GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
#32259
1   2   3   4   5   6   7   8   9   ...   12
gizli elmler


 
 
İNSANİ KEYFİYYƏTLƏR UŞAĞA ANA SÜDÜ 
İLƏ KEÇİR 
 
“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə 
etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, 
əziyyətlə doğmuşdur. Onun ana bətnində daşınma və 
süddən kəsilmə müddəti otuz aydır (9 ay bətndə, 21 ay 
ana südü ilə bəslənir). Nəhayət, insan kamillik həddi-
nə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! 
Mənə həm mənim özümə, həm də ata-anama əta etdi-
yin nemətə  şükür etmək və  Sənə xoş gedəcək yaxşı 
əməl etmək üçün ilham ver, nəslimi  əməlisaleh et. 
Mən günahlarımdan Sənə tövbə etdim və şübhəsiz ki
mən müsəlmanlardanam!”  “Qumsal təpələr” surəsi, 
15-16. 
 
üqəddəs  Kitabın  bu  və  digər  ayələrində  Al-
lah-taala insana yeni doğulan körpənin 21 ay 
ana südü ilə bəslənməsini tövsiyə edir. Həmçinin, bil-
dirir ki, belə uşaqlar böyüyüb 40 yaşına çatarkən kamil 
olarlar  və  həyatı  dərk  edərək,  günahlarına  görə  tövbə 
edib, Allaha sığınarlar. Sual yaranır: niyə məhz 21 ay? 
Elmi-lədun hesablamalarımız göstərir ki, bu tövsi-
yə 21 ədədindəki hikmətlə bağlıdır. Odur ki, bu hikmə-
tə birlikdə nəzər salaq. 
Bildiyimiz kimi, həm Yerin, həm də Göyün yeddi 
M

G İ Z L İ   E L M L Ə R  
 
103
qatdan ibarət olması “Quran”da təsbit olunmuş və bunu 
elm də sübut etmişdir. 
Həmçinin,  Allah  qarşısında  səcdə  edən  hər  bir  in-
sana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 
2 əl və 1 alın – yerə toxunduğunu görərik. 
Beləliklə, Yer, Göy və Allaha baş əyən kamil insa-
nın qatlarını toplasaq 21 ədədinin alındığını görərik: 
 
7 + 7 + 7 = 21 
 
21  ədədi  “Quran”ın  “Peyğəmbərlər”  surəsinin  sıra 
nömrəsi  olduğundan,  bu  ədəd  müqəddəs  kitabda  elm, 
kamillik və Peyğəmbərlik rəmzi sayılır. 
Elmi-lədun araşdırmalarımız göstərir ki, insanda elm 
və  digər  insani  keyfiyyətlərin  (kamilliyin)  təməli  ana 
südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir. 
21 ədədi ilə bağlı bir məqama da diqqətinizi yönəl-
dim  ki,  insan  hüceyrələrinin  yaşama  müddəti  21 
gündür. Yəni, orqanizmdə hər gün milyonlarla hüceyrə 
doğulur ki, onlar 21 gündən sonra ömürlərini başa vu-
rub, yeniləri ilə əvəzlənirlər. 
Ona görə də hər şeyi qabaqcadan hesablayan və bi-
lən  Ulu  Yaradan  yeni  doğulmuş  körpəni  məhz  21  ay 
ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmış-
dır.  Bildiyimiz  kimi,  “Quran”  insanın  “texniki  pas-
port”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ix-
tira  etdiyi  cihazın  işləmə  qaydasını  göstərən  texniki 
pasport yazar. 
Paşa Yaqub 
 
104
Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlar-
da  problem  yaranmasın  deyə  onun  texniki  pasportunu 
tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud 
övladlarımızın  həyatında  problem  yaranmaması  üçün 
Yaradanımızın  bizə  göndərdiyi  “texniki  pasport”u  bir 
dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik). 
Haşiyə çıxaraq qeyd edim ki, bu yaxınlarda doğul-
duğum  kəndə  yolum  düşdü  və  orada  qısa  bir  sorğu 
apardım. Məlum oldu ki, böyük bir kənddə bir dənə də 
olsun tərcümə “Quran” yoxdur. Bilirəm ki, bütün kənd-
lər belədir (ən çox 1-2 kitab ola bilər). Mollalarda olan 
ərəbcə  “Quran”ı  isə,  bir  çox  hallarda  heç  özləri  başa 
düşmürlər, nəinki dinləyənlər. 
Odur ki, aparılan araşdırmalar göstərir ki, yeni do-
ğulan körpələrin 80 faizi ana südü ilə deyil, süni qida-
larla  yemlənirlər.  Bunun  nə  demək  olduğunu  dərk  et-
mək üçün başqa bir statistikaya nəzər salaq. 
Aparılan araşdırmalar zamanı məlum olub ki, ağır 
cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə 
bəslənənlər olub! 
Buradan belə nəticə çıxır ki, analar öz övladlarına 
21 ay süd verməməklə onlarda tərbiyənin, əxlaqın, in-
san və Vətən sevgisinin, bir sözlə, kamilliyin təməlini 
qoymamış olurlar. Məhz bu təməlin olmaması səbəbin-
dən gələcəkdə övladlar bu keyfiyyətləri əxz edə bilmir-
lər  və  beləliklə,  bütün  bu  insani  hisslərdən  məhrum 
olurlar. Nəticədə belə insanların 92 faizi ağır cinayətlər 
törədirlər. 

G İ Z L İ   E L M L Ə R  
 
105
Buradan belə nəticə də hasil olur ki, analar körpə-
lərin südünü kəsməklə, əslində cinayətkarlığın və gələ-
cək cinayətlərin təməlini qoymuş olurlar!.. 
İndi bildinizmi bu gün cəmiyyətimizdə ana sevgisi, 
Vətən sevgisi, böyüyə hörmət və s. insani hisslər niyə 
qəhətə çıxıb?! Valideyn övlada (və yaxud əksinə), qar-
daş-qardaşa, qohum-qohuma qonşu-qonşuya qənim kə-
silib!  İnsanlar  əqrəb  kimi  bir-birlərini  sancmağa  mə-
qam gəzirlər. Çünki körpəlikdə yedikləri qidaların tər-
kibi əqrəb, siçan, və s. vəhşi heyvanların geni ilə zən-
gindir. Bütün bunlar insanlarda genetik dəyişməyə, ge-
netik mutasiyaya səbəb olmuşdur. Bu səbəbdən bu gün 
insanlarda  aqressiya,  cinayətə,  pisliyə  meyllilik  çox 
güclüdür, nəinki insani hisslər. 
Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlə-
rində şişlərin yaranması da 21 ay ana südü ilə qidalan-
dırma  barədə  “Quran”dakı  tapşırığa  əməl  etməməyin 
nəticəsidir!  Beləliklə,  Allahın  tövsiyəsinə  əməl  etmə-
yən  analar  övladlarının  fiziki  və  mənəvi  sağlamlıqları 
ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar. 
“Quran”ın  “Loğman”  surəsində  iki  il  ana  südü  ilə 
qidalananların hansı tərbiyələrə malik olduqları barədə 
belə buyrulur: 
“Yadında olsun ki, bir zaman Loğman öz oğluna 
nəsihət edərək belə demişdir: “Oğlum! Allaha şərik 
qoşma! Doğrudan da, Allaha şərik qoşmaq böyük 
günahdır!” 
“Biz insana, ata-anasına yaxşılıq etməyi, validey-
Paşa Yaqub 
 
106
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı tövsiyə 
etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. 
Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Biz in-
sana buyurduq: “Mənə  və ata-anana şükür et. Axır 
dönüş Mənədir!” 
“Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoş-
mağına cəhd göstərsələr, bu işdə onlara itaət etmə. Qa-
lan dünya işlərində onlarla gözəl keçin, onlara itaət et”. 
“Loğman öyüd-nəsihətinə davam edərək dedi: 
“Oğlum, dünyada gördüyün hər hansı yaxşı, yaxud pis 
iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın 
(daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa 
da, Allah onu ortaya gətirər  (onun  haqq-hesabını  çə-
kər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri 
biləndir; lütfkardır), hər şeydən xəbərdardır!” 
Oğlum! Namaz qıl, insanlara yaxşı  işlər görməyi 
əmr et, pis işləri qadağan elə! Bu yolda sənə üz verə-
cək müsibətlərə döz! Həqiqətən, bu dediklərim vacib 
əməllərdəndir!” 
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə 
lovğa-lovğa gəzib dolanma! Həqiqətən, Allah heç bir 
özündən razını, lovğalanıb fəxr edəni sevməz! 
“Yerişində müvazinətini gözlə (nə çox yeyin, nə də 
çox  asta  get)  və danışanda səsini qaldırma! Çünki ən 
çirkin səs uzunqulaq səsidir!” “Loğman” surəsi,  13-
19-cu ayələr. 
Bütün bunlar bir daha sübut edir ki, analarımız Al-
lahın  tövsiyəsinə  əməl  edərək,  körpələrini  21  ay  ana 

G İ Z L İ   E L M L Ə R  
 
107
südü  ilə  bəsləməlidirlər.  Bu,  onların  həm  özlərinin, 
həm  də  övladlarının  (fiziki  və  mənəvi)  sağlamlığının 
qarantiyası olar. Çünki, artıq elm sübut etmişdir ki, in-
sanlıq, mənəvi dəyərlər uşağa məhz ana südü ilə keçir. 
Bir şərtlə ki, südlə bəslənmə müddəti 21 ay olsun... 
 
Paşa Yaqub 
 
108
 
 
LƏL-CƏVAHİRAT İLBİZDƏN YARANIR 
 
ahi  Füzulinin  qəzəlindən  olan  bu  beytdə 
çox böyük fəlsəfi məna yükü vardır. 
Bildiyimiz kimi, gövhər (ləl-cəvahirat) dənizin di-
bində, sədəfin içində olur və o, gövhər olmamışdan qa-
baq  ilbiz  olur.  İlbizin  gövhərə  çevrilməsi  çox  maraqlı 
və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sə-
dəf uzun bir məsafə qət edərək, dənizin dibindən üzünə 
doğru hərəkət edir. Və bu elə hesablanır ki, həmin üzə 
çıxma aprel (nisan) ayında baş verir; həmin gün ilk ba-
har yağışı yağır. Sədəf ağzını açaraq, bahar (aprel) ya-
ğışının ilk damcısını udur və ağzını yumub təkrar okea-
nın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar su-
yunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-
cəvahirat) yaranır. 
Dahi şairimiz Məhəmməd Füzuli bu ibrətamiz pro-
sesi bir misra ilə çox gözəl ifadə etmişdir: “Sədəf su iç-
məyincə abu-nisandan, gövhər verməz”. 
Bu  maraqlı  və  ibrətamiz  proses  insan  həyatında 
özünü bir neçə formada büruzə verir. 
Birincisi, insanın ana bətnində yaranma prosesi bir 
növ gövhərin sədəfdə (örtülü, qapalı mühitdə) yaranma 
prosesinə bənzəyir. 
“Quran”da  Rəbbim  bu  barədə  belə  buyurur:  "Biz 
sizi bir qətrə sudan (nüftədən) yaratdıq". 
D

G İ Z L İ   E L M L Ə R  
 
109
Diqqətinizi maraqlı bir məqama cəlb edim ki, dəni-
zin dibindən sədəfi tapanda, onu yarmamış, içindəkinin 
inci  (gövhər),  yoxsa  muncuq  olduğunu  bilmək  olmur. 
Ana  bətnindəki  övlad  da  belədir,  dünyaya  gəlməmiş, 
onun xeyirli və yaxud xeyirsiz olduğunu bilmək olmur. 
Yeri gəlmişkən, bir maraqlı məqamı da qeyd edim 
ki,  insanın  cismi  də  ruhu  üçün  sədəfdir  (onu  gizlədən 
örtükdür). Ruh nə qədər ki, cisimdə gizlənib, onun pak 
(inci),  yoxsa  çamur  (muncuq)  olduğunu  bilmək 
mümkün olmur. Ruh sədəfdən azad olunduqdan sonra 
əgər pakdırsa, onun nuru zaman-zaman özünü müxtəlif 
formalarda büruzə verəcək. 
lbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata 
çevrilməsi prosesini cəmiyyətdə də müşahidə et-
mək mümkündür. Belə ki, hansı nəslin kökündə xeyir-
xah,  əməlisaleh  və  yaxud  kəramətli  bir  adam  olubsa, 
zaman  keçdikcə  həmin  nəsildən  kimdəsə  bu  əlamət 
özünü büruzə verir. Dahi Füzuli bunu nəzərdə tutub de-
yirdi  ki,  “Sədəf  su  içməyincə  abu-nisandan,  gövhər 
verməz”. Yəni, əslindən-kökündən ilham almayan yax-
şılıq  edə  bilməz  və  yaxud,  kəramət  göstərə  bilməz. 
Bütün bu insani keyfiyyətlər bir çox hallarda kodlaşdı-
rılmış formada, genetik yolla ötürülür... 
 
 
İ 
Paşa Yaqub 
 
110
 
 
İNSANDA MƏHƏBBƏT HİSSİ  
BELƏ YARANIR 
 
“İnsan Mənim sirrimdir, Mən də insanın sirri-
yəm!” (Allah-taala) 
 
u  yazımızda  diqqətinizi  insanda  torpağa  qarşı 
məhəbbətin  yaranması  prosesinə  cəlb  etmək 
istəyirik. 
 Təcrübə göstərir ki, kənd adamlarında torpağa məhəb-
bət (bağlılıq) güclü olur. Bu səbəbdən də onlar bir çox 
hallarda  yaşadıqları  yerdən  ayrılmaqda  çətinlik  çəkir-
lər; yeni məskunlaşdığı yerlərə çətin adaptasiya olurlar 
və köhnə yurd üçün darıxırlar. 
Şəhər adamları isə, bu cür problemi yaşamırlar. Yə-
ni,  şəhərlilər  kəndlilərə  nisbətən  yaşadıqları  yeri  daha 
asan dəyişirlər və düşdükləri yerə daha asan və tez uy-
ğunlaşırlar. Bu onlarda torpağa məhəbbət hissinin kənd 
adamlarına nisbətən daha zəif olması ilə əlaqədardır. 
Sual yaranır ki, niyə eyni bioloji varlıq olan iki in-
sanın  birində  torpağa  məhəbbət  daha  güclü,  digərində 
isə, zəif olur? Bunun səbəbi nədir?  
Elmi-lədun araşdırmalarımız göstərir ki, bu hal in-
sanda torpağa qarşı məhəbbət hissinin yaranma prosesi 
B

G İ Z L İ   E L M L Ə R  
 
111
ilə əlaqədardır. Gəlin görək insan qəlbində torpağa mə-
həbbət hissi necə yaranır? 
Araşdırmalarımız  göstərir  ki,  bu  proses  yağış  təzə 
yağmağa  başlayanda  insan  yenicə  islanmış  sürüşkən 
torpağın üzəri ilə yeriyərkən baş verir. Yəni, kənd ada-
mı hər dəfə yağış altında torpaq yolla sürüşə-sürüşə ge-
dərkən,  özü  də  bilmədən  onun  qəlbində  torpağa  qarşı 
məhəbbət hissi yaranır və bu məhəbbət bağı onu həmin 
torpağa bağlayır. 
Bu səbəbdən də kənd adamı yaşayış yerini dəyişən-
də uzun müddət yaşadığı torpağın həsrətini (məhəbbə-
tini) çəkir və düşdüyü mühitə uyğunlaşmaq onun üçün 
çətin olur. 
əhər  mühitində  isə,  torpaq  yol  olmadığından 
(hər tərəf asfalt və yaxud betondur) burada ya-
şayan  insanda  yuxarıda  şərh  etdiyim  bioloji 
proses demək olar ki, getmir və yaxud çox zəif gedir. 
Deməli, yerə döşənmiş beton örtük şəhər insanının tor-
paqla  əlaqəsini  zəiflədir  ki,  bu  da  onda  torpağa  qarşı 
məhəbbət  hissinin  daha  az  olmasına  səbəb  olur.  Buna 
görə  də  şəhər  adamı  yaşayış  yerinini  dəyişməkdə  heç 
bir problem görmür və düşdüyü yerə daha tez uyğunla-
şır.  
Yeri  gəlmişkən,  diqqətinizi  bir  vacib  məqama  da 
yönəldim  ki,  insanlar  arasında  da  məhəbbət  hissi  bir 
çox  hallarda  əsasən  sürtünmədən  yaranır.  Yəni,  əks 
Ş 
Paşa Yaqub 
 
112
cinslər biri-birinə sürtündükdə (toxunduqda) onlar ara-
sında qarşılıqlı məhəbbət hissi baş qaldırır. Eynən tor-
pağa qarşı olduğu kimi. Bu halı heyvanlar arasında da 
müşahidə  etmək  mümkündür.  Onlar  da  sevişməzdən 
öncə bir-birlərinə sürtünürlər. 
Torpaq həm də insanın yaradıldığı maddə olduğun-
dan, insanda ona qarşı bir bioloji uyğunluq və bağlılıq 
vardır. 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
113
 
 
ÇƏRŞƏNBƏLƏRİN MAHİYYƏTİ İNSANIN  
YARADILIŞ ÜNSÜRLƏRİNƏ BAĞLANIR 
 
ələ ta qədimdən cəmiyyətimizdə çərşənbələrə 
və digər bu qəbildən olan bayramlara münasi-
bət birmənalı olmayıb. Belə ki, əhalinin çox hissəsi bu 
tip bayramları qeyd etsə də, cəmiyyətimizin dindar kə-
simi  (ərəb  mənbələrini  oxuyanlar)  bayram  haqqında 
“Quran”da xəbər verilmədiyindən, onu inkar edirlər. 
Bildiyimiz  kimi,  çərşənbələrin  sayı  -  Su,  Torpaq, 
Yel (hava) və Od (enerji) - olmaqla, dörddür. 
Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximiz-
dən  gələn  bu  ənənə  insanın  yaradılış  ünsürləri  ilə  üst-
üstə  düşür.  Belə  ki,  insan  -  torpaq,  su,  hava  və  ruh 
(enerji) olmaqla - dörd ünsürdən yaranıb. 
Həmçinin, təbiət də - yaz, yay, payız, qış olmaqla, 
dörd fəsildən ibarətdir. 
Eləcə də Kainat - Şərq, Qərb, Şimal və Cənub ol-
maqla, dörd cəhətdən ibarətdir. 
Allah-taalanın  nazil  etdiyi  səmavi  kitabların  sayı 
da - “Tövrat”, “Zəbur”, “İncil”   və “Quran”   olmaqla 
- dörddür. 
Müqəddəs  “Qurani-Kərim”də  Kainatın  altı  gündə 
(bazar  günündən  başlamaqla,  Cümə  günü  başa  çatıb) 

Paşa Yaqub 
 
114
yaranması qeyd olunmuşdur. İki günə Yer, iki günə isə, 
insanların qidalanması üçün Yer üzərində olanlar (ruzi-
lər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar 
yaradılmışdır: 
“Doğrudanmı siz Yeri iki gündə (!) yaradanı in-
kar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlə-
rin Rəbbidir!”   
“O, Yer üzündə möhkəm durmuş dağlar yarat-
dı,  onu  bərəkətli  etdi  və  Allahdan  ruzi  istəyənlər 
üçün  bərabər  olaraq  Yer  əhlinin  ruzisini  dörd  (!) 
gündə müəyyən etdi”. “Quran”, “Müfəss
 
əl izah”  su-
rəsi, 9-11. 
Bu  ayələrin  mahiyyəti  ilə,  insanın  yaradılışı  və 
dörd  çərşənbənin  qeyd  olunması  arasında  əlaqə  aydın 
şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bay-
ramının dinə uyğun olmaması haqqındakı fikirləri əsas-
sızdır. 
əlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə 
torpaqda oyanış yaranır və əkinçilər ruzi əl-
də etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyət-
lərinin əsas istiqamətləri TORPAQ və SUdur. 
Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün 
rəncbər (əkinçi) rolunu oynayır. Yəni, ağacların toxum-
larını kənara səpələməklə, onların tozlanmasını (maya-
lanaraq ruzi verməsini) təmin edirlər. 
Baharın  gəlişi  ilə  havanın  hərarəti  artır  ki,  OD-da 
buna işarədir. 
Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasim-
M

G İ Z L İ   E L M L Ə R  
 
115
lər niyə məhz çərşənbə günləri qeyd olunur? 
Məsələ  burasındadır  ki,  yuxarıdakı  "Quran"  ayəsi 
ilə  hesabladıqda,  ruzinin  yaranması  həftənin  ikinci  və 
üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. 
Odur ki, mərasimlər də bu günlərdə keçirilir. 
 
 
Paşa Yaqub 
 
116
 
 
MEYVƏNİ YUXARIDAN DƏRİN 
 
ğacın yuxarı hissəsi Günəş şüası ilə daha zən-
gin olduğu üçün, meyvənin ən dəymişi, şirini 
ağacın lap yuxarısında olur. Bağa girən naşıdırsa, özü-
nə  əziyyət  verməyib,  ağacın  əl-ətəyindən,  gün  görmə-
miş, yarıkal meyvələrdən qırıb, ağzını büzə-büzə yeyir. 
Arif  adam  isə,  canına  bir  qədər  cəfa  verib,  ağacın 
düz  təpəsindəki  "Günəş  şüası  ilə  zəngin,  yetişmiş" 
meyvəni dərir və “bəh-bəh”lə yeyir... 
İnsan  cəmiyyəti  də  bağa  bənzəyir  -  yetkin,  kamil 
insanlar  cəmiyyətin  fövqündə  durduqlarından,  bir  qə-
dər  əlçatmaz  görünürlər.  Adətən  naşı  (qanmaz)  adam-
lar  ailə  qurarkən  cəmiyyətin  "əl-ətəyindən"  "dərirlər" 
və  çox  keçmir  ki,  dərdiklərinə  də  peşman  olurlar. 
Günləri ah-vayla keçir... 
Aqil  insan  isə,  nə  qədər  çətin  də  olsa,  cəmiyyətin 
fövqündəki  kamil  insanla  ailə  qurmağa  çalışır  ki,  bir 
ömür ləzzət alsın. Siz də aqil olun və meyvəni yuxarı-
dan "dərməyə" çalışın. 
 
 
 
A

G İ Z L İ   E L M L Ə R  
 
117
 
 
İNSANA SEVİNC VƏ KƏDƏR 
LİMİTİ AYRILIB 
 
Uzunömürlülüyün sirri limitə qənaət etməkdədir 
 
lmi-lədun  araşdırmalarımız  göstərir  ki,  Ulu 
Yaradan  tərəfindən  insana  həyatda  qalmaq 
üçün  zamanla  yanaşı,  sevinc  və  kədər  limiti  ayrılır. 
Bunlar bir-birinin içərisində və ayrılmaz olduqlarından, 
sevinc və kədər olmadan zamanı yaşamaq mümkün de-
yildir.  Bunu  "Quran"ın  aşağıdakı  ayəsindən  görmək 
olur: 
“Əgər Allah insanlara xeyiri tezliklə istədikləri ki-
mi,  şəri  də  o  tezlikdə  versəydi,  şübhəsiz  ki,  əcəlləri 
çoxdan tamam olmuşdu…” “Yunis” surəsi, 11-ci ayə. 
Ayəyə şərhçilər tərəfindən müxtəlif formalarda təf-
sirlər  verilsə  də,  əslində  burada  insan  üçün  əzəldən 
müəyyən edilmiş sevinc və kədər limitinə işarə verilir. 
Müqayisə üçün deyim ki, hər bir təşkilatın normal 
fəaliyyəti üçün, ilin başlanğıcında müəyyən bir maliy-
yə  limiti  ayrılır.  Əgər  təşkilat  bu  limitin  hamısını  ilin 
əvvəlində  xərcləyib  qurtararsa,  sonrakı  aylarda  fəaliy-
yət  göstərə  bilməz.  Odur  ki,  normal  fəaliyyət  göstər-
mək üçün, illik limit kvartallara və aylara bölünür… 
İnsan  ömrü  də  buna  bənzəyir.  Dünyaya  gələrkən 
bizə sevinc və kədər limiti ayrılır. İnsan zamanı bu li-

Paşa Yaqub 
 
118
mit olmadan yaşaya bilməz. Bunların tezliklə xərclənib 
qurtarması, insan ömrünün bitməsinə səbəb olur. “Yu-
nis”  surəsində  də  Yaradan  məhz  buna  işarə  vurur: 
“Əgər Allah insanlara xeyri tezliklə istədikləri kimi, şə-
ri  də  o  tezlikdə  versəydi,  şübhəsiz  ki,  əcəlləri  çoxdan 
tamam  olmuşdu…”  Yəni,  ömrümüzün  əvvəlində  çox 
sevinc yaşamaq istəyiriksə, bunu sonrakı illərin hesabı-
na  edə  bilərik.  Zaman  sevinc  və  kədərsiz  mövcud  ol-
madığına görə, həmin limiti xərclənmiş illərə çatdıqda 
artıq insan yaşaya bilməz (necə ki, təşkilat maliyyəsiz 
fəaliyyət göstərmir). Bu da ömrün gödəlməsinə və tez 
bitməsinə  səbəb  olur.  Limitə  qənaət  edənlər  isə,  çox 
yaşayırlar. 
eri  gəlmişkən,  qeyd  edim  ki,  limit  məsələsi 
insanın daxili orqanlarına da aiddir. Məsələn, 
insan  orqanizminin  nasosu  funksiyasını  yerinə  yetirən 
ürək,  təxmini  hesablamalara  görə  ömür  boyu  2,5  mil-
yard dəfə döyünür. Bu, bir insanın ürəyinə ayrılmış li-
mitdir. Bu limit başa çatdıqda ürək dayanır və insanın 
həyatı bitir. 
Bəs necə olur ki, bir insan əlli, digəri isə, yüz il ya-
şayır? Araşdırmalarımız göstərir ki, bu, ürəyin döyünmə 
sürətindən  asılıdır.  Yəni,  2,5  milyard  döyünmə  limitini 
ürək əlli ilə başa çatdırırsa, insan 50 yaşında, yüz ilə ba-
şa çatdırırsa, 100 yaşında ömrünü tamamlayır. 
Psixoloji araşdırmalarımız göstərir ki, çox yaşayan 
insanlar  buna  əsəblərinin  sakit  olması  ilə  nail  olurlar. 
Çünki, əsəb sakit olduqca, ürək normal döyünür və ona 
Y

G İ Z L İ   E L M L Ə R  
 
119
ayrılmış limiti daha uzun müddətə başa vurur. İçki və 
digər zərərli vərdişləri olan insanlarda ürək döyüntüsü 
yüksək  olduğundan,  ömürləri  gödək  olur.  Həmçinin, 
ailədə həyat yoldaşı deyingən və əsəbi olarsa, bu da ki-
şinin  ürək  ritminin  sürətlənməsinə  və  ömrünün  gödəl-
məsinə  səbəb  olur.  Odur  ki,  çalışın  əsəbləşməyin  və 
əsəbi adamlardan da uzaq gəzin. 
 
 
Paşa Yaqub 
 
120
 
 
BARMAQ İZLƏRİ BELƏ DANIŞIR 
 
tiraf  etməliyik  ki,  qanuni  oğrular  bu  gün  cə-
miyyətə çox böyük nüfuz etməkdədirlər və de-
mək  olar  ki,  həlledici,  böyük  söz  sahibidirlər. Bu  sə-
bəbdən cəmiyyətdə kriminal hadisələr çoxalmışdır. 
Bütün bunları nəzərə alıb, kriminal aləmə də elmi-
ladunla  bir  nəzər  salmaq  qərarına  gəldim. Qeyd edim 
ki, bu aləmin əsas "atributu" barmaq izləridir. Odur ki, 
bu sahəni işıqlandırmağa da elə buradan başlayaq. 
Bildiyimiz kimi, barmaq izlərini araşdıran dünyəvi 
elm  DAKTİLOSKOPİYA  adlanır.  Bütün  elmlərin 
mənbəyi  “Quran”dadır.  Bəs  Daktiloskopiya  necə?  Bu 
elm müqəddəs kitabda necə əksini tapıb? 
İnsanın anatomik quruluşunda olan saysız-hesabsız 
hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranan-
dan  nə  qədər  insan  gəlib-getsə  də,  heç  birinin  barmaq 
izləri bir-birinə bənzəmir. “Quran”da bu mövzuda cəmi 
bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü in-
sanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olu-
nacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq: 
"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) 
düzəltməyə qadirik!" “Quran”, 75:4 
Elmi-ladun  mənə  işarə  verdi  ki,  “Quran”ın  birinci 
ayəsindən başla, 75-ci surənin 4-cü ayəsinə qədər say, 
gör nə görəcəksən. 
E

G İ Z L İ   E L M L Ə R  
 
121
Mən  də  tənbəllik  etməyib  saymağa  başladım.  Hə-
min barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda 
gördüm  bu  “Quran”ın  5555-ci  ayəsidir.  Deyəcəksiniz 
ki, nə olsun? 
uradakı hikmət ondan ibarətdir ki, insanda iki 
əl  və  iki  ayaq  olmaqla,  hər  birində  5  barmaq 
vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi 
alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4-cü ayəsini 
göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq iz-
lərini) düzəltməyə qadirik!" Quran, 75:4 (5555-ci 
ayə). 
Bu  və  digər  hikmətlər  onu  göstərir  ki,  "Quran"ın 
ifadələri Allaha məxsus olduğu kimi, onun düzülüşü və 
nömrələnməsi də Rəbbimə məxsusdur. 
Odur  ki,  əməllərinizə  diqqət  edin.  Çalışın  ki,  bar-
maq  izləriniz  ancaq  gözəl  əməllərin  üzərində  qalsın. 
Çünkü, hansı vəzifədə işləməyinizdən asılı olmayaraq, 
bir gün mütləq əməlləriniz araşdırılacaqdır! 
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin