“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   16   17   18   19   20   21   22   23   ...   76
document hrclubaz 217

Digər  növ  biliklər.  Tədris  müəssisələrində  və  iş  yerində 
hazırlıq işçinin biliklərini artırmaqla onun əmək haqqını yüksəlt-
məyin  yeganə üsulu deyildir. Siyasi, sosial və iqtisadi sistemlərə 
dair  bir  çox  biliklər  hər  hansı  peşə  bilikləri  və  ya  vərdişləri  ilə 
bağlı  olmasa  da,  real  gəlirləri  xeyli  artıra  bilər.  Məsələn,  məş-
ğulluq  agentlərinin  xidmətləri  üçün  pul  xərcləməklə  və  reklam 
elanları  verməklə,  işverənlərin  təkliflərini  öyrənməyə  vaxt  sərf 
etməklə,  dost-tanışlarla  söhbət  etməklə    və  firmalara  getməklə, 
yəni  informasiya  axtarmaqla  daha  yaxşı  iş  tapmaq  olar.  Yeni  iş 
yerinə  düzəlmə  coğrafi  yerdəyişmə  tələb  etdikdə  başqa  yerə 
getməyə əlavə vaxt və resurslar sərf edilir. Həmin xərclər işədü-
zəlmə  imkanlarına  dair  informasiyaya  qoyulan  investisiya    olub 
gələcəkdə daha yüksək qazanc formasında gəlir gətirir.  
İnsan  kapitalına  investisiya  qoyulmasının  ən  sadə  modeli  inves-
tisiyaların miqdarını, əmək haqqına əlavəni və faiz dərəcəsini bir-
birinə bağlayan kəmiyyət nisbətini müəyyənləşdirir. Modelin eh-
timalları aşağıdakılardır:  
 vəsaitlər  müəyyən  zaman  anında  investisiya  kimi  ümumi 
insan kapitalına bütünlüklə qoyulur, investisiyaların miqdarı  I-yə 
bərabərdir;  
 təhsil  aldıqdan  sonra  işçinin  əmək  stajı  sonsuz  böyük 
kəmiyyət kimi qəbul olunur; 
 təhsil  almaqla  bağlı  əmək  haqqına  edilən  illik  əlavə 


 
31 
dəyişməzdir və Δw-ya bərabərdir;  
 illik  faiz  dərəcəsi  dəyişməzdir  və  i-yə  bərabərdir  (onluq 
kəsirlə ifadə olunur); 
 insan təhsilə investisiya qoymaq barəsində qərarı bu şərtlə 
qəbul  edir  ki,  investisiyanın  qoyulduğu  məqamda  diskontlanmış 
əlavə gəlirlər axını investisiyaların miqdarından çox olsun.   
Asimmetrik  bazarları  tədqiqinə  görə  Nobel  mükafatı  almiş 
M.Spenser İnformasiya İqtisadiyyatı fənninnin açar informasiyası 
olan siqnallar nəzəriyyəsini yaratmışdır. Əmək bazarı asimmetrik 
informasiyalı bazardır, çünki işəgötürənlər işçilərin məhsuldarlığı 
haqqında  işçilərin  özlərindən  daha  az  məlumatlıdırlar.  Ona  görə 
də  işəgötürənlər  işçilərin  məhsuldarlığını  xarakterizə  edən 
informasiyanı  qabaqcadan  əldə  etməyə  çalışırlar.  Bu  cür 
informasiya siqnal adlandırılır. Əmək bazarında ən mühüm siqnal 
təhsilin müddətidir (səviyyəsidir).  
Əgər  işçinin  məhsuldarlığı  onun  təhsil  səviyyəsi  ilə  müəy-
yənləşdirilsəydi, onda təhsil haqqında şəhadətnamə yeni işçilərin 
işə  qəbulu  zamanı  bütün  qeyri-müəyyənlikləri  aradan  qaldırardı 
və əmək bazarında informasiya asimmetriyası olmazdı. Lakin real 
həyatda  əmək  məhsuldarlığının  təhsil  səviyyəsindən  asılılığı  heç 
də həmişə müşahidə olunmur,  bəzi iqtisadçılar isə onun mövcud-
luğunu,  ümumiyyətlə,  inkar  edirlər.  Buna  baxmayaraq,  işçinin 
təhsilindən bazar siqnalı kimi fəal istifadə davam edir. Nə üçün? 
Bu  sualın  cavabını  M.Spensin  təklif  etdiyi  əmək  bazarında 
siqnalvermə  modeli  verir.  O,  sübut  edir  ki,  təhsil  haqqında  siq-
nalın təsiri məhsuldarlıq ilə təhsil müddətinin qarşılıqlı əlaqəsinə 
deyil,  təhsilə  çəkilən  məsrəflərlə  işçinin  qabiliyyətinin  qarşılıqlı 
əlaqəsinə  əsaslanır.  Eyni  təhsili  almaq  üçün  qabiliyyətli  insan 
qabiliyyətsizə  nisbətən  daha  az  vəsait  sərf  edir.  O,  ali  məktəbin 
ödənişsiz bölməsinə daxil ola bilər və ya ictimai təşkilatlar və ya 
marağı  olan işəgötürənlər arasında sponsorlar tapa bilər. Bundan 
başqa, o, tədris materialını mənimsəməyə, əlavə ədəbiyyat almağa 
və repetitorların xidmətlərini ödəməyə daha az vaxt və qüvvə sərf 
edir.  Nəhayət,  qabiliyyətli  işçi  daha  az  mənəvi  məsrəflər  çəkir, 
çünki  tədris  prosesi  ona  daha  çox  məmnunluq  verir,  halbuki 


 
32 
qabiliyyətsiz işçi, əsasən, neqativ emosiyalar keçirir.  
Ehtimal  edilir  ki,  eyni  təhsilin  alınması  qabiliyyətli  və 
qabiliyyətsiz  işçilərin  əmək  haqqına  bərabər  miqdarda  əlavəni 
təmin edir. Buradan belə çıxır ki, həmin işçilər müxtəlif məsrəflər 
çəkərək,  eyni  iqtisadi  nəticəyə  nail  olurlar.  Aydın  məsələdir  ki, 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin