14.2 .1. Əritmə vannası ilə püskürtmə Bu üsulla səthə termomexaniki püskürtmə zamanı
örtük materialı tiqeldə əridilərək, qabaqcadan
qızdırılmış tozlandırıcı qazla detalın səthinə
sürətləndirilir.
Şəkil 14.4. Əritmə vannası ilə püskürtmə. 14.2.2. Elektroqövs üsulu ilə püskürtmə Bu üsulda elektrik cərəyanı keçirən məftillərin
ucluqları arasında əmələ gələn elektrik qövsü vasitəsi
ilə məftilşəkilli püskürtmə materialı əridilir və
əridilmış damcı sıxılmış hava və ya təsirsiz qazla
detala tərəf sürətləndirilir.
1.
Tozlandırıcı qaz
2.
Qazın verilməsi
3.
Əritmə vannası
4.
Qızdırıcı
5.
Püskürdülən axın
6.
Örtük
7.
Detal
1
233
Şəkil 14.5. Elektroqövs üsulu ilə püskürtmə. Elektrik
qövsü
ilə
püskürtmə
üsulunun
üstünlüklərinə aiddir:
–
yüksək səmərəli qiymət və sadə quruluş;
–
asan idarə olunma;
–
əl ilə aparıla bilər;
–
yüksək məhsuldarlıq 10-40 kq/saat;
–
əlavə soyutmaya ehtiyac yoxdur;
–
örtük materialı tamamiylə əriyir;
–
detalın səthi az qızır;
–
miniatürləşdırmə
asanlıqla
mümkündür
(məsələn, silindrlərin daxilinə örtükçəkmə şək.
14.6.).
Elektrik qövsü ilə püskürtmə üsulunun mənfi
cəhətlərinə aiddir:
–
örtük materialının yüksək qızması;
–
püskürülən dənəciuklərin güclü oksidləşməsi;
–
təbəqənin yüksək məsaməliliyi (şək. 14.6.).
1.
Sıxılmış hava
2.
Gərginlik
3.
Kontakt borusu
4.
Məftillər
5.
Məftilitələmə diyircəyi
6.
Örtük
7.
Detal
8.
Ərimiş məftil ucluğu
9.
Püskürdülən axın