Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə71/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 52 

 

MÖVZU  4. 



Mum  kompozisiyasının  son modelləşdirilməsi  və küvetə basdırılması.   

Küvetə  basdırılmanın  növləri. 

 

Dişlər  düzüldükdən  sonra,  mum  bazisini  xəstənin  ağzında  həkim  yoxlayır.  Əgər  heç  bir 



narahatçılıq və heç bir qüsür olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə 

edirik. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır. 

Üst  çənədə  arxa  dişlərin  2/3  hissəsini,  frontal  dişlərin  isə  1/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Alt 

çənədə  həm  arxa,  həm  də  qabaq  dişlərin  arxa  tərəfləri  2/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Protez 

bazisinin  qalınlığı  bərabər olmalıdır.  Aşağı  çənə  bazisi  bir  qədər  qalın  modelləşdirilir,  çünki  sahəsi 

kiçikdir. Bazisin qalınlığı üst çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A 

xəttinə  doğru  hamar,  eyni  qalınlıqda  aparılır  və  tam  nazildilir.  Bazisin  kənarları  dairəvi,  hamar 

olmalıdır. Sonda pambığı benzinə batıraraq süni dişlərin üzərindəki mum təmizlənir. 

Mum  kompozisiyasının  plastmasla  əvəz  olunması  üçün  küvetdən  istifadə olunur.  Model  duru 

gips  vasitəsi  ilə  küvetin  əsasına  bərkidilir.  Gips  quruduqdan  sonra  üst  hissəsi  qoyulur  və  duru  gipslə 

doldurulur.  

Gipsləmənin 3 üsulu var: əks, düz (birbaşa), qarışıq (kombinəedilmiş). 

Əks  gipsləmə  zamanı  küvetdəki  gips  mum  kompozisiyasının  sərhəddinə  qədər  olmalıdır. 

Küvetin  əsasında  yalnız  gips  model  qalır,  süni  dişlər,  qarmaqlar  küvetin  yuxarı  hissəsində  kontur 

küvetə keçir. 

Düz gipsləmə zamanı küvetdəki gips vestibulyar tərəfdən süni dişlərin hamısını, frontal dişlərin 

kəsici xəttinə qədər örtməlidir. Bu üsulda süni dişlər, qarmaqlar və model küvetin əsasında qalır. 

Qarışıq gipsləmə ön dişlərdə qüsurlar olduqda tətbiq olunur. Küvetin  əsasında model, ön süni 

dişlər, klammerlər qalır, kontur küvetə isə çeynəmə dişlər keçir. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin