İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


İmmunitet və fiziki aktivlik



Yüklə 286,46 Kb.
səhifə15/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   11   12   13   14   15   16   17   18   ...   161
SALAMLIQHAQQINDADNCLR

İmmunitet və fiziki aktivlik
İmmunitetin möhkəmləndirilməsi üçün orqanizm, müntəzəm olaraq, öz imkanları çərçivəsində fiziki gərginliyə məruz qalmalıdır. Təbiət bizi böyük fiziki gərginliklərə tab gətirə bilmək bacarığı ilə yaratmışdır. Əgər fiziki gərginlik olmazsa, orqanizm də yavaş-yavaş dağılmağa başlayar. Bu həm bütün orqanizmə, həm də immun sisteminə aiddir.

Fiziki gərginlik maddələr mübadiləsini yaxşılaşdıraraq, orqanizmin şlaklardan toksinlərdən və digər zərərli maddələrdən təmizlənməsinə kömək edir və bunun nəticəsində immun sistemi də möhkəmləndirir. Alimlər hesab edirlər ki, fiziki hərəkətlər zamanı immun sistemin fəaliyyəti xeyli dərəcədə stimulyasiya olunur – makrofaqların, “təbii killer”lərin və immun sisteminin digər hüceyrələrinin hazırlanması prosesi artmış olur. Məhz buna görə, aktiv istirahətin tərəfdarı olanlar, passiv istirahətə üstünlük verənlərə nisbətən, soyuqdəymə xəstəlikləri ilə xeyli dərəcədə az xəstələnirlər.

Bundan əlavə, hesab olunur ki, idmanla məşğul olarkən insan orqanizmində xüsusi maddə - xoşbəxtlik hormonu olan “endorfinlər” hazırlanmağa başlayır. Məhz buna görə də fiziki hərəkətlərlə məşğul olmaq, immuniteti xeyli dərəcədə zəiflətmiş olan stress ilə mübarizədə ən yaxşı üsullardan biri hesab olunur.

Ancaq onu da bilmək vacibdir ki, həddindən artıq dərəcədə fiziki gərginlik immun sisteminə yalnız ziyan vura bilər. Belə ki, idman təbabətində bu, ən vacib problemlərdən biri hesab olunur: həddindən artıq məşq edən peşəkar idmançılar tez-tez müxtəlif soyuqdəymə və infeksion xəstəliklərinə tutulurlar. Ona görə hər zaman orta dərəcədə olan fiziki gərginlikləri seçmək lazımdır. Yəni fiziki hərəkətləri sizə zövq verənə qədər, özünüzdə gümrahlıq və qüvvə hiss edənə qədər davam etdirmək lazımdır.

Açıq havada olan fiziki hərəkətlər daha effektli hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın ən sağlam və uzun ömürlü xalqlarından biri olan yaponlarda yaşından, cinsindən asılı olmayaraq kollektiv şəkildə açıq havada idman hərəkətlərini etmək adət şəklini almışdır. Orqanizmin sağlamlığı üçün bədən tərbiyəsi hərəkətlərindən kifayət qədər effekt almaq üçün onlara həftədə 3-4 dəfə olmaqla, 30-40 dəqiqə vaxt ayırın. Yükləmələri tədricən artırın.

Hərəkətləri etməmişdən ən azı yarım saat əvvəl 0,5 stəkan təmiz su için, bu orqanizmi susuzluqdan qoruyacaqdır. Bundan əlavə, fiziki hərəkətlərlə məşğul olmağın çox xeyirli cəhətlərindən biri də ondan ibarətdir ki, bu zaman insan dərisindəki tər vəziləri intensiv şəkildə işləyərək, bir çox zərərli maddələrin orqanizmdən xaric edilməsinə kömək edir.

Yeməyi isə ən azı bir saat əvvəl yeyin.

Bədən tərbiyəsi hərəkətləri ilə məşğul olduqdan sonra kontrast duş (bu haqda 58-ci səhifədə oxuyun) qəbul etməyiniz daha yaxşı olar. Çünki bu, immun sisteminin daha çox stimullaşmasına kömək edir.

Bədən tərbiyəsi hərəkətlərini yalnız səhərlər etməklə gün ərzində olan fiziki aktivliyinizi məhdudlaşdırmayın. Gün ərzində olan fiziki aktivlik çox vacibdir. Liftdən istifadə etmək əvəzinə daha çox pilləkənlərlə qalxmağa üstünlük verin, mümkün olduqca alış-verişə piyada gedin, avtobusla getməkdənsə, bir-iki dayanacağı piyada getməyə üstünlük verin və s. Gündəlik həyat rejiminizə yatmamışdan qabaq gecə gəzintilərini də daxil edin və s. Gündəlik həyat rejiminizə yatmamışdan qabaq gecə gəzintilərini də daxil edin. Bu, sizə gün ərzində yığılmış stresslərdən azad olmağa və daha rahat yatmağa kömək edəcəkdir. Vaxtaşırı olaraq hovuza, tennis kortuna və digər bu kimi yerlərə də gedin, gəzintilərə çıxın və s.

Bütün bu sadaladığımız vasitələr, həkimlər tərəfindən ümumi şəkildə “aktiv həyat tərzi” kimi adlandırılır. Düzgün qidalanma ilə birlikdə aktiv həyat tərzinin yaşanması bütün xəstəliklərin profilaktikasında böyük əhəmiyyətə malikdir.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin