35
sivilizasiyanın aşağı pilləsində olan cəmiyyətlərdə isə pul yoxdur.
Cəmiyyətdə
idarəetmə sistemi heyvan orqanizmində əsəb
sisteminə bənzəyir. İnkişaf etməkdə olan orqanizmdəki ilkin əsəb
mərkəzi kimi, idarəedici təbəqənin başlıca xadimə çevrilən üzvü
də, adətən, əsəb sisteminin müəyyən üstünlüklərinə malik bir
insan olur. Necə ki, hər bir ayrıca mərkəzə yalnız bədənin məlum
hissələrindən gələn xüsusi stimullar sayəsində qıcıqlanmaq
xasdır, eləcə də hər bir ayrıca başçıya öz hərəkətlərində yalnız
şəxsi və zümrə
maraqlarının təsiri altına düşmək xasdır. Yaxşı
beyində bu müxtəlif maraqlara uyğun gələn arzular elə tarazlaşır
ki, həmin arzuların səbəb olduğu hərəkət tərzi onların heç birini
başqaları naminə qurban vermir. Yaxşı parlament sayılan
parla-
mentdə partiyalar elə tarazlaşır ki, onların məcmu qanunvericiliyi
hər bir zümrəyə o biri zümrələrin hüquqları ilə bir araya sığan
qədər hüquq verir. Canlı orqanizmin proqressiv təkmilləşməsi cə-
miyyətdəki
əlaqə vasitələrinə bənzər əsəb tellərinin əmələ gəl-
məsində təzahür edir.
Cəmiyyətin tərəqqisi üzvi aləmin qanunları ilə eyni qanunlar
əsasında həyata keçir. Hər iki halda diferensiallaşmalar sırası
vasitəsi ilə sadədən mürəkkəbə doğru inkişaf baş verir. Yekcinsin
müxtəlif cinsliyə çevrilməsi tərəqqinin mahiyyətini təşkil edir.
Çoxsaylı hisslərə, instinktlərə, qüvvələrə və qabiliyyətə, quru-
luşca daha mürəkkəb xüsusiyyətlərə və ləvazimata malik olmaq
hər hansı başqa növ məxluqlardan daha kəskin fərqlənmək, daha
aydın fərdiyyət göstərmək deməkdir. İnsana aid işlərdə bütün
dəyişikliklər həmin qabiliyyətin daha da inkişaf etməsinə gətirib
çıxarır: onu
fərdiləşməyə can atmaq adlandırmaq olar. Tərəqqi
barədə teleoloji (müəyyən bir məqsədin mövcudluğunu nəzərdə
tutan) anlayış yanlışdır. Həmin anlayışa görə, yalnız o dəyişik-
liklər tərəqqi sayılır ki, onlar insanın xoşbəxtliyinə birbaşa və ya
dolayı kömək göstərir. Uşağın əqli inkişafını, adətən, onun çox
sayda faktları və qanunları dərk etməsində görürlər, halbuki hə-
qiqi inkişaf o daxili dəyişikliklərdən ibarətdir ki, onlar idrakın art-
masında ifadə olunur. Düzgün başa düşülən tərəqqi sosial orqa-
nizmin
quruluşundakı o dəyişikliklərdir ki, onlar bu nəticələri
36
şərtləndirirlər. Həmin dəyişikliklərin mahiyyətini tədqiq etmək,
həm də onları kiminsə maraqlarından asılı olmayaraq nəzərdən
keçirmək lazımdır. Mövzuda həmçinin Dyurkgeymin orqanik
həmrəylik və Nelson və Uinterin firma nəzəriyyəsi kimi təkamül
nəzəriyyələri haqda da qisa məlumat verilir və bildirilir ki,
Dostları ilə paylaş: