İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Xroniki infeksiya ocaqlarının müalicə edilməsi



Yüklə 286,46 Kb.
səhifə17/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   13   14   15   16   17   18   19   20   ...   161
SALAMLIQHAQQINDADNCLR

Xroniki infeksiya ocaqlarının müalicə edilməsi
Bədəndə olan müxtəlif xroniki infeksiya ocaqları immun sisteminə mənfi təsir edərək onu xeyli dərəcədə zəiflədir. Təəssüflər olsun ki, belə ocaqlar (tonzillit, sinusit, haymorit, karioz dişlər və s.) insanların əksəriyyətində olur. Belə xroniki infeksiya fonunda, immun sistemi daim gərdin halda işləyərək, öz qüvvələrini orqanizmi xarici zərərli faktorların təsirindən qorumağa yox, daxili infeksiya ilə gedən ağır və fasiləsiz mübarizəyə sərf edir.

Həyatda hər birimiz, dişlərimizdə olan karies ilə rastlaşırıq. İnsanların əksəriyyəti kariesi hətta xəstəlik kimi yox, “kosmetik dialekt” kimi qəbul edirlər. Ona görə də biz stomoloqa kariesin xeyli ağır stadiyalarında (pilput, periodontit), dişimizdə kəskin ağrılar başladıqda müraciət edirik. Yadda saxlamaq lazımdır ki, vaxtında müalicə olunmayan karies, bir çox hallarda angina, qastrit, disbakterioz, sidik-cinsiyyət sisteminin xəstəlikləri olan nefrit, sistit və s. kimi kəskin iltihabı xəstəliklərin başlanmasına səbəb olur.

Məhz buna görə kariesin profilaktikası üçün tələb olunan əsas şərtlərə əməl etmək çox vacib hesab olunur:

- Dişlərin düzgün şəkildə təmizləmək (bu haqda stomatoloqdan məlumat ala bilərsiniz). Dişləri gündə ən azı 2 dəfə (səhər yeməyindən sonra və yatmamışdan əvvəl) 2-3 dəqiqə təmizləmək lazımdır. Səhərlər dil və damaqlara da xüsusi diqqət yetirin – gecə ərzində onların üzərinə mikroblar yığılır.

- İl ərzində 2 dəfə (hər 6 aydan bir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundadır ki, kariesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Həkimlərin fikrinə görə ildə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, karies xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.

- Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır.

- Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir. Ağız boşluğunda milyardlarla bakteriyalar yaşayır. Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş məcunu ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları – şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox “sevir”. Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariesin profilaktikası üçün imkan olduqca karbohidratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər siz buna riayət edə bilməyərək, nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu diş eleksiri ilə yaxalamalı, bu da mümkün olmadıqda isə, heç olmasa bir neçə dəqiqə ərzində tərkibində kselit olan saqqız çeynəməlisiniz. Saqqız çeynənməsi zamanı ağız suyun miqdarı artır. Ağız suyun tərkibində olan bəzi maddələr antibakterial xüsusiyyətlərə malikdir. Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqədən artıq və acqarnına çeynəmək olmaz.

Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, qəhvə və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.

- Dişlərin sağlamlığı üçün tərkibində ftor elementi olan (yodlaşdırılmış-ftorlaşdırılmış duzlar) xörək duzundan istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki bunun nəticəsində ağız suyunun tərkibində, dişlərin qorunmasında vacib rol oynayan ftoridlərin miqdarının artması baş verir.

- Dşlər çox soyuq və çox isti qidaları və içkiləri də (xüsusən isə onların növbələnməsini) “sevmirlər” ki, bu zaman onların üzərində mikroçatlar yaranır.

-Kariesin profilaktikası üçün cır limon (“kitayskiy limonnik”) qabıqlarından hazırlanmış dəmləmələrdən (1 stəkan qaynar suya 1 çay qaşığı limon qabığı olmaqla) istifadə edin.

- Damaqların vəziyyətini yaxşılaşdırmaq, orada olan iltihabı prosseslərin qarşısını almaq və ya aradan götürmək və tənəffüsü təravətləndirmək üçün xalq təbabəti vasitələrindən hesab edilən adaçayı-palıd dəmləməsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1 çay qaşığı adaçayını və o qədər də palıd qabığını götürüb üzərinə 300 ml qaynar su əlavə edin və 30 dəqiqə ərzində onu vam odda qaynadın. Alınan dəmləməni soyutmaq, süzmək və gün ərzində ağız boşluğunu onunla bir neçə dəfə yaxşı-yaxşı yaxalamaq lazımdır. Gingivit və parodontit zamanı isə belə bir sadə müalicə üsulundan da istifadə etmək olar: şəhadət barmağınıza bir qədər tənzif doladıqdan sonra onun 5-6 damcı təmiz ağ şam ağacı yağı (pixtovoe maslo) damızdıraraq sürtün. Bunu gün ərzində 2 dəfə etmək lazımdır.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin