Ftor. İçməli suda, ətdə və tərəvəzdə var.
Bor. Tərəvəzdə və ətdə var.
Alüminium. Bütün qidalarda mövcuddur.
HƏYAT ƏHƏMİYYƏTLİ ELEMENTLƏR
Canımıza,qanımıza vitamin və duzlardan başqa digər
şəfalı elementlər də gərəkdi.Buyurun,onlarla tanış olun.
Argenin.Cinsi vəzilərin fəaliyyəti üçün lazımdır.
Əsas mənbə:yumurta,süd məhsulları,yulaf,buğda,maya-
lar(xüsusilə pivə droju) .
Svetin və qlutamin turşusu.Mədəaltı vəzinin normal
işləməsi üçün lazımdır.
Əsas mənbə:əksər zülallı qidalar (süd məhsulları).
Tirazin.Qalxanvari və mədəüstü vəzilər üçün gərəkdir.
Əsas mənbə:əksər zülüllı qidalar (süd məhsulları).
Oksigen (havada olandan əlavə).Beyinin əsas qidasıdır.
downloaded from KitabYurdu.az
252
Əsas mənbə:qıtıqotu(xren),nanə,soğan,cəfəri,kartof,turp
(balacaları),pamidor.
Doymamış yağ turşuları.Əsas mənbə:beyinlər,yumurta
sarısı,günəbaxan,zeytun və qarğıdalı yağları,donuz piyi.
Əsaslar (qələvi duzları).Əsas mənbə:xiyar, çuğundur,
kök,kartof,ispanax, pamidor, kələm, qara turp,qara gavalı, soğan,
kahı, cır havuc (pasternak).
Beyin fəaliyyətini gücləndirən elementlər.Əsas mənbə:
ərik,kök,rəngli kələm,Brüssel kələmi,xiyar,qıtıqotu, kahı,soğan,
sarımsaq,nanə,xardal,cəfəri,kartof,cücərmiş buğda, alma, moruq,
üzüm,portoqal,quru meyvə,qoz,fındıq,püstə,badam,bitki yağları
(günəbaxan,zeytun,soya,qarğıdalı),süd məhsulları,balıq,beyinlər,
mal əti və ən dəyərli beyin qidası olan bal!
ƏRZAQ NÖVLƏRİNİN UZLAŞMASI
Vitaminlərin və duzların təsir mexanizmini, mənbəyini
bilmək,əlbəttə,vacibdir.Bundan da vacib olan məsələ -vitaminləri
və duzları bu və ya digər qida növündən necə almaqdır.Ola bilər
ki,siz bir ton çiy meyvə-tərəvəz yeyəsiniz,amma ordan bir
milliqram faydalı element almıyasınız.Söhbət təkcə “ölü” və ya
“diri” qidadan getmir. Təkrar edirəm: hətta “diri” qidaları da elə
formada qəbul edə bilərik ki,bizə heç bir faydası dəyməz, üstəlik,
qanımızı zəhərləyər.Əsas məsələ-nəyi nə ilə, nəyi nədən sonra və
neçə saat sonra yeməkdir.Elə qidalar var, onları qarışdıranda-
tərkibi güclənir,elələri də var, onları qatanda-zəhərə çevrilir.Bu
halda xəstəlik qaçılmazdır.Xəstələnmək istəmirsinizsə,aşağıdakı
cədvəli mətbəxtdə göz qabağında asın və ona əməl edin.
Qidaların uzlaşması cədvəli
downloaded from KitabYurdu.az
253
ərzaq növü
yaxşı uzlaşır
pis uzlaşır
Meyxoş və
şirin
meyvələr
Qatıq
Turş meyvə, nişasta,
çörək, zülal, süd
Turş
meyvələr
Digər turş
meyvələr,qoz-
fındıq
Şirniyyat, nişasta
(dənlər, çörək),zülal
(qoz-fındıqdan başqa)
Göy
tərəvəzlər
Bütün zülallar
və nişastalar
Süd, meyvələr
Nişastalar
Göy tərəvəzlər,
bitki və heyvan
yağları
Bütün zülallar,
meyvələr, turşular,
şəkərlər
Ətlər
Göy tərəvəzlər
Süd, nişasta, şirniyyat,
digər zülallar,turş
meyvələr, bitki və
kərə yağı, qaymaq
Qoz, fındıq,
badam, püstə
Göy tərəvəzlər,
turş meyvələr
Süd, nişasta, şirniyyat,
digər zülallar, kərə
yağı, bitki
yağları,qaymaq
Yumurta
Göy tərəvəz
Süd, nişasta, şirniyyat,
digər zülallar, turş
meyvələr, kərə yağı,
bitki yağları
Süd
Ya tək yemək,
ya da
turş meyvələrlə
Bütün zülallar, nişasta,
tərəvəz, göy-göyərti
Heyvan yağı
Bütün dənlər
Bütün zülallar
Yemiş
Ayrıca yemək
Bütün qidalar
downloaded from KitabYurdu.az
254
Dənli bitkilər
Göy tərəvəzlər Zülallar, şirniyyat, süd,
meyvələr, kərə yağı,
bitki yağları, qaymaq
ƏN ZƏRURİ QİDALAR
Meyvə-tərəvəz dietasına tam keçə bilməyən adamlar öz
rasionunu aşağıdakı qidalardan tərtib edə bilər:qoz,fındıq,
badam,şabalıd,püstə,yer fındığı,paxlalı bitkilər,bütün növ
meyvələr (qurusu da) və tərəvəzlər, yarmalar, dənlər, xüsusilə
qarabaşaq və düyü, qara ciyər, ürək, böyrək, toyuq əti, “hind-
uşka” əti, dəniz balıqları, dəniz kələmi, kartof (odda bişirmək),
boranı (çiy daha faydalıdır), günəbaxan tumu, balqabaq tumu və
bütün tumlar, otlardan və yarpaqlardan dəmlənmiş çaylar, qatıq
məhsulları (qatıq, prostokvaşa, kefir, şor, pendir, kəsmik, süzmə,
ayran, kərə yağı, smetan və s.), bostan məhsulları, kökün,
çuğundurun və turpun yarpaqları və gövdəsi.
Kefirdə mövcud olan asidofilin bakteriyası bağırsaq
çöplərini məhv edir və onları bağırsaqdan kənarlaşdırır. B qrupu
vitaminləri ilə zəngin olan qatıq məhsulları orqanizmi kalium
duzu ilə təmin edir.
Yalnız çovdar, qarğıdalı və yulaf unlarından bişirilən
çörəklər orqanizm üçün bir qədər faydalıdır. Ağ undan bişirilən
çörək və bütün un məmulatları sağlamlığın düşmənidir. Çörəyi
isti-isti yedikdə daha böyük fəsad verir: təzə çörəyi həzm etmək
çox çətindir.
Heyvan əti əvəzinə balıq, beyin,qara ciyər,ürək,böyrək və
“hinduşka”, toyuq əti yemək nisbətən az fəsad verir.
Yağları yalnız çiy və təzə şəkildə qəbul etmək lazımdır.
Sutkada 20 qram kərə yağı yemək kifayətdir. Günəşli günlərdə
yağ yemək zərər verir. Çünki orqanizm üçün çox gərəkli olan A
və B vitaminləri qanda Günəş şüasının təsiri altında öz-özünə
hasil olunur, bunların artıq olması isə bir çox xəstəliklərin
yaranmasına səbəb olur.
downloaded from KitabYurdu.az
255
Çiy şəkildə böyük fayda verən pomidoru bişirənlər onu
dəhşətli zəhərə çevirir. Bu dəyərli qidanı qışa təzə saxlamaq
üçün 1 kq yetişmiş pomidoru yumaq,suyu qurucaq,300 q sarım –
saqla birlikdə ət maşınından keçirmək,sterilizə edilmiş bankaya
doldurmaq,ağzını qapaqla kip bağlamaq və sərin yerdə saxlamaq
lazımdır. “Gürzə” adlanan bu vitaminli qidaya 300 q qıtıqotu də
əzib əlavə etmək olar. Buraya 300 q sürtkəcdən keçirilmiş anton
alması və 300 q bolqar bibəri əlavə etsəniz, əmin ola bilərsiniz:
qış üçün vitaminlərin böyük komplektini hazırlamısınız.
Çiy yumurta sarısı bütün yaş dərəcələri üçün faydalıdır.
Hamilə qadın,uşaq,25 yaşına çatmayan gənclər,eləcə də qocalar
hər gün,ən azı,1 yumurta sarısı yeməlidir. 25-55 yaşında olanlar
isə həftədə 1-2 dəfə yesə yaxşıdır.Bu qədər yumurta sarısı
orqnizmdə sağlam hüceyrələr yaratmağa bəs edir.Xatırladırıq:
yumurta sarısı A, B
2
, B
5
, B
6
, B
12
, və B qrupundan olan digər
vitaminlərə və digər faydalı mikroelementlərlə zəngindir.
Kartof haqqında.Kartof yalnız düzgün hazırlandıqda
əvəzsiz qidaya çevrilir.Qadınların əksəriyyəti kartofun qabığını
soyur.İfrat təmizkarlar isə lap dərindən soyur.Halbuki kartof
qabığının altındakı nazik təbəqədə orqnizm üçün çox zəruri olan
mikroelementlər cəmləşib. Həm də bu mikroelementlər kartofun
həzm olunması üçün yaxşı köməklik göstərirlər. Kartofu odda
bişirib(külləmə)yemək çox faydalıdır. Buxarda bişirilmiş kartofu
da qabıqlı yemək lazmdır.
Kəsmik (tvoroq) haqqında.Camaat bu qidaya söz
qoşub,deyirlər,kənddə şor idin,getdin şəhərdə oldun “tvoroq”.
Deyim ki, şəhərdə adını dəyişən bu qidanın qürrələnməyə haqqı
var:kəsmik yaxşı qidadır,əti-yağı əvəz edə bilər.Onun tərkibində
zülal,yağlar,karbohidratlar,vitaminlər,mineral duzlar(kalium,kal-
sium,maqnezium,metionin) çox yaxşı tənasübdə uzlaşıblar.
Lakin kəsmik də bişmiş xörək olduğu üçün, onu “diri” qidalarla
(tərəvəz,meyvə,göy-göyərti) birlikdə yemək lazımdır.Həm də
kəsmiyin tərkibində heyvani yağ olduğundan, qara ciyərin
fəaliyyətini müəyyən qədər çətinləşdirir. Bunun qarşısını almaq
downloaded from KitabYurdu.az
256
üçün 2 xörək qaşığı kəsmiyə 1 çay qaşığı bitki yağı və 2 xörək
qaşığı kefir, yaxud o qədər süd qatmaq lazımdır.Bu əlavələri
dəyişmək olar.Məsələn,alma və ya portağal, yaxud balla bərabər
yabanı meyvələr,yaxud tərəvəz (pomidor,xiyar,kələm,kök,göy-
göyərti, sarımsaq və s.) qatmaq olar.Köhnə kəsmik yeməyin.
KÖK ADAMLAR ÜÇÜN MENYU
Köklük-xəstəliyin ən qabarıq zahiri əlamətidir.
Kökəlməyə başlayan adam artıq sağlam deyil:onun bədəninə,
daxili orqanların normal işləməsinə mane olan, 8-25 kiloqram
şlak yığılıb. Belə adam bədənini mikrob yuvasından təmizləmək
üçün mütləq arıqlamalıdır.lakin düzgün qidalanma üzərində
qurulmayan arıqlamaq əks nəticə verər,. Bunu nəzərə alaraq, kök
adamların diqqətinə aşağıdakı menyuları təqdim edirik.
Birinci menyu
Salat günü:pomidor,xiyar, kələm, kök, kahı yarpaqları
ilə kifayətlənmək. 1,2 -1,5 kq tərəvəzi 5 paya bölmək, üstünə
bitki yağı töküb yemək.
Alma günü: 1,5 kq almanı 5-6 paya bölüb, 2 stəkan yaxşı
yetişmiş təzə pomidor şirəsi ilə qarışdırmaq.
Kəsmik günü:100-120 q yağsız, yaxud az yağlı kəsmiyə
günəbaxan(yaxud zeytun) yağı,narın sürtülmüş tərəvəz(kələm,
kök,turp),ya da turş meyvə,qoz,yaxud fındıq, yaxud badam əlavə
edib yemək, 2-3 stəkan yaşıl çay, yaxud itburnu(moruq, qarağat)
yarpağından və giləsindən dəmlənmiş çay içmək.
Balıq günü:200-300 q balığı suda,yaxud odda kabab
şəkilində bişirib, tərəvəz salatı ilə yemək, 2-3 stəkan yaşıl çay,
yaxud itburnu(moruq,qarağat) çayı içmək.Bu reseptlə qidalanar -
kən bütün gün ərzində 100 q çovdar, yaxud yulaf çörəyi və 15-
20 q yağ (əsasən, bitki yağı) yemək olar.
Bu menyuları qalan günlərdə təkrarlamaq lazım
gələcək.Əminəm ki,qidada ancaq ləzzət axtaran,onun faydası
downloaded from KitabYurdu.az
257
barədə heç vaxt düşünməyən qarınqulular bu menyunu bəyənmi-
yəcək.Belələrinin işi Allaha qalıb.
İkinci menyu
Səhər yeməyi:tərəvəz salatı,qoz,fındıq,badam yemək,
itburnu(qarağat,moruq) yarpağından və meyvəsindən dəmlənmiş
çay içmək (qəndi, şirniyatı və şəkər tozunu balla, yaxud meyvə
qurusu ilə əvəz etmək), 2 saatdan sonra alma yemək.
Günorta naharı: yarım pay ətsiz şorba, soyutma toyuq əti,
yaxud soyutma balıq,yaxud qoz-fındıq(100 qramdan çox olma -
sın),tərəvəz salatı yemək,otlardan dəmlənmiş çayları bir çay
qaşığı balla içmək.
Ara yeməyi (poldnik): 1-2 cür meyvə.
Şam yeməyi:soyutma balıq,salat yemək,quru meyvələr-
dən dəmlənmiş kampot içmək, 2 saatdan sonra kefir yemək.
QURUCULUQ DİETASININ MENYUSU
(Hamilə qadınlar üçün tərtib olunmuş bu menyu-uşaqlar,
əməliyyatdan çıxan, stres keçirən xəstələr və uzun müddət
aclıqla müalicə olunan adamlar üçün də yarayır)
Heç bir ana istəməz ki,nəslinin davamçısı dünyaya şikəst,
kəmağıl,nasaz gəlsin.Hamı doğma övladını sağlam və gümrah,
yaraşıqlı və ağıllı görmək istəyir.Amma çox adam fiziki və ruhi
cəhətdən sağlam, ağıllı övlad doğmağın, onu normal böyütməyin
yolunu,sadəcə,bilmir.
Aqillər buyurub:“Bilməmək ayıb deyil, bilməyib
öyrənməmək ayıbdı”. Öyrətməyi-bizdən, öyrənməyi-sizdən,
əziz gənc analar!..
Sağlam övlad dünyaya gətirmək üçün gələcək ana, birinci
növbədə, düz və bərk yataqda yatmalı, havada çox olmalı,
kifayət qədər faydalı hərəkət etməli, ən başlıcası isə, düzgün
qidalanmalıdır.Yəni,gündə 2-3 litr çiy su (yaxxud meyvə-tərəvəz
downloaded from KitabYurdu.az
258
çirəsi) içməli,kifayət qədər meyvə-tərəvəz,tumlar, zoğlar, yarpaq
və çiçəklər yeməlidir.
Çörəkdən imtina edə bilməyən gələcək analar buğda
unundan bişirilən çörəyi yulaf, çovdar, yaxud qarğıdalı unundan
bişirilən çörəklə əvəz etməlidir. Südü yalnız qatıq və qatıq
məhsulları (süzmə, şor, kəsmik,” prostakvaşa”, “kefir”) şəkilində
qəbul etmək (hər gün 75 q kəsmik yemək məsləhətdir), qaramal
və donuz ətinin əvəzinə balıq,cavan mal qara ciyəri, ürək, böyrək
yemək olar. Toyuq ətini həftədə 1 dəfədən çox yemək məsləhət
deyil. Şəkəri balla, yaxud kişmiş, ərik, xurma, əncir, tut və digər
meyvələrin qursu ilə əvəz etmək lazımdır. Hər gün 2-3 dəfə 4-5
növ tərəvəzdən ibarət olan çiy salat (günorta və axşam) və bir çiy
yumurta sarısı, 5-8 qoz(yaxud 10-15 fındıq,püstə, badam) yemək
vacibdir. Sitrus bitkiləri əvəzinə, inkişaf edən orqanizm üçün
vacib sayılan elementlərlə zəngin olan üzüm və alma yemək,
gündə 1-2 stəkan alma, yaxud üzüm şirəsi (təzə hazırlansın,
şəkərsiz) içmək məsləhətdir.
Yada salıram:bal təkcə şirin, dadlı qida olmaqla qalmır,
özündə orqanizm üçün çox gərəkli olan bir çox mikroelementləri
birləşdirir, mədə-bağırsaq traktında fermentləşmə prosesinin
qarşısını alır,qana tez sorulur,həzmolmanı yaxşılaşdırır, qəbzli-
yin qarşısını alır, enerjini bərpa edən sağlam yuxu gətirir.
Təbiətin bəxş etdiyi elementləri bol-bol mənimsəyən hər
bir ana dünyaya aşağıda təsvir olunan övladı gətirəcək:
- Uşağın saçı o dərəcə gur və qalın olacaq ki, onu
doğulan kimi qayçılamaq lazım gələcək. Möhkəm və uzun
dırnaqları olacaq.
- Uşağın əzələləri elə möhkəm olacaq ki, bir həftəlik
körpə başını yastıqdan qaldıra biləcək.Fiziki və zehni inkişaf
paralel şəkildə, harmonik ahəngdə gedəcək.
- Uşaq qidanı yaxşı həzm edəcək və “bayıra” normal
çıxacaq.
downloaded from KitabYurdu.az
259
-Ana bətninə düşən gündən düzgün qidalanan uşaq öz
dərin zəkası ilə seçiləcək, onun məktəbdə qazandığı parlaq
uğurlar həm valideynlərini, həm də müəllimləri sevindirəcək.
Ana südi ilə qidalanan uşaq bir çox xəstəliklərdən
yaxşı mühavizə olunur (hətta sutkada 30 q ana südü qəbul
etsə də).Düzgün qidalanan,havada çox gəzən ana körpəsini
öz döşündən doyunca yedizdirmək imkanı qazanmış olur.
Ana südü - şəfa mənbəyidir!..
Uşağın dişlərinə baxıb,dəqiq demək olar:ana hamilə
olarkən düzgün qidalanıb,yoxsa qidalnma prinsipini pozub.
Ana bətnində yaxşı qidalanan və yaxşı inkişaf edən
uşağın doğulduqdan sonra pis qidalanması da o qədər böyük
fəsad verə bilmir. Ana bətnindəki mühit-təməldir. Təməli
düzgün qoyulan bina möhkəm olur,zəlzələyə yaxşı tab
gətirir.Təəssüflər olsun ki, hər bir millətin taleini müəyyən
edən bu vacib məsələyə heç bir ölkədə əhəmiyyət verilmir.
ON ÜÇÜNCÜ FƏSİL
VİTAMİNLİ XÖRƏKLƏR
Bilirik ki,qış və payız aylarında,ilk baharda isti xörəksiz
ötüşmək mümkün deyil.Digər tərəfdən də deyirik ki, bişmiş
xörəklər “ölü” qidadır,onların tərkibində vitaminlər və faydalı
elementlər ya qalmır, ya da o qədər cüzi miqdarda qalır ki, onun
naminə qarnımızı zərərli kütlə ilə doldurmağına dəyməz. Bəs
necə olsun?..Çıxış yolu yoxdurmu?..Var!
Birincisi,üstünlüyü ətsiz xörəklərə verin.İkincisi,xörəkləri
bişirməyin,dəmləmə üsulu ilə hazırlayın.Məsələn,vitaminli borşu
belə hazırlamaq olar:100-150q(bir adamın normasıdır) dəniz
balığını(tıxsız yağlı balıqlar) suda 4-5 dəfnə yarpağı ilə
bişirin,qazanı yerə qoyan kimi,hazırlanmış kələmi,çuğunduru
(yarpağı da qiymətlidir),kökü,1-2 diş sarımsağı, cəfərini, kərəvizi
göy soğanı,2 xörək qaşığı cücərmiş buğdanı,o qədər də buğda
downloaded from KitabYurdu.az
260
kəpəyini qazana tökün, qşalla,odeyalla bələyin,isti yerdə 2-3
saat dəmə qoyun.Yeyərkən bir çimdik maqnezium sulfat(ingilis
duzu) və horra halına salınmış təzə pomidor(yaxud “gürzə”)
əlavə etmə olar.Bunlar olmasa, 2 xörək qaşığı qatıq qatmaq
məsləhətdir.Belə xörəkdə bütün vitaminlər, duzlar və digər
faydalı elementlər salamat qalır.
İsti şorbanı da eyni qayda ilə hazırlamaq olar.Su qayna -
yan kimi qazanı yerə qoyun,ora narın hala salınmış kartof, kök,
cəfəri,kərəviz,şüyüd,1-2 diş sarımsaq,göy soğan,2 xörək qaşığı
qarabaşaq,2 xörək qaşığı cücərmiş buğda,o qədər də buğda
kəpəyi əlavə edin,qazanı odeyala bələyib,isti yerdə 1-2 saat
saxlayın.Yeyərkən 1 çimdik maqnezium sulfat əlavə edin.
ÇİY ŞORBALAR
Pomidor-xiyar şorbası. Pomidoru, xiyarı, sarımsağı, göy
soğanı və göyərtini xırda doğramaq, bir tikə islanmış pendir və
kələm şirəsi əlavə etmək, üstünə qatıq tökmək.
Sadə pomidor şorbası. Qaba sarımsaq, yaxud soğan
sürtün, pomidoru doğrayın, üstünə bir stəkan qatıq tökün.
Ürəyiniz istəyən göyərtilərdən əlavə edin. Şorba hazırdır.
Gövdə və yarpaq şorbası. 3-4 stəkan müxtəlif növ
tərəvəzin (xiyar, kələm, göyərti, soğan və s) üstünə 1,5 litr kvas
əlavə etmək və qatışdırmaq, yarım saat dəm aldıqdan sonra 1
xörək qaşığı qaymaq (smetan) əlavə etmək.
Şülul (yabanı meyvə) şorbası. 1 stəkan qatığı 3 xörək
qaşığı su və 3 xörək qaşığı xırdalanmış hər hansı şülulla
(qarağatdan başqa) qarışdırmaq. İstəsəniz meyvə şirəsi, yaxud
bal da əlavə edə bilərsiniz.
Quru meyvələrdən şorba. Axşamdan 40-50q quru
meyvəni isladın. Səhər sudan çıxardıb(suyu atmayın) tumlarını
ayırın,sürtkəcdən keçirib,yaxud əzin,öz suyuna qatın.Yeməyə 3
saat qalmış 1-2 xörək qaşığı buğda kəpəyi,narın hala salınmış
qarabaşaq və yulaf dəni əlavə edin.
downloaded from KitabYurdu.az
261
ÇİY DƏMLƏMƏLƏR
Çuğundur içgisi.4 xörək qaşığı quş üzümü(yaxud qırmı -
zı qarağat),2 xörək qaşığı çuğundur şirəsi,1 çay qaşığı bal və
stəkanın 2/3 qədər suyu bir-birinə qarışdırmaq.
Natural tərəvəz şirələri.Kəskin tamı olan tərəvəzləri
(illik və aylıq turp, qıtıqotu)sürtkəcdən keçirmək,su qatmaq və
süzmək. Belə şirəni şirəçəkən maşında düzəltmək daha asandır
Tərəvəz südü. 5 tərəvəz növünü(kələm,kök,çuğundur,
turp,xiyar,pomidor,kartof ) eyni vaxtda sıxmaq və qarışdırmaq,
üstünə bir o qədər qatıq əlavə etmək.
Limonad. Bir stəkan suya 1-2 limonun şirəsini tökmək
və hər kəsin zövqünə uyğun bal əlavə etmək.
Kəpək suyu. Dörd xörək qaşığı kəpəyi 20 xörək qaşığı
suya qarışdırmaq, 3-4 saatdan sonra süzmək, alınmış məhlula 1
xörək qaşığı bal və şülul şirəsi əlavə etmək.
Çiy çaylar.İki xörək qaşığı hər hansı yeyilən otun
(məsələn, cəfəri, kərəviz, gicitkan və s) və ya yarpağın üstünə 1
stəkan çiy su tökmək və 12 saat isti yerdə saxlamaq, süzdükdən
sonra zövqə uyğun miqdarda bal qatmaq.
Alma çayı. Xırda doğranmış almanın üstünə su tökmək,
yarım saatdan sonra süzgəcdən keçirib içmək.
Tərəvəz südü. Təzə tərəvəz şirəsini (kök, turp, şalğam)
qatıqla qarışdırmaq(eyni həcmdə).Belə süd köhnə,qurumuş qıtıq
-otundan (xren) daha yaxşı alınır.
Qıtıqotu və turp südü. 1xörək qaşığı qatığa 1 çay qaşığı
turp, yaxud əzilmiş qıtıqotu qatmaq, üstünə qatıq əlavə etmək.
Sarımsaq südü. Sürtkəcdən keçirilmiş 1 diş sarımsağın
üstünə qatıq (kefir, ayran, süzmə, prostokvaşa) əlavə etmək.
Çuğundur kvası. 3 litrlik balona bir qədər təmizlənmiş
çuğundur doğramaq,üstünə qaynamış isti su tökmək,ağzını tən -
ziflə örtmək,5 gün dəmləmək, üstündə əmələ gəlmiş ərpi yığıb
downloaded from KitabYurdu.az
262
atmaq. Kvas hazırdır. Onu yeməkdən öncə balla, yaxud salatla
birlikdə qəbul etmək məsləhətdir.
Qoz südü.On ədəd qozu(yaxud ona bərabər fındığı,
badamı,püstəni) həvəngdəstədə döymək,döyə-döyə üstünə su
əlavə etmək.Alınmış məhlulu süzgəcdən,yaxud tənzifdən
keçirmək. Üstünə qatıq əlavə etmək.
Qeyd: Bütün mayeləri qəbul edərkən, onları ağız şirəsi ilə
yaxşı-yaxşı qarışdırmaq lazımdır:tüpürcəyin tərkibində çox
faydalı elementlər var(şüursuz saydığımız heyvanlar yaralarını
dilləri ilə yalayıb,tüpürcəklə sağaldır).
SALATLAR ÜÇÜN ƏLAVƏLƏR
Qoz mayonezi.Qozu(fındığı,badamı) döyərkən azca bitki
yağı əlavə etmək,horraya döndərmək,yarım stəkan horranın
üzərinə 2-3 x.q.bitki yağı tökmək və çalmaq,üstünə limon, yaxud
quşüzümü şirəsi əlavə etmək. Hazırlanan kimi qəbul edin.
Vegetaranlar üçün mayonez. 1-2 çiy yumurta sarısını
çalarkən ona tədricən 2-3 xörək qaşığı bitki yağı əlavə edin.
Üstünə 1 çay qaşığı soğan,yaxud 1 xörək qaşığı kərəviz horrası,
1-2 xörək qaşığı limon və ya quşüzümü şirəsi tökün. Bu cür
mayonezi turp, kök və 1-2 diş sarımsaqdan da hazırlamaq olar.
Mayonez əlavəsi. Eyni həcmdə limon, yaxud quşüzümü
şirəsi ilə bitki yağını qarışdırmaq, bir qədər göy soğan, cəfəri
əlavə edib, butulkada çalxalamaq. Hazırdır.
Qaymaq (smetan) əlavəsi. 1 limonun şirəsini 3 xörək
qaşığı qaymaqla qarışdırmaq,1 diş sarımsaq və yarım qaşıqdan
az doğranmış soğan,1x.q.bitki yağı əlavə etmək. Çalxalamaq.
Tomat əlavəsi. Səkkiz hissə yağı 1 qaşıq limon şirəsi ilə
qatışdırmaq, üstünə 4 hissə təzə pomidor şirəsi və hər kəsin
zövqünə uyğun miqdarda kərəviz horrası tökmək.
Dostları ilə paylaş: |