İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə14/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   10   11   12   13   14   15   16   17   ...   161
SALAMLIQHAQQINDADNCLR

Stress və immunitet
Yaxın keçmişimizdən başlayaraq “stress” sözü ancaq elmi anlayış olmaqdan kənara çıxaraq, bizim gündəlik həyatımıza daxil olmuşdur. Bu sözü, əksər hallarda, keçirilmiş sarsıntı, pis hadisə, qorxu hissiyyatı barədə danışarkən işlədirlər. Hans Selyenin sayəsində (1936-cı il) daxil olmuşdur. O, “stress” sözünün mənasını, fövqəladə vəziyyətlərdə orqanizmin müdafiə qüvvələrinin səfərbər edilərək gərginləşməsi reaksiyası kimi müəyyən etmişdir.

Stress – müxtəlif növ təsirlər (sevinc, qoxu, qəm-kədər, ağrı, soyuq, zəhərlənmə, travma, cərrahi əməliyyatlar və s.) nəticəsində yarana bilər. H.Seyle stressin 3 fazasını qeyd edir:

- qısamüddətli təşviş fazası (gərginləşmə və ya aktivizasiya);

- rezistentlik (davalılıq) fazası;

- üzülmə (tükənmə) fazası.

Birinci və ikinci fazalarda orqanizm öz daxili imkanlarını aktivləşdirir. Bu isə ona ətraf mühitdə qəflətən yaranan qeyri-adi dəyişikliklərə uyğunlaşmağa kömək edir.

Alimlərin fikrinə görə qısamüddətli dərin olmayan stresslər (imtahan verilməsi, böyük auditoriya qarşısında çüxüş etmək, işə götürülərkən müsahibədən keçmək, lotereyada nə isə udmaq və s.) ümumiyyətlə götürdükdə, həm orqanozmon imkanlarını, həm də immun sistemi aktivləşdirərək, sanki yaxşı mənada onun üçün məşq, təlim rolunu oynayır. Ona görə də bir çox ölkələrin alimləri belə bir fikrə gəlmişlər ki, orta dərəcədə olan stresslər, nəinki hüceyrələrin qocalmasını ləngidir, həmçinin yaşla əlaqədar olan bir çox xəstəliklərinin profilaktikasına xidmət edir.

Bəs, qısa müddətli orta dərəcəli stress orqanozmə necə təsir edir?

Bildiyimiz kimi, qanda olan ağ və qırmızı qan cisimciklərinin mənbəyi sümük iliyidir ki, burdan – sanki bankadan, orqanizm bu hüceyrələri “yetişməmiş” halda alır. Bu hüceyrələr isə sonradan yetkin limfositlərə və digər qan hüceyrələrinə çevrilirlər. Orta dərəcəli stresslər zamanı immun və qanyaratma sistemləri öz işlərini yerinə yetirmək üçün daha çox sayda hüceyrələr (limfositlər, leykositlər və s.) alır.

Yüngül stresslər mikrobların təbii qatillərinin də (“təbii killer”lər adlanan ) işinə müsbət təsir edir. Bu hüceyrələr orqanizm üçün “yad” olan hüceyrələri tanıyaraq onları məhv edir. Təbii killerlər – orqanizmin şiş xəstəliklərindən qorunmasında da ilk maneə rolunu oynayırlar. Onlar şiş hüceyrələrini tanıyaraq onları məhv edir, onların çoxalaraq xərçəng xəstəliyinə keçməsinə imkan vermirlər. Orqanizmin məruz qaldığı yüngül stresslər zamanı, bədəni yorulmadan və daim şəkildə qoruyan bu müdafiəçilərin (təbii “killer” lərin) aktivliyi də artmış olur.

Lakin stress uzun müddət ərzində davam edərsə, onun üçüncü – üzülmə (tükənmə” fazası başlayır. Bu isə insanın sağlamlığında müxtəlif problemlərin – məsələn, ürəyin işemik xəstəliyi, hipertoniya, qastrit, allergik reaksiyalar, maddələr mübadiləsi pozulmaları, ikicinsli immunodefisit və s. bu kimi digər xəstəliklərin inkişaf etməsi təhlükəsinin yaranmasına səbəb ola bilər. Uzun sürən bu stress zamanı, həmçinin orqanizmdə olan digər xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

Xroniki stress anlayışı nə deməkdir? Sadə dildə desək, xroniki stresslər o zaman inkişaf edir ki, müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarışıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər, insan yaxın adamını itirməsi ilə heç cür barışa bilmir və s.

Sübut olunmuşdur ki, xroniki stress – hüceyrə səviyyəsindən başlayaraq ən ali formalarına qədər olmaqla, immun sisteminin funksiyalarına xeyli dərəcədə mənfi təsir göstərir. Aparılan yeni tədqiqatların nəticələrinə əsasən, stressin təsiri nəticəsində bağırsaqlarda olan bakteriyaların tərkibi də dəyişilir ki, orqanizm üçün faydalı olan bakteriyaların səviyyəsi azalır və əksinə təhlükəli bakteriyaların səviyyəsi artır. Bunun nəticəsində isə mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur və immun sistemində müəyyən problemlər yaranır. Nəticədə mədə-bağırsaq sistemində olan müdafiə sistemi zəiflədiyi üçün bu allergiyalara, bağırsaq infeksiyalarına və s. xoşagəlməz hallara gətirib çıxarır.

Bu zaman immun sisteminin ali hüceyrələri olan limfositlərin hazırlanması da zəifləyir və həmçinin onların aktivliyi azalır.

Uzunmüddətli xroniki stresslər insanın immun sisteminə artıq dərəcədə mənfi təsir edir. Bu zaman qanda leykositlərin sayı kəskin azalır və onların bərpa olunması bəzən uzun müddətdən sonra mümkün olur. Bildiyiniz kimi, leykositlərin bir hissəsi faqositozda aktiv iştirak edir və onların azalması nəticəsində immun sistemi də zəifləmiş olur. Nəticədə, uzun müddət ərzində stress vəziyyətində olan insanlar infeksion və iltihabi xəstəliklərlə daha tez-tez xəstələnirlər.

Xroniki stresslərin təsiri nəticəsində xərçəng hüceyrələri ilə mübarizə aparan “təbii killer”lərin də aktivliyi xeyli dərəcədə zəifləmiş olur ki, bu da orqanizmdə xərçəng şişlərinin inkişaf etməsinə səbəb ola bilər. Məhz buna görə, müxtəlif şiş xəstəliklərinin inkişaf etməsinin risk faktorlarından danışarkən həkimlər mütləq xroniki stressləri də qeyd edirlər.

Əlbəttə ki, heç bir emossiyasız yaşamaq mümkün deyil. Ancaq bunun da müəyyən bir həddi olmalıdır. Əgər stress vəziyyətləri günbəgün, ildən ilə təkrar olunarsa, insanın orqanizmi məhv olmağa başlayır. Əgər siz stresslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən həkimə müraciət edin.

Buna görə də stressdən mümkün qədər qaçmaq, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Bunun üçün həkimlərin dediyi kimi, ətrafdakılara mehribanlıq göstərmək, özünüz kimi onları da sevmək, inciklikləri bağışlayıb yaddan çıxarmaq məsləhət görülür. Özünüzə qarşı da artıq dərəcədə tələbkar olmayın – sağlamlığın bahasına bütün işləri yerinə yetirməyə cəhd etməyin, dincəlməyə də vaxt tapın. Soyuqqanlı ingilislərin belə bir məsəli var: “heç zaman bacardığın işi tələsmə”.

Daha bir güclü stress mənbəyi olan Kütləvi İnformasiya Vasitələrini də qeyd etmək lazımdır. Məşhur rus yazıçılarından birinin qəhrəmanı olan həkim öz pasiyentlərinə deyirdi: “yeməkdən qabaq qəzet oxumayın, bu həzm prosesinin pisləşməsinə səbəb olur”. Beyninizi müharibələr haqqında, insanların iztirabları, kriminal hadisələri və digər bunlar kimi xoşagəlməz məlumatlarla doldurmayın.

Stressli vəziyyətə düşdüyünüz təqdirdə isə bizim məsləhətlərimizə qulaq asın ki, bu vəziyyətdən daha tez və daha asan çıxa biləsiniz.

1. Stress nəzəriyyəsinin müəllifi olan Hans Selye, stressdən qorunmağın ən yaxşı üsulu kimi fiziki hərəkətlərlə məşğul olmağı təklif etmişdir.

Stress zamanı artıq dərəcədə olan əlavə enerji yaranmış olur. Bu artıq enerjinin insan orqanizmi üçün dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu nəzərdə tutulmuşdur ki, bu da fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə) məşq etmək, açıq havada uzun müddətli gəzmək, üzmək, rəqs etmək və digər aktiv hərəkətlərlə məşğul olmaq məsləhət görülür. Bu cür fiziki hərəkətlərlə məşğul olarkən insan orqanizmi stress nəticəsində yaranmış “artıq” enerjini sərf edir. Bu zaman insan özü də bilmədən stressin keçib getdiyini və ya azaldığını hiss etmiş olacaq. Stress ilə mübarizə etməyin ən pis “variantı” – ona passiv şəkildə dözərək əziyyət çəkməkdir!

2. Stressin öhdəsindən gəlmək üçün bir çoxlarına (adətən qadınlara) “şopinqteraya” (mağazaları gəzmək) üsulu kömək edir.

3. Stressin vəziyyətindən çıxmağın ən sadə üsulu isə olan münasibətin dəyişməsindən ibarətdir. Roma imperatoru, filosof Mark Avrelin belə bir fikri var. “Səni narahat edən şeylərə münasibətini dəyiş və onlar sənin üçün təhlükəsiz olacaqlar”. Bunu etmək üçün, çox zaman həkim psixoloqun məsləhətini almaq və ya sadəcə olaraq bu problemi başqa bir insanla müzakirə etmək lazım gəlir.

Stress vaxtı özünüzə qapanmayın, vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır.

4. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, stress ilə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stress vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stressə, depressiyaya düzməyin dı heç bir mənası yoxdur.

5. Stress ilə mübarizədə qalib gəlmək üçün düzgün və balanslaşdırılmış qida rejimi də (bu barədə 37-ci səhifədə oxuya bilərsiniz) yaxşı kömək edir. Orqanizm stress vəziyyətində olduğu zaman onun vitamin-antikosidantlara, mikroelementlərə, həmçinin adaptogenlərə (orqanizmə möhkəmləndirici təsir edən maddələr) olan tələbi də artır. Stress vəziyyətində C, A və E vitaminləri daha çox tələb olunur. Əgər siz uzun müddət ərzində stressə məruz qalırsınızsa, mütləq vitamin kompleksləri, həmçinin immuniteti möhkəmləndirən dərman preparatları da (həkim ilə mütləq məsləhətləşməklə) qəbul edin.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin