“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   4   5   6   7   8   9   10   11   ...   76
document hrclubaz 217

 
Əsas terminlər 
 
 
Sosioloji yanaşmalar: 
   şəxsi yanaşma; 
  qrup yanaşma; 
  psixoloji yanaşma; 
  empirik yanaşma; 
  Lokal yanaşma;  
  Sosiometrik yanaşma; 
   fənnlər arası yanaşma. 
 
 


 
10 
MOVZUNUN ĠZAHI 
 
Hər  bir  digər  elm  kimi  iqtisadiyyat  da  iki  növ  −  xüsusi  və 
ümumi  tədqiqat  metodlarından  istifadə  edir.  Xüsusi  metodlardan 
yalnız  iqtisadiyyatda,  ümumi  metodlardan  isə  başqa  elmlərdə 
istifadə  olunur.  İqtisad  elminin  metodologiyasını  təhlil  etmək 
üçün müasir elmlər sistemində iqtisadiyyatın yerini nəzərdən ke-
çirmək  lazımdır.  İnformasiya  iqtisadiyyatının  (sosioloji  iqtisa-
diyyatın) əsas metodoloji prinsiplərini nəzərdən keçirək:  
 
Şəxsi  yanaşma.  İnformasiya  iqtisadiyyatının  mərkəzi  ob-
yekti nadir fərddir. Əsas diqqət insanların keyfiyyətlərinin oxşar-
lığına (sənaye iqtisadiyyatında olduğu kimi) deyil, müxtəlifliyinə 
yetirilir.   
 
Qrup  yanaşması.  Fərdlərin  şəxsi  keyfiyyətlərinin  müxtə-
lifliyi onların sosial qruplar şəklində birləşməsinə səbəb olur. Bu 
qruplar  fərdiyyətçilik  fəlsəfəsinə  əsaslanan  sənaye  iqtisadiyya-
tında  nəzərdən  keçirilmir.  Qrup  yanaşması  cəmiyyətin  yek-
cinsliliyi haqqında mexanistik postulata ziddir. 
 
Psixoloji yanaşma. Fərdin iqtisadi davranışının tədqiqi za-
manı  onun  şəxsi  keyfiyyətləri  sistemində  mühüm  rol  oynayan 
psixoloji xüsusiyyətləri nəzərə alınır. Sənaye iqtisadiyyatında bir 
sıra  baza  postulatlarını  əsaslandırmaq  üçün  fiziologiyanın  yalnız 
bəzi nəticələrindən istifadə olunur. Buna misal kimi Fehner qanu-
nunu  göstərmək  olar.  Həmin  qanuna  görə,  qıcıqlandırıcıya  qarşı 
reaksiyanın  gücü qıcıqlandırıcı müəyyən zaman ərzində hər dəfə 
təkrar edildikdə aşağı düşür. Bu qanundan Uilyam Cevons sənaye 
iqtisadiyyatının  çox  mühüm  postulatı  olan  azalan  son  faydalılıq 
qanununu əsaslandırarkən istifadə etmişdir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin