37
edir, bu zaman sərf olunmuş vəsaitlər isə xüsusi növ transaksiya
məsrəfləri –
axtarış məsrəfləri sayılır. «İnformasiya» resursunun
dəyəri həmin məsrəflərin miqdarına bərabərdir. Stiqler minimal
məsrəflərlə müəyyən miqdarda əmtəə əldə etmək məqsədi güdən
alıcını təsərrüfatçılıq subyekti kimi nəzərdən keçirir. Satıcılar
əmtəəni alıcıya əvvəlcədən məlum olmayan müxtəlif qiymətlərlə
təklif edirlər. O, ardıcıl surətdə satıcıları tələb etdikləri qiymətlər
barəsində sorğu-sual edir və sorğu-sual etdiyi satıcıların sayı art-
dıqca, ona məlum olan minimal qiymət azalır. Axtarış nəticəsində
əldə edilən
qənaət, alınan əmtəənin başlanğıc və minimal qiymət-
ləri arasındakı fərq ilə onun həcminin hasilinə bərabərdir. Axtarış
nəticəsində əldə edilən
fayda qənaətin miqdarı ilə axtarış məs-
rəflərinin fərqinə bərabərdir.
Axtarışın optimal həcmi və ya sorğu-
sual edilən satıcıların optimal sayı alıcının maksimal faydasına
uyğundur.
Dostları ilə paylaş: