Ыыы курс ихтисасчы тялябялярин


Azərbaycanda futbolun yaranması. Futbola rəhbərlik edən beynəlxalq təşkilatlar



Yüklə 299 Kb.
səhifə3/20
tarix10.05.2022
ölçüsü299 Kb.
#56974
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi kurs Futbol Mühazirə

Azərbaycanda futbolun yaranması. Futbola rəhbərlik edən beynəlxalq təşkilatlar.
Futbol Azərbaycanda 1911-ci ildə yaranmışdır.

Azərbaycan birinciliyi uğrunda futbol yarışı ilk dəfə 1928-ci ildə Azərbaycanın birinci b/tərbiyəsi bayramında keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Bunlar həmkarlar ittifaqlarının ani yığma komandalarından, «Dinamodan DTMV-in, Gənjənin, Qubanın, Nuxanın, Zaqatalanın yığma komandalarından ibarət idi. Bu yarışda həmkarlar ittifaqının ikinci yığma komandası birinci yerə çıxmışdır. Respublika birinjiliyi uğrunda ikinci futbol yarışı 1934-ci ildə Azərbaycanın ikinci bədən tərbiyəsi bayramının yığma komandası üzrə keçirilmişdir. Yarışın qalibi həmkarlar ittifaqlarının yığma komandası olmuşdur.

1934-cü ildən respublika birinciliyi uğrunda futbol yarışı müntəzəm olaraq keçirilir (1941-1943-cü illər müstəsna olmaqla).

Azərbaycan kuboku 1936-cı ildə təxis edilmişdir. 1941-1943-cü illər müstəsna olmaqla kubok yarışları hər il keçirilir.

Bakı birinciliyi 1911-ci ildən keçirilməyə başlamışdır. Yalnız 1918-1919-cu və 1941-1943-cü illərdə Bakı birinciliyi keçirilməmişdir.

Bakı şəhəri kuboku 1936-cı ildən təsis edilmiş və 1941-1944-cü illər müstəsna olmaqla hər il kubok uğrunda yarışlar keçirilmişdir.

Azərbaycanın yığma komandası olan «Neftçi» SSRİ birinjiliyində (1941-1945-ci illər müstəsna olmaqla) 1936-cı ildən Azərbaycanı təmsil etmiş və ən yüksək nailiyyəti 1966-cı ildə olmuş və birinci medal qazanmışdır. İttifaq dağılana qədər «Neftçi» komandası (1936-cı ildən) SSRİ birinciliyinə Azərbaycanın şərəfini qorumuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ilin martında AFFA (Azərbaycan Futbol Federasiyaları İttifaqı) yarandı. AFFA Azərbaycan futboluna rəhbərlik edir, bütün miqyaslı yarışların təşkili və keçirilməsinə istiqamət verir. Azərbaycan futbolu müstəqil olduğu üçün beynəlxalq miqyaslı yarışlarda iştirak edir. 1992-ci ilin iyun ayında AFFA FİFA-ya üzv kimi qəbul edildi və bu Azərbaycanda bütün beynəlxalq yarışlarda iştirak etmək hüququ verdi.

1993-cü ilin iyulunda AFFA-nın nümayəndə heyəti UEFA-ın 7-ci növbədənkənar konqresinə yola düşür. UEFA-nın prezidenti Lennart Yohanson və UEFA-ın baş katibi Gerhard Ayqner digər qaydaları və nizamlayıjı sənədləri ilə tanış olurlar.

1993-cü ilin dekabr ayında İstambulda UEFA-nın İcraiyyə komitəsinin iclası keçirilmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-ya müvəqqəti üzv qəbul edilmişdir.

AFFA-nın nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində olmuşlar. Bu iki ölkənin federasiyaları arasında əməkdaşlıq barədə uzunmüddətli saziş müzakirə olunub imzalanmışdır. Belə bir saziş AFFA və İranın Təbriz şəhərinin regional federasiyaları arasında da bağlanmışdır.

1994-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti İngiltərənin Mançester şəhərində Avropa çempionatı 96-nın püşkatma mərasimində iştirak etmişdir. Respublikanın bütün tarixi ərzində ilk dəfə olaraq müstəqil Azərbaycan milli yığma komandası Avropa çempionatında iştirak etmək hüququ qazanmışdır.

Türkiyə Futbol Federasiyası və AFFA arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq, Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti Azərbaycan futboluna yaxından kömək etmək üçün Bakıya gəlmişdilər. Onlar məşqçilərə əməli yardım göstərişi və müzakirələrlə çıxış etmişlər.

1994-cü ilin myında Azərbaycanın nümayəndə heyəti UEFA-nı XXII konqresində iştirak etmək üçün Vyanaya getmişdir.

AFFA təntənəli şəkildə UEFA tərkibinə qəbul edilmişdir.

1994-cü ilin iyununda Azərbaycan nümayəndə heyəti FİFA-nın 49 konqresində iştirak etmək üçün Çikaqoya (ABŞ) getmişdir. Azərbaycanın milli assosiasiyası təntənəli şəkildə Beynəlxalq Futbol Federasiyasına üzv qəbul edilmişdir.

Nəhayət, 2003-cü il dekabr ayının 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirildi. 26 səs toplayan «Neftçi» Futbol Klubunun prezidenti Ramiz Mirzəyev AFFA-nın yeni prezidenti seçildi. Daha sonra 25 nəfər arasından təşkilatın yeni İcraiyyə Komitəsinin 12 nəfərlik tərkibi seçildi. Bunlar – keçmiş üzvlərdən Fətulla Hüseynov, Yaşar Seyidov, Hamlet İsaxanlı, habelə İsgəndər Cavadov, Cahangir Hacıyev, Natiq Əliyev, Kazbek Tuayev, Mübariz Pənahov, Rauf Əliyev, Mirkamil Rəhimov, Əli Rəsulov və Elşad Nəsirov seçildilər. Onların arasından prezidentin təqdimatı ilə 3 nəfər «vitse» - Rauf Əliyev birinci vitse-prezidenti, Elşad Nəsirov və Fətulla Hüseynov isə vitse-prezident seçildilər. İcraiyyə Komitəsi Fuad Əsədovu təşkilatın baş katibi vəzifəsinə təsdiq etdi. Nəzarət-təftiş komissiyasına Kamil Rəhimov (sədr), Elşad Əhmədov və Şaban Həsənov seçildilər.





Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin