Fяxrяddиn mustafayev


Populyasion – statistika üsulu–



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə31/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   207
N 349

Populyasion – statistika üsulu– 
çarpazlaşmanın nəticələrinin işlənməsi, 
əlamətlər arasındakı əlaqənin öyrənilməsi, populyasiyaların genetik quruluşunun 
təhlili, populyasiyalarda genetik anomaliyaların yayılmasının öyrənilməsi, 
müayinə zamanı alınan rəqəmlərin biometrik təhlili məqsədilə işlədilir. 
Populyasiya üsulu ilə əsasən ayrı-ayrı əlamətləri müəyyən edən resessiv və do-
minant allellərin, heteroziqot və homoziqot orqanizmlərin tezliyi, populya-
siyalarda mutagenezin, seçmənin və təcrid olunmanın təsirindən baş verən 
genetik quruluşun dinamikasının dəyişilmə mexanizmi öyrənilir. 
İmmunogenetik üsul
– orqanizmlərin qan qrupları, rezus amili, qan zərdabı 
və toxumaların, zülalların, fermentlərin və hormonlarının öyrənilməsi üçün 
seroloji, immunoferment, immunoelektroforez və s. müayinələrin aparılmasına 
əsaslanır. Bu üsulla orqanizmin immunoloji uyğunsuzluğu, immun-çatışmazlıq, 
əkizlərin mozaisizmi (genetik fərqlərin mövcudluğu) və s. ətraflı öyrənilir. 
Ontogenetik üsul
– müxtəlif mühit şaritində ontogenezdə genlərin təsirini 
təhlil etmək üçün tətbiq edilir. İrsiyyət və dəyişkənliyi öyrənmək üçün biokim-
yəvi, fizioloji və s. üsullara da istinad olunur. 
Fonogenetik üsul
– ontogenez zamanı xarici mühit amillərinin və genlərin 
orqanizmlərin əlamətlərinin dəyişilməsinə təsir dərəcəsini müəyyən etmək 
məqsədilə tətbiq olunur. Qida zəncirinin və mühitin dəyişilməsi orqanizmlərin 
dəyişilməsinə zəmin yaradır. 
Biometrik üsul
– bir qrup riyazi üsullardan ibarət olub, bütün üsulların 
tərkib hissəsini təşkil edən statistik analizlərin nəticəsi hesab olunur. Analizlərin 
nəticələrinin ehtimallılıq dərəcəsinə əsasən təcrübə və nəzarət qrupları 
arasındakı fərqin düzgünlük dərəcəsi müəyyən edilir. 


27 
Mutasion üsulla
– mutagen amillərin təsirindən orqanizmin hüceyrələrində 
xromosomların, DNT-nin, ümumilikdə genetik aparatın xassələrinin dəyişilmə 
dinamikası müəyyənləşdirilir. Bu üsuldan bitkilərin və ipək (barama) qurdlarının 
seleksiyasında, bakteriyaların yeni ştammlarının alınmasında hazırda geniş 
istifadə olunur. 
Əkizlər üsulu
– bir, iki, üç və daha artıq yumurta hüceyrələrinin mayalan-
ması zamanı əmələ gələn əkizlər üzərində xarici mühit amillərinin orqanizmə 
təsirini və onların genotiplə vəhdətinin öyrənilməsində istifadə edilir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin