Tapşırıq. Tələbələri bir neçə qruplara bölək. Hər bir qrupa müxtəlif millətlərin xüsusiyyətlərini xarakterizə edən bir sıra məlumatları yerinə yetirmək barədə tapşırıq verək.
Nümunə üçün ehtiyatsız, səxavətli, tənbəl, sadə düşüncəli, qeyri-mütəşəkkil, nəzakətli, təmkinli, ünsiyyətcil, hiddətli olmayan, mühafizəkar, nizamlı, vicdanlı, lütfkar, zərif, cəlbedici, söhbətcil, hiyləgər, cazibədar, xəsis, qeyri-ciddi, maneəsiz. Bu xüsusiyyətlərin hansı millətlərə mənsub olduğunu müəyyənləşdirək.
Tapşırıq. Müxtəlif etnik qrupların nümayəndələri arasındakı ünsiyyətə mədəniyyətlərarası ünsiyyət deyilir. Mədəniyyətlərarası ünsiyyət hansı elmlər əsasında formalaşır?