46
pial fərqi aşağıdakılardan ibarətdir. Birincisi, informasiya mə-
lumatları onlardan istifadə prosesində məhv olmur. İkincisi, cə-
miyyətdə informasiya məlumatlarının həcmi qeyri-məhdud arta
bilər.
İnformasiya məlumatları əldə etmək məqsədi ilə yaradılmış
spesifik informasiya məhsulu
informasiya texnologiyası adlandı-
rılır. Adətən informasiya texnologiyası insanların geniş dairəsini
lazımi məlumatlarla təmin etməyə imkan yaradan
informasiya
qurğusu şəklində maddiləşir. İnformasiya qurğularına misal kimi
tərəzini, saatı,
termometri, fotoaparatı, kompüteri göstərmək olar.
İnformasiya texnologiyası yaratdığı informasiya məlumat-
ları vasitəsi ilə insanın ali fəaliyyətinə təsir göstərir. İnsanların ali
fəaliyyəti prosesində istifadə (istehlak) olunan informasiya
məhsulu
yaradıcılıq resursu adlandırılır. İnformasiya məlumatları
və yaradıcılıq resursları birlikdə cəmiyyətin
informasiya resurs-
larını əmələ gətirir.
«Məsrəflər−nəticə» paradoksu. Rifahın monetar konsep-
siyasına görə, qiymət əmtəənin ictimai dəyərinin göstəricisi olub,
istehsalın müsbət nəticəsini xarakterizə edir. Digər tərəfdən,
qiymət istehsal məsrəfləri ilə sıx bağlı olan bazar təklifindən çox
asılıdır. Məsrəflər nə qədər çoxdursa, cəmiyyətin itkiləri bir o
qədər çox, ictimai rifah bir o qədər azdır. Klassik siyasi iqtisada
görə, ÜDM maddiləşmiş sadə əməyin məcmu həcmindən iba-
rətdir, yəni əmtəələrin istehsalı zamanı itirilmiş sadə əməyin məc-
mu vaxtını xarakterizə edir. ÜDM nə qədər böyükdürsə, insan-
ların həyat fəaliyyətinin məcmu zaman məsrəfləri bir o qədər
böyükdür, onların ali fəaliyyətlə məşğul olmaq üçün qalan vaxtı
bir o qədər azdır. Bu halda ÜDM istehsalın məcmu neqativ
nəticəsini əks etdirir. Bu nəticə ÜDM-i ictimai istehsalın məcmu
müsbət nəticəsinin göstəricisi hesab edən neoklassiklərin baxışla-
rına ziddir. Kreativ rifah nəzəriyyəsinin
əsas aspektlərini nəzərdən
keçirək:
1.Kreativ rifah yaradıcı əməyin həcmi kimi. Fərdin kreativ
rifahı muzdlu yaradıcı əmək vaxtından və muzdsuz yaradıcı əmək
kimi təfsir edilən yaradıcı asudə vaxtdan ibarətdir. İnsanın
47
istənilən ali fəaliyyətinə yaradıcı əmək kimi baxılır, çünki təfək-
kür proseslərini işəgötürənin qarşıya qoyduğu vəzifələrin yerinə
yetirilməsinə aid olanlara və insanın «qeyri-iş» həyatına aid olan-
lara ayırmaq mümkün deyildir. Axı,
bir qayda olaraq, yaradıcı işçi
özünün qeyri-iş vaxtının xeyli hissəsini peşə funksiyalarını yerinə
yetirməyə sərf edir. Ali fəaliyyət vaxtının onun iş yerində əmək
funksiyaları ilə bilavasitə bağlı olmayan hissəsi isə həmin
funksiyalarla dolayısı ilə əlaqəlidir, buna görə də yaradıcı əmək
vaxtına aid edilməlidir.
. Kreativ rifah iqtisadiyyatın mikro və
makro səviyyələrində universal məqsəd göstəricisi kimi. Ənənəvi
iqtisad nəzəriyyəsində mikroiqtisadiyyat subyektlərinin məqsəd
göstəriciləri və cəmiyyətin məqsəd göstəricisi bir-birinə uyğun
gəlmir. Mikrosəviyyədə müxtəlif iqtisadi subyektlərin müxtəlif
məqsəd göstəriciləri vardır. Həmin göstəricilər bunlardır: is-
tehlakçı üçün − faydalılıq, istehsalçı üçün − istehsalın həcmi,
firma üçün − mənfəət. Cəmiyyətin məqsəd göstəricisi kimi, adə-
tən, məcmu əlavə dəyərdən ibarət olan ÜDM qəbul edilir. Belə-
liklə, məqsədli makroiqtisadi göstərici məqsədli mikroiqtisadi
göstəricilərin heç biri ilə üst-üstə düşmür. Bu hal ənənəvi nəzəriy-
yənin ciddi çatışmazlığıdır, çünki iqtisadi təhlilin mikro və makro
səviyyələri arasında keçilməz sədd yaradır. Kreativ iqtisad
nəzəriyyəsində yaradıcı fərd mikroiqtisadiyyatın yeganə subyekti
kimi qəbul edilir. Onun məqsədi özünün kreativ rifahını
maksimallaşdırmaqdan ibarətdir. Bu məqsəd fərdi kreativ rifah
göstəricilərinin məcmusundan ibarət olan ictimai kreativ rifahın
maksimallaşdırılması məqsədinə tam uyğundur.
Dostları ilə paylaş: