АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 121-124 (2016)
121
Ağ Ciyər Vərəmi Olan Xəstələr Arasında Dərmanlara Rezistentliyin
Xüsusiyyətləri
R.İ. Bayramov
Azərbaycan Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrası, Bakıxanov küç., 23, Bakı AZ1022,
Azərbaycan; E-mail: rafiq-bayramov@mail.ru
Müasir dövrdə vərəm xəstəlikləri arasında dərmanlara rezistent formaların rast gəlmə tezliyinin art-
ması problemin hələ də aktual olduğunu göstərir. Tətqiqat işində vərəmin klinik formaları arasında
daha çox rast gəlinən və epidemioloji təhlükəliliyi yüksək olan ağ ciyər vərəmi xəstələri arasında dər-
manlara rezistentliyin strukturu öyrənilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, istər ilkin
aşkar edilmiş vərəm əleyhinə dərmanlara qarşı rezistent ağ ciyər vərəmi olan xəstələr arasında, istərsə
də əvvəllər vərəm əleyhinə müalicə almış dərmanlara davamlı ağ ciyər vərəmi olan xəstələr arasında
multirezistent formalar daha çox rast gəlinir. Bu isə vərəm əleyhinə dərmanlara qarşı rezistent, xüsu-
silə multirezistent ağ ciyər vərəmi olan xəstələrin vaxtında aşkar olunaraq düzgün, kompleks müalicə
olunması nəticəsində epidemioloji vəziyyətin gərginləşməsinin qarşısının alınmasına doğru yönəlmiş
vacib tədbirdir.
Açar sözlər: Ağ ciyər vərəmi, dərmanlara rezistentlik
GİRİŞ
Son illər bütün dünyada vərəmin epidemiolo-
giyasında zəif də olsa müsbət dinamika müşahidə
olunmasına baxmayaraq, aşkar edilmiş vərəm xəs-
tələri arasında dərmanlara rezistent formaların rast
gəlmə tezliyinin artması problemin hələ də aktual
olaraq qaldığını əks etdirir. Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatına əsasən dünyada hər
il təxminən 490 mindən çox insan dərmanlara rezis-
tent formalı vərəmlə xəstələnir ki, onların da 110
min nəfəri bu xəstəlikdən dünyasını dəyişir. Vərəm
əleyhinə dərmanlara qarşı rezistent ağ ciyər vərəmi
olan xəstələr ətraf mühit üçün daha çox epidemio-
loji təhlükəlidir. Bu xəstələrdə massiv mikobakteri-
ya ifrazı müşahidə olunur ki, nəticədə yeni birincili
dərmanlara rezistent vərəmlə yoluxma və xəstələn-
mə hallarının çoxalmasına səbəb olur. Həmçinin
dərmanlara rezistent ağ ciyər vərəmi olan xəstələrin
müalicəsi də ftiziatriyanın aktual məsələlərindən bi-
ridir (Сапожникова и др., 2014). Belə ki, bu xəstə-
lərin müalicəsi daha uzun müddətli (iki il, bəzi hal-
larda daha çox) və toksik təsiri yüksək olan prepa-
ratlarla aparılır. Bu xəstələrin müalicəsi vərəmin
digər formalarına nisbətən bir neçə yüz dəfə və bəzi
hallarda daha çox baha başa gəlir. Beləliklə, ağ ci-
yər vərəmi olan xəstələr arasında dərmanlara rezis-
tentliyin çox rast gəlməsi ancaq elmi, klinik və epi-
demioloji deyil, həm də iqtisadi baxımdan böyük
əhəmiyyət kəsb edir (Золотарева и др., 2014; Ту-
беркулез в Российской…, 2013). Qeyd edilənlər
dərmanlara rezistent formalı vərəmin bütün dünya-
da tibbin aktual problemi olduğunu, bu xəstələrin
erkən aşkar olunması və dərmanlara rezistentliyin
strukturuna müvafiq olaraq düzgün kompleks müa-
licəsinin vərəmin epidemioloji göstəricilərinə nəzə-
rə çarpacaq dərəcədə müsbət təsir edəcəyinə əsas
verir.
Tədqiqat işinin məqsədi - vərəmin klinik forma-
ları arasında daha çox rast gəlinən və epidemioloji
təhlükəliliyi daha yüksək olan ağ ciyər vərəmi olan
xəstələr arasında dərmanlara rezistentliyin struktu-
runun öyrənilməsidir.
MATERİAL VƏ METODLAR
Qarşıya qoyulan vəzifələri icra etmək üçün
Milli İstinad Laboratoriyasında müayinə olunan və
vərəm mikobakteriyası aşkar edilən (VMB+)3606
bəlğəm nümunəsinin nəticələri araşdırılmışdır. Bu
bəlğəm nümunələrindən 1254-ü ilk dəfə aşkar olu-
nan ağ ciyər vərəmi olan xəstələrə, 2352-i isə əv-
vəllər vərəmə qarşı müalicə almış xəstələrə məxsus
olmuşdur. Vərəmə qarşı əvvəllər müalicə olunmuş
xəstələrin 949-u vərəmin residivi olan (sağalmış və
ya müalicə kursunu başa çatdırmış xəstələrdə yeni-
dən prosesin fəallaşması), 531-i uğursuz müalicə-
dən sonra (əvvəlki kimyaterapiya kursu müddətində
uğursuz nəticə qeydə alınıb, dərmanlara rezistentlik
aşkar olunmuş və müvafiq kimyaterapiya rejiminə
keçirilmiş vərəm xəstələri də bu kateqoriyaya daxil-
dirlər), 667-i müalicənin dayandırılması ilə əlaqə-
dar (əvvəlki kimyaterapiya kursu ərzində bir ay və
daha çox fasilə qeyd olunmuş), 205-i isə digər sə-
bəblərdən (əvvəllər müalicə olunması barədə heç
bir məlumat olmayan və s.) vərəmin yenidən fəal-
laşdığı xəstələr olmuşdur. Vərəm əleyhinə dərman-
R.İ. Bayramov
122
lara qarşı həssaslıq bəlğəm nümunələrinin Levenş-
teyn-Yensen qidalı mühitində əkilməsi və molekul-
yar diaqnostik metod olan GeneXpert MTB/RIF
müayinəsi nəticəsində əldə edilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
İlkin aşkar olunmuş 1254 nəfər VMB+ ağ ciyər
vərəmi olan xəstələrin bəlğəm nümunələrinin müa-
yinəsinin nəticəsinin araşdırılması zamanı müəyyən
olunmuşdur ki, bu qrupdan olan xəstələrin 802 nə-
fərində (63,9%) bütün vərəm əleyhinə dərmanlara
qarşı həssaslıq qorunmuş, 452 nəfərdə (36,4%) isə
bu və ya digər vərəm əleyhinə preparata qarşı birin-
cili rezistentlik müəyyən edilmişdir. Tədqiqat müd-
dətində ilkin aşkar edilmiş dərmanlara rezistent ağ
ciyər vərəmi olan xəstələrdə rezistentliyin struktu-
runa görə 85 nəfər xəstədə (18,8%) streptomisinə
qarşı monorezistentlik, 159 xəstədə (35,2%) polire-
zistentlik aşkar edilmişdir (şəkil 1). Polirezistent for-
malı ilkin aşkar edilən ağ ciyər vərəmi olan xəs-
tələrin 117 nəfərində (73,6%) vərəm əleyhinə ən
güclü təsirə malik dərmanlardan biri olan izoniazidlə
yanaşı streptomisin və etambutola qarşı rezistentlik,
42 nəfərdə (26,4%) isə digər vərəm əleyhinə ən
güclü effektə malik olan rifampisinlə yanaşı strepto-
misin və etambutola qarşı rezistentlik aşkar edilmiş-
dir. Dərmanlara rezistent olan ilkin aşkar edilmiş ağ
ciyər vərəmi olan xəstələrin 195 nəfərində (43,1%)
multirezistentlik (MDR) aşkar edilmiş, yəni ən güclü
vərəm əleyhinə effektə malik olan hər iki preparat –
izoniazid və rifampisinlə yanaşı streptomisin və
etambutola qarşı rezistentlik müəyyən edilmişdir. 13
nəfər (2,9%) xəstədə isə vərəm əleyhinə preparatlara
qarşı genişləndirilmiş rezistentlik (GDD) aşkar edil-
mişdir. Belə ki, bu xəstələrdə izoniazid və rifam-
pisinlə yanaşı kanamisin və yaxud amikasinə, həm
də ofloksasinə qarşı rezistentlik müəyyən edilmişdir.
Əvvəllər vərəm əleyhinə müalicə almış xəstələr
arasında dərmanlara rezistentliyin strukturunun təd-
qiqi zamanı müəyyən edilmişdir ki, bu qrupdan olan
2352 xəstənin bəlğəm nümunəsinin 1157-sində
(49,2%) bütün vərəm əleyhinə dərmanlara qarşı həs-
saslıq qorunmuş, 1195-də (50,8%) isə bir və ya bir
neçə vərəm əleyhinə preparata qarşı rezistentlik
müşahidə edilmişdir. Əvvəllər müalicə almış və dər-
manlara qarşı ikincili rezistentlik aşkar edilən xəs-
tələrdən 97 nəfərdə (8,1%) streptomisinə qarşı mo-
norezistentlik, 183 nəfərdə (15,3%) vərəm əleyhinə
ən güclü təsirə malik dərmanlardan biri olan izonia-
zidlə yanaşı streptomisin və etambutola qarşı polire-
zistentlik, 206 nəfərdə (17,2%) digər vərəm əleyhinə
ən güclü effektə malik olan rifampisinlə yanaşı
streptomisin və etambutola qarşı polirezistentlik, 663
nəfərdə (55,5%) multirezistentlik, 46 nəfərdə isə
(3,9%) izoniazid və rifampisinlə yanaşı kanamisin və
yaxud amikasinə, həm də ofloksasinə qarşı genişlən-
dirilmiş rezistentlik müəyyən edilmişdir (cədvəl 1).
Vərəmin residivi olan 949 nəfərdən 667-də (70,3%)
bütün vərəm əleyhinə dərmanlara qarşı həssaslıq qo-
runmuş, 282 xəstədə (29,7%) isə bir və ya bir neçə
vərəm əleyhinə preparata qarşı rezistentlik müşahidə
edilmişdir. Vərəm əleyhinə preparatlara qarşı ikin-
cili rezistentlik aşkar edilən vərəmin residivi olan
xəstələrdən 38 nəfərdə (13,5%) streptomisinə qarşı
monorezistentlik, 75 nəfərdə (26,6%) vərəm əleyhi-
nə ən güclü təsirə malik dərmanlardan biri olan izo-
niazidlə yanaşı streptomisin və etambutola qarşı po-
lirezistentlik, 66 nəfərdə (23,4%) digər vərəm əley-
hinə ən güclü effektə malik olan rifampisinlə yanaşı
streptomisin və etambutola qarşı polirezistentlik, 95
nəfərdə (33,7%) multirezistentlik, 8 nəfərdə isə
(2,8%) izoniazid və rifampisinlə yanaşı kanamisin və
yaxud amikasinə, həm də ofloksasinə qarşı genişlən-
dirilmiş rezistentlik müəyyən edilmişdir.
Şəkil 1. İlkin aşkar edilmiş ağ ciyər vərəmi olan xəstələr arasında
dərmanlara qarşı rezistentliyin xüsusiyyəti.
Ağ ciyər Vərəmi Olan Xəstələr Arasında
123
Cədvəl 1. Əvvəllər vərəm əleyhinə müalicə qəbul etmiş xəstələr arasında dərmanlara qarşı rezistentliyin xüsusiyyəti
Göstəricilər
Əvvəllər müalicə almış xəstələr
Residiv olanlar
Uğursuz
müalicədən sonra
Müalicənin dayandırılması
ilə əlaqəli
Digər səbəblərdən
fəallaşan
Həssaslıq qorunmuş
667
61
307
122
Monorezistentlik (streptomisinə qarşı)
38
16
30
13
Polirezistentlik(izoniazid, etambutol
və streptomisinə qarşı)
75
27
55
26
Polirezistentlik(rifampisin, etambutol
və streptomisinə qarşı)
66
60
58
22
Multirezistent
95
339
207
22
Genişləndirilmiş rezistentlik
8
28
10
-
Vərəmin uğursuz müalicədən sonra fəallaşdığı
formaları müşahidə olunan 531 nəfərdən 61-də
(11,5%) bütün vərəm əleyhinə dərmanlara qarşı həs-
saslıq qorunmuş, 470 xəstədə (88,5%) isə bir və ya
bir neçə vərəm əleyhinə preparata qarşı rezistentlik
müşahidə edilmişdir. Vərəm əleyhinə preparatlara
qarşı ikincili rezistentlik aşkar edilən vərəmin uğur-
suz müalicədən sonra fəallaşdığı formaları müşahidə
olunan xəstələrdən 16 nəfərdə (3,4%) streptomisinə
qarşı monorezistentlik, 27 nəfərdə (5,7%) vərəm
əleyhinə ən güclü təsirə malik dərmanlardan biri olan
izoniazidlə yanaşı streptomisin və etambutola qarşı
polirezistentlik, 60 nəfərdə (12,8%) digər vərəm
əleyhinə ən güclü effektə malik olan rifampisinlə ya-
naşı streptomisin və etambutola qarşı polirezistent-
lik, 339 nəfərdə (72,1%) multirezistentlik, 28 nəfərdə
isə (6%) izoniazid və rifampisinlə yanaşı kanamisin
və yaxud amikasinə, həm də ofloksasinə qarşı geniş-
ləndirilmiş rezistentlik müəyyən edilmişdir. Ağ ciyər
vərəmi olan xəstələrin müalicəni dayandırması ilə
əlaqədar olaraq fəallaşdığı formaları müşahidə olu-
nan 667 nəfərdən 307-də (46%) bütün vərəm əley-
hinə dərmanlara qarşı həssaslıq qorunmuş, 360 xəs-
tədə (54%) isə bir və ya bir neçə vərəm əleyhinə pre-
parata qarşı rezistentlik müşahidə edilmişdir. Xəstə-
lərin müalicəni dayandırması ilə əlaqədar olaraq
müşahidə olunan, vərəm əleyhinə preparatlara qarşı
ikincili rezistentlik aşkar edilən xəstələrdən 30 nəfər-
də (8,3%) streptomisinə qarşı monorezistentlik, 55
nəfərdə (15,3%) vərəm əleyhinə ən güclü təsirə ma-
lik dərmanlardan biri olan izoniazidlə yanaşı strepto-
misin və etambutola qarşı polirezistentlik, 58 nəfərdə
(16,1%) digər vərəm əleyhinə ən güclü effektə malik
olan rifampisinlə yanaşı streptomisin və etambutola
qarşı polirezistentlik, 207 nəfərdə (57,5%) multirezis-
tentlik, 10 nəfərdə isə (2,8%) izoniazid və rifampi-
sinlə yanaşı kanamisin və yaxud amikasinə, həm də
ofloksasinə qarşı genişləndirilmiş rezistentlik müəy-
yən edilmişdir. Vərəmin digər səbəblərdən (əvvəl-
lər müalicə olunması barədə heç bir məlumat olma-
yan və s.) fəallaşdığı formaları müşahidə olunan
205 nəfərdən 122-də (59,5%) bütün vərəm əleyhinə
dərmanlara qarşı həssaslıq qorunmuş, 83 xəstədə
(40,5%) isə bir və ya bir neçə vərəm əleyhinə
preparata qarşı rezistentlik müşahidə edilmişdir.
Vərəm əleyhinə preparatlara qarşı ikincili rezis-
tentlik aşkar edilən vərəmin digər səbəblərdən fəal-
laşdığı formaları müşahidə olunan xəstələrdən 13
nəfərdə (15,7%) streptomisinə qarşı monorezistent-
lik, 26 nəfərdə (31,3%) vərəm əleyhinə ən güclü tə-
sirə malik dərmanlardan biri olan izoniazidlə yanaşı
streptomisin və etambutola qarşı polirezistentlik, 22
nəfərdə (26,5%) digər vərəm əleyhinə ən güclü ef-
fektə malik olan rifampisinlə yanaşı streptomisin və
etambutola qarşı polirezistentlik, 22 nəfərdə (26,5%)
isə multirezistentlik aşkar edilmişdir. Bu qrupdan
olan xəstələrdə vərəm əleyhinə dərmanlara qarşı ge-
nişləndirilmiş rezistentlik müəyyən edilməmişdir.
Göründüyü kimi, tədqiqat müddətində istər il-
kin aşkar edilmiş vərəm əleyhinə dərmanlara qarşı
rezistent ağ ciyər vərəmi olan xəstələr arasında, is-
tərsə də əvvəllər vərəm əleyhinə müalicə almış dər-
manlara davamlı ağ ciyər vərəmi olan xəstələr ara-
sında multirezistent formalar daha çox rast gəlinir.
Belə ki, ilkin aşkar edilən dərmanlara davamlı ağ
ciyər vərəmi olan xəstələrin təxminən yarısını
(43,1%), əvvəllər müalicə almış dərmanlara davam-
lı ağ ciyər vərəmi olan xəstələrin isə yarıdan çoxu-
nu (55,5%) multirezistent ağ ciyər vərəmi olan xəs-
tələr təşkil edir. Bu isə vərəm əleyhinə dərmanlara
qarşı rezistent, xüsusilə multirezistent ağ ciyər vərə-
mi olan xəstələrin vaxtında aşkar olunaraq düzgün,
kompleks müalicə olunması nəticəsində epidemio-
loji vəziyyətin gərginləşməsinin qarşısının alınma-
sına doğru yönəlmiş vacib tədbirdir.
ƏDƏBİYYAT
Золотарева Л.В., Золотарев Ю.В., Стратулат
А.Ю. (2014) Структура первичной лекарствен-
ной устойчивости штаммов микобактерий ту-
беркулеза у впервые выявленных больных ту-
беркулезом легких. Инфекционные болезни,
12(№1):108
Сапожникова Н.В., Яковчук А.А., Черно-
хаева И.В., Павлова М.В., Арчакова Л.И.,
Старшинова А.А., Журавлев В.Ю. (2014)
R.İ. Bayramov
124
Влияние ранних методов диагностики множе-
ственной лекарственной устойчивости на эф-
фективность лечения пациентов с туберкуле-
зом органов дыхания.Инфекционные болезни,
12(№1): 273-274.
Туберкулез в Российской Федерации 2011
год: аналитический обзор статистических
показателей, используемых в Российской
Федерации и в мире (2013) М.: Триада, 280 с.
Особенности Лекарственной Устойчивости У Больных Туберкулезом Легких
Р.И. Байрамов
Кафедра легочных заболеваний Азербайджанского медицинского университета
В настоящее время увеличение частоты встречаемости лекарственно-резистентной формы туберкуле-
за указывает на то, что проблема остается актуальной. Целью исследования явилось изучение струк-
туры лекарственной устойчивости у больных туберкулезом легких с наиболее часто встречающимся
и с наиболее высокой эпидемиологической опасностью клиническими формами туберкулеза. Резуль-
таты исследования показали, что и среди впервые выявленных больных туберкулезом легких с лекар-
ственной устойчивостью, и среди больных туберкулезом легких с лекарственной устойчивостью ра-
нее получавших противотуберкулезное лечение, чаще встречаются мультирезистентные формы. Вы-
явление у больных туберкулезом легких лекарственной устойчивости, в частности, мультирезистент-
ных форм, своевременно начатое правильное и комплексное лечение этих больных является очень
важным шагом в сторону предотвращения напряжения эпидемиологической ситуации.
Ключевые слова: Туберкулез легких, лекарственная резистентность
The Features Of Drug Resistance In Patients With Lung Tuberculosis
R.I. Bayramov
Department of Lung Diseases, Azerbaijan Medical University,
The current increase in the frequency of drug resistant tuberculosis indicates that this problem is still urgent.
The drug resistance structure in patients with lung tuberculosis with the most frequent and the highest epi-
demiological risk among clinical forms of tuberculosis has been studied. The results showed that multi-drug
resistant forms occurred more frequently among new TB patients as well as among previously treated pa-
tients with drug resistant lung tuberculosis. Timely identification of patients with drug resistant lung tubercu-
losis, in particular, MDR, for the conducting proper and comprehensive treatment is a very important step
towards the prevention of the stress of epidemiological situation.
Key words: Lung tuberculosis, drug resistance
Dostları ilə paylaş: |