25.C++da çıxış operatoru: Proqramların gördüyü işləri 3 qrupa ayırmaq olar. Məlumatın qəbul olunması, məlumatın emal olunması və məlumatın xaric olunması.
Məlumatı çap etmək üçün cout operatorundan istifadə olunur. Bu zaman çap elədiyiniz bütün məlumatlar həmin kansol pəncərəsində öz əksini tapır. Buna deyillər məlumatı ekranda çap eləmək.
Tipindən asılı olmayaraq cout ilə istənilən məlumatı çap etmək üçün aşağıdakı sintaksis qaydadan istifadə edirik:
cout << Melumat ;
Əvvəlcə operatorun adını yazırıq
cout
Daha sonra isə birləşdrimə operatoru adlandırdığımız ardıcıl olaraq iki dənə kiçikdir – < işarəsi kimi təsvir olunan operatoru yazmalıyıq.
<<
Burada diqqət eləmək lazımdır ki bu iki kiçikdir işarəsi bir-birindən aralı olmasın, yəni < < və ya < < kimi yazılışlar birləşdirmə operatoru deyil, sintaksis səhv hesab olunur.
Daha sona çap etmək istədiyimiz məlumatı yazırıq
Melumat
Sonda isə nöqtəvergül işarəsi qoyuruq.
;
Bunları bir-birinə bitişik və ya məsafə ilə aralı yaza bilərik. Yəni
cout<
ilə
cout << Melumat ;
eyni kod hesab olunur.
Bəs cout operatoru ilə hansı tip məlumatları çap etmək olar. cout bizə eyni qayda ilə müxtəlif tip məlumatları çap etməyə imkan verir, o cümlədən aşağıdakı:
sətirlər
simvollar
tam ədədlər
onluq kəsrlər
riyazi ifadələr
xüsusi simvollar
dəyişənlərin qiyməti
ünvanı
26.C++ sertsiz kecid op.
Sertsiz kecid op.programlasdirmada bezi hallarda operatorun yerine yetirilmesi ardicilliginin deyisdirilmresi lazim gelir.Bunun ucun sertsiz kecid op istifade edilir ve onun yaxzilisi beledir goto nisan;bu op komeyi ile idareni prosedur ve ya xaricine oturmek olmaz . Butun nisanlau LABEL xidmeti sozu daxilind yazilmaidir. MES,,Label 5,6,a;
Qeyd etmek lazimdir ki goto operatorunu struktur programasdirmanin eksidir ve ondan programlasdirmada istifade etmek meslehetli gorunmur.
27. C++ da secim və variant operatoru Əgər hər hansı parametri müxtəlif qiymətlərə görə müqaisə etmək tələb olunursa bu zaman çoxsaylı if/else operatorları yerinə daha münasib olan switch operatorundan istifadə olunur.
1)Əvvəlcə switch açar sözünü yazıb mötərizə daxilində dəyişəni yazırıq, daha sonra fiqurlu { } mötərizələri içərisində switch operatorunun case –lərini, başqa sözlə hal-larını tərtib edirik.
2) Hər bir case –dən sonra mütləq hər-hansı ədəd və ya simvol yazıb qoşanöqtə qoymalıyıq.
3) switch operatoru verilmiş dəyişənin qiymətini case –lərdə göstərilənlərlə müqaisə edir, hansı düz gəlsə həmin case –in altında yazılan operatorları yerinə yetirir. Hər-bir case –in altında istənilən qədər istənilən operator yaza bilərik, hətta seçim operatoru da. Şərt və dövr operatorlarında olduğu kimi əməliyyatları
4) İstədiyimiz qədər case tərtib edə bilərik, amma hər birinin qiymətləri müxtəlif olmalıdır.bloka almamalıyıq.
5) Eyni əməliyyatların icra olunması üçün bir neçə case təyin edə bilərik, Bu zaman dəyişənin qiyməti həmin case-lərin istənilən birinin qiymətinə uyğun gəlsə müvafiq əməliyyat icra olunacaq.
6) Hər hansı case ödənsə və onun əməliyyatları icra olunsa, yenə də seçim operatoru digər halları yoxlamaqda davam edəcək. Bunun qarşısını almaq üçün hər bir case -in əməliyyatlarının sonunda break; operatoru yazmalıyıq.
7) Heç bir hal ödənmədiyi zaman hansısa əməliyyat icra etmək istəyiriksə default halı təyin edirik. Bunun üçün default yazıb qoşanöqtə qoyuruq.
default halından istifadə etmək zəruri deyil.
Seçim operatoruna aid nümunə proqramlara baxaq:
Nümunə . Aşağıdakı kod istifadəçinin imtahandan aldığı qiymətə uyğun nəticəni çap edir.
#include
using namespace std;
int main(){
int x;
cout << "Imtahandan aldiginiz qiymeti daxil edin\n"; cin >> x;
switch(x){
case 5:
cout << "Siz ela qiymet aldiniz, tebrikler \n"; break;
case 4:
cout << "Siz yaxshi netice gosterdiniz \n"; break;
case 3:
cout << "Siz kafi qiymet aldiniz \n";
cout << "biraz da oz uzerinizde calishin \n"; break;
case 2:
cout << "Siz imtahandan kesildiniz \n";
cout << "oz uzerinizde ciddi calishmalisiniz \n"; break;
default:
cout << "Duzgun qiymet daxil etmediniz \n";
cout << "2,3,4 ve ya 5 qiymetlerinden birini secin \n";
}
}
28. dovr operatorlari.parametrik dovr
C++ dilinin nisbətən çətin dövr operatoru for dövr operatorudur.