Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün İmtahan bileti №1



Yüklə 175,74 Kb.
səhifə1/23
tarix20.11.2023
ölçüsü175,74 Kb.
#163773
  1   2   3   4   5   6   7   8   9   ...   23
biletlerin cavablari


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün
İMTAHAN BİLETİ №1


İxtisas: 3338.01- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi



  1. İnformasiyanın növləri, təsviri formaları, xassələri. İnformasiya prosesləri. İnformasiyanın ötürülməsi.

Informasiya – təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər haqqında məlumatlardır. Başqa sözlə, informasiya - ətraf mühitdə mövcud olan bütün maddi və mənəvi varlıqlar haqqında məlumatlar toplusudur. Informasiya termini mənşəcə latın sözü olan «informatio» sözündən yaranmışdır və izah etmə, şərh etmə və məlumat vermə mənalarını daşıyır. Informasiya informatikada ilkin anlayış kimi qəbul olunur. Informasiya anlayışı bütün elm sahələrində istifadə olunduğundan ona fərqli aspektlərdən yanaşılır, müxtəlif cür qiymətləndirilir və təsnif edilir.
Fəlsəfi baxımdan informasiya xəbər və məlumat vasitəsilə real dünyanın inikası kimi qəbul olunur. Fəlsəfədə informasiya iki formada şərh edilir: obyektiv və subyektiv. Obyektiv informasiya təbiət və cəmiyyətdə baş verən hadisələri əks etdirir. Subyektiv informasiya isə insanlar tərəfindən yaradılır və onların hadisələrə subyektiv baxışını əks etdirir.
Mənşəyindən və yaranma formasından asılı olaraq informasiya aşağıdakı kateqoriyalara bölünür:
- elmi-texniki informasiya;
- iqtisadi informasiya;

  1. - hüquqi informasiya;

  2. - sosial informasiya;

  3. - tarixi informasiya;

  4. - genetik informasiya;

  5. - təbii informasiya və s.

Istifadə sahəsindən və formasından asılı olaraq informasiyanın aşağıdakı növlərini göstərmək olar:
- sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsi mümkün olan rekvizitlərə malik informasiya;
- kütləvi informasiya – əldə olunması, istifadəsi, işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş sənədləşdirilmiş informasiya;
- konfidensial informasiya - əldə olunması, istifadəsi, işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya.
Aydındır ki, hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Informasiya mənbədə və ya mənbə tərəfindən yaradılır, mənbədə saxlanılır və ya istifadəçiyə, yəni bu informasiyaya tələbatı olan subyektə ötürülür. Informasiyanın mənbədən istifadəçiyə ötürülməsi prosesi rabitə və ya ünsiyyət vasitələri ilə həyata keçirilir. Informasiyanın ənənəvi ötürmə üsul və vasitələri ilə yanaşı, müasir üsul və vasitələrdən də geniş istifadə olunur. Məsələn, informasiyanın ötürülməsinin ən səmərəli müasir vasitələri kimi televiziyanı, radionu və Internet şəbəkəsini göstərmək olar. Müasir dövrdə informasiyanın saxlanması, emalı və istifadəsi vasitələri kimi müasir informasiya texnologiyaları, o cümlədən kompüter texnikası və digər elektron hesablama qurğuları önəmli yer tutur. Bu məqsədlə informasiya sistemləri, o cümlədən avtomatlaşdırılmış informasiya sistemləri yaradılır və tətbiq olunur.
Bu baxımdan informasiya elmində informasiya iki yerə bölünür: analoq və rəqəmli informasiya. Bu cür bölgünün aparılması informasiyanın təbiətindən irəli gəlir. Belə ki, təbiətdə və həyatda baş verən, insanın vizual müşahidə (görmə) və qulaqasma orqanları tərəfindən qəbul edilən, eləcə də klassik telefon, televiziya və radio vasitəsilə ötürülən məlumatlar analoq informasiyadır. Hesablama texnikasında, o cümlədən kompüterlərdə, kompüter şəbəkələrində və müasir rabitə vasitələrində məlumatlar rəqəm informasiyası şəklində saxlanılır, emal olunur və ötürülür. Analoq informasiya ilə rəqəm informasiyası arasında əlaqəni göstərmək üçün aşağıdakı nümunəyə baxaq. Musiqi alətlərində ifa olunan və insanların qulaqları tərəfindən qəbul edilən musiqi analoq informasiyadır. Lakin bu musiqi əsərləri notlara köçürüldükdən (kodlaşdırıldıqdan) sonra, notlar şəklində yazılmış musiqi rəqəmli informasiyası xarakteri alır. Beləliklə, analoq informasiya rəqəmli informasiyaya çevrilmiş olur. Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar da kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara çevrilir. Başqa sözlə, bu məlumatlar rəqəmli məlumatlara çevrilir. Göründüyü kimi, analoq informasiya kəsilməz olur, yəni bu informasiyada hadisənin bütün məqamları öz əksini tapır, lakin rəqəmli informasiya baş vermiş hadisənin reallığını itirməmək şərti ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu baxımdan, rəqəmli informasiyaya diskret informasiya deyirlər. Analoq informasiyanın rəqəmli informasiyaya çevrilməsi prosesinə analoq-rəqəm çevrilməsi deyilir. Insanın hissiyat orqanları yalnız analoq informasiyasını qəbul və emal edə, saxlaya və ötürə bilir. Qeyd olunduğu kimi, informasiyanın qəbulu, ötürülməsi və emalı funksiyalarını yerinə yetirən bir çox texniki qurğular və vasitələr (məsələn: televizor, radio, maqnitafon, telefon) analoq qurğularıdır. Rəqəmli informasiya ilə işləyən qurğulara misal olaraq kompüter texnikasını, lazer kompakt diskli musiqi mərkəzlərini, 13 rəqəm tipli rabitə vasitələrini misal göstərmək olar. Belə ki, qurğular yalnız rəqəmli informasiyanın qəbulu, emalı, saxlanması və ötürülməsi üçün nəzərdə tutulmuşdur.
Informasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunması sistemi ikilik say sistemi adlanır. Ikilik say sistemi ingiliscə "binary digit" adlanır.
İnformasiya aşağıdakı xassələri ilə xarakterizə olunur: - Dəqiqliyi - onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu göstərir. - Etibarlılığı - onun real işin mahiyyətini zəruri dəqiqliklə əks etdirməsini göstərir. -Əhəmiyyətliliyi (Qiymətliliyi) - onun konkret istifadəçilər üçün məsələnin həllində vacib olmasıdır. -Tamlığı - düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər olmasıdır.

2. İdarəetmənin məqsədi və funksiyaları.İdarəetmə obyektləri.


İdаrəеtmə - özünün bütövlüyünü, quruluş vаhidliyini sаxlаmаqlа müəssisədə sоn məqsədə nаil оlmаq üçün tətbiq еdilən müxtəlif təbiətli sistеmlərin təsirеtmə vаsitəsidir. İdаrəеtmə hər hаnsı bir оbyеkt (təşkilаt, müəssisə, firmа) оlmаdаn icrа еdilə bilməz. İdаrəеtmənin mövcudluğu təşkilаtın mövcudluğu ilə bаğlıdır. Yəni təşkilаt vаrsа idаrəеtmə də vаrdır və əksinə. İdаrəеtmə sistеmi - оbyеkt və subyеkt оlmаqlа iki tərkib hissədən ibаrətdir. Оbyеkt idаrə оlunаn, subyеkt isə idarə еdəndir. İdаrəеtmə - təşkilаtın məqsədini müəyyənləşdirib, bu məqsədə çаtmаq üçün plаnlаşdırmа, təşkilеtmə, icrа (mоtivləşdirmə) və nəzаrət prоsеsləridir. İdаrəеtmə fаsiləsiz və dinаmik bir prоsеsdir. Bu prоsеsin düzgün təşkili və həlli, sоn nəticə əldə еdilməsi istiqаmətində görülən bütün işlərin аyrı-аyrı funksiyаlаr şəklində təşkili və icrа еdilməsini tələb еdir. İdаrəеtmə funksiyаlаrı müəssisədə idаrəеtmə quruluşunun yаrаdılmаsı, təsərrüfаtçılıq fəаliyyətinin məzmunu bаxımındаn çоx mürəkkəb münаsibətlər sistеmi hеsаb оlunа bilər. İdarəetmənin funksiyаsı – əmək bölgüsündən irəli gələn, idаrəеtmənin оbyеktiv məqsəd və vəzifələrinin ümumiliyi ilə xаrаktеrizə еdilən, istеhsаl prоsеsində və оnun idаrə еdilməsində аdаmlаrа məqsədyönlü təsir göstərmək üçün tətbiq еdilən xüsusi fəаliyyət növüdür. Bаşqа sözlə dеsək, idarəetmənin funksiyаlаrı idаrəеtmə fəаliyyətinin xüsusi növü оlmаqlа, əmək bölgüsünün təzаhür fоrmаsı kimi qəbul еdilə bilər. Müаsir idаrəеtmənin əsаs (univеrsаl) funksiyаlаrı аşаğıdаkılаrdır:
- Plаnlаşdırmа.
- Təşkilеtmə.
- Koordinasiya.
- Mоtivləşdirmə (icrаеtmə).
- Nəzаrət.
Effektiv idarəetməyə nail olmaq üçün bu funksiyalar qarşılıqlı əlaqə halında tətbiq olunmalıdır.
Planlaşdırma funksiyası. Planlaşdırma idarəetmənin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir. Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əlaqədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sistemləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəetmə fəaliyyəti baxımından dörd əsas funksiyasını fərqləndirmək olar: 1) Еhtiyаtlаrın bölüşdürülməsi - bu prоsеs özündə fоndlar, idаrəetmə kаdrlаrı, kаpitаl və tеxnоlоji təcrübə kimi məhdud resursların bölüşdürülməsini əks еtdirir. 2) Xarici mühitə adaptasiya - təşkilatın ətraf mühitlə münasibətini yaxşılaşdıran tədbirləri əhatə edir. Hər bir təşkilatın həm xarici mühitin əlverişli imkanlarına, həm də 25 mümkün olan təhlükələrinə adaptasiya olunması zəruridir. Bunu üçün təşkilat müvafiq situasiyaları aşkar etməli və təşkilatın strategiyasının ətraf mühitə uyğunlaşmasını təmin etməlidir 3) Dаxili koordinasiya - firmаdаxili əməliyyаtlаrda effektli inteqrasiyaya nail olmaq məqsədi ilə təşkilatın zəif və güclü tərəflərini əhatə edən fəaliyyətlərin koordinasiyasıdır. 4) Təşkilatın strateji uzaqgörənliyi – təşkilаtın yаşаdılmаsı və səmərəli fəаliyyəti üçün mеnеcеrlər tərəfindən keçmiş strateji qərarlardan bəhrələnməklə, еlmi və tеxniki yеnilikləri vаxtındа görmək və оnlаrı tətbiq еtməklə müəssisənin müntəzəm və dinаmik inkişаfının təmin еdilməsini nəzərdə tutur. Plаnlаşdırmаnı müddət baxımından 3 mərhələyə аyırmаq оlаr: а) strаtеji planlaşdırma; b) оrtа muddətli planlaşdırma; c) cаri (оpеrаtiv) planlaşdırma. Strаtеji plаnlаşdırmа - (strаtеgiyа – lаtıncа “sərkərdənin məhаrəti”, uzаqgörmə dеməkdir) görüləcək işin əvvəlcədən uzun müddətli plаnlаşdırılmаsıdır. Bu plаn оlmаzsа, оrtа və cаri plаnlаrın hаzırlаnmаsı və həyаtа kеçirilməsi də mümkün оlmаz. Оrtа müddətli plаnlаşdırmа strаtеji plаnlаşdırmаdаn törəyir və оnun icrаsınа yönəlir. Оrtа müddətli plаnlаşdırmа həm rеаl işlərin nəticəsinə görə, həm də nоrmа və nоrmаtivlərin müqаyisəli tutuşdurulmаsınа görə qurulа bilər. Cаri plаnlаşdırmа bilаvаsitə işlərin icrаsı ilə bаğlıdır və gündəlik işlərin gеdişinə mütənаsib qurulmаlıdır. Strateji planlaşdırma özündə təşkilatın məqsədinin seçilməsi və həlli prosesini, həmçinin buna nail olmaq üçün nələr edilməli olduğunu birləşdirir. O bütün idarəetmə qərarlarının əsasını təşkil edir. Strаtеji plаnlаşdırmа missiyаnın (аli məqsədin) uzunmüddətli həllini nəzərdə tutur. Strаtеji plаnlаşdırmа məqsədə çаtmаq üçün təyin оlunmuş spеsifik strаtеgiyаnın hаzırlаnmаsınа dоğru аpаrаn, rəhbərlik tərəfindən əvvəlcədən qəbul еdilən qərаr və idеyаlаrın məcmusudur. Strаtеji plаnlаşdırmа idаrəеtmə qərаrlаrının qəbul еdilməsində istiqаmətvеrici аlətdir. Оnun vəzifəsi – təşkilаtdа yеnilikləri və dəyişiklikləri lаzımı səviyyədə təmin еtməkdir. 26 Strаtеji plаnlaşdırma idаrəеtmənin təşkili və plаnlаşdırılmаsınin əsаsıdır.
Strаrеji plаnlаşdırmа prosesinin аrdıcıl mərhələləri аşаğıdаkılardır: 1) Missiyаnın müəyyən olunması; 2) Məqsədin müəyyən olunması; 3) Ətraf mühitin təhlili və qiymətləndirilməsi; 4) Zəif və güclü аmillərin tədqiqi; 5) Strаtеji аltеrnаtivlərin təhlili; 6) Strаtеgiyаnın sеçilməsi; 7) Strаtеgiyаnın həyаtа kеçirilməsi; 8) Strаtеgiyаnın qiymətləndirilməsi. Təşkiletmə funksiyası. İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir. Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləşdirir. Təşkiletmə funksiyasının vəzifəsi istehsal və insan ehtiyatlarını elə qarşılıqlı əlaqəli sistemdə birləşdirməkdən ibarətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surətdə nail olmaq mümkün olsun. Burada sistemin quruluşunun müəyyən- məfhum olub, sistem xarakterini daşıyır. Həmin sistemin bütün elementləri bir-birindən qarşılıqlı formada asılıdır. Matris formasında idarəetmənin yuxarı rəhbərləri özündən aşağıda olan bütün struktur vahidlərini idarə edirlər. Yəni aşağı rəhbərlər özündən yuxarıda olan bütün rəhbərlərə tabe olurlar. 29 Şəbəkə təşkilati struktur regional və ərazi strukturları, divizional struktur isə iri təşkilatların, ittifaq və birliklərin ayrı-ayrı fəaliyyət sahələrini özündə birləşdirir. Təşkiletmə, müəssisənin bütün sferalarını əhatə edir və özündən sonrakı proseslərin həyata keçirilməsində mühüm rol oynayır. Koordinasiya funksiyası. Planlaşdırma və təşkiletmə funksiyası ilə yanaşı, koordinasiya funksiyası da ən vacib funksiyalardan biridir. Koordinasiya funksiyası planlaşdırma funksiyası ilə ən çox əlaqəsi olan funksiyadır. Ona görə də bəzi mütəxəssilər koordinasiyanı ya müstəqil bir fuksiya kimi qəbul etmir, ya da ki, onu planlaşdırma fuksiyasının təzahür forması kimi qiymətləndirirlər. Bir çox müəlliflər isə koordinasiyaya müstəqil idarəetmə funksiyası kimi yanaşırlar. İlk dəfə XX əsrin 20-ci illərində fransız mühəndis Anri Fayol tərəfindən koordinasiyanın idarəetmə fuksiyası olması fikri irəli sürülmüşdür. “Koordinasiya” sözü latın sözü olub, hər hansı bir hadisənin razılaşdırılmış, müəyyən uyğunluğa gətirilməsi mənasında işlədilir. Bu, birinci növbədə, bütün fəaliyyət və səylərin əlaqələndirilməsini tələb edir. Halbuki, həmin məsələ planlaşdırma funksiyasının məzmununa daxil deyildir. Bundan başqa, koordinasiya funksiyası ayrı-ayrı işlərin və onların ayrı-ayrı mərhələlərinin əlaqələndirilməsi ilə də bağlıdır. Koordinasiya həmçinin ayrı-ayrı işçilərin, kollektivlərin, kiçik qrupların, ərazi, ərazi-təsərrüfat komplekslərinin fəaliyyətinin əlaqələndirilməsini də nəzərdə tutur. Daha doğrusu, koordinasiya funksiyası bütöv bir tamın ayrı-ayrı komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı təsiri və onun bir sistem kimi dinamik, tarazılı inkişafını təmin edir. Bu funksiya hadisə və proseslərə sistemli təhlil mövqeyindən yanaşmağı zəruriləşdirir. Koordinasiya münasibətləri ilə koordinasiyalı fəaliyyəti eyniləşdirmək olmaz. Koordinasiyalı fəaliyyəti koordinasiyanın təşkilati formalarının seçilməsi və tətbiq edilməsi ilə əlaqədardır. Koordinasiyalı idarəetmə xeyli dərəcədə idarə edən və idarə olunan sistemlərin strukturundan, mürəkkəbliyindən, iqtisadi-inzibati mexanizmlərinin xarakterindən, 30 tənzimləyici və stimullaşdırıcı təsirlərin nisbətindən, makro və mikro siyasətin səviyyəsindən asılıdır. Koordinasiya idarəetmə prosesinin tərkib hissəsidir, eyni zamanda idarəetmənin təşkilinin inteqrasiya edilmə formasıdır, həm də idarəetmnin universal funksiyalarından biridir. Koordinasiya yalnız təsərrüfat subyektinin fəaliyyətini deyil, həmdə idarəetmə strukturlarının, bölmələrinin, iqtisadi, inzibati, təşkilati təsiretmə üsullarının əlaqəli, bir-birindən asılı halda idarə olunması mexanizmini nəzərdə tutur. Motivasiya funksiyası. Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir. Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Qеyd еdək ki, «mоtivаsiyа» sözü lаtıncа «sövqеtmə», «mаrаq оyаtmа» mənаsı dаşıyır. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir. Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artması prosesidir. Motivləşmənin əsasında insan tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Buradan belə aydın olur ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. Deməli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır. Tələbatlar – bu insanların daxilində olur və yaranır, müxtəlif insanlar üçün ümumi olur, lakin eyni zamanda hər bir insanda fərdi ifadə tapır. Mоtivləşdirmə, insаnlа – hər bir işçi ilə bаğlı оlduğunа görə, оnlаrın dаxili və xаrici hərəkətvərici qüvvələrinin məcmusunu təşkil еdir. Mоtivləşdirmə prоsеsi, bu tələbаtlаrı ödəmək üçün müəyyən tаpşırıqlаrı icrа еtməklə bаğlıdır. Bu prоsеsin аşаğıdаkı mərhələləri vаrdır: 1) tələbаtın mеydаnа çıxmаsı; 2) tələbаtı ödəmə 31 yоllаrının аxtаrılmаsı; 3) fəаliyyət istiqаmətinin sеçilməsi; 4) fəаliyyətin həyаtа kеçirilməsi; 5) yаxşı fəаliyyətə görə mükаfаt; 6) tələbаtı ödəmə, hаnsı mоtivin dаhа çоx təsirеdici оlmаsının аrаşdırılmаsı. İdarəetmə fəаliyətində ən bаşlıcа аmil, işçiləri qаrşıyа qоyulmuş məqsədin yеrinə yеtirilməsinə yönəltmək və icrаnı təmin еtməkdir. Bu məqsədlə müxtəlif mоtivləşdirmə nəzəriyyələri yаrаdılmışdır. Mоtivləşdirmə nəzəriyyələrinin idаrəеtmə prоsеsində mühüm rоl оynаdığını nəzərə аlаrаq аşаğıdа yаrаdılmış və hаl-hаzırdа mövcud оlаn bəzi mоtivləşdirmə nəzəriyyələrinin qısа məzmununа nəzər sаlаq.

3. İdarəetmədə istifadə olunan riyazi modellər.


4. Süni intellektin inkişafının əsas mərhələləri.
Süni intellekt informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimallaşdırma, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanan tədqiqat sahəsi olmaqla, informatikanın xüsusi bölməsidir. Süni intellekt insan kimi düşünən və insan kimi qərar qəbul edə bilən texniki qurğu yaratmaq məqsədi daşıyır. Müasir anlamda, süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt ”maşınları intellektual etmək elmi və mühəndisliyi” kimi təyin edilmişdir. Süni intellektin inkişafının birinci mərhələsi 1956-1960-cı illərin sonuna qədər olan dövrü əhatə edir. Bu illərdə Makkarti ”LISP – süni intellektin proqramlaşdırma dili”, A.Nyuell (1927- 1992) və H.A.Saymon (1916-2001) ”Məsələlərin universal həlledicisi (GPS)” (1961), Kullian ”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr” (1966) və Minski “Biliklərin təqdim olunması (freym) üçün quruluş” (1975) adlı tədqiqat işlərini elmi ictimaiyyətin müzakirəsinə təqdim etmişlər. 1960-cı illərin ortalarından sonunadək sözügedən inkişafın ikinci mərhələsi sayılan ”Qeyrisəlis çoxluqlar və qeyri-səlis məntiq” ideyaları meydana çıxdı. Belə ki, 1965-ci ildə Lütfi Zadənin ”Qeyri-səlis çoxluqlar” və 1969-cu ildə ”Qeyri-səlis alqoritmlər” adlı elmi işləri və 1977-ci ildə Mamdani tərəfindən hazırlanmış ”Qeyri-səlis məntiqin linqvistik sintezin köməyi ilə təqribi müakimələrdə tətbiqi” mövzusunda elmi əsəri çap edildi. Üçüncü mərhələ - süni neyron şəbəkələrin yaranması (1965-ci il və sonra) – C.C.Hopfildin (1933-1982) ”Neyron şəbəkələr” (1982), T.K.Kohonenin ”Özü düzələn topoloji xəritələr” (1982), D.Rumelhart (1942-2011) və D.K.Makklellandın (1917-1998) “Verilənlərin paralel email” (1986) adlı əsərləri ilə gerçəkləşmiş oldu. Ekspert sistemlərin yaranması və inkişafı (1970-ci illərin əvvəli – 1980-ci illərin ortaları) süni intellektin inkişafının dördüncü mərhələsi Feygenbaum, Buhanan və başqaları (Stenford universiteti): ”DENDRAL ekspert sistemi”, Feygenbaum, Şortlif: ”MYCIN ekspert sistemi”, Stenford araşdırmalar mərkəzi: ”PROSPECTOR ekspert sistemi”, Kolmeroe, Kovalski və başqaları (Fransa): ”Məntiqi proqramlaşdırma dili PROLOG” kimi tədqiqat işləri ilə formalaşdı. Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci illər və sonra) - Rehenberq: ”Təkamül strategiyalar – bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimal-laşdırılması”(1973), Holland: ”Təbii və süni sistemlərə adaptasiya” (1975), Koza: ”Genetik proqramlaşdırma: Təbii seçim vasitələri ilə kompüter proqramlaşdırması” (1992) və Fogel: “Təkamül hesablama – maşın intellektində yeni fəlsəfə istiqaməti” (1995) kimi tədqiqatlarla xarakterizə olunur. Altıncı mərhələ - Sözün köməyi ilə hesablama (1980-ci illərin sonu və sonra) - Neyqoç: ”Ekspert və qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür” (1993), Yaqer və L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing)” (1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və Lütfi Zadə: “Sözlərin köməyi ilə hesablamalar” (1996) kimi ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni intellektin rolu böyükdür. Süni intellektin gələcək inkişafından danışarkən xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin yaradılması, idarəetmə proseslərinin intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür. Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır
5. Açıq sistemlər. OSİ şəbəkə modeli.
Açıq sistem modul sistemdir ki, istənilən modulu başqa istehsalçının oxşar modulu ilə əvəz etməyə imkan verir və sistem həddindən artıq problemləri aradan qaldırmadan digər sistemlərlə (istifadəçi də daxil olmaqla) inteqrasiya oluna bilir. Açıq sistemlər anlayışı və açıq sistem spesifikasiyası OMAC-da (İngilis: The Organization for Machine Automation and Control) müzakirə edilir.

Açıq sistem yerli və uzaq sistemlərdəki digər proqramlarla qarşılıqlı əlaqə yaratmaq və istifadəçilərin sistemdən sistemə keçməsini asanlaşdıran üslubda istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulmuşdur.


OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin yaranmasına tələb yaratdı.

Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.


Protokollar

Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7 əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.

7 LAY

OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay formasında izah edir:

Layer 7 - Application

7. Lay - Tətbiqetmə

Application Set(tətbiqetmə komplekti)

Layer 6 - Presentation

6. Lay – Təqdim etmə

Layer 5 - Session

5. Lay - Sessiya

Layer 4 - Transport

4. Lay - Daşıma(Ötürmə)

Transport Set(ötürmə komplekti)

Layer 3 - Network

3. Lay – Şəbəkə

Layer 2 - Data Link

2. Lay – Məlumat Bağlantısı

Layer 1 - Physical

1. Lay - Fiziki


Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir.

OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə bilər: Application Set və Transport Set.

Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.

Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir.
UPD.

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.
* Fiziki səviyyə (Physical layer)
* Kanal səviyyəsi (Data Link)
* Şəbəkə səviyyəsi (Network layer)
* Nəqliyyat səviyyəsi (Transport layer)
* Seans səviyyəsi (Session layer)
* Təqdimetmə səviyyəsi (Prezentation layer)
* Tətbiqi səviyyə (Application Layer)

* Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa kabel, optovalokon kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

* Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayici cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.

* Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (roter) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllıgından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir. Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanını böyük hissəsi - şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır. Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir:

1. Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir
2. Marşrutlaşdırma protokolların köməyi ilə marşrutizatorlar (roterlər) şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.

* Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

* Seans səviyyəsi - dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

* Təqdimetmə səviyyəsi - informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçə və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmək, sıxmaq, şifri aydınlaşdırmaq) üsullarını göstərir.



Yüklə 175,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin