19
informasiya və biliklər yaratmağa və yeni təsərrüfatçılıq şərai-
tində adekvat hərəkət etməyə qadir olan fərdlər təsərrüfat fəa-
liyyətinin subyektləri olurlar. Bu isə sənaye cəmiyyətinin ənənəvi
təsisatlarından onların asılılığını xeyli dərəcədə azaldır. Nəticədə
sənaye cəmiyyətinə xas olan «əmək» və «kapital» arasında mü-
naqişə həm kapitalın şəxssizləşdirilməsi hesabına, həm də işçinin
yalnız öz iş qüvvəsinin tətbiqi yerini seçmək azadlığına malik
olduğu əvvəlki dövrdəkindən qat-qat çox manevr etmək imkanları
əldə etməsi hesabına aradan qaldırılır.
4.
Cəmiyyətin sinfi strukturunun dəyişməsi. Mühüm biliklər
indi insanların nisbətən məhdud dairəsində − informasiyanın
həqiqi sahiblərində cəmləşmişdir.
Hakim sinfə mənsub olmağın
şərti daha nemətlər barəsində sərəncam vermək hüququ deyil,
onlardan istifadə etmək
qabiliyyətidir. Varlanmağı özlərinin
məqsədi kimi qəbul etməyən yeni ali sinfin nümayəndələri öz
fəaliyyətlərindən can atmadıqları nəticəni əldə edirlər. Eyni za-
manda, lazımi qabiliyyətə və təhsilə malik olmayan cəmiyyət
üzvləri maddi məqsədlərə can atırlar, amma onlara nail olmurlar.
Hakim siniflə məzlum sinif arasında barışmaz
münaqişə yaranır.
İnsanın bu və ya digər sinfə aid edilməsinin başlıca meyarı onun
yeni bilik yarada bilmək qabiliyyəti olur. Bu isə faktiki olaraq
insanın onun üçün ayrılmış və ömrü boyu çətin ki dəyişə bilən
yerdə çalışmasının əvvəlcədən təyin edilməsi deməkdir.
5.
Sosioloji-psixoloji dəyişiklik. İnsanın vadaredici motivi
onun əslində olduğundan daha
əhəmiyyətli olmağa − görüş
dairəsini və imkanlarını genişləndirməyə, daha çox bilməyə və
bacarmağa və i.a. can atmasıdır. Yaradıcı fərdlər maddi
məqsədlər
güdməyərək,
istismara məruz qalmırlar. Bütövlükdə postiqtisadi
cəmiyyətin texnoloji
tərəqqisinin əsasında yaradıcılığın ekspan-
siyası dayanır.
Mövzuda həmçinin Baumanın fərdiləşmiş cəmiyyəti haqda
da məlumat verilir. Bauman əvvəlki və indiki cəmiyyətləri mo-
dern və postmodern kateqoriyalarında müqayisə edir. O, moderni
«ağır» və «bərk» kimi, postmoderni isə «yüngül» və «maye
şəkilli» kimi xarakterizə edir. Postmodern dövründə ictimai pro-
21
Fərdiləşmənin mənası insanın irsi və anadangəlmə təlimat-
lardan, sosial rolunun qabaqcadan təyin edilməsindən azad olma-
sından ibarətdir ki, bu da modern dövrünün əsas xassəsi kimi nə-
zərdən keçirilən dəyişiklikdir. Fərdiləşmə fərdin muxtariyyətinin
hökmən
de fakto olmasa da,
de jure bərqərar olmasından iba-
rətdir. Modern sosial vəziyyətin qabaqcadan təyin edilməsini
məcburi
özünütəyinlə əvəz edir. Modern dövrünün əvvəllərində
insanların qarşısında dayanan özünütəyin vəzifəsi təşəkkül tapmış
sosial tiplərə və davranış modellərinə fəal surətdə uyğunlaş-
maqdan, təqliddən, sıradan çıxmamaq, normadan uzaqlaşmamaq
cəhdlərindən ibarət idi. Sinif və cins əlamətləri şəxsi seçim
imkanlarını üstələyirdi, onların gətirdiyi məhdudiyyətlərdən qaç-
maq isə, əslində, mümkün deyildi. Postmodern şəraitində fərdiləş-
mə yeni forma almışdır, çünki indi təkcə fərdlərin cəmiyyətdə
mövqeyi deyil, həm də onların tuta biləcəyi və tutmaq istədikləri
yerlər sürətli dəyişikliklərə məruz qalır və çətin ki məqsəd hesab
edilə bilsin.
Dostları ilə paylaş: