Bankı ilə iqtisadi yönümdə
əməkdaşlıq edir. 2006-cı ilin dekabr ayının 6-da Dünya Bankı ilə Neft Fondu
arasında ―Vəsaitlərin idarə olunması və konsaltinq razılaşması‖ müqaviləsi
imzalandıqdan sonra Fond 100 milyon ABŞ dolları məbləğində vəsaiti xarici
menecer kimi Dünya Bankına idarə etməyə vermişdir. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı
il büdcəsindən 90 milyon manat Azərbaycan Respublikası Prezidentinin 30 mart
2006-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin
35
nizamnamə kapitalının formalaşdırılmasına yönəldilmişdir. Şirkətin investisiya
fəaliyyətinin məqsədinə əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət
göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə
kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya
qoyuluşunun həyata keçirilməsi təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli
Fərmanı ilə ―Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya‖
təsdiq edilmişdir.
Neft Fondunun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:
-Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının
payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər;
-
Bonuslar;
-Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən
ödənişlər;
-
Dividendlər;
-
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən
gəlirlər;
-
Sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən əldə edilən gəlirlər;
-
Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər;
-
Qrantlar və digər təmənnasız yardımlar;
-
Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.
Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə (proqramına) dair
təkliflər hazırlayır və onu təsdiq olunmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir. Beləliklə, gəlirlərin xərclənməsinə dair son qərar Prezident
tərəfindən verilir. Dövlət Neft Fond büdcədənkənar təşkilatdır, bank institutlarında
(bütün dünyada) hesablaşma hesabına və digər hesablara malik olan hüquqi şəxsdir.
Belə ki, vəsaitlər hər hansı bir şərt olmadan birbaşa Fondun öz hesablarında
saxlanılır. [9.s 91]
Qeyd ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli
Fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişikliklər edildi. Edilmiş
dəyişikliklərin səbəbi kimi dünya neft bazarında neftin qiymətinin kəskin düşməsi ilə
əlaqədər gəlirlərin azalmasıdır. Fərmana uyğun olaraq 2016-cı il üçün büdcə
gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2016-cı il
büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından
əldə edilən xalis gəlirlər 6 094 053,0 min manatdan 3 875 682,4 min manata qədər
azaldıldı. Fondun 2016-cı il üzrə büdcə gəlirlərinin ümumi həcmi 6 711 564,1 min
manatdan 4 578 474,6 min manata qədər azaldılmışdır. Neft Fondunun 2016-cı il
üçün büdcə xərclərinin ümumi həcmi 8 181 399,7 min manatdan 10 668 933,7 min
manata qədər artırılmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının 2016-cı il
36
dövlət büdcəsinə transfertlərin həcmi 6 000 000,0 min manatdan 7 615 000,0 min
manata, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının
maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 1 822 800, 0 min manatdan 2 355 318,0
min manata, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı
xərc maddəsi 24 420,0 min manatdan 32 660,0 min manata qədər artırılmış və
Fondun 2016-cı il büdcəsinə Türkiyə Respublikasında ―STAR‖ neft emalı
kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının
maliyyələşdirilməsi ilə bağlı 331 776,0 min manat məbləğində xərc maddəsi əlavə
edilmişdir. Fərmana əsasən ARDNF-nin 2016-cı il üçün Fondun idarə edilməsi ilə
bağlı xərclər smetasına da müvafiq dəyişikliklər edilmişdir.
2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulan Neft-Qaz və
Neftkimya Kompleksinin tikintisi layihəsinin reallaşdırılması məqsədi ilə Azərbaycan
Respublikası Prezidenti 23 sentyabr 2009-cu il tarixli 492 nömrəli Sərəncamına
əsasən ölkədə yeni Neft, Qaz emalı və Neft-Kimya Kompleksinin inşası ilə bağlı
aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılmışdır.
Kompleksin maliyyələşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun
da iştirakı planlaşdırılır. Layihənin maliyyələşdirilməsinin 30%-nin səhm kapitalı və
70%-nin borc kapitalı hesabına aparılması nəzərdə tutulur. Səhm kapitalının 90%-nin
Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Neft layihələrindən biri olan Xəzər dənizində yeni müasir üzən qazma
qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının (AR) iştirak payının
ARDNF tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft
Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30
dekabr 2012-ci il tarixli 803 saylı Fərmanına (Fərman) uyğun olaraq həyata keçirilir.
Üzən qazma qurğusunun tikintisi məqsədilə səhmlərinin 10 faizi Dövlət Neft
Şirkətinə, 90 faizi ―Caspian Drilling Company LLC‖yə (―Xəzər Qazma Şirkəti
MMC") məxsus ―Socar Rig Assets‖ MMC yaradılmışdır. Dövlət Neft Fondu ilə
―Caspian Drilling Company LLC" arasında 5 iyul 2013-cü il tarixində imzalanmış
nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən ―Socar Rig Assets‖ MMC-nin
90 faizlik payı üzərində sahiblik hüququ ARDNF-ə keçmişdir. Qazma qurğusunun
tikintisinin 41 aya başa çatdırılması nəzərdə tutulur. 2015-ci ilin dördüncü rübü
ərzində sözügedən layihəyə 86,5 milyon ABŞ dolları məbləğində vəsait
ayrılmışdır.[10.s 91]
|