Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Dövlət və Bədən Tərbiyəsi və İdman Akademiyası
SƏRBƏST İŞ
Mövzu: Canlı sistemlərdə mexaniki hərəkətlər
Fənn: Biomexanika
Qrup: 111a6
Fakültə: Məşqçilik
Müəllim: Məmmədova Könül
Tələbə: Orucova Təranə
Bakı-2023
Canlı sistemlərdə mexaniki hərəkətlər
PLAN:
Biomexanikada canlı sistemdə mexaniki hərəkət
İnsan bədəninin mexaniki hərəkət obyekti
Kinetik an
Mexaniki hərəkətin enerjisi
Biomexanika canlı sistemlərdə mexaniki hərəkətin qanunları haqqında elmdir. İdman biomexanikası idman texnikasının nəzəri əsasını təşkil edir, idmançıların fiziki, texniki hazırlığını əsaslandırır. İdman biomexanikasında insan hərəkətlərinin Öyrənilməsi nəticə etibarilə hərəkət əməliyyatlarının təkmilləşmiş üsullarının axtarışına yönəlir.
Biomexanika elmi bir tədris fənni kimi toplanmış biliklərlə xarakterizə olunur. Bu biliklər müəyyən sistemdə - biomexanika nəzəriyyəsində formalaşır. Bununla bərabər, yeni biliklərin alınma üsulları işlənib hazırlanır, bu isə biomexanika metodunu təşkil edir. Nəzəriyyə və metod müvafiq anlayış və qanunlarla ifadə olunur və biomexanikanın məzmununu aşkara çıxarır. Insan hərəkətlərini tədqiq edərkən onun bədəninin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edirlər. Başqa sözlə, bədənin biomexaniki xüsusiyyətlərinin ölçüləri nisbətini, kütlə bölgüsünü, oynaqların mühərrikliyini və bütün bədənin, onun hissələrinin ağırlıq mərkəzini qeyd edir.
İdman biomexanikasında öyrənilən insanin mexaniki hərəkətləri xarici qüvvələr (ağırlıq, sürtünmə, zərbə və s.) və həmçinin daxili qüvvələrin (əzələlərin dartma qüvvəsi) təsiri altında baş verir. İnsanın əzələləri İsəmərkəzi sinir sistemi vasitəsilə idarə olunur. Odur ki, canlı təbiətin hərəkətlərini tam başa düşmək üçün, nəinki hərəkətlərin mexanizm Öyrənmək həm də onların biologiyasını aydınlaşdırmaq lazımdır, çünki Əsas xüsusiyyətlər mexaniki qüvvələrin səbəblərini təyin edir. (Məsələn, insanın hərəkətlərinin şəraitə uyğunlaşması səbəblərini, hərəkətlərin təkmilləşmə üsullarını, yorğunluğunu, təsirini və s.)
Məlumdur ki, orqanizmin hüceyrələrində baş verən müxtəlif kimyəvi və fiziki tənəffüs, qidanın həzmi və xaric edilməsi, bədənin və onun hissələrinin bir-birinə nisbətən müəyyən fəzada yerlərini dəyişməsi, mürəkkəb sinir fəliyyəti və s. Bütün bunlar materianın müxtəlif formaları hərəkətləridir. Sadə hərəkət formaları olan mexaniki, fiziki və kimyəvi hərəkət formaları həm canlı, həm də cansız təbiətdən müşahidə edir. Mürəkkəb formalarına isə bioloji (bütün canlılar alemi) və sosioloji (ictimai münasibətlər, düşünmə) əlaqələr aiddir. Hər bir mürəkkəb hərəkət forması özündə daha sadə hərəkət formalarını birləşdirir. İnsanın hərəkət Əməliyyatları, hansi ki, idman biomexanikasında öyrənilir, bunları mexaniki hərəkətlərdir. Lakin bu hərəkətlər daha yüksək hərəkət formalarının iştirakı ilə icra edilir. Ona görə də bioloji mexanika (biomexanika) cansız cismlərin biomexanikasından keyfiyyətcə fərqlənərək ondan daha geniş və daha mürəkkəbdir. Ümumiyyətlə, həyatın əsas şərti, canlı orqanizmin onu əhatə edən mühitlə qarşılıqlı olan əlaqəsidir. Bu qarşılıqlı əlaqədə hərəkət fəaliyyəti mühüm rol oynayır. Biomexanika insanın hərəkətlərini bədənin fəal hərəkətləri ilə vəziyyətlərinin qarşılıqlı əlaqəsi sistemi kimi öyrənir.
Məlumdur ki, insanın hərəkət aparatını sümüklər, onların birləşmələrinə hərəkət aparatının fəal hissəsi olan əzələlər təşkil edir. Bütün sümüklər oynaq, qığırdaq və ya birləşdirici toxuma vasitəsilə birləşib skleti təşkil edirlər.
Sümüklərə birləşən əzələlər isə yığılıb-boşalmaları ilə istiqaməti və öz dartma qüvvələri dəyişərək insanın, onun ayrı-ayrı hissələrinin hərəkətlərinə yerdəyişmələrinə səbəb olur. Beləliklə, insanın hərəkət aparatının xüsusiyyətləri insan bədənini mexaniki hərəkət obyekti və biomexaniki sistem kimi təsvir etməyə imkan verir. Biomexaniki sistem ümumi xüsusiyyətlərə malik olan canlı törəmələri, məsələn, üzvlərin toxumaların bir-biri ilə birləşməsi deməkdir. Biomexaniki sistem əsasən mexaniki hərəkət qanunlarının icrasında, bu hərəkətlərin idarə edilməsi üsullarında, bu hərəkətlərdə iştirakında və ya onlardan istifadə edilməsində ümumi xüsusiyyətlərə malikdir.
İnsanın hərəkətlərinin tədqiq edərkən onun bədəninin hərəki funksiyasının və mexaniki vəziyyətinin kəmiyyət göstəricilərini ölçürlər. Başqa sözlə desək, bədənin biomexaniki xarakteristikası (bədən proporsiyasını, kütlə bölgüsünü oynaqlarda mütəhərrikliyi və s.) və bütün bədənin və onun hissələrinin hərəkətini qeyd edirlər.
Qüvvənin təsiri nəticəsi yalnız cismin sadə irəli hərəkətində mümkündür. İnsan hərəkətlərində isə harada ki, bədən hissələrinin bütün hərəkətləri fırladıcı xarakter daşıyırsa, dairəvi hərəkətlərin dəyişikliyi qüvvədən asılı olmayıb qüvvə anından asılıdır. Qüvvə ani cismə tətbiq edilən qüvvənin fırladıcı təsirinin ölçüsüdür. O, qüvvənin çiyninə olan hasilinə bərabərdir. Qüvvə çiyni qüvvə anı mərkəzindən qüvvə təsiri xəttinə qədər olan qısa məsafəsidir.
Hər bir qüvvə impulsa malikdir. Qüvvə impulsu sürət dəyişikliyini müəyyən edir. Qüvvənin özü ise sürətləndirməni, yəni sürət dəyişiklikləri sürətin dəyişilməsində hərəkətlərin miqdarı və kinetik anı meydana çıxır.
Hərəkətlərin miqdarı cismin irəli hərəkətinin ölçüsü olub, mexaniki hərəkət kimi digər cismə verilməsi əlamətini xarakterizə edir. Hərəkətlərin miqdarı kütlə cisminin onun sürətinə olan hasili ilə ölçülür: k=mv
Cismin hərəkətlərinin miqdarı təyin oluna bilər, məs: hansı müddətlə cisim ləngidici qüvvənin təsiri altında hərəkət edir. Hərəkət miqdarının müvafiq dəyişikliyi qüvvə impulsunun təsiri altında baş verir.
Kinetik an cismin dövrü hərəkətinin ölçüsü olub mexaniki hərəkət şəklində başqa cismə verilməsi əlamətini xarakterizə edir. Kinetik an fırlanma oxuna nisbətən ǝtalət anının cismin bucaq sürətinə olan hasilinə bərabərdir: Kan= YW
Qüvvə ani impulsunun təsiri altında kinetik anın müvafiq dəyişikliyi baş verir. Beləliklə, hərəkətin dəyişikliklərinin dinamik Ölçüsü (hərəkətlərin miqdarı,kinetikası) da əlavə olunur. Qüvvə təsiri ölçüləri ilə birlikdə onlar qüvvənin hərəkətlə qarşılıqlı əlaqəsini əks etdirirlər. Bunların öyrənilməsi hərəkətin fiziki əsaslarını başa düşməyə kömək edir ki, bu da insan hərəkətlərinin spesifik xüsusiyyətlərinin öyrənilməsi üçün çox vacibdir.
İnsan hərəkətləri zamanı onun bədəninə tətbiq olunan qüvvə iş görür və bədən hissələrinin vəziyyətini və sürətini dəyişdirir ki, bu da enerjinin dəyişilməsinə səbəb olur. Qüvvənin işi-bu qüvvə təsiri altında cismin yerdəyişməsini göstərən ölçüdür.
Əgər qüvvə hərəkətə tərəf yönəlmişsə, onda o hərəkət edən cismin enerjisini artıraraq, müsbət iş görür.Əksinə qüvvə hərəkətin qarşısına yönəlmişsə, onda qüvvənin işi mənfi olur və hərəkət edən cismin enerjisi azalır. Cismin ağırlıq qüvvəsinin işi, onun çəkisinin, ilkin və sonuncu vəziyyətlərinin hündürlük fərqinin hasilinə bərabərdir: A=RH Cismin aşağı hərəkətində ağırlıq qüvvəsinin işi müsbət, yuxarı hərəkətində isə mənfidir.
Enerji sistemin iş qabiliyyətinin ehtiyat mənbəyidir. Mexaniki enerji sistemdə cisimlərin hərəkətlərinin sürətilə və onların qarşılıqlı yerləşməsi ilə təyin olunur, deməli bu enerji yerdəyişmə və qarşılıqlı təsir enerjisidir. Cismin kinetik enerjisionun mexaniki hərəkətinin enerjisi olub, iş görmək imkanını müəyyən edir. İrəli hərəktdə kinetik enerji belə ölçülür: Ekin=mv2/2 yəni, cismin kütləsinin onun sürət kvadratına olan hasilinin yarısı ilə ölçülür. Dövrü hərəkətlərdə isə kinetik enerji Ekin=1W2/2 yəni ətalǝt anının bucaq sürəti kvadratına olan hasilinin yarısı ilə ölçülür.
Cismin potensial enerjisi onun vəziyyətinin enerjisidir.
Epot GH, G- ağırlıq qüvvəsi, h-ilkin və son vəziyyətlərinin fərqidir.İnsanın hərəkətlərdə hərəkətin bir növü başqa növə keçir. Bu zaman hərəkətin ölçüsü olan enerji də 1 növdən başqa növə keçir.
Hərəkətlərdə istifadə olan enerjinin digər növləri:
Mexaniki enerji yerdəyişmədə və qarşılıqlı təsirdə meydana çıxır.
Cismin kinetik enerjisini onun mexaniki hərəkətinin enerjisi olub, iş görmək imkanını müəyyən edir.
Cismin potensial enerjisi onun vəziyyətinin enerjisi olub, cisimlərin və ya onların hissələrinin nisbi olaraq qarşılıqlı yerləşməsi və qarşılıqlı təsirinin xarakterindən asılıdır.
Beləliklə, insanın hərəkətlərində hərəkətin bir növü başqa növə keçdikdə materiyanın hərəkətinin ölçüsü olan enerji də bir növdən başqa növə keçir.
Enerjinin bütün dəyişmələrində onun çox hissəsi istilik enerjisinə çevrilir və yayılır. Lakin mexaniki enerji istilik enerjisinə çevrilərək mexaniki iş prosesində itir, mexaniki enerjinin təxminən 4 mexaniki işə sərf olunur.
ƏDƏBİYYAT
file:///C:/Users/79250/Downloads/Canl_%20sisteml_rd_%20mexaniki%20h_r_k_tin%20qanunlar_%20haqq_nda%20elmdir.%20.pdf
Dostları ilə paylaş: |