BƏS HƏKİMLƏR NƏ ETSİN?
Demək olmaz,birdən bəşəriyyət,şeytanın qıçını sındırıb,
Natural Gigiyenanın prinsiplərini və ecazkar Nişi Sistemini
həyat norması kimi qəbul edər,sağlam həyat tərzi keçirər və azar-
bezarla həmişəlik vidalaşar,bəs onda nəhəng tibb ordusunun
aqibəti necə olar, təbiblər çörəksiz qalmazmı?
İnsanların pis vərdişlərdən heç cürə ayrılmaq istəmədik -
lərini əsas tutub, tam qətiyyətlə deyə bilərəm ki, tibb işçilərini
belə bir təhlükə gözləmir. İnsanların XXI əsrdə daha ağıllı,kamil
olacağına, haqq yoluna qayidacağına, Ana Təbiətə tapınacağına
əsla əmin deyiləm. Təkcə bir fakta fikir verin: Natural Gigiyena
kimi çox faydalı bir hərakat 150 ildə yalnız 3-4 ölkəyə yayıla
bilib.Üstəlik,bu dəyərli hərəkat həmin ölkələrdə də sönməkdədir.
Başı pul qazanmağa,var-dövlət yığmağa, müharibələrə qarışan
bəşəriyyət irəli getmək əvəzinə geri gedir.Malın-Pulun quluna
çevrilmiş İnsan öz keçmişindən uzaqlaşdıqca, insan qarınqulu-
luğun,mail-pul hərisliyinin, şənbazlığın, əşyabazlığın,moda-
bazlığın təsirinə daha çox məruz qalır:tənbəlləşir,laqeydlik və
biganəlik onun damarlarına daha çox yeriyir, “yaşamaq üçün
yeyənlərin” sayı azalır,“yemək üçün yaşayanların” sayı
kosmik sürətlə artır.Heç gümanım yoxdur ki, 21-ci yüzillik
insanı Ana Təbiətə yaxınlaşdırsın.İnsanın Ana Təbiətdən astrono
-mik sürətlə uzaqlaşması simptomu isə üzdədir.Tamah
ucundan,varlanmaq naminə sürətlə genişləndirilən bayağı elmlər
və biznes insana bolluca süni qidalar bəxş edərək, onun
sağlamlığını amansızcasına əlindən alır,sürətlə dərin uçurumun
qırağına sürükləyir.Bu proses ilbəil,aybaay güclənir. Küçələrdən
keçərkən ətrafınıza diqqətlə baxsanız, dediyimin şahidi olarsınız.
Mən insanları durmadan zəhərləyən zərərli qidaların bolluğunu
nəzərdə tuturam. Hələ 25 il bundan öncə qələmə aldığım “Qara
Kahada həyacan” adlı fantastik povestdə İbtidai Insanla Sivil
İnsanı müqayisə etmək ağlıma təsadüfən gəlməyib. Əsərdə
birinciyə olan hüsni-rəğbətimi gizlətməmişəm. Sivil İnsan isə
downloaded from KitabYurdu.az
275
tamah adlı qorxunc bir silahdan istifadə edən şeytanların felinə
uyaraq, hərislik, qarınqululuq, şənbazlıq və modabazlıq azarına
tutulmuş və insanı şeytanlardan qoruyan Günəşdən üz
döndərmişdir. İnsanın faciəsi məhz burdan başlayır. Mən bu
qənaətə dahi Nişinin yaratdığı Sağlamlıq Sisteminin mövcudluğu
barədə heç nə bilmədiyim bir vaxtda gəlmişəm. Lakin o vaxt
Ana Təbiətdən üz döndərməyimizin acı nəticələrini bu qədər
dəqiq təsəvvür etmirdim, onun elmi kökünü görmür və
bilmirdim, povesti məni əldən salmış ağır xəstəliklərin təsiri
altında yazmışdım.
Qayıdaq təbiblər məsələsinə. Lap tutalım, başı daşdan-
daşa dəyən insan, nəhayət, XXI əsrdə və yaxud başqa bir əsrdə
ayıldı, özü özünə kənardan diqqətlə baxdı, “dədəm vaaay, mən
özümü nə kökə salmışam” deyib, öz başına bir yekə qapaz da
saldı,Ana Təbiətin ətəyindən bərk-bərk yapışdı, azar-bezardan
yaxa qurtardı (adicə siqareti ata bilməyən insanın buna gücü
çatarmı?). Hətta, belə bir xoşbəxtlik baş versə belə tibb işçilərini
işsizlik və onun labüd nəticəsi olan aclıq gözləmir. Çünki həyat
gözlənilməz hadisələrlə doludur: müharibələr, təbii qəzalar,
terrorizm, quldurluq, qonşu davası, yol qəzaları, təsadüfi
hadisələr və s. Bütün bunlar, heç şübhəsiz, bu əsrdə də davam
edəcək, gələn əsrlərdə də. O biri əsrlərdə hələ bir az da artacaq.
Deməli, cərrahiyyə əməliyyatlarına, təbib əllərinə gələcəkdə də
ehtiyac qalacaq, bəlkə də artacaq. Nümunə üçün deyim ki, bu
sətirləri yataqda yazıram: sağ ayağım heç nədən, düzün ortasında
burxuldu və vətər dartılması baş verdi, ilk müraciət etdiyim
adam cərrah oldu. Elə buna görədir ki, dərman-terapiyanın
əleyhinə olan Nişi, preparatı yalnız xəstəni kritik vəziyyətdən
çıxarmaq üçün işlətməyi məsləhət görür. Mən professor Nişinin
bu fikrinə də tam şərikəm. Böyük alimin ən böyük arzusu bu idi
ki, tibb elmi qibləsini tamam dəyişsin, bütün gücünü
nəticəyə(xəstəlik) qarşı deyil, səbəbə(qeyri-sağlam həyat tərzi)
qarşı mübari-zəyə yönəltsin, təbiblər vaxt və enerjilərini ayrı-ayrı
downloaded from KitabYurdu.az
276
xəstəlikləri sağaltmağa deyil, xəstəliklərin qarşısını almağa-
profilaktikaya sərf etsinlər.
Burada bir vacib məsələni xüsusi vurğulamaq istərdim:
ən qiymətli dəyəri-sağlamlığı qoruyan tibb işçisi bütün ölkələrdə
o dərəcədə yüksək məvacib almalıdır ki, çörək pulu qazanmaq,
ailəni dolandırmaq dərdi çəkməsin,ancaq insanların sağlamlığını
qorumaq haqqında düşünsün.Mənə elə gəlir ki,təbibə zəhmət
haqqını xəstələrə qulluq etdiyi üçün deyil, sağlamlığı qoruduğu
üçün vermək lazımdır:sənə tapşırılan ərazidə insanların
sağlamlığını yaxşı qoruyursan-buyur,ən yüksək mavacibi də sən
al.Haqqı-halalın olsun!..
SKEPTİKLƏRƏ CAVAB
Mən məclislərdə, görüşlərdə Nişi təliminin mahiyyətin -
dən danışarkən,adamlar onun səmərəli olması fikrinə şərik çıxır,
amma təəssüflə qeyd edirlər ki, təlimin tələblərini yerinə
yetirmək hər kişinin işi deyil. Bunun üçün möhkəm iradə və
dözüm lazımdır. Bu fikirlə dərhal razılaşıram, deyirəm, bəli,
iradə lazımdır, özü də lap möhkəmindən. Sonra da əlavə edirəm:
“Nişi Sistemi möhkəm iradə “istehsal” etməkdə sizə ən etibarlı
köməkçi olacaq. Təki, siz bunu istəyin, özü də ürəkdən istəyin”.
Amma məni dinləyənlərin arasında elələri də olur ki, gözünü bic-
bic qıyıb, mənə altdan-altdan şübhə ilə baxır. Yəqin, ürəyində
fikirləşir: ayə, görəsən, bu dələduzun nə planı var, hansı ölkənin
agentidi? Belə adam mənə, “Jelezni Feliks” kimi, köndələn
suallar verir, sözümdə zərrəbinlə söz axtarır. Elə dəmir-beton
adamlar da var ki, verdiyim cavabların birini də beyninə yaxın
buraxmır. Öz “həqiqətindən” başqa bütün həqiqətləri rədd
etməyə həmişə hazır olan “ayıq-sayıq” skeptiklərin də öz aləmi
var.Onların mənə tez-tez verdikləri bir sualı,əziz oxucum,
səninlə bərabər şərh etmək istəyirəm.Mənə acıqlı-acıqlı baxıb
deyirlər:“Ay müəllim,əgər sənin o Nişin heylə güclüdürsə,
hətta, xərçəng kimi dəhşətli xəstəliyi sağalda bilirsə, niyə ona
downloaded from KitabYurdu.az
277
Nobel mükəfatı verməyiblər, niyə onun sistemi bütün
dünyaya yayılmayıb?”.Çox maraqlı sualdır.Doğrudan da: niyə?
Belə baxırsan, sağlam məntiqdən xali olmayan suala
oxşayır.Axı,sağlam məntiqə görə hər bir faydalı fikir və ideya
tez yayılmalıdır və bəşəriyyət tərəfindən yüksək qiymətləndiril -
məlidir.Bəli,sağlam məntiq belə deyir və belə də olmalıdır.Bəs
həyatda necədir?..Möhtərəm Skeptik, icazə ver,səndən soruşum:
bəyəm insanların sülh və əminamanlıq şəraitində,təmiz səma
altında, dost və qardaş kimi,bir-birini sevə-sevə yaşaması ideyası
ən gözəl ideya deyilmi? Bütün işıqlı zəkalar bu gözəl ideyanı
vəsf etmirmi? Hələ eramızdan xeyli əvvəl yaşamış Zərdüşt sülhü
və əminamanlığı xoşbəxtliyin əsas təminatçısı hesab edirdi.
Minlərlə, milyonlarla başqa dahilər də onun kimi.Bəs hanı, niyə
Yer üzündə sülh, əminamanlıq, ədalət, bərabərlik ideyası deyil,
işqalçılıq ideyası hökm sürür? Niyə torpaq üstə,Süleymana
qalmayan dünya malı üstə insanlar bir birini qırır? Qardaşlıq
ideyası kimi gözəl ideya isə kağız üzərində qalıb. Amma kütləvi
qırğın silahı yaratmaq ideyası ildırım sürəti ilə bütün dünyaya
yayıldı və bəşəriyyətin şüuruna hakim kəsildi.
Başqa misal. Dünyanın ən mütərəqqi dini olan Islam bizə
öyrədir:yalan danışmaq, oğurluq etmək,kasıbın malın yemək
günahdır, zinalıq etmək olmaz.Dinimiz bərabərlik ideyasını ilk
gündən uca tutub.Bəşəriyyət bu tələbləri yerinə yetirirmi?
Rüşvətxor məmurların, fırıldaqçı işbazların, bizə moizə oxuyan,
iman dərsi keçən bəzi din xadimlərinin bəd əməlləri kimə bəlli
deyil?..Mənə deyin,bəraərlik ideyasından da gözəl ideya ola
bilərmi? Bəşəriyyət bərabərlik yolu ilə getsə,planetimizdə heç bir
faciə baş verməz, bütün insanlar sülh və əminamanlıq içində
xoşbəxt yaşıyar.Çünki Yer üzündə kifayət qədər torpaq,hava,su
və ruzu var-Tanrı hamının qismətini verib.Bunun müqabilində
qardaş qardaşın canına qəsd edir,eyni dinə mənsub olan insanlar,
o cümlədən,müsəlmanlar, xristianlar, katoliklər də, dünya malına
görə bir-birini “uf” demədən kütləvi şəkildə qırır,üstəlik, hərə öz
qəddarlığını qəhrəmanləq sayir, bu barədə əsər yazır, film çəkir,
downloaded from KitabYurdu.az
278
qəddar sərkərdələrin,qaniçən ölkə başçılarının heykıli ucaldılır.
Hansı məntiqlə qiymətləndirək bütün bunları?
Bir sualım da var, möhtərəm Skeptik. Papiros çəkməyin
həm orqanizmə,həm cibə,həm də ətraf mühitə vurduğu böyük
zərəri bilməyən adam yoxdur.Amma ali şüurlu insan bu gün də
siqaretlə vidalaşmaq niyyətində deyil.Əksinə,ağıllı zəkalar onu
pislədikcə,zəhərli tüstü udanların sayı sürətlə artır.Bunu hansı
məntiqin ayağına yazaq?
Əlbəttə, biz burada insanları təmizləmək istəyən, onları
bir-birinə sevdirməyə çalışan (“lyubi blijneqo”) və buna görə də
çarmıxa çəkilən İsa peyğəmbəri də yada sala bilərik, “Allah
təkdir, hamı Allah qarşısında bərabərdir” dediyi üçün daşa
basılan Məhəmməd peyğəmbəri də, “yer günəşin başına fırlanır”
kimi adi həqiqəti dilinə gətirdiyi üçün diri-diri tonqolda
yandırılan alimi də. Onlardan hansı biri, heç olmasa ölümündən
sonra, Nobel mükafatına, yaxud hər hansı bir başqa mükəfata
layiq görülüb? Möhkəm yadında saxla, möhtərəm Skeptik: bütün
dünyanı barmağında oynadan biznesə, dələduzların varlanmasına
xidmət etməyən hər bir ideya,bəşəriyyət üçün nə qədər faydalı
olursa olsun, ölümə məhkumdur. Çünki dünyanı gözü-könlü tox
olan nəcib adamlar idarə etmir, bəşəriyyətin 4-5 faizini təşkil
edən var-dövlət, şan-şöhrət hərisləri-özlərini hamıdan ağıllı və
hamıdan güclü sayan zəyif iradəli nanəciblər idarə edir.
Nişi Sisteminin dünyada pis yayılmağının səbəbi budur
ki, dahi alimin ümümbəşəri ideyası-biznesə xidmət edən tibb
elminə qarşı çıxıb,Nişi,səbəbi deyil,nəticəni aradan qaldırmağa
uğursuz cəhd göstərən tibb elmini bir elm kimi qəbul etmir,
natəmiz pul hərislərinin cibini doldurmağa xidmət edən dərman -
terapiyanı rədd edir, dərmanla müalicənin orqanizmə vurduğu
böyük zərəri tam çılpaqlığı ilə açıb göstərir. Bununla da özünə
nəhəng və qüdrətli tibb işçiləri ordusunun və səhiyyəni təchiz
edən möhtəşəm inhisarçılar ordusunun timsalında, çox güclü və
çox qorxulu bir düşmən qazanıb.Nəzərə alın ki, yüksək rütbəli
dövlət xadimi də, millət vəkili də, mətbuat və televiziya işçisi də,
downloaded from KitabYurdu.az
279
yazıçı da, süpürgəçi də bu möhtəşəm ordunun ağır qapazı
altındadır.Belə olduqda,Nişi Sisteminin geniş yayılmaması deyil,
onun başarıb sağ qalması və yaşaması təəccüb doğurmalıdır.
Daha bir “Çin Səddini” yada salaq. Nişi Sistemi adamdan
bir çox zərərli vərdişlərlə qəti və həmişəlik vidalaşmağı, Sağlam
Həyat Tərzinə keçməyi tələb edir.Bu da bir sıra mərhumiyyət-
lərlə bağlıdır: papirosdan,spirtli içkilərdən imtina etmək,başın
altına tük balış əvəzinə ağac parçası qoymaq,yağlı kabab əvəzinə
çiy tərəvəz yemək,kofe və çay əvəzinə itburnu, yaxud qarağat
dəmləyib içmək.İnsanların əksəriyyəti,hətta,ölüm ayağında da
pis vərdişlərdən əl çəkmək istəmir. İstəsə də, bunu etməyə hünəri
çatmaz.Bədənini uzun illər duz basdığı üçün nəhəng duz
çəlləyinə dönmüş,güc-bəla ilə nəfəs alan, gündə bir ovuc dərman
ataraq bədənini təkrarən zəhərləyən ifrat dərəcədə kök qadın
məsləhətimə qulaq asıb qəti qərarını verdi:“Bircə il yaşasam da,
yeməyimdən qalan deyiləm.Dadlı xörəklərdən yeməyəndən
sonra,yaşamağın nə mənası var?”...Kişilərdən tez-tez eşidirəm:
“Nə deyirsiniz, eləyim, amma siqareti ata bilmərəm”.
Bəli,insan qüdrətli olduğu qədər də aciz və gücsüzdür.
İnsan hər şeylə bacarsa da, nəfsi və tamahı ilə bacara bilmir.
Yəqin,aqillər buna görə deyiblər:”Ən böyük qələbə-insanın öz
üzərində çaldığı qələbədir”.Mən isə tam əminəm ki, özünə
qalib gələn insan -bütün dünyaya qalib gələ bilər.
Bunların hamısı ümumi mülahizələrdir. Elmi əsaslara
müraciət etsək,deməliyəm ki, Nişi Sistemi nəticələrinə görə
möcüzəli olsa da, qeyri-adi bir şey deyil. O, sintez etməyi gözəl
bacaran istedadlı yapon aliminin məharətlə topladığı,öz üzərində
sınaqdan keçirdiyi çoxlu sistemlərin,nəzəriyyələrin, fərziyyələ-
rin, təcrübələrin toplusudur.Şəfalı bal düzəldən arı hər çiçəkdən
bir zərrə şirə çəkdiyi kimi,zəhmətkeş Nişi də özünün 6 Qaydasını
yaratmaq üçün 70 min ədəbiyyat oxuyub.
Bir şeyi də xatırladaq ki, onkoloji xəstəlikləri Nişidən də
qabaq dava-dərmansız sağaldan həkimlər olub.Amerikalı həkim
Maks Herson gəncliyində dietanın köməyi ilə o vaxtacan
downloaded from KitabYurdu.az
280
“sağalmıyan” xəstəlik sayılan miqrendən xilas olmuş, sonra da
xərçəng xəstəliyinə tutulan bir qadını həmin üsulla 1928-ci ildə
sağaltmışdır.Sonrakı 30 il ərzində Herson dieta ilə müalicə meto-
dunu təkmilləşdirmiş, xərçəngin müalicəsində gözəl nəticələr
əldə etmişdir.Deyilənlərə onu da əlavə edək ki, istər Nişidən
əvvəl, istərsə də ondan sonra yaşayan bir çox görkəmli təbiblərin
fikiri onun fikiri ilə tam üst-üstə düşür.Su və havanın müalicəvi
əhəmiyyəti haqqında S.Kneyp (“Mənim su müalicəm”, Moskva,
1901),V.Kaminski(“Sağlamlıq dostu”,Kiyev,1908), çiy bitkilərin
və çiy tərəvəz şirələrinin fəal müalicə vasitəsi olması barədə
A.Zinkovski(“Çiy dieta vasitəsilə vərəmin,mədənin, böyrəklərin,
qara ciyərin, ürəyin, sklerozun,ekzemanın, qanoreyanın, siflisin,
xərçəngin müalicə edilməsi”, Moskva, 1914), Herbert Şelton
(“Ortotrofiya”, “xərçəngin təbii vasitələrlə müalicəsi”, Texas,
ABŞ, 1969),bədəni möhkəmlətməyin müalicəvi əhəmiyyəti
barədə M. Kotlyarov (“Fizkultura i sport”, № 12,1971, “Leqkaya
atletika”, № 3,1973), yenə də çiy tərəvəz barəsində Norman
Uoker (“Çiy tərəvəz şirələri”, Nyu-York, 1972), S vitamininin
müalicəvi funksiyası haqqında Laynus Polinq (“S vitamini və
sağlamlıq”,Moskva,1974),şlakların təmizlənməsində vibrogim-
nastikanın rolu haqqında A.Mikulin(“Fəal uzunömürlülük”,
Moskva, 1977), dərmansız müalicə üsulları barədə akademik N.
Amosov (“Sağlamlıq haqqında düşüncələr”, “Nauka i jiznğ”, №
8, 1977), qocalığı yubadan vasitələr haqqında akademik N.
Emmanuel və onlarla digər tanınmış təbib çox dəyərli əsərlər
yaratmış və müalicə vaxtı gözəl nəticələr əldə etmişlər. Bu
nailiyyətlər Nişi təliminin böyük dəyərini təsdiq edən danılması
mümkün olmayan şahidlərdir.
Skeptiklərin nəzərinə onu da çatdırmaq istəyirəm ki, bu
gün Tokioda və Havay adalarında Nişinin adını daşıyan Tibb
instutunun hospitalları xərçəng xəstəliyini dava-dərmansız
uğurla müalicə edir.Bu da danılması mümkün olmayan reallıq -
dır.Əminəm ki, güclü müqavimətə baxmayaraq, gələcəkdə belə
sağlamıq ocaqları bütün ölkələrdə,o cümlədən, gözəl təbii şəraitə
downloaded from KitabYurdu.az
281
malik olan doğma Azərbaycanımızda da geniş fəaliyyət göstərə-
cək.Özü də gözəl abhavası,şəfalı suları,dadlı meyvələri, tərəvəzi
xaricdən gələn qonaqları heyran qoyan, uzunömürlülər diyarı
sayılan məmləkətimiz dərmansız müalicə sahəsində bütün
ölkələrə nümunə ola bilər.Əgər ölkəmizdə dövlət tərəfindən
Naturopatik mərkəz açılarsa,səhiyyənin yönü tamam dəyişər,
çörək pulu qazanıb külfət dolandırmaq naminə və öz iradələri
ziddinə “cari təmirlə” məşğul olmaq zorunda qalan zəngin bilikli
təbiblərimiz,nəhayət,xəstəliklərin yaxasından əl çəkib, üzlərini
tamamilə Insana tərəf çevirərlər və cansağləğına xidmət edərlər.
Bu halda Azərbaycan xalqı sağlam,gümrah,şən,möhkəm iradəli,
cəsarətli,dərin zəkalı,nikbin,xarüqələr yaratmağa qadir olan bir
kamil xalq kimi formalaşar,cismən və ruhən çox güclü və
yenilməz olar, torpaqlarımıza göz tikən bədxahlar bizə “köçəri”,
“nadan” xalq deməyə,sadəcə,cürət etməz...Mənim istədiyim
budur, həmişə ayıq-sayıq olan möhtərəm Skeptik!..
Allahın rəsulu Məhəmməd peyğəmbər yaxşı ideyanın
insan beyninə çox ləng yeridiyini hələ VII əsrdə duymuşdu.
Amma sözünü deməkdən usanmırdı. Qurani-Kərimin Əl-leyl
(“Gecə”) surəsinin 12-ci ayəsində deyilir:“Bizim öhdəmizə
düşən yalnız doğru yolu göstərməkdir. Mömin və ya kafir
olmaq isə hər kəsin öz işidir”.
Həyatda 20 il əvəzinə(həkimlər ona bu qədər ömür
vermişdilər) düz 75 il yaşayan,bütün həyatını insanı sağlam
etmək problemlərinə həsr edən dahi yapon alimi professor
Katsudzo Nişi də ali şüurlu insanlara sağlamlıq,paklıq,xeyirxah-
lıq yolunu göstərib.Sağlam və ya xəstə,imanlı,yaxud kafir,oğru
yaxud doğru,cəsur ya da qorxaq,mübariz yaxud aciz olmaq hər
kəsin öz işidir.Hər kəsin qabağında iki yol var.
downloaded from KitabYurdu.az
282
İ K İ Y O L
Qədim yunanların şəfa Allahı Asklepiyin (romalılar onu
Eskulap adlandırıblar) iki qızı vardı-Panakeya(yaxud Panatseya)
və Gigiya.Hər iki qız şəfa vermək qabiliyyətinə malik idi və
atalarına bütün işlərdə kömək edirdilər. Amma baciların tez-tez
mübahisəsi düşürdü:lovğa,təkəbbürlü Panakeya özünü hər dərdi
müalicə etməyə qadir sayırdı,durub-oturub deyirdi:“Mən bütün
xəstəlikləri sağalda bilən yeganə dərman tapıb,insanlara bəxş
edəcəm”.İşıqlı zəkaya malik olan Gigiya isə lovğa bacısını boş
vədlər verməkdən çəkindirməyə çalışırdı:“Bütün dərdlər üçün
təkcə bir dərman ola bilməz.Dərmana ehtiyac da yoxdur.İnsana
ağıl və yaradıcılıq qabiliyyəti nəyə görə verilib? Allahlar (Zevs
və digər yunan allahları-Ə.Ə.) insanın özünü azardan xilas edə
bilməsi üçün ona hər şey bəxş ediblər. Sadəcə, insanın fəlakəti
ondadır ki,Həyat Qanunlarını bilmir.Bizim vəzi -fəmiz-insana
Təbiət Qanunlarını dürüst öyrətməkdir. Öyrətməliyik ki, insanlar
səhv etməsin və Yer üzündə dəhşətli fəlakətlər baş verməsin”.
Panakeya kiçik bacısını eşitmək belə istəmirdi. Bacıların
yolları ayrıldı.O gündən Panakeya dərman axtarmaqla və bəşə-
riyyəti zəhərləməklə məşquldur.Gigiya isə insanları maariflən-
dirir,Həyat Qanununu,Təbiət Qanununu onlara öyrədir,bizi-ali
şüurlu bəndəni başa salır ki,hər hansı xəstəlik-Təbiətin əbədi və
dəyişməz qanunlarını hər addım başı pozan ali şüurlu insana-Ana
Təbiət tərəfindən verilən cəzadan başqa bir şey deyildir(hər bir
ana doğma balasını,canından çox istəsə də,cızıqdan çıxanda
cəzalandırır). Bəşəriyyət ağıllı bacının tövsiyə efdiyi yolu tutsa,
hamımızın vahid evi sayılan Yaşıl Planetin üstünə gələn ağır
fəlakətdən-qlobal istiləşmənin fəsadlarından qurtara bilərik, azar-
bezar burulğanında 60-70 il çobalayan insan 300-400 il və daha
çox, özü də tam sağlam, gümrah, dərd-sərsiz və bəxtiyar yaşıyar.
XXI əsrə qədəm qoymuş bəşəriyyətin iki yolu var: ya
gödənin qulu kimi,pis vərdişlərin girdabında çabalamaq, “ölü
qidaları” qarnına dolduraraq,öz əlilə qanını zəhərləyərək, çox
çeşidli xəstəliklər üçün zəmin yaratmaqla məşqul olmada davam
downloaded from KitabYurdu.az
283
etmək,həyatı ağrı-acı və qüssə içində sürünə-sürünə bir təhər
başa vurmaq, ya da Təbiət Qanunlarına dəqiq əməl edərək,
Gigiyanın və Nişinin göstərdiyi yolla xoşbəxt addımlamaq.
Azərbaycan xalqının ikinci yolla getmək şansı daha
böyükdür. Bütün əsrlər boyu bir əlilə müdrik Şərqin, o biri əlilə
çevik Qərbin əlindən tutan, hər iki tərəfin yaxşı cəhətlərini
götürən xalqımızın ixtiyarında çox zəngin torpaq, saf hava,
mineral maddələrlə zəngin olan sular var, müdrik xalqımız
qabaqlar təbii qidalara -çiy meyvə-tərəvəzə həmişə öz süfrəsində
xüsusi yer verib. Bizim kənardan ət, yağ, şəkər, un, kolbasa,
şokolad,çay,kofe gətirib, öz cismimizi və ruhumuzu zəhərləməyə
ehtiyacımız yoxdur.Onların hamısını təbii zülallarla, yağlarla,
nişastalarla,karbohidratlarla,vitaminlərlə,duzlarla,digər
faydalı
mikroelementlərlə əvəz etməyə geniş imkanımız var. Sadəcə,
bizdən həyat tərzimizə, öz vərdişlərimizə kənardan, Gigiyanın və
Nişinin gözü ilə baxmaq tələb olunur.
Bizi yaradan Ulu Tanrının qarşısında diz çöküb, yalvarı-
ram ki,müdrik xalqım və bütün bəşəriyyət,insanı zəyif və gücsüz
edən qeyri-sağlam həyat tərzini deyil,azar-bezar yolunu deyil,
müdrik kamillik və sağlamlıq yolunu seçsin.Amin!..
downloaded from KitabYurdu.az
284
ON ALTINCI FƏSİL
M Ə K T U B L A R
Azərbaycan Respublikasının prezidenti
Zati-Aliləri Heydər Əliyev cənablarına
Möhtərəm cənab prezident!
Məni qiymətli vaxtınızı almağa sövq edən problem o
qədər mürəkkəb və qlobaldır ki,onu yalnız Sizin tükənməz
enerjiniz və dərin zəkanız sayəsində həll etmək mümkündür.
Dəyərli diqqətinizə çatdırmaq istəyirəm ki, mən düz 30 il ağır
xəstə olmuşam,Bakının və Moskvanın klinikalarında aldığım
müalicə heç bir səmərə verməmişdir, əksinə, xəstəliklərimin sayı
ilbəil artmışdır,40 yaşımda iş qabliyyətimi tamam itirərək, I qrup
əlil kimi,təqaüdə çıxmalı olmuşam.Düz 30 il dərmanın ümidinə
qalmışam.Lakin 1995-ci ilin payızında,60 yaşım tamam olanda
həyatımda əsl möcüzə baş verdi.Mən dahi yapon alimi Katsudzo
Nişinin Sağlamlıq Sistemi ilə tanış olub,özümü təbii üsullarla
müalicə etdim,“Bextereyev xəstəliyi”,ürək-damar, mədə-
bağırsaq,hipetoniya,şəkərli diabet, artrit və s. xəstəliklərdən yaxa
qurtardım. Hazırda dərmansız yaşayıram. Orqanizimimdə sürətlə
cavanlaşma prosesi gedir.
Diqqətinizə təqdim etmək istədiyim Nişi sistemi həm
xəstələr üçün,həm də sağlamlar üçün eyni dərəcədə zəruri və
faydalıdır. Qeyd edim ki, Nişinin adını daşıyan Tibb İnstitutu və
hospital Tokioda və Havay adalarında uğurla işləyir, xərçəngi və
digər çarəsiz dərdləri dava-dərmansız sağaldır. Tibbə aid 70.000
(!) ədəbiyyat oxuyaraq, dünyada analoqu və alternativi olmayan
Sağlamlıq Sistemi yaradan Nişi sübüt etmişdir ki, sağalmayan
Dostları ilə paylaş: |