3
GĠRĠġ
Bu gün ADİU-nun İnformasiya İqtisadiyyatı və texnologiya-
lar kafedrasının tədrisini hazırladığı “İnformasiya İqtisadiyyatı“
fənnı iqtisadiyyata olduqca yeni bir baxışın elmi təhlili kimi təq-
dim olunur. Belə ki, “İnformasiya iqtisadiyyatı “termini özü yeni
olub iqtisadi ədəbiyyata 1998-ci ildə Manuel Kastelsin «İnfor-
masiya dövrü: iqtisadiyyat, cəmiyyət və mədəniyyət» adlı məşhur
monoqrafiyasının nəşrindən sonra geniş elmi dövriyyəyə daxil
olmuşdur. Müasir dünya elmi informasiyanın rolunun dərk edil-
məsinə və informasiya cəmiyyətinin mükəmməl iqtisadi nəzəriy-
yəsinin yaradılması cəhdlərinə başlamışdır, ona görə də hazırki
metodik vəsaitdə dünya iqtisad elmi üçün yeni olan informasiya
iqtisadiyyatı fənninin tədrisində yarana biləcək çətinliyi nəzərə
alaraq fənnin tədrisində daha sadə instrumentlərdən istifadə edə-
rək informasiya iqtisadiyyatının yaranması və inkişafı, onun
inkişaf modeli, iqtisadi institutları, kinetik sahibkarlıq və virtual
korporasiya haqda məlumatları tədris prosesində daha anlaşıqlı
izahına cəhd edilmişdir.
Təqdim olunan metodik vəsait “İnformasiya İqtisadiyyatı”
kafedrasının hazırladığı “İnformasiya İqtisadiyyatı” fənninn proq-
ramı və mühazirələr kursu əsasında tərtib olunmuşdur.
Dostları ilə paylaş: