ŞƏHRİSTANİNİN XƏTALARI
Onların bir çox kitabları var, amma elmi tərəfdən müəlifləri hər hansı bir dəyərə sahib deyildir. Məsələn Məhəmməd Əbdülkərim ŞəHristaninin (Ö: 548 H.k) «Miləl və NiHal» adlı kitabı məhşur olmasına baxmayaraq, tədqiqatçı alimlərin gözündə heç bir dəyəri yoxdur.
Bu kitabı açıb oxuduqda görürsən ki, şiələrə nə qədər iftiralar atmamışdır! həzrət Əliyə tapınmaq (sitayiş), tənəsüx və təşbihdən tutmuş, ağlın və şəriətin qəbul etmədiyi və şiələrin ruHunun belə xəbəri olmadığı bir çox cəfəngiyatı şiələrə nisbət verir. Bu şəxsin, həqiqətləri anlama idrakının olmadığı açıq-aydın bəllidir. Tarixi hadisələr haqqında da hər hansı bir məlumatı olmadığı aşkardır. Dünyanın bir guşəsində oturmuş kim nə demişsə, yetərli araşdırma aparmadan hamısını yazmış. Adını da «Miləl və NiHal» (Millətlər və İnanclar) qoymuş!
İnsan, bu kitabın bə`zi yerlərində ki, yalanları gördükdə, başqa bölümlərdə yer alan sözlərdə gözüdən düşür. Bu halda aşkar yalan yazılmışsa, başqa bölümlərin yalan və uydurma olmadığı hardan bəlli olsun? Deyə düşünür insan. Oxucuların, kitabın mahiyətini və müəlifin necə bir şəxsiyyətə sahib olduğunu bilmələri üçün sadəcə tarixi bir hadisəni misal olaraq xatırladacağam: İsna Əşəriyyə (yə᾽ni şiələrin) haqqında fikir yürüdərkən belə yazır: «imam Məhəmməd Təqidən sonra, məzarı Qumda olan imam Əli bin Məhəmməd Nəqi» Halbuki, istər alim olsun istər cahil, istər dost olsun istər düşmən, istər böyük olsun istər kiçik, həzrət Hadi (imam Əli Nəqi) (ə)-ın məzarı şərifinin Samirrədə oğlu imam Həsən Əsgərinin (ə) yanında olduğunu hər kəs bilir. Orada qızıldan düzəldilmiş böyük bir gübəzi olan geniş bir hərəmi də vardır. Qacar şahlarından Nəsirəddin şah onu təmir etdirərək ziynətləndirmək iftixarına nail olmuşdur.
Daha kifayət edər, sözü çox uzatmaq istəmirəm. Bunlar minlərlə deyə biləcəyim misaldan biriydi. Artıq möhtərəm Şeyx, şiələr yalan söyləyir, iftira atır, deməsinlər. Görüsünüz sizin öz alimləriniz bu cür işlər edirlər. Əbu Hüreyrəyə iftira atıb həqarət etmədiyimin bilinməsi üçün də, əhli-sünnətin böyük alimlərinin onun iç üzü haqqında yazdıqları sözlərdən bə`zilərini deyəcəyəm.
ƏBU HÜREYRƏNİ ƏLEYHİNƏ OLAN XƏBƏRLƏR VƏ ONUN VƏZİYYƏTİ
İbni Əbil Hədidi Mötəzili «Şərhi Nəhcül-bəlağə»nin Ι cildinin 358-ci səhifəsində və 4 -cü cilddə, usdad və şeyx imam Əbu Cəfər İsqafidən belə nəql edir:
«Müaviyə bin Əbi Süfyan, səhabə və tabeindən bir qrupu toplayıb onlardan həzrət Əlini (ə) pisləyən hədislər uydurmalarını və bunları xalqın arasında yaymalarını istədi. Onlar da bu işlə məşğul olmaya başladılar. Əbu Hüreyrə, Əmr bin As və Muğeyrə bin Şubə, həzrət Əlini (ə) pisləyən hədisləri uyduran kəslərdəndilər».
Bu hadisəni 359-cu səhifəyə qədər geniş şəkildə bəyan etdikdən sonra, eyni səhifədə Əmaşdan belə rəvayət edir: «Əbu Hüreyrə, Müaviyə ilə bərabər Kufə məscidsinə gəldi. Camatın ona böyük bir diqqət göstərdiyini gördükdə ayağa qalxdı və . (caamatın diqqətini bir daha özünə çəkmək üçün) iki əliylə başına vurmağa başladı. Sonra belə dedi: «Ey İraq xalqı! Mənim Allah və Peyğəmbərinin adına yalan söyləyib cəhənnəm atəşini satın alacağımı zənn edirsiniz? Peyğəmbərdən eşidiyim o şeyi məndən eşidin (yə᾽ni eşidiyimi sizə nəql edirəm) Peyğəmbərin belə buyurduğunu eşitdim. «Hər Peyğəmbərin bir hərəmi vardır; mənim hərəmim də Mədinədir. Kim orada bir hadisə törədsə, Allahın, mələklərin və bütün insanların lə᾽nəti olsun ona. Allahı şahid tuturam ki, Əli Mədinədə qanlı hadisə törətdi». (O, bu sözüylə, xalqı həzrət Əliyə lə᾽nət etməyə də᾽vət etdi.) Müaviyə bunu (yə᾽ni Əbu Hüreyrənin həzrət Əlinin (ə) xilafət mərkəzində cürət edib ona belə bir xidmət göstərdiyini) eşidikdən sonra, ona çoxlu Hədiyyələr verdi və Mədinənin valisi etdi. Bunlar, onun mərdud (rədd edilmiş) olduğuna dəlil deyilmi? Müaviyənin xoşuna gəlməsi üçün, Xülafəi raşidindən, Hətta onların ən fəzilətlisi, ən kamili və ən şərəflisi olan biri haqqında belə danışan bir adam, bir neçə gün Rəsulallahın (s) səhabəsi oldu deyə tərifə layiqdir?».
Şeyx: «Onun mə᾽lun və mərdud olduğuna dair şiələrin əlində nə kimi dəlillər vardır?».
Də᾽vətçi: «Əldə bir çox dəlil vardır. Bu dəlillərdən biri budur: Kim həzrət Peyğəmbərə (s) səbb edərsə, o hər iki məzhəbə (şiə və sünni) görə, mə᾽lun, mərdud və cəhənəm əhlidir. Əvvəldə bildirdiyim kimi sizin böyük alimlərinizin də nəql etdiyi hədislərdə Rəsulallah (s) belə buyurmuşdur: «Kim Əliyə səbb edərsə, mənə səbb etmişdir; kim mənə səbb edərsə, Allaha səbb etmişdir». Əbu Hüreyrə, mövlamız və müvəhhidlərin mövlası Əmirəl-mö᾽minin həzrət Əliyə (ə) səbb və lə᾽nət edənlərdən biridir. O, saxta hədislər uyduraraq xalqı da, həzrət Əli (ə) səbb etməyə çağırırdı!
ƏBU HÜREYRƏNİN BUSR BİN ƏRTADLA MÜSƏLMANLAR HAQQINDAKI ZÜLM VƏ QƏTLİYAMLARI
Bir başqa dəlil budur: Təbəri, İbni Əsir, İbni Əbil Hədid, Əllamə SəmHudi, İbni Xəldun, İbni Həlləqan, və sairə tarixçiləriniz belə yazarlar: Müaviyə bin Əbu Süfyan, qaniçən və zalım Busr bin Ərtadı Yəmənliləri və mövlamız Əmirəl-mö᾽mininin şiələrini qətl etməsi üçün dörd min şamlı döyüşçüylə bərabər Mədinə yolundan hücuma keçdi. Onlar, Mədinə, Məkkə, Taif, Təbalə (Təhamə bölgəsində bir şəhər), Nəcran, Ərhab qəbiləsi (Həmdan qəbilələrindən biri), Səna və Hazar Məvtda ağla gəlməz qətliamlar etdilər. Bəni-Haşim və Əmirəl-mö᾽mininin şiələrini qoca-cavan bilmədən qılıncdan keçirtdilər. Hətta Peyğəmbəri-əkrəmin (s) əmisi Abbasın oğlu və Yəmən valisi Ubeydullahın uşaqlarına belə rəHm etməyib başlarını kəsdilər. O mə᾽lunun əmriylə öldürülənlərin sayının 30 minin olduğunu yazmışlar!
Əməvi və onların tə᾽qibçilərinin bu əməlləri insanı çox heyrətləndirir. Çünki onlar belə şeyləri ardıcıl olaraq törədirdilər. İnsanı təəccübləndirən şey, sizin başınızın üzərində tutduğunuz Əbu Hüreyrənin də, Busr bin Ərtadla birlikdə bu səfərə çıxıb onun faciəli qətliamlarını görməsi və orada iştirak etməsidir.
Xüsusilə, Cabir bin Əbdullah Ənsari, Əbu Əyyub Ənsari və digər bir çox səhabələrin olduğu Mədinəyi-Münəvvəriin müdafiəsiz və günahsız xalqına edilən zalımlaraləri öz gözləriylə görürdü. Səhabələr qorxularından ya Mədinədən qaçmış və ya evlərdə gizlənmişlər. Əbu Əyyub Ənsari kimi Rəsulallahın (s) xas səhabələrinin evləri yandırıldı. Əbu Hüreyrə, bütün bunları gördüyü halda səsini çıxarmadığı kimi, yeri gəldiyində bu zalımlaralərə yardımçı da olurdu.
Mədinədəki qətliamlardan sonra, bu zalımların ordusu Məkkəyə doğru hərəkət edərkən, Əbu Hüreyrə orada onların vəkili olaraq qaldı. Daha sonra Müaviyə, onun bu kimi xidmətləri və Əbu Busrya etdiyi yardımları müqabilində onu Mədinəyə vali tə᾽yin etdi.
Allah eşqinə insafla söyləyin, bu dünya pərəst insan üç il1 Rəsuli-əkrəmin (s) səhabəsi olmasına baxmayaraq, bu müddət ərzində necə ola bilər beş min hədis nəql etsin? Hər iki məzhəbin qəbul etdiyi və Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Əhməd bin Hənbəlin «Müsnəd»də, Sibt bin Cəvzinin «Təzkirə»nin 163-cü səhifəsində və daha başqa alimlərin Rəsuli-əkrəmdən (s) nəql etdikləri bu məşhur hədisi eşidmədinizmi? «Kim Mədinə xalqını zülmlə qorxudarsa, Allah da onu qorxudacaqdır. Allahın, mələklərin və bütün insanların lə᾽nəti olsun ona. Qiyamət günü, Allah-təala, ondan heç bir şeyi qəbul etməyəcəkdir. Mənim Mədinəmi qorxudana Allahın lə᾽nəti olsun. Kim Mədinə əhalisi ilə pis davranarsa, Allah-təala onu, qurğuşun əridiyi kimi oda əridəcəkdir».
O vəziyyətdən xəbərdar ikən, Mədinəliləri qorxudub bu cür zülmlər edən bir orduya necə qatıla bilər? Ayrıca, saxta hədislər uyduraraq Rəsulallahın (s) vəsisi, haqq xəlifəsi və pak Əhli-beytinə qarşı çıxaraq insanları belə bir şəxsə səbb etdirir ki, ona səbb etməyi Peyğəmbər (s) özünə səbb edilmiş sayır. İnsafla söyləyin, Rəsulallahın (s) adına yalan hədis uyduran belə bir kəsi Allah və Rəsulu rədd etməzmi?».
Şeyx: «Rəsulallahın (s) ən e᾽tibarlı səhabəsinə dinsiz və hədis uyduran deyərək haqqsızlıq edirsiz».
Dostları ilə paylaş: |