“Informasiya İqtisadiyyatı”


Mövzunun    əsas  istiqaməti  ġumpeterin  novator  sahib-



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
document hrclubaz 217

 Mövzunun    əsas  istiqaməti  ġumpeterin  novator  sahib-
kar  nəzəriyyəsi  üzərində  qurulur.  Şumpeter  istehsalı  mövcud 
resursların  kombinasiyası  kimi  nəzərdən  keçirir.  Yeni  məhsul 
istehsal  etmək  və  ya  yeni  texnologiya  tətbiq  etmək  resurslardan 
başqa    kombinasiyalar  yaratmaq,  yəni  mahiyyətcə,  əslində,  yeni 
informasiya yaratmaq deməkdir. Sahibkar təsərrüfatçılıq subyek-
tidir və onun funksiyası yeni kombinasiyaları həyata keçirməkdən 
ibarətdir.  Sahibkarın  yaradıcılığı  iqtisadi  inkişafın  əsas  amilidir. 
Şumpeterin  fikrincə,  yeni  kombinasiyaları  həyata  keçirmək 
təsərrüfatçılıq    fəaliyyəti  ilə  məşğul  olanlardan  sayca  qat-qat  az 
olan insanların funksiyası və imtiyazıdır. Təsərrüfatçılıq fəaliyyəti 


 
27 
ilə məşğul  olanlar arasında başqalarının  yaratdıqları köhnə kom-
binasiyalardan  istifadə  edənlər  üstünlük  təşkil  edir.  Öz  fəaliy-
yətində  yaradıcılıq  nümayiş  etdirməyən,  təşəkkül  tapmış  nor-
maları  və  qaydaları  gözləyən  biznesmen  «sadəcə  sahibdir».  Ma-
hiyyətcə  sahibkar  ənənələrdən  məhrum  olan,  bikara  bir  adamdır, 
yəni cəmiyyətin fərdiləşmiş üzvüdür. 
      Sahibkarlıq  mənfəəti  yeni  kombinasiyaların  həyata  keçiril-
məsinin  nəticəsidir.  Zaman  keçdikcə  bu  mənfəət  azalır,  çünki 
yeniliyə dair informasiya cəmiyyətdə yayılır və sahibkarlıq mən-
şəli  olmayan  mənfəət  götürən  təsərrüfatçılıq  agentlərinin  geniş 
dairəsinə  məlum  olur.  Novator  sahibkarın  mənfəətinin  «sadə 
sahib»in  mənfəətindən  daim  yüksək  olması  üçün  o,  müntəzəm 
olaraq  yeni  kombinasiyalar  yaratmalı,  yəni  hansısa  yeniliklər 
tətbiq  etməlidir.  Kapital  sahibkarın  özünə  lazım  olan  konkret 
nemətlərə  tam  yiyələnməsinə  və  onlardan  yeni  məqsədlərə  nail 
olmaq üçün istifadə etməsinə, habelə istehsalı yeni istiqamətə yö-
nəltməsinə imkan verən bir vasitəsidir. Kapital anlayışı yeni kom-
binasiyaların həyata keçirilməsi  prosesini  və metodunu  xarakte-
rizə edir. Kredit, əsasən, sahibkara verilmək üçün alıcılıq qabiliy-
yətinin yaradılmasıdır. Kredit verilməsi xalq təsərrüfatı daxilində 
alıcılıq  qabiliyyətinin  yerdəyişməsi  vasitəsi  ilə  mövcud  resurs-
lardan yeni tərzdə istifadə etməyə imkan yaradır. Yeni müəssisə-
lərin pula olan tələbatı, əslində, sənayenin pul bazarında tələbini 
müəyyənləşdirən  başlıca  amildir.  İnkişafın  olmadığı  iqtisadiy-
yatda tam mənada pul bazarı mövcud ola bilməz.  
Sahibkarın  motivasiyası  heç  də  sadə  deyildir.  Fərdi  rasio-
nalizm və gedonist eqoizm konsepsiyası onu yanlış izah edir. Hə-
min  konsepsiya  mövcud  adətlərə  və  dəbə  görə  daim  yerinə 
yetirilməli  olanları  ilk  növbədə  vəzifə  kimi  qəbul  edir,  elə  bir 
vəzifə  ki,  rasional  seçimin  nəticəsi  deyildir  və  son  dərəcə  ob-
yektiv  xarakter  daşıyır.  Başqa  təsərrüfatçılıq  subyektlərindən 
fərqli olaraq sahibkarın «iqtisadi motivi» − nemətlər əldə etməyə 
çalışması bu nemətlərin istehlakından məmnunluq  hissi ilə bağlı 
deyildir. Sahibkarlıq fəaliyyəti məhz o nemətlərdən həzz almağa 
mane olur ki, onların əldə edilməsi gəlirin müəyyən kəmiyyətinin 


 
28 
hüdudlarından,  bir  qayda  olaraq,  kənara  çıxır.  Bunlara  ilk  növ-
bədə asudə vaxt aiddir. Tipik sahibkar göstərdiyi hər bir səyin ona 
«həzzin  artımı»  şəklində  yetərli  kompensasiya  gətirib-gətirmə-
yəcəyini  heç  vaxt  düşünmür.  O,  rahatlıq  bilmədən  çalışır,  çünki 
başqa  cür  bacarmır.  Şumpeter  sahibkarın  motivlərini  üç  qrupa 
ayırır. Birinci qrup sahibkarın öz imperiyasının  və ya sülaləsinin 
əsasını qoymağa çalışması ilə bağlıdır. Öz imperiyası ona hərəkət 
sərbəstliyi  və  hakimiyyət  hissi  verir.  Motivlərin  ikinci  qrupu 
qələbə əzmi ilə bağlıdır. Buraya, bir tərəfdən, mübarizə aparmaq 
arzusu  və  digər  tərəfdən,  uğur  naminə  uğur  qazanmaq  niyyəti 
aiddir.  Hər  iki  halda  özlüyündə  işin  iqtisadi  tərəfinin  sahibkar 
üçün fərqi yoxdur. Burada mənfəətin kəmiyyəti olsa-olsa, uğurun 
göstəricisidir  kimi  çıxış  edir.  Üçüncü  qrupa  aid  motivlər  yara-

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin