“Sağlam həyat tərzi” nə deməkdir?
- Düzgün, xeyirli, təbii qidalarla qidalanmaq. Heç zaman həddindən artıq yeməmək, vaxt olduqca yüngülləşdirici qida qəbulu günləri keçirmək. Ancaq bu zaman tam ac qalmamaq, uzun müddət ərzində kəskin pəhriz rejimləri də tətbiq etməmək tövsiyə olunur. Daim normal şəkildə qidalanmayan və ya daim həddindən artıq yeyən insanların immun sistemi xeyli dərəcədə zəifləmiş olur!
- Özünü hər zaman kifayət qədər fiziki aktivliklə təmin etmək –gəzmək, trenajor zalına, hovuza getmək, rəqs etmək və s. Əlbəttə ki, bu zaman fiziki aktivlik müəyyən hədlərdə olmalıdır. Həddindən artıq fiziki gərginlik də immunitetin zəifləməsinə səbəb olur! Onu da qeyd etmək istərdik ki, daha yaxşı effekt verməsi üçün mümkün olduqca fiziki hərəkətləri açıq havada icra etmək lazımdır. Bu mümkün olmadıqda isə, sadəcə olaraq təmiz havada gəzmək və ya qaçmaq yaxşı olar. Yaponları yadınıza salın: onların kiçiklərdən tutmuş böyüklərinə qədər, hamı bədən tərbiyəsi ilə açıq havada məşğul olmağı çox sevirlər. Ola bilər ki, məhz buna görə, həmçinin kifayət qədər xeyirli və balanslaşdırılmış mətbəxə malik olmaları, onları dünyada ən uzun ömür sürən millətlərdən etmişdir.
Beləliklə, immun sisteminin ən güclü stimulyatorları – qida, hava və fiziki aktivlikdir. Məhz bu təbii vasitələrin köməyi ilə orqanizmi daim şəkildə stimulyasiya etmədən, immunitetini süni şəkildə möhkəmləndirmək cəhdləri, yalnız qısa bir müddət ərzində müsbət nəticə verə bilər.
Yadda saxlamaq lazımdır ki, istənilən orqan və ya sistemi məşq edilmədikdə onların funksiyasının zəifləməsinə gətirib çıxarır! Bu, bütün orqanlar kimi, əlbəttə ki, immun sistemi üçün də düzgün və ədalətli hesab olunur.
İndi isə biz immunitetimizi əla vəziyyətdə saxlamaq üçün bu faktorların hər biri barədə daha geniş şəkildə məlumat vermək istəyirik.
Dostları ilə paylaş: |