Gücləndiricinin girişinə (1-2 nöqtələri) siqnal mənbəyi qoşulur. Siqnal mənbəyi
müxtəlif qurğular ola bilər. Məsələn: mikrafon, fotoelement, termocüt, antenna və s.
Qidalanma mənbəyindən giriş siqnalını gücləndirmək üçün lazım olan gərginlik və ya
güc götürülür. Gücləndiricinin çıxışındakı (3-4 nöqtələri) güclənmiş siqnal yük
müqavimətinə (
) verilir. Yük müqaviməti kimi rezistor, rəqs konturu, transformatorun
və ya elektrik mühərrikinin dolağı və s. ola bilər.
Sadə gücləndirici (şəkil 1) bir aktiv elementdən ibarətdir. Bu elementə ona qoşulmuş
passiv elementlərlə birlikdə gücləndirici pillə (kaskad) deyilir. Lakin təcrübədə bir pilləli
gücləndirici ilə tələb olunan güclənmə almaq mümkün deyil. Ona gorə də real gücləndirici
ardıcıl qoşulmuş bir neçə pillədən ibarətdir (şəkil 2).
Şəkil 2.
Gücləndiricilər bir sıra əlamətlərinə görə təsnif olunur:
gücləndirilən siqnalların
görünüşünə görə - belə gücləndiricilər harmonik və impuls
siqnallar gücləndiricilərinə bölünür;
gücləndirilən siqnalların
növünə görə - gərginlik, cərəyan və güc gücləndiricilərinə
bölünür;
güclənmə
tezliyinin diapazonuna görə: sabit və dəyişən gücləndiricilərinə bölünür,
dəyişən cərəyan gücləndiriciləri də öz növbəsində alçaq tezlik gücləndiricisi (ATG),
yüksək tezlilk gücləndiricisi (YTG), eninəzolaqlı (EZG) və seçici gücləndiricilərə (SG)
bölünürlər.
Dostları ilə paylaş: