İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə121/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   117   118   119   120   121   122   123   124   ...   161
SALAMLIQHAQQINDADNCLR

Kəskin pnevmoniya

Bu ağciyərlərin kəskin iltihab prosesləridir. O, kəskin intoksikasiya əlamətləri ilə, tənəffüs çatışmaması, lokal dəyişikliklərlə və xarakterik rentgen parametrləri ilə xarakterikdir.

İltihablı prosesin inkişafına səbəb stafilokok, streptokok, pnevmokok, bağırsaq çöpü, viruslar, mikroplazma, pnevmositlər, patogen göbələklər ola bilər. Bəzən qarışıq flora-bakterial, virus-bakterial və başqa birləşmələr müşahidə edilir. Xəstəliyin yaranmasında orqanizmin müqavimət vəziyyəti, sensibilizasiya, tənəffüs orqanlarının xəstəliklərinə irsi meyllik həlledici rol oynayır. Əgər uşaq evdə xəstələnibsə, ən çox törədici pnevmokok, stasionarda  stafilokok ola bilər.

Kiçik yaşlı uşaqlarda pnevmoniyanın əsas forması bronxopnevmoniyadır. Xəstəlik adətən ORVİ-dən 5-7 gün sonra inkişaf edir. Temperatur yüksəlir, uşaq narahat olur, yuxu pozulur. Uşaq döşdən imtina edir, onu öskürək narahat edir, tez-tez zarıyır. Öyümə, qusma, maye halda nəcis əmələ gələ bilər. Tədricən və ya kəskin olaraq tənəffüs çatışmamazlığı inkişaf edir. Əvvəlcə çığırma, ağlama halları üstünlük təşkil edir. Qida verilən zamanı ağız ətrafında daha da güclənən siyanoz (göyərmə) əmələ gəlir. Dəri boz torpaq rəngində olur. Tənəffüs səsli, iniltili olur. Təngənəfəslik inkişaf edir. Döş qəfəsi üfürülür. Ağızdan və burundan köpüklü ifraz gəlməsi müşahidə olunur.

Ağciyərlərdə lokal yaş xırıltılar olur və onların xarakteri xəstəliyin axımı ilə dəyişir. Müalicə nəticəsində kəskinləşməyən pnevmoniyanın kliniki simptomları 10-12 gündən sonra yoxa çıxır. Ağciyərlərdə dəyişiklik isə 4-6 həftədən sonra baş verir.

Uşağın qidası yaşına uyğun və tam olmalıdır. Qida maye və yarım maye halında olmalıdır. Əlavə olaraq içmək üçün qaynadılmış itburnu, qarağat suyu, turş şirələr vermək vacibdir. Uşağın dərisinə qulluq da vacib sayılır. Qarın işləməsinin də normal olmasına nəzarət edilməlidir.




Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin