while ( şərt ){ əməliyyat1 əməliyyat2
}
Əgər dövr daxilində yalnız bir əməliyyat iştirak edirsə onda onu fiqurlu mötərizə daxilinə yerləşdirmək məcburi deyil, lakin yerləşdirməyimizdə də bir yanlış olmaz. Bu artıq istəyimizə bağlı olan bir məsələdir.
while ( şərt ){
əməliyyat
}
Bu zaman nə qədər ki, şərt ödənir, yəni doğru qiymət alır while operatoru daxilindəki əməliyyat təkrar yerinə yetiriləcək.
while dövr operatoruna aid proqram nümunələri ilə tanış olaq.
Nümunə 1:
#include using namespace std; int main (){
int x; x = 0;
while ( x < 10 ){
cout << "Salam dunya \n"; x++;
}
}
Əgər bu kodu icra etsək ekranda 10 dəfə Salam dunya sətri çap edər.
İzahı:
Gəlin proqramın izahı ilə tanış olaq. while operatorunun şərti olaraq x < 10 yazmışıq. Bu, nə qədərki x dəyişəni 10-dan kiçik qiymət alır dövr daxilində göstərilən əməliyyatları təkrar et deməkdir.
Dövr daxilində iki əməliyyat göstərmişik:
cout << "Salam dunya \n";
və
x++;
Bunlardan birincisi ekranda "Salam dunya \n" sətrini çap edir. İkincisi isə x dəyişəninin cari qiymətini 1 vahid artırır. Dövrün əvvəlində x-ə 0 qiyməti mənimsədirik:
x = 0;
Dövrün daxilində hər dəfə x –in qiymətini 1 vahid artırır və o növbə ilə 1,2,3, .. qiymətlərini alır. Hər dəfə dövr başa çatdıqdan sonra əvvələ qayıtdıqda x < 10 şərti yenidən yoxlanılır. Nə qədər ki x dəyişəni 10-a çatmayıb x < 10 şərti ödənir, buna görə də dövr təkrar olur. x dəyişəni 10 qiyməti aldıqdan sonra isə göstərilən şərt pozulur, x<10 şərti ödənmir və dövr operatoru bitir. İcra olunma while operatorundan sonra gələn operatorlara keçir (bağlayan fiqurlu mötərizədən sonra gələn operatorlar, əgər varsa).
30.son sertli dovr .
C++ dilində while operatoru ilə yanaşı do while dövr operatoru da təyin olunub. Sintaksisi aşağıdakı kimidir:
Dostları ilə paylaş: |