İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Sağlamlıq haqqında düşüncələr



Yüklə 286,46 Kb.
səhifə2/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   2   3   4   5   6   7   8   9   ...   161
SALAMLIQHAQQINDADNCLR

Sağlamlıq haqqında düşüncələr

Xəstəliklərin yaranmasının və insanın xəstələnməsinin həm mənəvi, həm də maddi əsasları vardır. İnsanı xəstələndirən, onun sağlamlığını sarsıdan mənəvi amillər ilk növbədə insanın fikirləri, düşüncələri və emosiyaları ilə bağlıdır. Kin, nifrət, inciklik, qəzəb, qorxu, qəm, kədər, paxıllıq, acgözlük, hərislik və bu kimi digər mənfi emosional hisslər orqanizmdə mənfi enerjinin artmasına səbəb olur və nəticədə xəstəliyin yaranması üçün şərait yaranır. Sağlam ömür sürmək istəyən hər bir insan belə emosional hisslərdən uzaq olmalıdır.

Yaşadığımız dünya öz əsrarəngiz təbiəti ilə bizimlə daima təmasdadır. İnsan həyatı ilə ayrılmaz vəhdətdə olan bu təbiət insanın ən yaxın dostu, sirdaşı və xilaskarıdır.Bu kitab məhz xilaskarımız olan ana təbiətin insan sağlamlığı üçün əhəmiyyətli rol oynayan zəngin bitki aləmindəki nümayəndələrinin bir qismi haqqında, onların xüsusiyyətləri, zahiri görkəmləri və şəfaverici əhəmiyyətləri barədə oxucuları tanış etmək məqsədi daşıyır.

Təbiətdə enerji durğunluğu, zərərli enerji hərəkəti yoxdur. Təbiətin sağlam enerjisi qurucudur. O, bizim sağlamlığımızı bərpa etməyə çalışır. Amma insan özü onun yolunda maneələr yaradır.

Həm ətraf aləmdı, həm də insan orqanizmində enerji durğunluğu olan zonalar – Təbiət Qanunlarının pozulduğu zonalardır. Təbiətin ən əsas qanunu – həyat üçün zəruri olan enerjinin hərəkəti qanunudur. Bu qanunun pozulduğu yerdə həyatın özü də tükənir. Enerji durğunluğu zonaları Təbiətin Qanunkarına uyğun gəlmir. Özünüz fikir verin, boz öz rəftarımızla Təbiət Qanunlarının ziddinə getdikdə nə baş verir? Təbiət bizdən güclüdür. Ona görə də o qalib gəlir! Əgər təbiət qanunların əksinə gedirsə, onun qanunlarını pozursa, insan yaşaya bilmir.

Xəstəlik – Təbitə Qanunlarının pozulmasından başqa bir şey deyildir. İlk növbədə də enerjinin hərəkəti qanunun pozulmasıdır.

Xəstəlik haqqında gəldiyimiz bir həqiqi, düzgün nəticə müalicə haqqında olan təsəvvürlərimizi kökündən dəyişir. Bizim müasir təbabət xəstəliklərin həqiqi səbələrini bilmədiyi üçün “xəstəliyi düzgün müalicə etmək nə deməkdir?”- sualına düzgün cavab verməyi də bacarmır. Müasir təbabət insanı ümidsizlik xaosuna yuvarlayır. Çünki xəstəliyin əsl səbələrini deməməklə, onun müalicə üsullarını da göstərə bilmir. Xəstəliyin əsl səbəbini bilmək təkcə sağlamlıq ümidi yaratmır – bu bilik həm də sağlamlığın, mülicənin və birbaşa yolunu göstərir: xəstələnmisinizsə, bu heç də səbəbi məlim olmayan qaçılmaz zərurət nəticəsidir. Belə olduğu halda hər şey aydın olur: sağlamlıq üçün Təbiət Qanunlarını pozmaqdan əl çəkməli, bu qanunlara əməl etməlisən! Vəssəlam!

Çoxdan məlumdur ki, insanın sağlamlığı 10-20%-irsiyyətdən, 10-20% - ətraf mühitin vəziyyətindən, 8-12% - səhiyyənin vəziyyətindən, 50-70%-i isə həyat tərzindən asılıdır. Bu rəqəmlərdən göründüyü kimi, möhkəm immun sisteminə malik olmaq üçün (bu isə çox hallarda güclü sağlamlığın təminatıdır) sağlam həyat tərzi sürmək lazımdır. Sağlam həyat tərzi isə - düzgün və rasional qidalnma, kifayət qədər yuxu və istirahət, müntəzəm şəkildə fiziki aktivlik, spirtli içkilərdən, siqaretdən və digər zərərli adətlərdən imtina etmək və s.dən ibarətdir. Bütün bunlar haqqında bizim kitabımızda ətraflı məlumat verilmişdir.

İnsanın daxili təhlükəsizliyini təmin etmək üçün orqanizmin daxilində “gəzən” – hərəkət edən xüsusi hüceyrələr mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin “molekulyar pasportunu” yoxlayaraq “yad” hüceyrələri aşkar edib onları məhv edirlər. Bu çox vacib olan bir prosesdir. Çünki hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli miqkoorqanizmlər və yad cismlər daxil olur ki, bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza da təhlükə yaradır.

Ancaq müxtəlif xəstəliklər, stresslər, pis qidalanma, yaşın artması, ekoloji faktorlar və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun da nəticəsində immun sistemi də müəyyən dərəcədə zədələnmiş olur. Bu isə “səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələin aşkar edilməsi ehtimalını xeyli dərəcədə artırır. Bu “mutant-hüceyrə” isə bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkşaf etməsi ilə nəticələnə bilər.

Beləliklə, insanın immun sistemi çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların taninması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkşaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa inkan vermir. Yəni, şiş hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv ölmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.
Məlumdur ki, hər şey enerjidir, hər şey titrəyişdir. İnsan bədəni də sıxlaşdırılmış enerjidir və o da enerji qanunları ilə yaşayır. Bütün canlı varlıqlara və enerjiyə xas olan titrəyiş, yığılıb-açılma və digər hərəkət növləri ona da aiddir, ona da xasdır. Çünki nə hərəkət edirsə, yaşayır. Enerjinin titrəyiş, hərəkət xassəsinə malik olan hər şey yaşayır.

Canlı orqanizmdə hərəkətsiz heç nə yoxdur. Ürək döyünür, çırpınır, əzələlər yığılır, qan damarlarda hərəkət edir, bağırsaqlar öz hərəkətlərini yerinə yetirir. Əlləriniz qabağa uzadın, nə qədər sükunətdə saxlamaq istəsəniz də, onun kiçik rəqsi hərəkətlər etdiyinizi görəcəksiniz! Canlı varlıq hərəkətsiz ola bilməz. Canlı orqanizmdə sayrışma, rqəsi hərəkət, titrəyiş, yığılma və digər hərəkət növləri sönürsə orqanizm öləziyir, qocalır, xəstələnir, ölür və dağılır. Deməli, uzun ömür sürmək və cavanlığı qoruyub saxlamaq üçün orqanizmə xas olan bütün hərəkət növlərini saxlamaq lazımdır. Bədən tərbiyəsi əzələlərin mütəhəkkərliyini, hərəkətliliyini saxölamaq üçün əla üsukdur. Bəs digər orqanlar, toxumalar, daxili bədən üzvləri necə olsun? Mədə üçün, sinir telləri üçün idman növü yoxdur. Amma düşüncələrin, fikirlərin güclü enerjisi var. Fikir enerjisi o qədər güclüdür ki, o, canlı materiyanı öz iradəsi ilə hərəkətə gətirə bilir.

Orqanizmin ən durğun nahiyətlərini, ən çox sükunətdə olan toxumalarını da fikir enerjisi ilə hərəkətə gətirmək mümkündür. Fikirlərimizin enerji vasitəsilə orqanizmimizin əlçatmaz daxili üzvlərini, toxumalarını masaj edə bilərik, özümüzü daxildən müalicə edə bilərik. Fikirlərimizin enerjisinin köməyi ilə öz orqanizmimizi istədiyimiz kimi qura bilərik.

Fikrin enerjisi sinir impulskarı əmələ gətirir. O isə, öz növbəsində, daxili orqanları və toxumaları hərəkətə gətirir. Hərəkət onlara həyat bəxş edir, cavanlaşdırır, sağlamlaşdırır. Hərəkət enerjini dağıdır, həyat qüvvəsini daha da gücləndirir.

Düşüncələrinizin təsiri ilə daxilinizdə hərəkət yaratmağı öyrənməklə, siz sağlamlıq və əbədi cavanlıq diyarının qapısını açmış olursunuz. Yarada biləcəyiniz müalicəvi hərəkətləin ən effektlisi – sayrışmadır (pulsasiyadır). Buna nail olmaq, ilk baxışda göründüyü kimi, bir o qədər də çətin deyildir. Yaşından və sağlamlığının vəziyyətindən asılı olmayaraq hər bir insan bunu bacara bilər. Bədənin istənilən nahiyəsinə fikrimizi cəmləşdirmək, artıq həmin nahiyədə sinirləri fəallaşdırır və qan dövranını gücləndirir. Bu öz-özlüyündə müalicə deməkdir. Əgər düşüncələrinizin təsirini artırsanız, müalicəvi sayrışma (döyüntü) yaratmaq mümükündür. Bir neçə dəfə məşq etmək uğurunuzu möhkəmləndirəcək.

İnsan ömrü indikindən xeyli artıq ola bilər. Doğulduğu gündən təbiətin tələb etdiyi səviyyəyə uyğun həyat tərzi keçirən, psixo-gigiyenanın, fiziki gərginliklərin, qidalanma, əmək, istirahət gigiyenası normalaırlna cavab verən insan elə indinin özündə də 150-200 il yaşaya bilər və yaşamalıdır. Bizim orqanizmimizin ehtiyat qüvvələri belədir. Bizim vəzifəmiz bu ehtiyatan istifadə etməyi, onu həyata keçirməyi bacarmaqdan ibarətdir.

M. Zoşşenko yazır: “Budur öz sağlamlıqlarını və uzun ömürlərini öz əlləri ilə yaradan böyük şəxslərin siyahısı:

Kant – 81 il, Tolstoy – 82, Haliley – 79, Höbbs – 92, Şellinq – 80, Pifaqor – 76, Ceneqa – 70, Höte – 82, Nyuton 84, Faradey – 77, Paster – 74, Parvey – 80, Darvin – 73, Cpenser – 83, Cmayle – 90, Platon – 81, Cen-Simon – 80, Edisson – 82...

Kant (1724-1804) dəfələrlə yazar və deyərmiş ki, o sağlamlığın və ömrünün uzadılmasını öz əlləri iə yaratmışdır.

Bu fikir böyük filosofun qəribəliklərindən biri hesab edilərmiş.

Lakin, məlum olduğu üzrə, həqiqətən Kant özü “özünü yaratmış”, əgər belə demək mümkünsə, həm də “yüksək keyfiyyətli” olmayan materialdan yaratmışdır.

Gənclik illərində Kantın səhhəti çox pis olmuşdur. Bir sıra xəstəliklər, sinir tutlmaları, melonxoliyaya meyllilik onun ömrünün qısa olacağına güman yaradırmış...

Təbiətən zəif, xəstəhal olmasına baxmayaraq öz iradəsinin gücü ilə, o, tam qocalana qədər ömür sürə bildi. Yaşı qırxa çatanda sağlamlığı tədricən möhkəmlənməyə başladı və bundan sonra ömrünün sonuncu iki ilinə qədər bir dəfə də olsun xəstələnmədi.

Kant, bütün ömrünü dəqiq hesablamalar, ölçülər və ciddi qaydalar əsasında qurmuşdu. Axşam düz saat onda yatar, səhər düz saat beşdə yataqdan qalxarmı. Ömrünün son 30 ilində bir dəfə də olsun bu rejimi pozmamışdır. Hər gün səhər saat 7-də mütləq gəzməyə çıxarmış. Yaşadığı Könnisberqin əhaslisi saatlarını ona baxıb düzldərmişşlər.

Höte (1749-1832) də Kant kimi dəqiqliyə və rejimə ciddi əməl edərmi. O da öz iradəsi və orqanizminin imkanlarını dəqiq öyrənməsi sayəsində sağlamlığını qoruyub möhkəmləndirə bilmiş, necə deyərlər, öz həyatını öz əli ilə qurmağı bacarmışdır, 19 yaşlarında Hötenin ciyərlərindən qan gəlmiş, 21 yaşında isə səhhəti ciddi surətdə pozulmuş, əsəb sistemi sarsılmış, çox ağır nevrasteniya vəziyyətinə düşmüşdü.

Bu vaxtlar o, adi səs-küyə dözə bilmirdi, səs-küy onu haldan çıxarır, hədsiz qəzəblənirdi. Dözülməz baş gicəllənmələri, özündən getmələr onun zehni əməklə məşğul olmasına ciddi maneçilik törədirdi. Özünü, öz imkanlarını dəqiq və düzgün öyrəndikdən sonra Höte öz sağlamlığını, gümrahlığını, tədriclə, addım-addım möhkəmləndirmiş, bu da onun səmərəli həyat tərzi keçirib, uzun ömür sürməsini təmin etmişdir.

O, öz xəstəhallığı, əsəbiliyi, psixi zəifliyi ilə inadkarcasına və düşüncəli surətdə mübarizə aparmışdır.

Bu böyük insan 82 il ömür sürüb. Taqətsizliyin nə olduğunu bilməyən çox az qocalardan biri olmuşdur.

Ekkerman deyir:

- Öləndən sonra onu soyunduranda 82 yaşlı qocanın bədəni gənc oğlanın bədəni kimi təravətli, cavan və hətta gözəl görünürdü. Höte 68 yaşlı qoca ikən bir tanışının ölümü haqda yazırdı: “Artıq Z. Ölmüşdür, güclə 75 il yaşaya bildi, insanlar gör nə qədər bədbəxt məxluqdurlar ki, uzun yaşamağa da cürətləri çatmır...”

L.N.Tolstoy 82 il yaşamışdır. Onun belə uzun yaşaması təsadüfi deyildir.

O mülkədar və zadəgan kimi ömür sürdüyünə, gözəl şəraitdə firavan yaşadığına görə deyil, öz həyatını, sağlamlığını qoruya bildiyi, həyat tərzini düzgün qurmağı bacardığı üçün uzun ömür sürə bilmişdir. Məlum olduğu kimi, müəyyən müsbət cəhətləri olsa da, firavan kübar yaşayış tərzi ilə Tolstoy təbiətinin yararsızlığı, müxtəlif təzadlara, çətinliklərə səbəb olmaqla onun əsəsb sisteminə və ümumiyyətlə sağlamlığına ciddi ziyan yetirirdi. Məlum olsuğu kimi, elə bi təzadlar da onun ölümünə səbəb olmuşdur (kübar həyat tərzindən yaxa qurtarmaq üçün evdən qaçan dahi qoca yolda vəfat etmişdir).

Tolstoyu çox saglam adam kimi təsəvvür edənlər yanılırlar. Cavan vaxtlarında o, ağ ciyər xəstəliyinə tutulmuş, vərəmin başlanğıc stadiyasında müalicə olunmuşdur. Qırx yaşlarından başlayaraq ağır nevrasteniya və çox ciddi halsızlıq (qüvvəsizlik) vəziyyətləri keçirmişdir. Bu nevrasteniyaya qarşı uzun illər və inadla apardığı mübarizə müvəffəqiyyətlə nəticələnmişdir.

Xəstəlik dövründə öz xəstə vəziyyəti haqqında dostlarına və qohumlarına məktublar yazmışdır. Bu məktubları oxumaq adama çox qəribə gəlir, çünki həmin məktublar öz ruhuna görə, bizim təsəvvür etdiyimiz Tolstoy 75 yaşında olarkən velosiped sürməyi öyrənən, 80 yaşında 20 verstliyə at cəyridən Tolstoy haqqında olan təsəvvürlərimizə uyğun gəlmir.

L.N.Tolstoyun öz əsəbləri üzərində mübarizə apardığını və səhhətini hansı yolla bərpa etdiyi izləmək maraqlıdır.

Beyninin müəyyən bir hissəsinin ədəbiyyatla məşğul olmaq nəticəsində yorulduğunu başa düşərkən o, fəaliyyətini dayandırmayıb (bu çox böyük zərər yetirə bilərdi) öz enerjisini başqa istiqamətə yönəldərdi. Belə ki, o, gah yunan dili ilə, gah hər xırda işə əl ataraq təsərrüfat işləri ilə məşğul olardı, gah da kəndlilər üçün əlifba yaradardı. Nəhayət, fəlsəfə ilə məşğul olub dini və mənəvi problemlərə aid məqalələr yazardı.

Necə olur-olsun Tolstoy qalib çıxmışdı. O, itirdiyi sağlamlığını, yaradıcılıq qabiliyyətini özünə qaytarmış və ömrünün sonuna kimi zəifliyin, taqətsizliyin nə olduğunu bilməmişdir.

Mixail Zoşşenko “Qaytarılmış gənclik” kitabında düzgün həyat keçirməyən bir çox alimlər, yazıçılar, rəssamlar haqqında söhbət açır: onların fiziki və psixiki sağlamlığı belə həyat tərzi sayəsində pozulmuş onlar tez yaradıcılıqdan qalmış və tez ölmüşlər. “Sağlam bədəndə sağlam ruh olur” aforizmi Zoşşenkonun povestində yeni forma kəsb edir: “Sağlam bədən sağlam ruh sayəsində təşəkkül tapır!”


Amosov sağlamlıq haqqında aşağıdakıları söyləmişdir:

1. Xəstəliklərin çoxunun günahkarı nə təbiətdir, nə də cəmiyyət, yalnız adamın özüdür. Çox vaxt o, tənbəllikdən və acgözlükdən, bəzən də düşüncəsizlikdən xəstələnir.

2. Çalışın ki həkimlərin əlinə düşməyəsiz. Bəzən onlar adamın xəsətliyini və təbabətin qüdrətini şişirtməyə çalışır, adamlara xəstəlik yapışdırır və onların üzərinə böyük bir minnət qoyurlar ki, altından çıxmaq olmur.

3. Sağlam olmaq üçün adam özü daim çox səy göstərməlidir. Bunu heç nə ilə əvəz etmək olmaz. Xoşbəxtlikdən insanın bədəni elə mükəmməl qurulmuşdur ki, sağlamlığı, demək olar həmişə bərpa etmək mümkün olur. İnsan qocaldıqca və xəstəliklər ağırlaşdıqca daha çox səy göstərmək lazım gəlir.

4. Hər bir səyin dərəcəsi stimuldan, stimul isə məqsədin əhəmiyyətindən, onu əldə etmək müddətindən və imkanından, bir də çox heyf, adamın iradəsindən asılıdır! Təəssüf ki, adam sağlamlığın qədrini ölüm lap qapının ağzını alanda bilir. Lakin iradəcə zəif adamda, hətta ölüm qorxusu da çox çəkmir.

5. Sağlamlıq üçün eyni dərəcədə vacib olan başlıca dörd şərt vardır: fiziki iş, az yemək, bədəni möhkəmlətmək, vaxtında və düzgün dincəlmək. Beşincisi isə xoşbəxt həyat! Təəssüf ki, əvvəlkilər olmasa, təkcə xoşbəxt həyat sağlamlığı təmin etmir. Lakin həyatda xoşbəxtlik yoxsa, sağlamlıq üçün əlləşməyinə və ac qalıb özünə əziyyət verməyinə dəyərmi? Əfsus ki, yox!

6. Təbiət mərhəmətlidir: gündə cəmi 20-30 dıqiqə bədən tərbiyəsi ilə məşğul olmaq kifayətdir, lakin elə məşğul olmaq lazımdır ki, adam töyşüsün, tərləsin və nəbzi iki dəfə çoxalsın. Bu vaxtı iki dəfə çoxaltsaq, yəni 40-60 dəqiqə məşğul olsaq,lap əla olar.

7. Az yemək lazımdır. Bədənin çəkisini minimumda saxlamalı, o, adamı boyundan (sm-lə) 100-ü çıxdıqda alınan rəqəmdir.

8. Bədəni boş saxlamağı bacarmaq – özü bir elmdir, lakin bunun üçün adamın xarakteri də olmalıdır. Kaş ki ola idi!

9. Xoşbəxt həyat barədə belə deyirlər ki, sağlamlıq – özü bir xoşbəxtlikdir. Bu doğru deyil: belə olsa idi, adam sağlamlığa öyrəşər və qədrini bilməzdi. Lakin onun ailədə və işdə xoşbəxtlik əldə etməyə köməyi olur. Köməyi olur, amma təkcə sağlamlıq xoşbəxtlik gətirmir. Doğrudur, xəstəlik - əsl bədbəxtlikdir.

Kitabda XX əsrin 2-ci yarısında əldə olunmuş elmi nailiyyətlər əsasında hazırlanmış bioloji aktiv qida əlavələri, onların qidamızda çatışmamasının səbəbləri və insan orqanizminin sağlamlığı üçün vacibliyi barədə oxuculara məlumat verilir.

Qədim Tibet təbabəti reseptləri əsasında hazırlanıb istehsal olunan Tyanşi korporasiyasının bioloji aktiv qida əlavələrinin üstünlükləri, tərkibi, xassələri və istifadə qaydaları göstərilir.
İmmunitetin möhkəmləndirilməsi
İnsanın bir çox xüsusiyyətləri kimi immunitetin zəif və ya möhkəm olması da genetik (irsi) olaraq nəsildən nəslə ötürülür. Yəqin ki həyatda bizlərdən hər birimiz elə ailələrə rast gəlib ki, onların həm cavan həm də yaşlı ailə üzvləri möhkəm sağlamlığa malik olmaları ilə fərqlənirlər. Həmçinin elə ailələrə də rast gəlmək olur ki, onların bütün ailə üzvləri tez-tez xəstələnir, xəstəlikdən çıxa bilmirlər və daim müalicə olunurlar.

Ancaq onu da qeyd etmək lazımdır ki, möhkəm sağlamlığa malik olan insan da öz həyatının müxtəlif vaxtlarında öz immunitetinin müvəqqəti zəifləməsi ilə üzləşə bilər. Bu halda vaxtında lazımi tədbirlər görülməzsə, immunitetin zəifləməsi davam edəcək ki, bu da əvvəllər yaxşı vəziyyətdə olan sağlamlığın itirilməsi ilə nəticələnə bilər. İmmunitet bizim qalxanımız, zirehimizdir. Ona görə də onu daim qorumaq və möhkəmləndirmək vəzifəsi böyük həyati əhəmiyyət kəsb edir!

Aşağıda biz immunitetin zəifləməsinin risk faktorları və onun möhkəmləndirilməsi yolları barədə geniş məlumat verəcəyik. Bundan əvvəl isə sizə immunitetinizin nə dərəcədə möhkəm olmasını yoxlamaq üçün bir üsulu diqqətinizə çatdırırıq.

Test: “Öz immunitetinizi yoxlayın”




Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin