Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix17.01.2017
ölçüsü6,32 Mb.
#5722
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Maddə 35 
 
264
Yerləşmə dövləti diplomatik agenti xarakterindən asılı olmayaraq 
bütün  əmək və dövlət mükəlləfiyyətlərindən, həmçinin rekvizisiya
təzminat və  hərbi düşərgələr kimi hərbi mükəlləfiyyətlərdən azad 
etməlidir. 
 
265

Maddə 36 
1. Yerləşmə dövləti özünün qəbul etdiyi qanun və qaydalara mü-
vafiq olaraq aşağıdakı göstərilənləri gətirməyə icazə verir və sax-
lanma, daşınma rüsumları  və bu növ xidmət növləri istisna olmaqla 
bütün gömrük rüsumlarından, vergilərdən və bununla bağlı yığımlar-
dan azad edir: 
a) nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan əşyalar; 
b) ilkin ləvazimat əşyaları da daxil olmaqla, diplomatik agentin və 
ya onunla birgə yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə 
tutulan əşyalar. 
2. Diplomatik agentin şəxsi yükü, əgər onun bu maddənin 1-ci 
bəndindəki istisnaların aid edilmədiyi  əşyalardan və ya yerləşmə 
dövlətinin qanunu ilə qadağan edilən və ya karantin qaydaları ilə 
tənzimlənən  əşyalardan ibarət olmasını güman etməyə ciddi əsas 
yoxdursa, yoxlamadan azad edilir. Bu cür yoxlama diplomatik agen-
tin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılmalıdır. 
 
Maddə 37 
1. Diplomatik agentlə birgə yaşayan onun ailə üzvləri, əgər onlar 
yerləşmə dövlətinin vətəndaşları deyillərsə, 29-36-cı maddələrdə 
göstərilən imtiyaz və immunitetdən istifadə edirlər. 
2. Nümayəndəliyin inzibati- texniki personalının üzvləri və 
onların ailə üzvləri,  əgər onlar yerləşmə dövlətinin vətəndaşları 
deyillərsə  və ya daimi olaraq bu dövlətdə yaşamırlarsa, 29-35-ci 
maddələrdə göstərilən imtiyaz və immunitetdən belə bir istisna ilə 
istifadə edirlər ki, 31-ci maddənin 1-ci bəndində göstərilən yerləşmə 
dövlətinin mülki və inzibati yurisdiksiyasından immunitet öz 
vəzifəsini yerinə yetirmədiyi zaman yol verdiyi hərəkətlərə aid 
edilmir. Onlar, həmçinin ilkin ləvazimat əşyalarına münasibətdə 36-
cı maddənin 1-ci bəndində göstərilən imtiyazlardan istifadə edirlər. 
3. Nümayəndəliyin xidmət personalının yerləşmə dövlətinin 
vətəndaşı olmayan və ya bu dövlətdə daima yaşamayan üzvləri öz 
vəzifələrini yerinə yetirərkən yol verdikləri hərəkətlərə münasibətdə 
immunitetdən istifadə edirlər və xidmət yerində aldıqları  əmək 
haqqından tutulan vergi, yığım və rüsumlardan azad olunurlar, və 
həmçinin 33-cü maddədə göstərilən istisnalardan istifadə edirlər. 
4. Nümayəndəlik  əməkdaşlarının ev işçiləri yerləşmə dövlətinin 
vətəndaşı deyillərsə  və ya bu dövlətdə daima yaşamırlarsa, xidmət 
yerlərində aldıqları  əmək haqqından tutulan vergi, yığım və rü-
sumlardan azad edilirlər. Digər məsələlərə münasibətdə onlar 
yerləşmə dövlətində yol verilən dərəcədə imtiyaz və immunitetlərdən 
istifadə edə bilərlər. Lakin yerləşmə dövləti bu şəxslər üzərində yu-
risdiksiyasını elə həyata keçirməlidir ki, nümayəndəliyin öz funksiya-
larını lazımi şəkildə yerinə yetirməsinə müdaxilə etməsin. 
 
Maddə 35 
1. Yerləşmə dövləti tərəfindən verilən  əlavə imtiyaz və 
immunitetlərdən başqa, yerləşmə dövlətinin vətəndaşı olan və bu 
dövlətdə daima yaşayan diplomatik agent, ancaq öz funksiyalarını 
yerinə yetirərkən etdiyi rəsmi hərəkətlərə münasibətdə yurisdiksiya 
immunitetindən və toxunulmazlıqdan istifadə edir. 
2. Nümayəndəlik personalının yerləşmə dövlətinin vətəndaşı olan 
və ya bu dövlətdə daima yaşayan digər üzvləri və ev işçiləri imtiyaz 
və immunitetlərdən yerləşmə dövlətinin yol verdiyi hüdudlarda 
istifadə edirlər. Lakin yerləşmə dövləti bu şəxslər üzərində yurisdik-
siyasını elə həyata keçirməlidir ki, nümayəndəliyin öz funksiyalarını 
həyata keçirməsinə heç bir şəkildə müdaxilə etməsin. 
 
Maddə 39 
1.  İmtiyaz və immunitet hüququ olan hər bir şəxs, öz vəzifəsini 
tutmaq üçün gedərkən yerləşmə dövlətinin ərazisinə qədəm qoyduğu 
andan və ya əgər həmin  şəxs bu dövlətin  ərazisindədirsə onun 
haqqında xarici işlər nazirliyinə  və ya haqqında razılıq  əldə edilmiş 
digər bir nazirliyə  məlumat verilən andan həmin imtiyaz və 
immunitetlərdən istifadə edir. 
2.  Əgər imtiyaz və immunitetlərdən istifadə edən  şəxsin funk-
siyaları bitirsə, bu imtiyaz və immunitetlər o, ölkəni tərk edən andan 
və ya bunu etmək üçün ağlabatan vaxt bitdikdən sonra dayandırılır, 
lakin hərbi münaqişə hallarında belə, həmin vaxta qədər bu imtiyaz 
və immunitetlər qüvvədə qalır. Lakin bu şəxs tərəfindən özünün 
nümayəndəlik  əməkdaşı funksiyalarını yerinə yetirərkən həyata 
keçirilən əməllərə münasibətdə immunitet qalmaqda davam edir. 
3. Nümayəndəlik  əməkdaşı öldüyü halında, onun ailə üzvləri 
onların hüquqları olan imtiyaz və immunitetlərdən yerləşmə ölkəsini 
tərk etmək üçün ağlabatan müddət keçənədək istifadə etməkdə da-
vam edirlər. 
 
266
 
267

Maddə 41 
4. Yerləşmə dövlətinin vətəndaşı olmayan və bu dövlətdə daimi 
yaşamayan nümayəndəlik əməkdaşı və ya onunla birgə yaşayan ailə 
üzvü öldüyü halda yerləşmə dövləti, bu ölkədə alınmış  və onun 
ölümünə  qədər aparılmağı qadağan edilən bütün əmlak istisna 
edilməklə ölənin daşınar  əmlakının aparılmasına icazə verməlidir. 
Yerləşmə dövlətində olması ölmüş nümayəndəlik əməkdaşının və ya 
nümayəndəlik  əməkdaşının ailə üzvünün məhz burada olması ilə 
şərtlənən daşınar əmlakdan vərəsəlik vergisi və varislik rüsumu alın-
mır. 
1. İmtiyaz və immunitetlərdən istifadə edən bütün şəxslər bu imti-
yaz və immunitetlərə ziyan vurulmadan yerləşmə dövlətinin qanun və 
qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin 
daxili işlərinə qarışmamalıdırlar. 
2. Yerləşmə dövləti ilə aparılmaq üçün akkreditə edən dövlət 
tərəfindən nümayəndəliyə  həvalə olunan bütün rəsmi işlər bu 
dövlətin xarici işlər nazirliyi ilə və ya bu nazirlik vasitəsilə, haqqında 
razılıq  əldə edilmiş digər nazirliklə və ya bu nazirlik vasitəsilə apa-
rılır. 
 
Maddə 40 
3. Nümayəndəliyin binaları nümayəndəliyin bu Konvensiya ilə, 
ümumi beynəxalq hüququn digər normaları ilə və ya akkreditə edən 
dövlətlə yerləşmə dövləti arasında qüvvədə olan hər hansı xüsusi ra-
zılaşmalarla nəzərdə tutulmuş funksiyaları ilə bir araya sığmayan 
məqsədlər üçün istifadə edilməməlidir. 
1. Öz vəzifəsini tutmaq üçün gedərkən və  ya  öz  vəzifəsinə, öz 
ölkəsinə qayıdarkən diplomatik agent zərurət olduqda, ona viza verən 
üçüncü dövlətin  ərazisindən keçirsə, yaxud bu ərazidədirsə, bu 
üçüncü dövlət onun keçib getməsini və ya qayıtmasını təmin etmək 
üçün tələb olunan toxunulmazlıq və bu cür digər immunitetlər verir. 
Bunlar imtiyaz və immunitetlərdən istifadə edən, diplomatik agenti 
müşayiət edən və ya ayrılıqda ona çatmaq üçün gedən və ya öz 
ölkəsinə qayıdan hər bir ailə üzvünə də aiddir. 
 
Maddə 42 
Diplomatik agent yerləşmə dövlətində  şəxsi mənfəət məqsədilə 
peşə və kommersiya fəaliyyəti ilə məşğul olmamalıdır. 
2. Bu maddənin 1-ci bəndində göstərilən vəziyyət yarandıqda 
üçüncü dövlət nümayəndəliyin inzibati-texniki və ya xidməti person-
alının üzvlərinin və onların ailə üzvlərinin onun ərazisindən keçib 
getməsinə maneçilik törətməməlidir. 
 
Maddə 43 
Diplomatik agentin funksiyaları  əsasən aşağıdakı hallarda 
dayandırılır: 
a) akkreditə edən dövlət yerləşmə dövlətinə diplomatik agentin 
funksiyalarının dayandırıldığını bildirdikdə; 
3. Üçüncü dövlətlər tranzitlə gedən rəsmi yazışmaya və kodlaş-
dırılmış, şifrəli məktublar da daxil olmaqla digər rəsmi məlumatlara 
da yerləşmə dövlətinin verdiyi azadlıq və mühafizəni verməlidir. 
Onlar tranzitlə gedən, zərurət olduqda viza verilmiş diplomatik 
kuryerlərə  və diplomatik poçta yerləşmə dövlətinin verməyə borclu 
olduğu toxunulmazlıq və mühafizəni verməlidir. 
b) yerləşmə dövləti 9-cu maddənin 2-ci bəndinə uyğun olaraq dip-
lomatik agenti nümayəndəliyin  əməkdaşı kimi tanımaqdan imtina 
etdiyini akkreditə edən dövlətə bildirdikdə. 
 
Maddə 44 
4. Üçüncü dövlətlərin bu maddənin 1, 2 və 3-cü bəndləri ilə 
nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə 
vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan şəxslərə və rəsmi 
məlumatlara, diplomatik poçta da aid edilir. 
Yerləşmə dövləti, hətta silahlı münaqişə baş verdikdə belə, 
yerləşmə dövlətinin vətəndaşı olmayan və imtiyazlardan istifadə edən 
şəxslərin və  vətəndaşlığından asılı olmayaraq belə  şəxslərin ailə 
üzvlərinin, tezliklə çıxıb getmələri üçün zəruri yardım göstərməlidir. 
O, zəruri hallarda onların özləri və əmlakları üçün tələb olunan daş-
ınma vasitəsini onların ixtiyarına verməlidir. 
 
 
 
268
 
269

Maddə 45 
İki dövlət arasında diplomatik əlaqələrin kəsildiyi və ya nü-
mayəndəliyin müvəqqəti olaraq geriyə çağırıldığı halda: 
a) yerləşmə dövləti, silahlı münaqişə olduqda belə, nümayəndəlik 
binasına bütün əmlakı  və arxivi ilə birgə hörməti etməli və onu 
qorumalıdır; 
b) akkreditə edən dövlət öz nümayəndəliyinin binalarının onun 
əmlakı  və arxivi ilə birlikdə mühafizəsini yerləşmə dövləti üçün 
məqbul olan üçüncü bir dövlətə etibar edə bilər; 
c) akkreditə edən dövlət öz mənafeyinin və öz vətəndaşlarının 
mənafelərinin müdafiəsini yerləşmə dövləti üçün məqbul olan 
üçüncü bir dövlətə etibar edə bilər. 
 
Maddə 46 
Akkreditə edən dövlət yerləşmə dövlətinin razılığı ilə yerləşmə 
dövlətində  təmsil edilməyən üçüncü dövlətin xahişi ilə bu üçüncü 
dövlətin və onun vətəndaşlarının mənafelərinin müdafiəsini mü-
vəqqəti olaraq öz üzərinə götürə bilər. 
 
Maddə 47 
1. Bu Konvensiyanın maddələrini tətbiq edərkən yerləşmə dövləti 
dövlətlər arasında aryı-seçkilik qoymamalıdır. 
2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir: 
a) əgər yerləşmə dövləti bu Konvensiyanın hər hansı müddəasının 
onun akkreditiv dövlətdəki nümayəndəliyinə qarşı  məhdud  şəkildə 
tətbiq olunması ilə  əlaqədar bu müddəanı  məhdud  şəkildə  tətbiq 
edirsə; 
b) əgər adətə və ya razılaşmaya görə dövlətlər bir-birinə Konven-
siyanın müddəaları ilə  tələb ediləndən daha əlverişli rejim yaradar-
larsa. 
 
Maddə 48 
Hazırkı Konvensiya bütün dövlətlər - Birləşmiş Millətlər Təşkilatı 
və ya ixtisaslaşdırılmış qurumların üzvləri və ya Beynəlxalq 
Məhkəmənin Statutunun iştirakçıları olan, həmçinin Birləşmiş 
Millətlər Təşkilatının Baş Assambleyası  tərəfindən Konvensiyanın 
iştirakçısı olmaq üçün dəvət olunan istənilən digər dövlətlər 
tərəfindən 1961-ci il oktyabrın 31-dək Avstriyanın Federal xarici 
işlər nazirliyində, daha sonra 1962-ci il martın 31-dək Birləşmiş 
Millətlər Təşkilatının Nyu-Yorkdakı  Mərkəzi  İdarələrində imzalan-
mağa açıqdır. 
 
Maddə 49 
Hazırkı Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya 
sənədləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş 
katibinə təhvil verilir. 
 
Maddə 50 
Bu Konvensiya 48-ci maddədə göstərilən dörd kateqoriyadan 
birinə  mənsub olan hər hansı dövlətin qoşulması üçün açıqdır. Qo-
şulma haqqında aktlar saxlanmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş Katibinə təhvil verilir. 
 
Maddə 51 
1. Bu Konvensiya sayca iyirmi ikinci ratifikasiya sənədinin və ya 
qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə 
minir.  
2.  İyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında 
sənədin təhvilindən sonra Konvensiyanı ratifikasiya edən və ya ona 
qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət öz 
ratifikasiya sənədini və ya qoşulma haqqında sənədini təhvil 
verdikdən otuz gün sonra qüvvəyə minir. 
 
Maddə 52 
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 48-ci maddədə gös-
tərilən dörd kateqoriyadan birinə  mənsub olan bütün dövlətlərə 
aşağıdakılar haqqında xəbər verir: 
a) bu Konvensiyanın imzalanması  və 48, 49. 50-ci maddələrə 
müvafiq olaraq ratifikasiya sənədlərinin və ya qoşulma haqqında 
aktların saxlamaq üçün təhvil verilməsi haqqında; 
b) 51-ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə 
minməsi tarixi haqqında. 
 
Maddə 53 
Mətnləri rus, ingilis, ispan, çin və fransız dillərində eyni autentik 
 
270
 
271

KONSUL ƏLAQƏLƏRİ HAQQINDA  
olan bu Konvensiyanın  əsli saxlanmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş Katibinə veriləcəklir ki, o da bu mətnin təsdiq 
edilmiş surətlərini 48-ci maddədə göstərilmiş dörd kateqoriyadan 
birinə mənsub olan bütün dövlətlərə göndərəcəkdir. 
VYANA KONVENSİYAI 
( Vyana, 24 aprel 1963-cü il ) 
 
Bu Konvensiyanın Tərəfləri olan dövlətlər, 
Öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilən 
aşağıdakı imza atanlar bunları  təsdiqləmək üçün bu Konvensiyanı 
imzaladılar. 
konsul münasibətlərinin xalqlar arasında qədim dövrlərdən bəri 
qurulmasını qeyd edərək, 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin 
suveren bərabərliyi, beynəlxalq sülhün və  təhlükəsizliyin qorunub 
saxlanılması və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişaf 
etdirilməsinin dəstəklənməsi haqqında məqsəd və prinsiplərini 
diqqətə alaraq, 
Min doqquz yüz altmış birinci il aprelin on səkkizində Vyanada 
imzalanmişdir. 
diplomatik  əlaqələr və immunitetlər haqqında Birləşmiş 
Millətlər Təşkilatı Konfransının 18 aprel 1961-ci ildə imzalanmaq 
üçün açılan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını 
qəbul etdiyini nəzərə alaraq, 
konsul əlaqələri, imtiyaz və immunitetləri haqqında beynəlxalq 
Konvensiyanın imzalanmasının dövlətlərin dövlət və ictimai quru-
luşundan asılı olmayaraq, onlar arasında dostluq münasibətlərinin 
inkişafına kömək göstərəcəyinə əmin olaraq, 
bu cür imtiyaz və immunitetlərin ayrı-ayrı adamların mənfəəti 
üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik 
nümayəndəliklərin funksiyalarının səmərəli surətdə 
həyata 
keçirilməsini təmin etmək üçün verildiyini dərk edərək, 
bu Konvensiyanın müddəaları ilə birbaşa nəzərdə tutulmayan 
məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam 
edəcəyini təsdiq edərək, 
aşağıdakılar barədə razılığa gəldilər: 
 
Maddə 1 
Təriflər 
Bu Konvensiyada işlədilən terminlər aşağıdakı  mənaları daşı-
yır: 
a) "Konsulluq" - hər hansı baş konsulluq, konsulluq, vitse-
konsulluq və konsulluq agentliyi; 
b) "Konsulluq dairəsi" - konsulluğa öz funksiyalarını yerinə 
yetirmək üçün ayrılmış bölgə; 
c) "Konsulluq başçısı" - konsulluğa rəhbərlik etmək tapşırığı 
 
272
 
273

I Fəsil. Konsul əlaqələri haqqında ümumi müddəalar 
almış şəxs; 
 
ç) "Konsulluğun vəzifəli  şəxsi" - konsulluq başçısı daxil ol-
maqla, konsulluq funksiyalarını yerinə yetirmək tapşırığı almış  hər 
hansı şəxs; 
I Bölmə. Konsul əlaqələrinin qurulması və həyata keçirilməsi 
 
Maddə 2 
d) "Konsulluğun  əməkdaşı" - konsulluqda inzibati və texniki 
vəzifələri yerinə yetirən hər hansı şəxs; 
Konsul münasibətlərinin qurulması 
1. Dövlətlər arasında konsul münasibətlərinin qurulması qar-
şılıqlı razılıq əsasında həyata keçirilir.  
e) "Xidmət personalı  işçisi" - konsulluqda xidmət işlərini 
yerinə yetirən şəxs; 
2.  İki dövlət arasında diplomatik münasibətlərin qurulmasına 
verilən razılıq  əgər başqa cür qeyd şərt olunmayıbsa konsul 
münasibətlərinin qurulmasına razılıq deməkdir.  
ə) "Konsulluğun işçiləri" - yəni konsulluğun vəzifəli  şəxsləri, 
konsulluq əməkdaşları və xidmət personalı işçiləri; 
f) "Konsulluq personalı işçiləri" - konsulluğun vəzifəli şəxsləri 
(Konsulluq başçısı istisna olmaqla), habelə konsulluğun əməkdaşı və 
xidmət personalı işçiləri; 
3. Diplomatik münasibətlərin kəsilməsi konsul 
münasibətlərinin ipso facto kəsilməsinə gətirib çıxarmır.  
g) "Xüsusi ev xidmətçisi" - konsulluq işçisinin yalnız xüsusi 
xidmətində olan şəxs; 
 
Maddə 3 
Konsul funksiyalarının yerinə yetirilməsi 
ğ) "Konsulluq binaları" - kimin mülkiyyətində olmasından asılı 
olmayaraq, yalnız konsulluq funksiyalarını yerinə yetirmək üçün ay-
rılmış binalar və ya bina hissələri, bu binalara və yaxud bina 
hissələrinə aid torpaq sahəsi; 
Konsul funksiyaları konsulluq tərəfindən yerinə yetirilir. 
Onlar, həmçinin hazırkı Konvensiyanın müddəalarına uyğun olaraq 
diplomatik nümayəndəliklər tərəfindən də yerinə yetirilir.  
 
h) "Konsulluq arxivləri" - konsulluğa aid bütün kağızlar, 
sənədlər, yazışmalar, kitablar, filmlər, videosəsyazma lentləri, kon-
sulluğun reyestləri,  şifr və kod cədvəlləri, kartoçkalar, onların sax-
lanılması  və mühafizəsinin təmin edilməsi üçün ayrılmış 
ləvazimatlar.  
Maddə 4 
Konsulluqların açılması 
 1.  Göndərən dövlətin konsulluğu yerləşmə dövlətinin 
ərazisində yalnız yerləşmə dövlətinin razılığı ilə açıla bilər.  
2. Konsulluğun yerləşdiyi  ərazi, onun dərəcəsi və konsulluq 
dairəsi göndərən dövlət tərəfindən müəyyənləşdirilir və yerləşmə 
dövləti ilə razılaşdırılır.  
2. Konsul vəzifəli  şəxslərinin iki kateqoriyası mövcuddur: 
konsul vəzifəli  şəxsləri və  fəxri konsul vəzifəli  şəxsləri. Hazırkı 
Konvensiyanın II fəslinin müddəaları ştatlı konsul vəzifəli şəxslərinin 
rəhbərlik etdikləri konsulluqlara şamil olunur; III fəslin müddəaları 
fəxri konsul vəzifəli  şəxslərinin rəhbərlik etdikləri konsulluqlara 
şamil olunur.  
3. Konsulluğun yerləşdiyi ərazidə, onun dərəcəsində və yaxud 
konsulluq dairəsində sonrakı dəyişikliklər göndərən dövlət tərəfindən 
yalnız yerləşmə dövlətinin razılığına əsasən həyata keçirilə bilər.  
3. Yerləşmə dövlətinin vətəndaşı olan və ya orada daimi 
yaşayan konsulluq işçilərinin statusu hazırkı konvensiyanın 71-ci 
maddəsi ilə tənzimlənir.  
4. Baş konsulluq və ya konsulluq yerləşdiyi ərazidən kənarda 
vitse-konsulluq yaxud konsulluq agentliyi açmaq istədiyi halda da 
yerləşmə dövlətinin razılığı zəruridir.  
 
5. Mövcud konsulluğun tərkib hissəsini təşkil edən 
dəftərxananın onun yerləşdiyi  ərazidən kənarda açılması üçün də 
yerləşmə dövlətinin əvvəlcədən müəyyən razılıq verməsi zəruridir.  
 
 
 
274
 
275

Maddə 5 
Konsul funksiyaları 
1)
 
yerləşmə dövlətində göndərən dövlətin və onun 
vətəndaşlarının (fiziki və hüquqi şəxslərinin) maraqlarının beynəlxalq 
hüquqla müəyyən edilmiş hüdudlarında müdafiəsi; 
2)
 
göndərən dövlət və yerləşmə dövləti arasında ticarət, 
iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına yardım göstərilməsi, 
habelə bu konvensiyada göstərilən digər yollarla dostluq 
münasibətlərinin inkişafına kömək göstərilməsi; 
3)
 
bütün qanuni yollarla yerləşmə dövlətinin ticarət, iqtisadi, 
mədəni və elmi həyatındakı şərtlərin və hadisələrin aydınlaşdırılması, 
onlar haqqında göndərən dövlətin hökumətinə  və maraqlı  şəxslərə 
məlumat verilməsi
4)
 
göndərən dövlətin vətəndaşlarının pasportlarının və yol 
sənədlərinin verilməsi və  təmsil olunan dövlətə getmək arzusunda 
olan şəxslərin vizalarının və ya müvafiq sənədlərinin verilməsi; 
5)
 
göndərən dövlətin vətəndaşlarına (fiziki və hüquqi 
şəxslərinə) kömək və yardım göstərilməsi; 
6)
 
notarius, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatçısı 
vəzifələrinin icra edilməsi, habelə inzibati xarakterli digər funk-
siyaların yerinə yetirilməsi, bu şərtlə ki, bu hallarda heç bir şey 
yerləşmə dövlətinin qanunlarına və qaydalarına zidd deyildir; 
7)
 
göndərən dövlətin vətəndaşlarının (fiziki və hüquqi 
şəxslərinin) yerləşmə dövlətinin  ərazisində yerləşmə dövlətinin 
qanunlarına uyğun olaraq “mortis cansa” varisliyi halında 
mənafeyinin qorunması; 
8)
 
yerləşmə dövlətinin qanun və qaydaları ilə müəyyən 
edilmiş  çərçivədə göndərən dövlətin vətəndaşı olan yetkinlik yaşına 
çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan digər  şəxslərinin, 
xüsusilə, həmin  şəxslər üzərində  hər hansı bir qəyyumluq və ya 
himayəçiliyin müəyyən edilməsi tələb edilirsə  mənafeyinin mü-
dafiəsi; 
9)
 
yerləşmə dövlətində  qəbul olunmuş  təcrübə  və qaydalara 
riayiət etməklə göndərən dövlətin vətəndaşlarının,  əgər onların 
ölkədə olmamasına və ya digər səbəblərə görə bu vətəndaşlar öz 
hüquq və maraqlarının müdafiəsini vaxtlı-vaxtında həyata keçirə 
bilmirlərsə, yerləşmə dövlətinin qanun və qaydalarına uyğun olaraq 
bu vətəndaşların hüquqlarının və maraqlarının mühafizəsi üçün 
ibtidai tədbirlər barədə  sərəncam verilməsinin təmin edilməsi 
məqsədilə yerləşmə dövlətinin məhkəmə  və digər idarələrində 
göndərən dövlətin vətəndaşlarının təmsilçiliyi və  təmsilçiliyinin 
təmin edilməsi.  
10)
 
 beynəlxalq sazişlərə uyğun olaraq və ya belə sazişlər 
olmadıqda yerləşmə dövlətinin qanunlarına və qaydalara zidd 
olmayan istənilən digər qaydada məhkəmə  və qeyri-məhkəmə 
sənədlərinin verilməsi və ya məhkəmə tapşırıqlarının və göndərən 
dövlətin məhkəmələri üçün ifadələrin alınması üzrə tapşırıqların icra 
edilməsi; 
11)
 
göndərən dövlətin milliyyətinə mənsub olan gəmilərə və bu 
dövlətdə qeydiyyatdan keçmiş  təyyarələrə, onların heyətinə 
münasibətdə göndərən dövlətin qanun və qaydalarına uyğun olaraq 
nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi; 
12)
 
bu maddənin k bəndində göstərilən gəmilərə və təyyarələrə 
və onların heyətinə yardım göstərilməsi, gəmi üzmələrinə aid 
ərizələrin qəbul edilməsi, gəmi sənədlərinə baxılması  və qeydiyyatı 
və  qəbul edən dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər 
gətirmədən yolda baş vermiş istənilən hadisələrin araşdırılması və ya 
göndərən dövlətin qanun və qaydaları ilə müəyyən edilmişsə, 
kapitan, heyət üzvləri və matroslar arasında olan hər bir mübahisənin 
həlli; 
13)
 
göndərən dövlət tərəfindən konsulluğa həvalə olunan, 
yerləşmə dövlətinin qanun və qaydaları ilə qadağan olunmayan və ya 
icra edilməsinə yerləşmə dövlətinin etiraz etmədiyi və ya göndərən 
dövlət və yerləşmə dövləti arasında qüvvədə olan beynəlxalq 
müqavilələrlə nəzərdə tutulan digər funksiyaların həyata keçirilməsi.  
 
Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin