“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
document hrclubaz 217

məsrəflər  –  nəticə  nisbəti  qabiliyyətli  işçinin  xeyrinədir.  Hesab 
olunur  ki,  insan    təhsilini  davam  etdirməyə  dair  qərarı  tamamilə 
rasional  şəkildə,  yəni  maddi  fayda    meyarına  əsasən  qəbul  edir. 
Əgər  gözlənilən  iqtisadi  səmərə  sərf  olunan  vəsaitlərdən  çox-
dursa, o, təhsil almağa başlayır.   
Təhsilin  hüdud  səviyyəsi  işçinin  aşağıdakı  iki  şərtə  uyğun 
gələn təhsil müddətidir: 
 
təhsil  qabiliyyətli  işçi  üçün  sərfəlidir,  yəni  təhsil  ona 
çəkilən məsrəfləri kompensasiya edən gəlirlər axınını təmin edir;  
 
təhsil  qabiliyyətsiz  işçi  üçün  sərfəli  deyildir,  yəni  təhsil 
ona  çəkilən  məsrəfləri  kompensasiya  edən  gəlirlər  axınını  təmin 
etmir.  
Təhsilin hüdud səviyyəsi işəgötürənə firmanın bütün işçilə-
rini az maaşlı və yüksək maaşlı işçilərə ayırmağa imkan verən bir 
meyardır. Əgər işçinin faktiki təhsil müddəti hüdud səviyyəsindən 
aşağıdırsa, o, qabiliyyətsiz və deməli,  az məhsuldar hesab edilir. 
Bu  səbəbdən  ona  daha  az  əmək  haqqı  təyin  edilir.  Əgər  işçinin 
təhsil müddəti hüdud səviyyəsindən yuxarıdırsa, o, qabiliyyətli və 
deməli,  yüksək  məhsuldar  hesab  edilir.  Bu  səbəbdən  ona  daha 
yüksək əmək haqqı təyin edilir. Əməyin ödənişinin belə sistemi-
nin  bir  qüsuru  vardır  ki,  bu  da  yanlış  siqnalların  ortaya  çıxma-
sının  mümkünlüyü  ilə  bağlıdır.  Əgər  hər  hansı  qabiliyyətsiz  işçi 
nüfuz  xatirinə  yüksək  (hüdud  səviyyəsini  üstələyən)  təhsil  alsa, 
ona yüksək əmək haqqı təyin ediləcək və o, «qabiliyyətli» hesab 
olunacaqdır.  Əksinə,  qabiliyyətli  işçi  yüksək  təhsil  almağa  «tən-
bəllik»  etsə,  ona  aşağı  əmək  haqqı  təyin  ediləcək  və  o,  «qabi-
liyyətsiz» hesab olunacaqdır.  
Əmək  bazarında  siqnalvermənin  ən  sadə  modeli  təhsilin 
hüdud səviyyəsini, qabiliyyətli işçinin əmək haqqına əlavəni, qa-
biliyyətli  və  qabiliyyətsiz  işçilərin  təhsilinə  çəkilən  xüsusi 


 
33 
məsrəfləri və faiz dərəcəsini bir-birinə bağlayan kəmiyyət nisbə-
tini müəyyənləşdirir. Modelin ehtimalları aşağıdakılardır:  
 
İki  növ  işçilər  vardır:  qabiliyyətlilər  və  qabiliyyətsizlər. 
Qabiliyyətli  işçinin  təhsilinə  il  ərzində  çəkilən  məsrəflər  C
1
-ə, 
qabiliyyətsiz  işçi  üçün  müvafiq  məsrəflər  isə  C
2
-yə  bərabərdir. 
İşçinin təhsilinə çəkilən məcmu məsrəflər illik məsrəflər ilə təhsil 
illərinin  sayının  hasilinə  bərabərdir.  Təhsil  haqqı  müəyyən 
məqamda bütünlüklə verilir. 
 
İşəgötürən işçilərin əmək haqqını onların təhsil müddətinə 
uyğun müəyyənləşdirir. Hüdud səviyyəsindən yüksək təhsili olan-
lar digər işçilərlə müqayisədə ∆w qədər artıq əmək haqqı alırlar.  
 
İşçinin təhsili bitirdikdən sonrakı əmək stajı sonsuz böyük 
qəbul  edilir.  Təhsil  almaqla  şərtlənən  əmək  haqqına  illik  əlavə 
dəyişməzdir. 
 
İllik  faiz  dərəcəsi  dəyişməzdir  və  i-yə  bərabərdir  (onluq 
kəsirlə ifadə edilir); 
 
İnsan  təhsilə  başlamaq  barəsində  qərarı  bu  şərtlə  qəbul 
edir  ki,  təhsil  haqqının  ödənildiyi  məqamda  diskontlanmış  əlavə 
gəlirlər axını təhsildə çəkilən məsrəflərin ümumi miqdarından çox 
olsun. 
Bu  zaman  təhsilin  hüdud  səviyyəsi  −  E  aşağıdakı  nisbətə 
uyğun gəlir: 
1
2
iC
w
E
iC
w

 
İşəgötürən  buradan  təhsilin  hüdud  səviyyəsinin  ixtiyari 
qiymətini seçə bilər.  
Bu mövzuda digər mühüm nəzəriyyə H. Spenserin təkamül 
nəzəriyyəi  olan  sosial  orqnizm  nəzəriyyəsidir.Bu  nəzəriyyəyə 
görə Siyasi cisimlə canlı fərd arasında oxşarlıq vardır. Cəmiyyət-
lər dörd xüsusiyyətə görə fərdi orqanizmlərə yaxındırlar:  
1.  Onların  da,  o  birilərin  də  ölçüləri  inkişaf  prosesində 
dəfələrlə böyüyür. 
2.  Onların  quruluşu  getdikcə  daha  mürəkkəb  olur.  Sadədən 
mürəkkəbə  doğru  bu  proqressiv  keçid  canlı  və  cansız  cisimləri 


 
34 
bir-birindən fərqləndirən xarakterik cəhəti təşkil edir. 
3.  Hissələrin  qarşılıqlı  asılılığı  getdikcə  güclənir,  nəhayət, 
hər  bir  hissənin  həyatı  və  fəaliyyəti  başqa  hissələrin  həyatı  və 
fəaliyyəti  ilə  şərtlənir.  İqtisadi  əmək  bölgüsü  ali  heyvanların 
orqanları arasında «əməyin fizioloji bölgüsünə» bənzəyir. Hər bir 
insanın rifahı hamının rifahı ilə getdikcə daha sıx bağlanır. 
4.  Orqanizmin  (cəmiyyətin)  həyatı  və  inkişafı  onu  təşkil 
edən vahidlərin hər hansı birinin həyatından və inkişafından asılı 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin