Tapşırıq. Suallara cavab verin.
Elmi tədqiqat üzrə icmal məqalələri necə hazırlanmalıdır?
İcmal məqalənin hansı növləri vardır?
Elmi işlər zamanı təqdimatlar necə hazırlanır?
Elmi təqdimatlar ən çox hansı proqram vasitəsi ilə həyata keçrilir?
Akademik yazı qaydaları necə tərtib olunmalıdır?
Tapşırıq. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimat hazırlayın.
Slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlamalıdır?
Slaydda nə təqdim olunmalıdır?
Slaydda nədən danışılmalıdır?
Növbəti slayda keçid necə olmalıdır?
Tapşırıq. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi (və ya ) fikirlərini yazılı formada çatdırmaq üçün tezis, məqalə, dissertasiya və s. yazmaq haqqında tapşırıq alır. Bu tapşırıqların öhdəsindən gəlmək üçün iki və ya üç səhifədən ibarət məqalə hazırlayın.
Tapşırıq. Aşağıda verilmiş məqalənin xülasəsini tərtib edin.
Səhvi özündə axtarmaq gözəl əxlaqın göstəricisidir.
İnsanlar bir problemlə qarşılaşdıqları zaman səhvi öncə özlərində deyil, qarşı tərəfdə axtarmağa meyil edirlər. Özlərini haqlı çıxarmağa çalışaraq, dəlillər tapmağa cəhd göstərir və bu dəlillərə əsaslanaraq hadisələri və ya mövzuları birtərəfli şəkildə, yalnız öz tərəflərindən qiymətləndirirlər. Halbuki çox vaxt hər hansı bir hadisədə hər iki tərəfin də haqlı olduğunu göstərən dəlil tapmaq olar. Bəzən bir adam 100% haqlı ola bilər. Amma çox zaman 5%-lik bir nisbətdə də olsa, qarşı tərəfin də özünə görə haqlı olduğunu göstərən bir səbəb olur. Bu 5%-lik hissə də onun tamamilə haqlı olduğuna inanması üçün kifayət edir. Az da olsa əlində haqlılığına dair bir dəlil olması, digər tərəfin 95% haqlı olduğuna aid dəlilləri görə bilməməsinə səbəb olur. Bəzən də iki fərqli aspektdən yanaşanda, bir hadisənin iki fərqli görünüşü ola bilər. Hadisəyə bir tərəfdən yanaşan insanın diqqətini çəkən detallar bir cür, həmin hadisəyə digər tərəfdən yanaşan şəxsin fikirləri tamamilə başqa cür olur. Məsələn, bir adam uzaqdan baxanda, birini yemək yeyərkən gördüyünü sanır. Halbuki ortada göz yanılması var. Yaxından baxdığı zaman, əslində, bu adamın yeməkdən yalnız bir qaşıq götürüb qoxuladığı və sonra yerinə qoyduğunun fərqinə varır. Bəzən insanlar bu cür vəziyyətdə qarşı tərəfin məlumatlarına sahib olmadıqlarından öz bildiklərində israr edər və hətta digər tərəfi doğru danışmamaqla ittiham edə bilərlər.
Bəzən də bir insan həqiqətən haqlı ola bilər. Amma buna baxmayaraq, qarşı tərəf bəzən təkəbbür, bəzən nəfsini müdafiə etmək arzusu, ya da hirs kimi səbəblərlə mövzunun əksini iddia edə bilər. Burada bir neçə misalla açıqlanan vəziyyətlərdə insan (doğruluğundan 100% əmin olsa belə) səhvi əvvəl özündə axtararaq ən gözəl olan davranış üslubunu seçməlidir. Bu, hər şeydən öncə Quran əxlaqının tələbidir. Yəni təvazökarlığın, yetkinliyin, səmimiyyətin, əmin-amanlığın və nəzakətin tələbidir. İnsan nə qədər haqlı olsa da, qarşı tərəfi birbaşa günahlandıran üslubdan istifadə etməməlidir. Allah möminlərə bir-birləri üçün "sözün ən gözəlini söyləmələrini" bildirir və bu cür vəziyyətlə qarşılaşarkən gözəl olan davranış qarşı tərəfi birbaşa təhqir etmək və ya əsəbi üslubdan istifadə edərək haqlı olduğunu sübut etmək deyil. Mömin mütləq təvazökar üslubla "mən səhv görə bilərəm", "yəqin mənə elə gəlmişdir", "mən unuda və ya yanıla bilərəm", "səhv xatırlaya bilərəm" və s. kimi səmimi üslublarla əvvəlcə ortadakı səhvin səbəbini özündə axtarar.Həqiqətən də, insan acizdir. O, çox rahatlıqla unuda, yanıla, səhv xatırlaya, hadisələri, adları bir-birinə qarışdıra bilər. Bu səbəbdən, aciz olduğu halda özünün səhvsiz olduğunu iddia etməz.Həmçinin, mömin əxlaqında nəzakət böyük əhəmiyyət kəsb edir. Bir mövzuda doğru olanı müdafiə etmək qarşı tərəfi incitmək, narahat etmək, çaxnaşma və ya mübahisə mühiti yaratmaq demək deyil. Mömin xatırlatma və ya tənqid etdiyi, ya da həqiqəti dilə gətirdiyi zaman mütləq qarşı tərəfi ən az narahat edəcək tərzdə, mühiti gərginləşdirməyəcək, sevgi dolu, nəzakətli, mübahisə yaratmayan mülayim bir üslub seçməlidir. Həmçinin, belə bir əxlaq göstərilərkən, yəni haqlı olduğu zaman səhvi öz üzərinə götürən adam təvazökar, sevgi dolu bir üslubla yaxınlaşarsa, səhvi olan adam da bu gözəl davranışdan utanıb eyni təvazökarlıqla cavab verməyə cəhd edər. Belə bir əxlaqın yaşanması nəticəsində səhvi olan adamın öz səhvini asan şəkildə görüb qəbul etməsinə zəmin yaranar. Bu səbəbdən, müsəlman əxlaqı ilə gözəl nümunə göstərərək qarşı tərəfin də eyni əxlaqla hərəkət etməsinə vəsilə olar. Hirsli şəkildə haqlılıq iddiası ilə mübahisə etməklə qarşı tərəfə haqlı olmadığını göstərməkdənsə, bu səmimi əxlaqın yaşanması, Allahın diləməsilə, daha gözəl nəticəyə vəsilə olar. (Ya Rəsulum!) Bəndələrimə de: "gözəl sözlər söyləsinlər".Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra surəsi, 53)Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!(Fussilət surəsi, 34)