Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən



Yüklə 21,29 Kb.
səhifə2/3
tarix24.10.2023
ölçüsü21,29 Kb.
#161173
1   2   3
farma 2.1.TB4

Sublinqval yolla yeritmə - dərman maddələrinin dil altından yeridilməsidir (Sub - altından, linqua - dil). Bəzi dərman maddələri, məsələn, validol, nitroqliserin və s. dil altına qoyulduqda oradan daha sürətlə sorulur. Bu yolla orqanizmə yeridilən dərman maddələri həzm fermentlərinin və xlorid turşusunun təsirinə, dil altından sorularaq yuxarı boş venadan ümumi qan dövranına qoşulduqları üçün, həmçinin qaraciyərin fermentativ təsirinə məruz qalmırlar.
Rektal yolla yeritmə - dərman maddələrinin düz bağırsağa (Per rectum) yeridilməsidir. Dərman maddələri düz bağırsağa dərman şamları və imaləsi şəklində (50-100 ml həcmində) təyin olunur. Bu zaman onlar peroral yolla yeridildiklərinə nisbətən daha tez sorulur. Bu yolla yeridilən dərman maddələri qaraciyər səddini keçmədən ümumi qan dövranına զosulur, Bu halda dərman maddəsinin təsir gücü daxilə qəbul edildiyindən daha artıq olur. Rektal yeritmə üsulundan əsasən dərman maddəsini daxilə təyin etmək mümkün olmadığı (məs, daxilə qəbul edildikdə qusma törədən maddələri) və onun qaraciyərlə kontaktının arzuolunmaz olduğu hallarda istifadə olunur (qaraciyər xəstəliklərində və s.).
Rektal yeritmə zamanı dərman maddələrinin xoşagəlməz dadı da aradan qaldırılmış olur ki, bu da uşaqların müalicəsində böyük əhəmiyyətə malikdir.
Parentral Yeritmə Yolları
Parenteral yeritmə yolları enteral yollara nisbətən dərman maddələrinin orqanlara daha tez çatmasını və təsir göstərməsini təmin edir. Ona görə də təcili yardım preparatları orqanizmə bu yollarla yeridilir. Huşunu itirmis xəstələrin orqanizminə dərman maddələrini bu yolla yeritmək mümkündür.
Parenteral yollarla dərman maddələrinin orqanizmə yeridilməsi onları dəri altına, əzələ daxilinə, venaya, onurğa kanalına, bədən boşluqlarına inyeksiya etməklə həyata keçirilir. Bu zaman preparatların səmərəli dozasını daha dəqiq müəyyənləşdirmək mümkün olur (xüsusilə venaya yeritdikdə).
İnyeksiya üçün istifadə olunan dərman formaları mütləq steril olmalıdır.
Dəri altına əsasən sulu, bəzən isə yağlı məhlullar yeridilir. Yağlı məhlullar dəri altına yeridildikdən sonra onların özlülüyünü azaltmaq, sorulmasını sürətləndirmək və infiltrat əmələ gəlməsinin qarşısını almaq məqsədilə inyeksiya edilən nahiyəyə isti kompres qoyulur və massaj edilir. İnfiltrat və nektoz (toxumanın ölməsi) əmələ gətirdiyi üçün dərialtı inyeksiya məqsədilə suspenziya dərman formalarından istifadə etmək məsləhət görülmür. Dəri altına həmçinin qıcıqlandırıcı təsirə malik dərman maddələrini (məs. kalsium-xlorid) və hipertonik məhlulları (osmotik təzyiqi qanın osmotik təzyiqindən yüksək olan məhlullar) yeritmək olmaz. Dəri altına yeridilən dərman maddəsi öz təsirini 5-10 dəqiqədən sonra göstərir. Bəzi hallarda dərman preparatı dəri altına tablet şəklində yerləşdirilir (dərini kəsməklə). Bu zaman o çox ləng sorularaq uzun müddət, bəzən 5-6 ay təsir göstərir. Bu yolla məsələn, orqanizmə hormon preparatları (orqanizmdə hormon çatışmazlığı olduqda) yeridilir.

Yüklə 21,29 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin