Humanitar fənər


Tapşırıq. Verilmiş nümunəyə uyğun akt tərtib edin. Nümunə



Yüklə 1,13 Mb.
səhifə17/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   13   14   15   16   17   18   19   20   ...   109
Humanitar f n r

Tapşırıq. Verilmiş nümunəyə uyğun akt tərtib edin.
Nümunə:
"Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət işi" deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür.

  • Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir.

  • Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir.

Aktın forması:

  1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir;

  2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır;

  3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir;

  4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır;

  5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir;

  6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur;

  7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir;

  8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.



Mövzu:5

  1.  İşgüzar ünsiyyətdə dialoq janrları.

  2. Müvafiq dialoq nümunələri və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. 

Nitqin dialoji və monoloji formaları var. Nitqin dialoji formasına dioloji nitq də demək olar. Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyətdir, danışıqdır. Burada danışan şəxs ifadə edəcəyi fikri əvvəlcə daxilən öz-özünə düşünür, sonra onu sözlə ifadə edir. Fikri dinləyən, eşidən şəxs isə əvvəlcə dinləyir, sonra düşünür, düşündüklərini öz nitqi ilə ifadə edir, yəni müsahibinə cavab verir. Monoloji nitqdən fərqli olaraq dialoji nitqdə öncədən hazırlıq görülmür. Ona görə də dialoji nitqdə tərəflər daha fəal olurlar. Ancaq onu da qeyd edək ki, nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqdə də hazırlıq görülə bilər.


Dialoji nitqin bütün formalarında iştirakçılar hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir. Dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Tərəflər qarşılıqlı söhbət zamanı müraciətlər, ara sözlər, ritorik suallar vasitəsilə ümumi bir bütövlük, fikir vəhdəti yaradırlar. Qeyd etmək yerinə düşər ki, dialoq zamanı leksik təkrarlara, cümlədə sözlərin sırasının pozulması, fikrin elliptik qurulması, pauzalar, suala sualla cavabvermə və s. özünü göstərir. Nitqin bu növündə jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.
Dialoq iki və ya daha çox həmsöhbətin qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulur. Məlumat mübadiləsi zamanı nitq tərəfdaşları rolları dəyişə bilir. Dialoq kortəbii (bir qayda olaraq, əvvəlcədən planlaşdırıla bilməz), elliptik (ifadələr monoloqdan daha qısa olur) olur.
İşgüzar ünsiyyətdə dialoq işgüzar qarşılıqlı əlaqənin ən geniş yayılmış yollarından biridir. Şifahi işgüzar ünsiyyətin dialoq növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, reportajlar, müzakirələr, görüşlər, mətbuat konfransları, beyin hücumları və s. daxildir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin