İLYAS HƏSƏNOV
SAĞLAMLIQ HAQQINDA DÜŞÜNCƏLƏR
BAKI-2014
Kitabda oxuculara sağlamlıq və onun qorunması haqda dəyərli məsləhətlər verilmiş, immunitetin möhkəmləndirilməsi yolları göstərilmişdir. Kitabda həmçinin müxtəlif xəstəliklərlə əlaqədar tibbi terminlərin qısa lüğəti, xəstəliklərin siyahısı, bu xəstəliklər zamanı tövsiyə olunan vitaminlıər, minerallar və bunların hansı meyvələr, giləmeyvələr və tərəvəzlərin tərkibində yerləşdiyi göstərilmişdir.
Digər tərəfdən kitabda insan sağlamlığı üçün əhəmiyyətli olan zəngin bitki aləminin ayrı-ayrı nümayəndələrinin müxtəlif xəstəliklərin sağalmasında oynadığı şəfaverici rolu göstərilmişdir.
Kitabda həmçinin son illərdə əldə edilmiş elmi nailiyyətlər əsasında hazırlanmış bioloji aktiv qida əlavələri, onların qidamızıda çatışmamasının səbəbləri və insan orqanizminin sağlamlığı üçün vacibliyi barəsində oxuculara məlumat verilmişdir. Qədim Tibet təbabəti reseptləri əsasında hazırlanıb istehsal olunan Tyanşi korparasiyasının bioloji aktiv qida əlavələrinin üstünlükləri, tərkibi, xassələri və istifadə qaydaları göstərilmişdir.
Dostları ilə paylaş: |