İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


İmmunitet və bədənin möhkəmləndirilməsi



Yüklə 286,46 Kb.
səhifə16/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   12   13   14   15   16   17   18   19   ...   161
SALAMLIQHAQQINDADNCLR

İmmunitet və bədənin möhkəmləndirilməsi
Bədənin möhkəmləndirilməsi – xəstəliləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur. Bədəni möhkəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanomin müdafiə qüvvələrinin zəifləməsinə səbə ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər. Məsələ bundan ibarətdir ki, bədənimizi möhkəmləndirərkən öz immun sistemimizi də məşq etdirirk. Müntəzəm olaraq məşq edilmədiyi halda, hər bir digər orqan və sistem kimi, immun sistemi də zəifləmiş olur. Bədənin möhkəmləndirilməsi zamanı istifadə olunan üsullar vasitəsi ilə orqanizm üçün eksperimental hesab edilən müxtəlif vəziyyətlər yaradılır. Bu zaman immun sistemi də təcili olaraq öz mübarizə üsullarından aktivləşdirir.

Fiziki inkişafı səviyyəsindən asılı olmayaraq istənilən yaş qrupuna aid olan insanlar öz bədənlərinin möhkəmləndirilməsi üçün əks göstəriş yoxdur. Yadda saxlamaq lazımdır ki, bədənin möhkəmləndirilməsi fasiləsiz və sistemli şəkildə aparılmalıdır. Bədənin möhkəmləndirilməsi üzrə 2-3 ay ərzində aparılan prosedurlar daha sonra saxlanılarsa, orqanizm yaxın 3-4 həftə (uşaqlarda isə 5-7 gün) ərzində öz möhkəmliyini itirmiş olur. Buna görə də əgər hər hansı bir səbəbdən siz, uzun müddət ərzində, bədənin möhkəmləndirilməsi prosedurlarını saxlamış olarsınız, bunu davam etdirmək üçün yenə də lap əvvəldən başlamaq lazım gələcək. Bədənin möhkəmləndirilməsi prosesində sistematlikliyə əməl etməkdən savayı, bunu tədricən etmək də çox vacibdir. Bədənin möhkəmləndirilməsi yalnız o halda müsbət nəticə verəcəkdir ki, bu zaman tətbiq olunan prosedurların qüvvəsi və müddəti yavaş-yavaş artırılmış olsun. Bədənin möhkəmləndirilməsini – dərhal bədənə qar sürtməklə və ya buzlu suda çimməklə başlamaq olmaz. Belə tələsik və düşünülməmiş möhkəmləndirmə orqanizmin sağlamlığına zərər gətirə bilər.

Bədənin möhkəmləndirilməsi insan orqanizminə (xüsusən də bu işə yeni başlayanlarda) güclü şəkildə təsir edir. Buna görə də bədənin möhkəmləndirilməsi prosedurlarına başlamazdan əvvəl mütləq həkimlə də məsləhətləşmək lazımdır. Bədənin sağlamlıq dərəcəsini, yaşınızı nəzərə alaraq, həkim sizə bədənin möhkəmləndirilməsi üsullarının düzgün seçilməsində, onlardan istifadə qaydaları barədə dəyərli məlumatlar verməklə, onların orqanizmə verə biləcəkləri mənfi təsirin qarşısının alınmasında kömək edəcək.

Bədənin möhkəmləndirilməsi – orqanizmin müdafiə qabiliyyətinin artırılması vasitəsi kimi, insanlara qədim zamanlardan da məlum idi. Praktik olaraq bütün müxtəlif qədim dövlətlərin – Qədim Roma və Qədim Yunanıstan, Qədim Çin, Qədim Hindistanın – mədəniyyətlərində insan bədəninin və ruhunun möhkəmləndirilməsi profilaktik vasitələri kimi istifadə olunmuşdur.

Qədim Çin kitablarının birində sağlamlıq haqqında belə yazılmışdır. “Müdrik adam xəstəliyi öz bədənində hələ olmadığı zamandan müalicə etməyə başlayır. Çünki xəstəlik başladıqdan sonra onun müalicəsinə başlamaq mənaca o deməkdir ki, insan su axtarmaq üçün quyu qazılması prosesində yalnız susuzluq onu əldən saldıqda və ya silah hazırlamasına isə düşmənlə dava getdiyi zamanda başlayır. Məgər bu çox gec deyil?

Bədəni hava, günəş və sudan istifadə etməklə möhkəmləndirmək olar.

İnsan sağlamlığın möhkəmləndirilməsi üçün açıq havada heç olmasa 30 dəqiqə - 1 saat ərzində olan gündəlik (!) gəzintinin böyük əhəmiyyəti vardır. Belə hava vannalarının təsiri altında ürək-damar, sinir, tənəffüs sistemlərinin fəaliyyəti, qanın tərkibi (qanda eritrositlərin miqdarı və hemoqlobin səviyyəsi artır) yaxşılaşır.

Bədənin açıq havada keçirilən möhkəmləndirilməsinin effektivliyinin artırılması şərtlərindən biri geyimin düzgün seçilməsidir. Belə ki, geyinilən paltar havaya uyğun olmalı, insan özünü bu paltarda rahat hiss etməli, ona soyuq və ya isti olmamalıdır, insan tərləməməlidir.

Günəş şüaları insan orqanizmi üçün çox xeyirlidir. İstiliyin təsiri altında insan dərisindəki tər vəzilərinin fəaliyyəti güclənmiş olur. Bu zaman orqanizm üçün zərərli hesab olunan maddələrin bir çoxu tər vasitəsi ilə bədəndən xaric edilir. Belə halda həmçinin, böyrəklərin üzərinə düşən yük də bir qədər azalmış olur. İsti – orqanizmin bütün toxumalarında qan dövranının yaxşılaşmasına səbəb olur. Günəş şüalarının təsiri altında insanın dərisində, insan sağlamlığı üçün çox vacib olan D vitamini hazırlanır. Günəş şüaları bakterisid (mikrobları öldürən) xüsusiyyətə malikdir. Bu şüalar, soyuqdəyməyə və müxtəlif infeksiyalara qarşı orqanizmin müqavimətinin artırılmasında iştirak edir, orqanizmə tonuslaşdırıcı təsir göstərirlər. Yay fəslində günəş vannaları qəbul edilməsi üçün ən yaxşı vaxt səhər saat 8-dən 11-dək və günortadan sonra isə saat 17-dən 19-a qədərdir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, isti günəş şüaları altında həddindən artıq dərəcədə qalmaq orqanizmi nəinki möhkəmləndirir, hətta ona xeyli dərəcədə ziyan vurur.

Su - insan orqanizminin möhkəmləndirilməsi üçün ümumi qəbul olunan bir vasitədir. Bədənin su ilə möhkəmləndirilməsinin aşağıdakı üsulları vardır.

1) Bədəni yaş dəsmalla sürtmə. Bu bədənin su ilə möhkəmləndirilməsinin ilkin mərhələsi hesab olunur. Bu, su prosedurları içərisində ən zəifidir. Onu uşaq yaşlarından başlayaraq istənilən yaşlarda tətbiq etmək olar. Onu otaq temperaturunda olan yaş dəsmalla, suya batırılmış süngərlə (“qubka”) etmək olar. Sürtmə aşağıdakı ardıcıllıqla yerinə yetirilir: boyun, sinə, kürək. Sonra onları qurulayaraq dəri qızarana qədər dəsmalla sürtürlər. Bundan sonra yaş dəsmalla ayaqları da sürtürlər. Bütün bu prosedur 5 dəqiqə ərzində davam etdirilir.

2) Bədənin üzərinə su axıtmaq. Bu isə, bədənin su ilə möhkəmləndirilməsinin növbəti mərhələsidir. İlkin su axıtma prosedurunu +300C –dən başlayaraq tədricən +150C-dək azaltmaq məsləhət görülür. Su axıdılması prosedurundan sonra bədəni fəal şəkildə dəsmalla sürtmək lazımdır. Bu prosedurlara yay aylarında və daha yüksək temperaturlardan başlamaq lazımdır. Bu prosedur 20-40 saniyə müddətində aparılmalıdır.

3) Duş qəbul edilməsi – bədənin su ilə möhkəmləndirilməsi üçün daha effektiv prosedur hesab olunur. Bu prosedurun ilk mərhələlərində suyun temperaturu +30-320C arasında olmalı və 1 dəqiqədən artıq davam etdirilməlidir. Sonrakı mərhələlərdə suyun temperaturunu tədricən azaltmaq, prosedurun qəbul müddətini isə 2 dəqiqəyədək (duşdan sonra bədənin fəal şəkildə dəsmalla sürtülməsi də daxil olmaqla) artırmaq olar. Bu zaman 3 dəqiqə ərzində 2-3 dəfə olmaqla temperaturu 35-400C olan isti duşu temperaturu 13-200C olan soyuq su ilə növbələmək lazımdır.

Bədənin möhkəmləndirilməsi üçün su ilə ümumi prosedurlarla yanaşı yerli prosedurlar da keçirilir. Onlardan ən çox tətbiq edilənləri, soyuq su ilə ayaq pəncələrinin yuyulması və boğazın qarqara edilməsidir. Bu yolla biz ən tez soyuqlayan bədən hissələrini möhkəmləndirməyə çalışırıq.

Ayaq pəncələrinin yuyulması bütün il boyu yatmamışdan əvvəl aparılmalıdır. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 26-280C olmalı, sonrakı mərhələlərdə isə tədricən 12-150C-dək azaldılmalıdır. Yuyulmadan sonra ayaq dərisi qızarana qədər dəsmalla silinməlidir.

Boğazın (udlağın) qarqara edilməsi – hər gün səhər və axşam edilir. Prosedurun ilkin mərhələlərində suyun temperaturu 23-250C olmalı, sonrakı mərhələlərdə isə hər həftə 1-20C azaldılaraq tədricən 5-100C-yə çatdırılmalıdır. Yadda saxlamaq lazımdır ki, əgər sizdə ağız boşluğunun və udlağın xəstəlikləri (xroniki tonzillit və s.) vardırsa, boğazın (udlağın) qarqara edilməsinə yalnız həkim məsləhətindən sonra başlamaq olar.

Hamam və saunaya getmək də bədənin möhkəmləndirilməsinə çox yaxşı təsir edir. Bu prosedurların təsiri nəticəsində orqanizmin iş qabiliyyəti və emosional tonusu artır, qan damarları genişlənir, orqanizmin bütün toxumalarında qan dövranının güclənməsi baş verir. Yüksək temperaturun təsiri altında dəridən güclü şəkildə tər xaric olunur ki bu da maddələr mübadiləsinin zərərli məhsullarının orqanizmdən xaric olunmasına kömək edir. Müntəzəm olaraq hamam və saunaya gedilməsi nəticəsində orqanizmin soyuqdəyməyə və infeksion xəstəliklərə qarşı olan müqaviməti yüksəlmiş olur.

Ancaq hamam və saunaya tez-tez getmək də məsləhət deyil. Bununla da siz sağlamlığınıza zərər vura bilərsiniz. Bundan əlavə hamam və saunaya getməyə əks-göstəriş olan xəstəliklər də vardır: ürək qüsurları, hipertoniya, ürəyin işemik xəstəliyi, ateroskleroz, ağ ciyər xəstəlikləri, bronxial astma, xora xəstəliyi, bədxassəli şişlər, qalxanvarı vəzinin xəstəlikləri və s.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin