62
Azərbaycanın maşınqayırma sənayesinə yönəldilən investisiyalar
( min.manat)
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi (2).
Maşınqayırma müəssisələrinin birinci növbəti məsələsi investisiyaların tətbiqi
vasitəsilə əsas fondların yeniləşdirilməsi və müasirləşdirilməsidir. Hal- hazırda
elmtutumlu məhsulun istehsalı ən yeni texnologiyaların tətbiqi olmadan mümkün
deyil . Lakin ölkənin çox az müəssisəsi innovasiyalı texnoloji avadanlığı şəxsi vəsaiti
hesabına almaq iqtidarındadır və buna görə də əlavə uzunmüddətli maliyyələşdirmə
mənbələrinə ehtiyacları vardır.
Texnoloji yenidən silahlanma proseslərinə əhəmiyyətli təsiri lizinqin inkişafı
göstərə bilər. Bir tərəfdən lizinq müəssisəsinin uzunmüddətli maliyyələşdirilməsinin
ən əlverişli üsuludur, digər tərəfdən də o, Azərbaycanın avadanlıq istehsalçılarının
məhsullarına tədiyyə qabliyyətli tələb yaradır.
İnvestisiyaların defisiti innovasiya aktivliyinin aşağı olmasının əsas lakin yeganə
amili deyil. Ölkə bazar islahatları yolu ilə irəliləyir , elmi- texniki sahə isə yeni şəraitdə
işləməyə hazır deyil.
Dünya iqtisadiyyatının qloballaşması şəraitində yalnız milli maşınqşayırma
müəssisələrinin investisiya aktivliyi onların rəqabət qabliyyətini yüksəldə bilər.
Maşınqşayırma sahəsinin istehsal aparatının təzələnməsi üçün lizinqin müxtəlif
formalarının istifadəsi ölkə iqtisadiyyatının inkişafında prioritet istiqamətdir.
Dostları ilə paylaş: